Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   92   93   94   95   96   97   98   99   100

 
327 
fiziki  xassələrini  dəyişdirir.  Neft-qaz  yataqları  uzununa  dalğanın 
sürətinin kiçik qiyməti ilə fərqlənir, eyni zamanda akustik codluqda 
azalır,  dalğaların  udulma  qabiliyyətini  təsvir  edən  əmsalın  artması, 
sıxlığın  azalması,  elektrik  müqavimətinin  artması  ilə  müşahidə 
olunur.  Neft  yataqları  üzərində  kimyəvi  reaksiyalar  nəticəsində 
temperatur  1-5
0
    artır,  Yerin  dərin  qatlarından  gələn  istilik  selinin 
hesabına  yataqda  dəyişmə  prosesi  baş  verir.  Bu  xüsüsiyyətlər  neft-
qaz  yataqlarının  kompleks  üsullarla,  o  cümlədən,  yüksək  dəqiqlikli 
qravi  kəşfiyyat,  qayıdan  dalğalar  üsulu  və  termometriya  üsullarının 
köməyindən  bilavasitə  istifadə  etməyə  imkan  verir.  Nef-qaz 
yataqlarının  axtarışını  başlıca  olaraq  karataj  üsulu  ilə  həyata 
keçirirlər.  Kəşfiyyat  işlərində  neft  və  qaz  ola  bilən  strukturları 
seçmək  üçün  quyu  qazırlar  və  burada  karataj  üsulu  ilə  kompleks 
tədqiqat  işləri  aparılır.  İlk  növbədə  aşağıdakı  məsələlər  həll  olunur: 
kollektor  layların  ayrılması,  onun  mayelərlə  doyma  xüsusiyyətinin 
təyini,  müxtəlif  mühitlərin  toxunma  sərhədlərini:  su-neft,  su-qaz, 
neft-qaz,  və  hər  layın  qalınlığı  təyin  olunur  və  nəhayət  quyu 
kəsilişləri müqayisə olunur.  
 
§118.Çökmə və vulkanogen çökmə mədənləri. Bu ən böyük 
faydalı  qazıntı  yataqlarıdır,  buraya  çoxlu  miqdarda  dəmir,  marqans, 
misli  qum  daşları,  misli  şistlər,  qurğuşun-sink  minerallaşmaları, 
boksitlər və s. daxildir. Çökmə yolu ilə əmələ gələn mədənlər ya lay, 
ya da linza formasında olurlar. Platforma şəraitində laylar qalınlığını 
və  yatım  iştiqamətini  saxlayır,  geosinklinal  ərazilərdə  layların 
qalınlığı,  istiqaməti,  yerləşdiyi  Yerin  quruluşu  dəyişir  və 
metamorfizmə  məruz  qalır.  Belə  qrup  mədənlərin  geofiziki  üsulla 
axtarılması dəqiq fiziki geoloji şəraitdən asılıdır. 
Çökmə  tip  dəmir  filizi  mədənləri  əsasən  sinklinal 
çökəkliklərində (muldalarda) əmələ gəlir. Belə quruluşların axtarışı     
1:50.000,  1:25.000  miqyaslı  maqnit,  qravi,  elektrik  kəşfiyyatları  ilə 
aparılır. 
Marqans 
kəşfiyyat 
işlərində, 
əsasən, 
depresiya 
strukturlarının  və  çökmə  süxurlarının  litoloji  tərkib  hissələrinə 


 
328 
ayrılması  əsasən,  aeromaqnit  və  qravi  kəşfiyyatla  eyni  zamanda 
struktur  elektrik  kəşfiyyatı  ilə  həll  edirlər.  Əsas  mis  mənbəyi  misli 
qum daşlarıdır. Mədənlər çox hallarda qırışıqlıqlı strukturlarda əmələ 
gəlir  və  kəsilişlər  fiziki  xassələrinə  görə  bir-birindən  yaxşı  seçilə 
bilir. Filizlə zəngin olan layların aşkar edilməsi və litoloji izlənməsi 
həmin süxurların  yüksək sıxlığa, seysmik dalğaların böyük yayılma 
sürətinə  və  böyük  elektrik  keçiriciliyinə  malik  olması  ilə  təsvir 
olunur.  Bunlar  imkan  verir  ki,  kompleks  geofiziki  qravi,  seysmik, 
elektrik  kəşfiyyat  üsullarından  istifadə  edərək  bu  məsələləri  həll 
etmiş olsun. 
 
§119.Tikinti  materialları,  faydalı  qazıntı  yataqları.  Qum,  gil, 
mərmər  və  vulkanik  massivlər  (qranit,  qranodlorit  sistemi)  elektrik 
bölmələrinə  görə  çox  aydın  bir-birindən  fərqlənir  və  bunları  aşkar 
etmək  üçün  elektrik  kəşfiyyatı  üsulundan,  elektrik  profilləmədən 
istifadə olunur. 
Daxili  səbəblərdən  əmələ  gələn  yataqların  əsas  xüsusiyyəti 
intruziv  massivlərlə  əlaqədar.  Buraya  əsasi,  ultraəsasi  və  qələvi  sü-
xurlar  daxildir.  Bu  əlaqə  süxurun  genetikasından  və  məkandakı 
yerindən  asılıdır,  buna  görə  də  geofiziki  üsullarla  aşağıdakı  axtarış 
məsələləri  həll  olunur:  1.İntruziv  kütlələr  ehtimal  olan  sahələrinin 
seçilməsi,  2.İntruziyaların  aşkar  edilməsi,  sərhədlərin  çəkilməsi, 
tərkibinin və quruluşunun təhlili. Bu nu ona görə edirlər ki, intruziv 
kütlələr içərisində filiz yığıla bilən sahələr ayrılsın. 
İntruziv süxurlar fiziki xassələrinə görə fərqlənir, bu məsələlərə 
görə  intruziyalar  geofiziki  işlər  aparmaq  üçün  mühüm  əhəmiyyət 
kəsb  edən  hədəfdir.  Geniş  istifadə  olunan  geofiziki  üsullar 
aşağıdakılardır: maqnit, qravi, qamma-spektrometriya və s. Massivin 
formasını  öyrənmək  üçün  seysmik  kəşfiyyat  üsulundan  istifadə 
olunur. 
İntruziyanın  təbəqələşməsi  ilə  əlaqədar  olan  yataqlar.  Belə 
yataqlara xromit, titanomaqnetit, platin, mis-nikell, nefelinli apatit və 
nadir torpaq elementləri daxildir. Filiz kütlələri adətən, intruziyanın 
daxilində  yerləşir  nadir  hallarda  bu  hüdudlardan  kənara  çıxır. 


 
329 
İntruziyalar  fiziki  xassələrinə:  maqnit  qavrayıcılığına,  sıxlığına, 
elektrik  keçiriciliyinə,  elastik  dalğaların    surətinə  və  s.    görə 
yerləşdiyi süxurlardan çox fərqlənir,  
Mədən  axtarma  mərhələsində  həll  olunan  məsələlər:  1) 
İntruziyalarla zəngin olan zonaların aşkar edilməsi, 2) intruziyaların 
özlərinin  daxili  quruluşunun  öyrənilməsi,  məqsəd  bunun  daxilində 
filizin bir Yerə toplanmasına şərait olan sahələrin aşkar edilməsidir. 
Kəşfiyyat geofiziki  işlər aeroüsulla aparılır. 
Apatit-nefelin  filizi  (yataqları)  qələvi  tərkibli  intruziyaların 
qatlara  ayrılması  ilə  əlaqədardır.  Süxurlar  və  filizlər  sıxlığına  və 
maqnit  qavraycılığına  görə    fərqlənir,  bunlar  imkan  verir  ki,  bütün 
axtarış  işlərində  maqnit  və  qravi  kəşfiyyat  üsullarından  istifadə 
olunsun. 
Mis-nikel sulfid yataqları, ultraəsası və əsası massivlərlə 
əlaqədardır. Filiz zonalarının vəziyyəti zonanın laylara ayrılması, 
dağılması, süxurların hidrotermal dəyişməsi və toxunma 
Yerlərində müxtəlif tərkibli süxurların olması ilə nəzarət olunur. 
Məhəlli işlər aparma ərəfəsində aeromaqnit kəşfiyyatı, 
qravikəşfiyyat, elektrik kəşfiyyatı üsullarından istifadə olunur. 
Geofiziki planalmanın nəticələri qırışıqlarla səciyyələnən zonaları 
ayırmağa imkan verir. İntruziyanın axtarışı və morfologiyasının 
öyrənilməsi maqnit kəşfiyyatı və qravi kəşfiyyatla aparılır. Sulfid 
minerallaşmasının axtarışı və izlənməsini elektrik kəşfiyyatı üsulu 
ilə aparırlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə