№01 (41) 10.01.2011 Fərqli düşüncə
2
İslam Partiyasının sədri niyə həbs olunub?
MÖVSÜM SƏMƏDOV
İĞTİŞAŞLAR HAZIRLAMAQDA
GÜNAHLANDIRILIR
Daxili İşlər Nazirliyi Azərbaycan İslam
Partiyasının (AİP) sədri Mövsüm Səmə-
dovun həbsinə dair məlumat yayıb.
AzadlıqRadiosuna verilən məlumatda
deyilir: «Rəsmi dövlət qeydiyyatı ol-
mayan AİP-nin sədri Mövsüm Səmə-
dovun Quba rayonunda yaşayan əmisi
oğlu Dəyanət Səmədova iğtişaşlar
törətmək, ictimai təhlükəsizliyi pozmaq,
insanları cihada təhrik etmək barədə
tapşırıqlar verməsi ilə bağlı Nazirliyə
məlumat daxil olub. Bunun əsasında
yanvarın
8-də
Baş
Mütəşəkkil
Cinayətkarlıqla
Mübarizə
İdarəsi
tərəfindən əməliyyat-axtarış tədbirləri
keçirilib».
Məlumatda daha sonra qeyd edilir:
«Dəyanət Səmədovun işlədiyi, Mərdan
Səmədova məxsus elektrik malları
mağazasına baxış zamanı seyfin altın-
dan 3 ədəd əl qumbarası, habelə
yaşadığı evdən 7 ədəd avtomat patronu
və dini radikalizmi təbliğ edən elektron
daşıyıcılar aşkarlanıb. Dəyanət və Mər-
dan Səmədovlar şübhəli şəxs qismində
saxlanılıb».
DİN bəyan edir ki, fakt üzrə Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanıb, araşdırmalar
aparılır.
MÖVSÜM SƏMƏDOVUN
MTN TƏCRİDXANASINDA
SAXLANDIĞI GÜMAN EDİLİR
«Yanvarın 7-də həbs olunan Azər-
baycan İslam Partiyasının (AİP) sədri
Mövsüm Səmədov Milli Təhlükəsizlik
Nazirliyinin təcridxanasında saxlanır».
Bunu həmin partiyanın mətbuat katibi
Akif Heydərli iddia edir. O deyir ki, par-
tiya sədri ilə birlikdə tutulan 3 nəfər
Binəqədi Müvəqqəti Saxlanma Təcrid -
xanasında olsa da, M. Səmədov orda
yoxdur:
«Aldığımız məlumatlara görə, o,
MTN-in təcridxanasında saxlanır». Mət-
buat katibi hadisəni belə təsvir edir:
«Axşam saat 8 radələrində partiya sədri
Mövsüm Səmədov, təşkilat şöbəsinin
müdiri Vaqif Abdullayev, sürücü
Mirhüseyn Kazımov və partiyanın qon-
aqları - Elçin Həsənovla Bülent Abdi-
noğlu maşınla 100 metr uzaqlaşan kimi
yol polisi tərəfindən saxlanıblar.
Sənədlər tələb edilib, sürücü sənədləri
verəndən sonra maşının önündə iki cip
maşını dayanıb. Maşından mülki şəxslər
enərək maşındakıları çölə dəvət edib ki,
siz polisə müqavimət göstərirsiz. Daha
sonra onlar maşınlara oturdularaq Nə-
rimanov Rayon Polis İdarəsinin 18-ci
bölməsinə aparılıb».
A. Heydərli deyir ki, Nərimanov
Rayon Məhkəməsi polisə müqavimət
göstərmə ittihamı ilə Mövsüm Səmə-
dova 10, Vaqif Abdullayevə 15,
Mirhüseyn
Kazımova
11,
Elçin
Həsənova 13 sutka inzibati həbs cəzası
verib. Türkiyə vətəndaşı Bülent Abdi-
noğlu isə 20 manat cərimə olunaraq
sərbəst buraxılıb.
İslam Partiyasının rəsmisi sədr və 3
fəalın «siyasi motivlərlə təqib olun-
duğunu» istisna etməyib. Milli Təhlükə-
sizlik Nazirliyindən isə «Turan»a AİP
liderinin MTN təcridxanasında saxlan-
masını inkar ediblər.Daxili İşlər Nazir-
liyindən isə bildirdilər ki, bu barədə
əlavə məlumat açıqlayacaqlar.
İLHAM ƏLİYEVİ TƏNQİD
ETDİKDƏN SONRA
Qeyd edək ki, Azərbaycan İslam Par-
tiyası dövlət qeydiyyatından keçməyib.
Partiyanın sədri M.Səmədov yanvarın 2-
də partiyasının iclasında orta məktəb
şagirdlərinə hicab geyməyin qadağan
edilməsinə görə hakimiyyəti sərt tənqid
etmişdi. Buna görə islamçı qrupların
etiraz
aksiyasını
xaricdən
bəzi
qüvvələrin təşkil etməsi barədə Təhsil
naziri Misir Mərdanovun dediklərinə
M.Səmədov belə cavab verirdi:
"Xaric
deyəndə nəyi nəzərdə tutur? Olmaya,
İraqda, Əfqanıstanda, Pakistanda
müsəlmanları qanına qəltan edən
Amerikanı və sionistləri nəzərdə tutur?"
İslam Partiyasının sədri prezident
İlham Əliyevin Dubay və başqa xarici
ölkələrdə mülkləri olması, onun ailəsi
haqqında xarici media orqanlarında
yayılan ittihamları, prezidentin özünün
guya keçmişdə müxtəlif əyləncələrə
aludəçiliyi haqqında müxtəlif illərdə me-
diada yayılmış ittihamları bir daha dilə
gətirib. Onun prezidentin dəyişdirilməs-
inə çağıran bu çıxışı YouTube videopay-
laşma portalında yerləşdirilib.
Sevinc Hüseynzadə
Mövsüm Səmədov
Azərbaycan Milli Dövlətçilik Par-
tiyasının sədri Nemət Pənahlı
barəsində cinayət işi açılıb. Daxili
İşlər Nazirliyinin mətbuat xid-
mətindən APA-ya verilən
məlumata görə, ötən gün bir nəfər
şəxs nazirliyə zəng edərək Nəsimi
rayonu, Mirəli Qaşqay küçəsində
Nemət Pənahlı və Ceyhun adlı
şəxs tərəfindən döyülməsi barədə
məlumat verib. Məsələni
araşdıran Nəsimi Rayon Polis
İdarəsi şikayətçini, Nemət Pənahlı
və Ceyhun adlı həmin şəxsi 21-ci
polis bölməsinə çağırıb.
Şikayətçi polis bölməsində əvvəlcə
təhqir edildiyini, sonra isə dəmir
dəyənək və yumruqla döyüldüyünü
bildirib. Hadisə ilə bağlı ekspertiza təyin
olunub və Cinayət Məcəlləsinin xuliqan-
lıq maddəsi ilə iş açılıb. Onun vəkili Elçin
Sadıqov deyib ki, hazırda N.Pənahlı
Nəsimi Rayon Polis İdarəsində saxlanılır.
Nemət Pənahlı Nəsimi polisində saxlanılır
Nemət Pənahlı