311
süxurları neytron seli ilə şüalandıqda baş verən hadisələri öyrənir
(§95 bax). Bu iki bir-birindən fərqli stasionar və impuls neytron
üsuluna ayrılır. Biz yalnız stasionar stansiya üzərində dayanacağıq.
NQK qamma şüalanmasını qeyd etmək üçün düzəldilibdir. Qamma
şüalanma süxurun nüvələri tərəfindən udulan istilik neytronlarının
hesabına əmələ gəlir. Əgər süxur zonda yaxın olarsa, burada
hidrogenin miqdarının artdığı qeyd olunur, yəni süxurda çoxlu su,
neft yaxud qaz var, belə halda şüalandırıcıdan ayrılan sürətli
neytronlar istilik sahəsinə çevrilirlər. Bu hərəkət 30 sm-ə qədər
davam edir və süxur tərəfindən udulur. Zonddan uzaqda olan
süxurlarda isə istilik neytronların seli zəifləyir. O yerdəki istilik
neytronu azdır, orada ikinci qamma şüalanma az olur. Beləliklə, ikinci
şüalanmanı qəbul edən qeydedici qamma şüalanmanın zəiflədiyini
göstərir. Bu hidrogenlə zənngin olan süxurlarda baş verir və qamma
şüalanmanın qiymətinin kəskin artması ağır elementlər olan süxurlarda
baş verir NQK tədqiq radiusu 20-40 sm, istifadə olunan zondun ölçüsü
isə 5-70 sm olur (şəkil 95 d).
Neytron-neytron karataj (NNK) üsulu süxurlar sürətli neytronlarla
şüalandırıldıqda istilik yaxud istilik neytronuna yaxın yavaşıyan
neytron selini qəbul etmək üçün istifadə edilir.Göstərilən
neytronların sıxlığını quyunun en kəsiyində mənbə ilə dedektor
arasında kı, məsafə çox dəqiq müəyyən olduğu halda təyin etmək
olur (şəkil 95 q bax).
Hər iki üsul süxurlarda məsaməliliyi və süxurların kollektor
xassələrini təyin etmək üçün istifadə olunur. NNK üsulunun
tədqiqatın dərinliyini 20-30 sm, zondun ölçüsü 25-40 sm olur.
§ 107. Akustik karataj
Seysmoakustik və akustik karataj ultrasəsin yaxud səs dalğalarının
quyunun divarı boyunca həyəcanlanma məntəqəsindən qəbulediciyə
qədər sərf olunan vaxtı təyin etməyə əsaslanıb. Seysmik, xüsusilə də
akustik karataj bir-birindən fərqlənirlər.
Seysmik karatajda elastik dalğalar quyunun yaxınlığında ya
partlayışla, ya da elektrik boşalması ilə əldə olunur və dalğalar
313
səthində olan dəyişən cərəyan körpüsünü tarazlıqda saxlamaq üçün
körpünün bir qoluna birləşdirilir. Makaranı quyunun divarı
boyunca hərəkət etdirməklə maqnit qavrayıcılığı müxtəlif olan
süxurlarda induktivliyin dəyişməsi baş verirr və körpünün tarazlığı
pozulur. Ölçmə dövrəsində gərginlik yaranır,bu da süxurun maqnit
qavrayıcılığı ilə mütənasibdir və karataj diaqramında qeyd olunur.
Maqnit qavrayıcılığı karatajından dəmir və tərkibində müxtəlif
metallar olan qum daşları laylarını, kvars və vulkanik süxurları
ayırmaq üçün istifadə olunur.
Nüvə maqnit karatajı quyunu əhatə edən mayenin tərkibində olan
sərbəst protonların presesiyasını öyrənməyə əsaslanıb.
§ 109. Quyu ətrafı və quyulararası tədqiqatlar
Belə tədqiqatlar quyu ətrafında, süxur massivlərində və quyular
arasında yerləşmiş ərazidə faydalı qazıntılar axtarmaq məqsədi ilə və
geoloji mühəndis məsələlərini həll etmək üçün aparılır. Belə
tədqiqatlar eyni zamanda dağ mədən istehsal yerləri arasında
yerləşən massivlərin öyrənilməsi məqsədi ilə aparılır.
Quyuətrafı və quyuarası tədqiqatlarda yuxarıda yazılmış bir
neçə üsuldan elektrik axtarışı, seysmik axtarış və iki orijinal quyu
maqnitometriya və qravimetriya üsulundan istifadə olunur.
Quyu maqnit axtarışı, maqnit sahəsi elementlərinin quyuda
ölçülməsinə əsaslanıb. Quyu proton maqnitometri yerin tam
vektorunun T qiymətini ölçməyə imkan verir (§32 bax). Quyu
maqnit axtaırış üsulu ilə maqnitli filizləri aşkar etmək olur, bu,
quyunun divarlarından xeyli məsafədə yerləşdikdə də (500 m
və daha
çox) aşkar etmək mümkün olur. Maqnit ölçmələri yalnız boru
buraxılmayan quyularda aparıla bilər.
Quyu qraviaxtarışı üsulu xüsusi hazırlanmış quyu qravimetrləri
ilə quyu divarlarında ağırlıq qüvvəsinin elementlərini təyin etməyə
əsaslanıb. Bu qravimetr yerüstü astazirlənmiş kvars qravimetrlərin
prinsipində işləyir, yalnız uzaqdan idarə oluna bilir. Quyu divarından
bir neçə metr məsafədə süxurun orta sıxlığını təyin edə bilir. Bu üsul
neft qaz yataqlarının və xromit filizinin axtarışında istifadə olunur.