Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   92   93   94   95   96   97   98   99   100

 
336 
gəlir ki, süxurların elektrik xassələri süxurun nəmliyindən, bu suların 
duzluluğundan  Yeraltı  suyun  növündən  (süxurun  boşluqlarını, 
çatlarını,  məsamələrini  dolduran  suyun  dərəcəsindən:  bağlı,  sərbəst, 
bərk)  asılıdır.  Elektrik  parameterlərinin  süxurun  su  ilə  doyma 
dərəcəsi  arasında  əlaqə  cədvəldə  gəstərilib  və  bir  neçə  emprik 
asılılıqlarla ifadə olunub. 
Elektrik kəşfiyyatından başqa bu məsələlərin həlli üçün seysmik, 
az  hallarda  qravi-  maqnit,  termometriya,  radiometriya  və  nüvə 
fizikası üsulları istifadə olunur. 
Qrunt suları Yeraltı sel kimi (10 m-dən-30m-əqədər) çox da dərin 
olmayan qatlarda yerləşir. 
Qrunt  suları  olan  ərazidə  geoloji  kəsilişlər  üfüqi  laylardan 
ibarətdir. Ona görə bunun öyrənilməsi üçün şaquli elektrik zondlama 
və  gətirilmiş  polyarizasiya  üsulundan  istifadə  olunur.  Sulu  layları 
izləmək  üçün  açıq  sahələrdə  iki  paylama  elektrodlu  elektrik 
profilləmə  qurğusundan  istifadə  olunur.  Linza  formalı  şirin  suları 
susuz  ərazilərdə  duzlu  sulardan  ayırmaq  üçin  şaquli  zondlama 
üsulundan,  tezlikli  zondlamadan,  radiokipdən  və  aeroelektrik 
axtarışları  üsullarından  olan  fırlanan  maqnit  sahəsindən  istifadə 
olunur. 
Axırıncı  iki  üsulla  linza  formalı  şirin  su  layı  üzərində 
elektromaqnit  sahəsinin  komponenti  olan  maqnit  gərginliyinin 
azalması müşahidə olunur. Yeraltı suların axma istiqamətinin sürətini 
yük üsulu yaxud təbii sahə üsulu ilə təyin edirlər (dördüncü hissəyə 
bax). 
Artezian  suları  xeyli  dərinlikdə  yerləşirlər  (1  km-ə  qədər),  ona 
görə  də  artezian  hövzələrini  tapmaq  üçün  elektrik  kəşfiyyatından 
istifadə  olunur  (şaquli  elektrik  zondlamadan,  elektrodlar  arasında 
məsafə AB 10 km-ə qədər olur). 
Çat,  tektonik,  karst  suları  çox  hallarda  karbonatlı  süxurlarda 
yerləşir,  terrigen  metamorfik  və  vulkanik  süxurların  massivləri  ilə 
gücləndirilir.  Bu  növ  sular  süxurlar  dağılan,  parçalanan  yerdə 
toplanılır,  bu  suyu  saxlayan  həmin  monolit  süxurlar  olurlar. 
Geofiziki  tədqiqatlar  qarşısında  duran  əsas  vacib  məsələ  çatlarla 


 
337 
səciyyələnən  sahələri,  karst  əmələ  gələn  hissələri,  çatlı  sahələrin 
qalınlığının  təyini,  layların  su  ilə  doymasını,  onların  ehtiyatının 
hesablanmasını,  köklü  süxurların  üst  qatında  depresiya  zonalarının 
aşkar  edilməsindən  ibarətdir.  Bu  məsələlərin  həllində  elektrik 
kəşfiyyatı  üsulu  ilə  bərabər  maqnit  və  seysmik  kəşfiyyt  üsulu  da 
tətbiq olunur. 
Dəyirmi şaquli zondlama üsulu çatların əmələ gəlmə istiqamətini 
təyin etməyə, eyni zamanda yerləşdiyi dərinliyi, yatım bucağını təyin 
etməyə imkan verir

 
§ 122. Geoloji mühəndis tədqiqatları 
Geoloji  mühəndis  işlərində  geofiziki  tədqiqatlar  özünəməxsus 
xüsusiyyətə  malikdir,  yəni  öyrənilən  hədəf  az  dərinlikdə  yerləşir, 
böyük  dəqiqliklə  təyin  olunmalıdır  və  düzgün  nəticələr  alınmalıdır. 
Bundan  başqa,  geofiziki  üsul  süxurun  fiziki  mexaniki  xassələrini, 
tikinti  aparma  ərəfəsində  isə  geoloji  mühəndis  şəraitin  dəyişməsini 
öyrənməklə bərabər, qurulan (tikilən) binanın istifadəsi dövründə baş 
verən  dəyişikliklərin  öyrənilməsi  ilə  məşğul  olur.  Buna  görə  də 
elektrik kəşfiyyatı üsulu ilə bərabər seysmik kəşfiyyat, seysmoakustik 
və ultra səs üsulu bu məsələlərin həllində böyük rol oynayır. 
Süxurların  xəritəyə  alınması,  köklü  süxurların  relyefinin 
öyrənilməsi  elektrik  kəşfiyyat  (EP)  və  seysmik  kəşfiyyat  üsulu  ilə 
aparılır. 
Ayrı-ayrı hallarda təbii elektrik sahəsindən istifadə olunur, bu üsulun 
köməyi  ilə  köklü  süxurların  relyefində  Yeraltı  suların  azalma 
istiqamətində süzülüb axma zonalarını təyin edirlər. Əlverişli fiziki-
geoloji  şəraitdə  köklü  süxurların  relyefin  qravi  kəşfiyyatla  aydın 
aşkar  etmək  olur.  Köklü  süxurlar  üçün  əlverişli  şərait  onun  laylara  
və  bunu  örtən  boş  süxurların  sıxlıqlarına  görə  laylara  ayrılmasıdır 
digər  tərəfdən  belə  sahə  Yer  səthində  tədqiqat  aparılan  sahənin 
relyefinin sabit olması deməkdir. 
Qurunt  sularının  səviyyəsi  tədqiqat  aparılan  sahələrdə  əsasən 
şaquli  elektrik  zondlama  üsulu  ilə  yanaşı  seysmik  profilləmə  üsulu 
ilə  də  təyin  olunur.  Qrunt  suyunun  səviyyəsi  uzununa  dalğaları 


 
338 
sındıran  səthə  çevrilir  və  seysmik  profilləmə  zamanı  uzununa  baş 
dalğaların gəlmə müddətinin dəyişməsinə səbəb olur. 
Qruit  sularının  səviyyəsinin  təyini  süxurun  catlılığı  və  karst 
zonalarının  olması  ilə  çox  əlaqədardır  və  geoloji-mühəndis  şəraitini 
öyrənməkdə  böyük  əhəmiyyət  kəsb  edir,  çünki  yaşayış  və  sənaye 
binalarının  tikintisində  və  bu  obyektləri  su  ilə  təmin  etmək  ücün 
axtarış işlərinin aparılmasında mühüm Yer tutur. 
Geoloji-mühəndis  axtarışlarında  sürüşmələrin  öyrənilməsi,  xüsusilə 
uzunmüddətli aparılır ki, sürüşmənin baş verməsinin səbəblərinin və 
dinamikasının  öyrənilməsinə  kömək  etsin.  Bunu  öyrənmək  üçün 
elektrik  kəşfiyyatından,  yüksək  dəqiqlikli  maqnit  və  mikroseysmik 
üsuldan istifadə olunur. 
Süxurların  fiziki-mexaniki  xassələrinin  geofiziki  üsulla 
öyrənilməsi  bu  işlərə  sərf  olunan  xərcin  azalmasına  və  əmək 
məhsuldarlığının  artmasına  səbəb  olur.  Ən  vacib  və  birinci  məsələ 
geoloji-mühəndis  axtarışlarında  öyrənilən  sahələrin  sıxlığının 
öyrənilməsindən  ibarətdir.  Bu  işləri  qravimetrik  və  nüvə-geofiziki 
üsullarla  (qamma-qamma  planalma)  aparılır.  Bu  axtarışlar  Yer 
səthində  quyularda,  mədənlərdə  şaxtalarda  aparılır.    Qeofiziki 
üsulları  kompleks şəkildə istifadə etməklə, seysmik, seysmoakustik, 
ultrasəs  ölçmələri  ilə  süxurların  dinamik  elastiklik  xassələrini 
öyrənməklə,  müqayisə  yolu  ilə  statik  parametrlərə  keçmək 
mümkündür. 
Hidrogeoloji  və  geoloji-mühəndis  axtarışlarında  qeofizika 
üsulundan istifadə olunması  hər gün genişlənir. Tədqiqatın qarşısında 
duran  məsələlər  genişlənir  və  geofizika  elminin    özünün  inkişaf 
prosesi  baş  verir.  Bunların  hamısı  tələb  edir  ki,  ümumi  geofizika  və 
xüsusi  geoloji-mühəndis  ədəbiyyatları  ilə  müntəzəm  şəkildə  tanış 
olmaq və onlardan istifadə etmək olduqca vacibdir. 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə