Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   86   87   88   89   90   91   92   93   ...   100

 
311 
süxurları  neytron  seli  ilə  şüalandıqda  baş  verən  hadisələri  öyrənir 
(§95    bax).  Bu  iki  bir-birindən  fərqli  stasionar  və  impuls  neytron 
üsuluna  ayrılır.  Biz  yalnız  stasionar  stansiya  üzərində  dayanacağıq. 
NQK  qamma  şüalanmasını  qeyd  etmək  üçün  düzəldilibdir.  Qamma 
şüalanma  süxurun  nüvələri  tərəfindən  udulan  istilik  neytronlarının 
hesabına  əmələ  gəlir.  Əgər  süxur  zonda  yaxın  olarsa,  burada 
hidrogenin  miqdarının  artdığı  qeyd  olunur,  yəni  süxurda  çoxlu  su, 
neft  yaxud  qaz  var,  belə  halda  şüalandırıcıdan  ayrılan  sürətli 
neytronlar  istilik  sahəsinə  çevrilirlər.  Bu  hərəkət  30  sm-ə  qədər 
davam  edir  və  süxur  tərəfindən  udulur.  Zonddan  uzaqda  olan 
süxurlarda  isə  istilik  neytronların  seli  zəifləyir.  O  yerdəki  istilik 
neytronu azdır, orada ikinci qamma şüalanma az olur. Beləliklə, ikinci 
şüalanmanı  qəbul  edən  qeydedici  qamma  şüalanmanın  zəiflədiyini 
göstərir.  Bu  hidrogenlə  zənngin  olan  süxurlarda  baş  verir  və  qamma 
şüalanmanın qiymətinin kəskin artması ağır elementlər olan süxurlarda 
baş verir NQK tədqiq radiusu 20-40 sm, istifadə olunan zondun ölçüsü 
isə 5-70 sm olur (şəkil 95 d). 
Neytron-neytron karataj (NNK) üsulu süxurlar sürətli neytronlarla 
şüalandırıldıqda  istilik  yaxud  istilik  neytronuna  yaxın    yavaşıyan 
neytron  selini  qəbul  etmək  üçün  istifadə  edilir.Göstərilən 
neytronların  sıxlığını  quyunun  en  kəsiyində  mənbə  ilə  dedektor 
arasında  kı,  məsafə  çox  dəqiq  müəyyən  olduğu  halda  təyin  etmək 
olur (şəkil 95 q bax). 
Hər  iki  üsul  süxurlarda  məsaməliliyi  və  süxurların  kollektor 
xassələrini  təyin  etmək  üçün  istifadə  olunur.  NNK  üsulunun 
tədqiqatın dərinliyini 20-30 sm, zondun ölçüsü  25-40 sm olur. 
 
§ 107. Akustik karataj 
Seysmoakustik  və  akustik  karataj  ultrasəsin  yaxud  səs  dalğalarının 
quyunun  divarı  boyunca  həyəcanlanma  məntəqəsindən  qəbulediciyə 
qədər  sərf  olunan  vaxtı  təyin  etməyə  əsaslanıb.  Seysmik,  xüsusilə  də 
akustik karataj bir-birindən fərqlənirlər. 
Seysmik  karatajda  elastik  dalğalar  quyunun  yaxınlığında  ya 
partlayışla,  ya  da  elektrik  boşalması  ilə  əldə  olunur  və  dalğalar 


 
312 
quyunun  divarlarında  yerləşdirilmiş  qəbuledicilərlə  qeyd  olunur. 
Eyni  zamanda  dalğanın  həmin  məntəqələrə  gəlib  çatma  vaxtı  təyin 
olunur  (§  68  bax).  Akustik  karatajda  rəqslərin  həyəcanlanması 
zamanı  10-100  kQh  tezlikli  maqnitostriksiya  şüalanmasının  baş 
verməsi  fərz  olunur  və  həmin  siqnalları  yerlərdə  ryezoelektrik 
seysmik qəbuledicilərlə qeyd edirlər. Süalandırıcılar və qəbuledicilər 
akustik  izolyatorlarla  aralanırlar.  İşlər  quyuya  salınan  akustik 
zondların  köməyi  ilə  Yerin  səthindəki  cihazlarla  idarə  olunur. 
Zondun  əsas  tipləri:  iki  elementli  və  üç  elementli  zondlar.  İki 
elementli 
zond 
şüalandırıcıdan 
və 
detektordan 
(seysmik 
qəbuledicidən) ibarətdir və quyuların sementlənməsinə nəzarət etmək 
üçün  istifadə  olunur.  Üç  elementli  zond  bir  şüalandırıcıdan  və  iki 
qəbuledicidən  ibarətdir,  qəbuledicilər  şüalandırıcılarla  bir  tərəfdə 
yerləşdirilir.  Birinci  və  ikinci  qəbuledicilərə  gəlib  çatan  dalğaların 
vaxtı  qeyd  olunur.  Qəbuledicilər  şüalanma  mərkəzindən  50-100  sm 
məsafədə yerləşdirilir, bunun köməyi ilə uzununa dalğaların V
p
 sürəti 
təyin  olunur  və  zondun  yaxınlığında  yerləşən  süxur  haqda  məlumat 
alınır. Üsul ikinci  bir parametri də təyin  etməyə  imkan verir, bu da 
quyu ilə üstü açılan süxurlarda sönən elastik dalğanın intensivliyinin 
təyinindən  ibarətdir.  Sönmənin  qiymətinə  süxurların  gilliyi,  çatlığı, 
məsaməliliyi və məsamələrin məhlulla dolması ən çox təsir edir. 
Akustik  karatajdan  quyuda  geoloji  kəsilişləri  öyrənmək, 
kollektor layları ayırmaq,  layların məsaməliliyini öyrənmək, kömür 
laylarını  ayırmaq  üçün  istifadə  olunur.  Akustik  karatajından 
həmçinin  seyismik  axtarış  işlərinin  nəticələrini  və    süxurların 
sıxlığını təyin etmək üçün istifadə olunur. 
 
§ 108. Maqnit qavraycılığı karataj üsulu 
Nüvə-maqnit karatajı 
Maqnit  qavrayıcılığı  karatajı  quyunun  divarlarında  süxurların 
maqnt  xassələrini  öyrənməyə  imkan  verir.  Maqnit  qavrayıcılığı 
xüsusi  datçiklərlə  ölcülür,  induktivlik  isə  datçiki  əhatə  edən 
süxurun  maqnit  xassələrindən  asılıdır.  Datçik  içərisində 
ferromaqnit  çubuq  olan  makaradan  ibarətdir.  Makara  Yerin 


 
313 
səthində olan dəyişən cərəyan körpüsünü tarazlıqda saxlamaq üçün 
körpünün  bir  qoluna  birləşdirilir.  Makaranı  quyunun  divarı 
boyunca  hərəkət  etdirməklə  maqnit  qavrayıcılığı  müxtəlif  olan 
süxurlarda induktivliyin dəyişməsi baş verirr və körpünün tarazlığı 
pozulur. Ölçmə dövrəsində gərginlik yaranır,bu da süxurun maqnit 
qavrayıcılığı ilə mütənasibdir və karataj diaqramında qeyd olunur. 
Maqnit  qavrayıcılığı  karatajından  dəmir  və  tərkibində  müxtəlif 
metallar  olan  qum  daşları  laylarını,  kvars  və  vulkanik  süxurları 
ayırmaq üçün istifadə olunur. 
Nüvə maqnit karatajı quyunu əhatə edən mayenin tərkibində olan 
sərbəst protonların  presesiyasını öyrənməyə əsaslanıb. 
§ 109. Quyu ətrafı və quyulararası tədqiqatlar 
Belə tədqiqatlar quyu ətrafında, süxur massivlərində və quyular 
arasında yerləşmiş ərazidə faydalı qazıntılar axtarmaq məqsədi ilə və  
geoloji  mühəndis  məsələlərini  həll  etmək  üçün  aparılır.  Belə 
tədqiqatlar  eyni  zamanda  dağ  mədən  istehsal  yerləri  arasında 
yerləşən massivlərin öyrənilməsi məqsədi ilə aparılır. 
Quyuətrafı  və    quyuarası  tədqiqatlarda  yuxarıda  yazılmış  bir 
neçə  üsuldan  elektrik  axtarışı,  seysmik  axtarış  və  iki  orijinal  quyu 
maqnitometriya və qravimetriya üsulundan istifadə olunur. 
Quyu  maqnit  axtarışı,  maqnit  sahəsi  elementlərinin  quyuda 
ölçülməsinə  əsaslanıb.  Quyu  proton  maqnitometri  yerin  tam 
vektorunun  T  qiymətini  ölçməyə  imkan  verir  (§32  bax).  Quyu 
maqnit  axtaırış  üsulu  ilə  maqnitli  filizləri  aşkar  etmək  olur,  bu, 
quyunun divarlarından xeyli məsafədə yerləşdikdə də (500 m və daha 
çox)  aşkar  etmək  mümkün  olur.  Maqnit  ölçmələri  yalnız  boru 
buraxılmayan quyularda aparıla bilər. 
Quyu  qraviaxtarışı  üsulu  xüsusi  hazırlanmış  quyu  qravimetrləri 
ilə  quyu  divarlarında  ağırlıq  qüvvəsinin  elementlərini  təyin  etməyə 
əsaslanıb.  Bu  qravimetr  yerüstü  astazirlənmiş  kvars  qravimetrlərin 
prinsipində işləyir, yalnız uzaqdan idarə oluna bilir. Quyu divarından 
bir neçə metr məsafədə süxurun orta sıxlığını təyin edə bilir. Bu üsul 
neft qaz yataqlarının və xromit filizinin axtarışında istifadə olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə