Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   89   90   91   92   93   94   95   96   ...   100

 
321 
üsula  ayrılır.  Yerin  dərin  qatlarını  öyrənən  geofiziki  üsullara 
aşağıdakılar  daxildir.  Seysmik  kəşfiyyat,  qravi  kəşfiyyat,  maqnit 
kəşfiyyatı və elektrik kəşfiyyatı. 
Seysmik  kəşfiyyatda  Yer  qabığını  tədqiq  etmək  üçün  dərin 
seysmik zondlama, profilləmə və seysmoloji üsuldan (uzaq və yaxın 
ərazilərdən gələn dalğaları qeyd etməklə) istifadə olunur. 100-1000 
km-lərlə  uzanmış  seysmik  profillər  bizə  imkan  verir  ki,  litosferin 
elastiklik  xassələrinə  görə  Yerin  daxili  quruluşu  haqda  mülahizələr 
irəli sürək. Seysmik üsul ən dərin tədqiqat mənbəyidir, ona görə də 
bunun  köməyi  ilə  Yerin  ən  dərin  qatlarında  Yer  qabığının  əsas 
səthlərinin    sərhədlərinin  təyin  olunması  (litosfer),  Maxoroviç 
səthini, Konrad sərhədini öyrənir, kristallik bünövrənin üst qatını və 
s.  öyrənməyə  imkan  yaradır.  Bu  üsul  çökmə  qatın  quruluşunun  da 
öyrənilməsinə  imkan  verir.  Maxoroviçiçin  alt  sərhədində  mantiya 
yerləşir  üst  qatı  litosferə  daxildir,  bu  da  seysmik  üsulla  xəritəyə 
alınır.  Yer  qabığının  əmələ  gəlməsində  və  inkişafında  okeanın 
altındakı  dağ  silsilələri  və  kontinental  rift  kimi  xətti  strukturnar 
xüsusi əhəmiyyət kəsb edir. Rift sistemləri, elastik xassələrin dəyiş-
məsi  ilə  bərabər  eyni  zamanda  maqnit,  sıxlıq  və    xassələrlə  təsvir 
olunur. Bunlar qravi kəşfiyyat, maqnit kəşfiyyatı üsulları ilə xəritəyə 
alına bilir, eyni zamanda  geofiziki üsullarla da burada yaranan fiziki 
sahələri bir-birindən asanlıqla ayırmaq olar. 
Maqnittellurik  cərəyan  üsulu  Yer  qabığının  dərin  qatlarının  və 
mantiyanın elektrik keçiriciliyini, o cümlədən, Yerin dərin qatlarında 
mantiyada  yerləşən  elektrik  keçiriciliyi  kristallik  süxurun 
keçiriciliyindən 3-4 tərtib  çox olan kütləli qatın öyrənilməsinə imkan 
verir.Məhəlli  quruluşu  öyrənən  qeofiziki  tədqiqat  iki  mərhələdə 
aparılır: birinci mərhələdə qeofiziki üsulla Yer qabığında əsas geoloji 
quruluş  ayrılır,  ərazinin  ümumi  quruluş  planı  aydınlaşdırılır.  Yer 
qabığının  əsas  ümumi  vahidinə  dərin  qırılmalar,  okean  quruluşları, 
mərkəzi okean dağ silsilələri, geosinklinal və   platformalar daxildir. 
Adları  çəkilən  quruluş  vahidlərini  aşkar  etmək  üçün  1:200.000 
miqyasında  qravimetrik  və  aeromaqnit  planalmaları,  istinad 
kəsilişlərində isə seysmik və elektrik kəşfiyyat işləri aparılır. 


 
322 
Kristallik  özülün  və  çökmə  qatın  quruluşunu  və  tərkibini 
öyrənmək  üçün  ikinci  mərhələnin  qarşıya  qoyduğu  geofiziki 
kəşfiyyat  məsələsinin  həllinə  baxılır.  Özülün  əraziləri  üçün  üç 
yaruslu 
(aşağıdan 
yuxarı) 
quruluş, 
kristallik 
özülün, 
metamorfikləşmiş  süxur  tapıntıları,  qırışıqlarla  qırılmalar,  müxtəlif 
tərkibli  inturiziyalarla  yarılıb  çıxan  orta  quruluş  yarusu,  effuziv, 
terrigen  karbonatlı  komplekslər  və  kristallik  özülün  üstünü  örtən  
çökəkliklərdəki,  qismən  metamorfikləşən  komplekslər;  çökmə  yolu 
ilə  əmələ  gələn  örtüyü,  zəif  diferensiallaşmış  metamorfizmə 
uğramamış  süxurlardan  ibarətdir.  Nadir  hallarda  intruziyalarla 
yarılır.  Qeofizika  üsulu  ilə  platformalarda  kristallik  özülün  səthinin 
relyefi  tərkibi  və  daxili  quruluşu  öyrənilir,  burada  çökmə  və  aralıq 
yarusları  bir-birindən  ayrılır  və  bunların  daxili  quruluşları  aşkar 
edilir. 
Özülün  yerləşdiyi  dərinlik  və  səthinin  relyefi  demək  olar  ki, 
bütün  geofiziki  üsullarla  öyrənilə  bilər,  belə  ki,  özülün  metamorfik 
süxuru  fiziki  xassələrinə  görə  bunun  üstündə  yerləşən  aralıq 
yarusunda  olan  və  çökmə  örtüyün  süxurlarından  kəskin  fərqlənir. 
Özülün səthi yüksək sürətli (5500-6500m/s) sınan dalğalar sərhədinə 
çevrilir,  ona  görə  də  sınan  dalğalar  seysmik  üsulu  əsas  tədqiqat 
üsullarının biri olur. 
Özülün tərkibini və quruluşunu qeofiziki üsulların hamısı ilə 
öyrənmək  olar.  Özülün  sıxlığına,  maqnit,  elastik  xassələrinə  görə 
fərqlənməsi  bizə  burada  dərin  qırımlarla  məhdud  olan  blokları 
ayırmağa  imkan  verir.  Məhəlli  struktur  tədqiqatlarında,  maqnit 
kəşfiyyatı  üsulu  xüsusi  rol  oynayır.  Bu  üsul  təxmini  olaraq  Yer 
qabığında  müxtəlif  inkişaf  tarixli  böyük  blokların  sərhədlərini, 
platformaları,  platforma  düşmə  və  qalxmalarını,  geosinklinolları, 
dağətəyi  və  dağlararası  çökəklikləri,  qırışıqlarla  səciyyələnən 
zonaların  (qurşaqların)  izlənməsini  və  tektonik  hərəkətlərin 
elementlərinin  təyini,  tektonik  pozulmaların  istiqamətinin  təyini, 
dayka  komplekslərin  izlənməsi  və  intruziya  və  effuziv  maqnetizm 
yaradan sahələri və s. aşkar etməyə imkan verir. Çökmə örtüyün tərkib 
və  quruluşunu  öyrənməkdə  xüsusən  sərfəli  olan  seysmik  və  elektrik 


 
323 
kəşfiyyatıdır. Qeofiziki nəticələrin kompleks təhlili ilə özülün üst qatının 
relyefin  geoloji  və  qeofiziki  kəsilişlərin  və  s.  fiziki  sahələrin  xəritəsi 
qurulur.  Bu  və  ya  digər  faydalı  qazıitılar  ehtimalı  olan  sahələri  qeyd 
etməklə geoloji quruluş xəritəsi qurulur. 
 
      § 115. Orta miqyaslı geoloji xəritəalma                
Geofiziki  işlərdə,  orta  miqyasl  xəritəalmada  adətən  əvvəlcə 
geoloji  xəritəalma  aparılır.Qarşısında  qoyduğu  məsələyə  görə  bu 
kicik miqyaslı, məhəlli xəritəalma ilə çox yaxındır, ona görə də bunu 
çox hallarda məhəlli xəritəalma ilə bir mərhələdə aparırlar. 
Orta  miqyaslı  xəritəalmada  kompleks  geofiziki  işlər  görülür. 
Buraya  daxildir;  aeromaqnit  planalma,  qravi  kəşfiyyat,  elektrik 
kəşfiyyatı  seyismik  kəşfiyyat.  İşlər  1:200.000  miqyasında  yaxud 
1:100 000 miqyasında aparılır. 
Platforma  ərazisində  qeofiziki  nəticələr  bünövrənin  səthinin 
relyefini  tərkibini,  quruluşunu  və  çökmə  örtüyünü  öyrənmək  üçün 
istifadə edilir. 
Kənar cökəkliklərdə geofiziki tədqiqatlar, əsasən, çökmə örtüyün 
tərkibini,  quruluşunu  öyrənmək  ücün  istitfadə  olunur.  Belə  halda 
çökəkliyin  sərhəd  zonasında  çökmə  qatının  yatım  bucağı  kəskin 
dəyişir,  müxtəlif  yaşlı  süxurlar  burada  uyğun  olmayaraq  yerləşir, 
bunu  təyin  etmək  üçün  maqnit  və  qravi  kəşfiyyat  əsas  rol  oynayır. 
Çökəkliyin  mərkəzi  hissəsində  elektrik  və  seysmik  kəşfiyyatlarla 
keyfiyyətli  tədqiqatlar  ayrı-ayrı  profillərlə  və  kəsilişlərlə  aparıla 
bilər.  
Dağarası  cökəklikləri  və  cala-çuxur  əraziləri  platforma  ərazi-
sində ayrılan eyni kompleks geofiziki üsullarla öyrənirlər. 
Qırışıqlıq  ərazilərdə  ana  süxurlar  üzə  cıxır,  yaxud  cox  da  qalın 
olmayan  cökmə  süxurları  ilə  örtülür.  Burada  əsasən  tədqiqat  işləri 
maqnit  yaxud  qravi  kəşfiyyat  üsulları  ilə  aparılır.  Seysmik  və 
elektrik kəşfiyyatını istinad profillərində və açıq sahələrdə kömür və 
neftin  varlığı  güman  olunan  sahələrdə  aparırlar.  Orta  miqyaslı 
xəritəalmada geofiziki tədqiqatların nəticələri özünü fiziki sahələrin 
xəritəsindəki kimi əks etdirir. Xəritə 1:200 000  miqyasında qurulur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə