Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   92   93   94   95   96   97   98   99   100

 
333 
pritləşmə). Belə süxurların sıxlığı süxurun yaşı artdıqca artır. Bütün 
bu  süxurlar  elektrik  və  maqnit  xassələrinə  görə  bir-birindən  yaxşı 
ayrılırlar. 
Çatlı  metsamotik  və  damar  yataqlarının  axtarışında  geofiziklər 
qarşısında  aşağıdakı  məsələlər  durur:  1)  yataq  saxlayan  ərazinin 
quruluşunun və xüsusiyyətlərinin aşkar edilməsi;  2) süxurların təmas 
sərhədinin  xəritəyə  alınması  və  petroqrafik  növlərə  ayrılması;  3) 
dəyişmiş  süxurların xəritəyə alınması. Bu məsələlərin həlli  üçün ilk 
növbədə  aeroqamma-planalma  və  aeromaqnit  axtarışları  üsulu 
istifadə  olunur.  Yerüstü  tədqiqatlar  maqnit  kəşfiyyatı  üsulu  ilə 
başlayır  və  qravi,  elektrik    kəşfiyyatı  üsullarından  istifadə  olunaraq 
davam etdirilir.  
Qızıl  kvars  damarlarını,  sulfid  formasiyalarını  kompleks 
geofiziki elektromaqnit quyu elektrik kəşfiyyat  üsulları ilə aparırlar. 
Bilavasitə qızıl yataqlarının axtarışı aparılmır.  
Uran  yataqlarının  axtarışı  kompleks  üsullarla  aparılır.  Birinci 
mərhələdə  ərazinin  morfologiyasının  aşkar  edilməsi  və  öyrənilməsi 
ilə məşğul olurlar. Bu işləri aparmaq üçün maqnit və qravi kəşfiyyat 
üsulundan  və  dərin  seysmik  zondlama  üsulundan  istifadə  olunur. 
İkinci mərhələdə yüksək radioaktivlikli intruziyalar ayrılır və böyük 
qırışıqlı  ərazilər  qeyd  olunur,  demək  olar  ki,  sənaye  əhəmiyyətli 
yataqların  hamısı  buradan  başlayır.  Bu  tədqiqatlarla  1:50  000 
miqyasıida  xüsusi  geoloji  xəritə  qurulur.  bu  isə  bilavasitə  axtarış 
aparmaq üçün sahələrin seçilməsində böyük əhəmiyyət kəsb edir. 
Metamorfogen  yataqlar.  Bu  yataqlar  metamorfikləşmə  prosesləri 
ilə  əlaqədardır  və  əsasən,  dəmir  filizi,  marqans  yatağı,  titan  filizi, 
qrafit,  kianit,  silimanit,  floqopit,  korund  və  s.  ehtiyatları  burada 
cəmləşir. 
Dəmir  filizi  yataqları  qırışıq  quruluşlu  ərazilərldə  nəzarət  olunur 
və kəskin olaraq maqnit və qravi tasiya sahələri artır. Bu imkan verir 
ki,  belə  yataqların  axtarılmasına,  maqnit  və  qravikəşfiyyat  üsulları 
cəlb  olunsun,  birinci  mərhələdə  aeromaqnit  planalma,  ikinci 
mərhələdə  qravimaqnit,  elektrik  seysmik  kəşfiyyatlar  üsulundan 
istifadə  olunur.  Adları  çəkilən  kompleks  üsullarla  çökmə, 


 
334 
metamorfik  kompleksləri  bir-birindən  ayırırlar,  qırışıqlı  ərazilər 
öyrənilir,  sonra  dəmirli  kvarsitlər  xəritəyə  alınır,  onların  yatım 
elementləri  bu əraziləri örtən süxurların qalınlığı təyin edilir. 
Gilli  şistlər  titanlı  metamorfogen  yataqların  axtarışı  pis  keçirici 
metamorfik  süxurlara  nisbətən  yüksək  elektrik  keçiriciliyinə  malik 
olmasına  əsaslanıb.  Bunun  axtarışı  üçün  şaquli  elektrik 
zondlamasından və elektrik profilləməsindən istifadə olunur. 
Qrafitli süxurların xəritəyə alınmasında əsasən təbii sahələrdən is-
tifadə  olunur,  korund  axtarışında  kompleks  üsullarla,  maqnit 
kəşfiyyat  üsulundan  yaxud  simmetrik  elektrik  profilləmə  üsulundan 
istifadə olunur və dəqiq qravi kəşfiyyat üsulu ilə tamamlanır. 
 
 
 
 
 
 
 
 
 
XXIX FƏSİL 
GEOFİZİKİ ÜSULLARIN GEOLOJİ-MÜHƏNDİS VƏ 
HİDROGEOLOJİ  TƏDQİQATLARDA İSTİFADƏSİ 
Axır vaxtlar geofiziki üsullardan hidrogeoloji və geoloji mühəndis 
tədqiqatlarının  aparılmasında  çox  geniş  istifadə  olunmağa  başlayıb. 
İşin əsas növü hidrogeoloji və geoloji mühəndis planalma və Yeraltı 
suların  kəşfiyyatı  və  axtarışı  məqsədi  güdür.  Bundan  başqa  tikinti 
obyektlərinin bünövrəsinin tədqiqində geniş istifadə olunur. 
 
§ 120. Hidrogeoloji və mühəndis geoloji planalma 
Planalma  işləri  (1:1000  000-  1:100  000  miqyasda)  dövlət 
əhəmiyyətli və (1:50 000 miqyasında) ixtisaslaşdırılmış hissəyə bölü-
nür. Dövlət planalmaları hidrogeoloji, geoloji-mühəndis məsələlərini 
həll etmək üçün aparılır. Dövlət planalmanın  məqsədi Yeraltı suların 


 
335 
əmələ gəlməsinin qanunauyğunluğunu və qabaqcadan həmin suların 
ehtiyatının  hesablanmasını,  rayonun  seysmikliyinin  öyrənilməsini, 
geoloji-mühəndis proseslərini (sürüşmə, karstlar əmələ gələn Yerlər) 
süxurların fiziki və texniki parametrlərini (sıxlığı, elastiklik modulu, 
elektrik  keçiriciliyi,  temperatur  şəraitini  və  s.  öyrənməkdir.  Bu 
məsələlərin  həlli  üçün  ilk  növbədə  qravi  və  maqnit  kəşfiyyat 
üsullarından  istifadə  olunur,  bu  tektonik  strukturların  məhəlli 
qanunauyğunluğunu öyrənməyə imkan verir. Bu mərhələdə əvvəllər 
aparılan  qeofiziki  tədqiqatların  nəticələrindən  istifadə  olunur. 
İxtisaslaşdırılmış  böyük  miqyaslı  xəritəalma  işləri  yuxarıda  adları 
çəkilən  işlərə  əsaslanır  və  karataj  və  Yeraltı  qeofiziki  işlərlə 
tamamlanır.  Hansı  geofiziki  üsulun  seçilməsi  rayonun  fiziki  geoloji 
modelindən, ya da ayrıca sahdəki işdən asılıdır. 
Açıq sahələrdə planalma işləri sabit relyefli ərazidə aparılır, bu 
ərazi  az  meşəlikli  yaxud  bataqlıq  olmayan  ərazilər  olmalıdır. 
Seysmik profillər arasındakı məsafə 40-80 km götürülür. 
Açar rolu oynayan sahələrdə planalma işinin aparılması ərazinin 
keçilməz  relyefə  malik  olduğuna  görə  edilir.  Fraqmentli  planalma, 
getmək  mümkün  olmayan  qırışıqlı  dağlıq  ərazilərdə  aparılır. 
Müşahidə  profilləri  çaykənarı  çökəkliklərinə  perpendikulyar 
istiqamətdə  seçilir,  aralarındakı  məsafə  20  km-ə  qədər  olmalıdır. 
Böyük  miqyaslı  mühəndis-geoloji  planalmada  geofiziki  üsul  Yer 
qabığının  üst  qatında  yerləşən  süxurların  litoloji  tərkibini, 
tektonikasını, süxurların mexaniki xassələrini öyrənmək üçün istifadə 
olunur.  Bu  məsələləri  həll  etmək  üçün  ilk  növbədə  müxtəlif 
modellərdə  elektrik  kəşfiyyatı  üsulundan,  seysmik  kəşfiyyatın  ağır 
yüklə  Yerin səthinə vurmaqla alınan seysmik dalğaların köməyi ilə 
təyin olunur. 
§ 121. Yeraltı suların kəşfiyyatı və axtarışı 
Yeraltı suların kəşfiyyatı və axtarışında geofiziki tədqiqatlar sulu 
layların 
yerləşdiyi 
şəraitin 
aşkar 
edilməsi 
istiqamətində 
yönəldilməlidir.  Geofiziki  üsullar  içərisində  Yeraltı  suların 
kəşfiyyatında  ən  məlumatlı  üsul  elektrik  kəşfiyyatı  üsuludur,  bunun 
köməyi  ilə  çox  suallara  cavab  tapmaq  mümkündür.  Bu  ondan  irəli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə