Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   85   86   87   88   89   90   91   92   ...   100

 
307 
birlikdə  mürəkkəb  çökmə  süxurları  ilə  səciyyələnən  kəsilişləri  bir-
birindən ayırmağa imkan verir. 
 
§ 104. CƏRƏYAN KARATAJI 
Cərəyan  (birelektrodlu)  karatajı  elektrik  karatajlarının    ən 
sadəsidir. Bunu aparmaq üçün qidalandırıcı elektrod B Yerin səthinə 
çalınır,  A  elektrodunu  məhlulla  dolmuş  quyuda  hərəkət  etdirdikcə 
Yerlə  birləşmiş  elektrodun 

  müqaviməti  dəyişməyə  başlayacaq, 
çünki  quyunun  kəsdiyi  süxurların  xüsusi  müqavimətindən  asılıdır. 
Bu isə AB dövrəsində cərəyanın dəyişməsinə   səbəb olur, ona görə 
də  karataj  cərəyan  şiddətinin  yerli  qeyri-bircinsliyi  süxurun  az 
müqavimətə  və  cərəyan  şiddətinin  böyük  qiymətli  olduğunu  təsvir 
edir.  
Sürüşən kontaktla karataj  üsulu  cərəyan karataj üsulunun başqa 
forması və şotkalı elektrodların köməyi ilə aparılır və quyunun divarı 
ilə  sürüür.  Qquyu  ya  quru  ya  da  məhlulla  dolmuş  ola  bilər.  Bu 
elektrod  quyunun  divarında  hərəkəti  zamanı  müxtəlif  xüsusi 
müqavimətli süxurlara toxunur, bunun nəticəsində elektrodun özünün 
kecid  müqaviməti  dəyişir,  eyni  zamanda  AB  dövrəsində  cərəyan 
şiddəti  dəyişir.  Sürüşən  kontakt  karataj  üsulu  ilə  yaxşı  elektrik 
cərəyanı kecirən sulfid, maqnetit filizini, qrafiti, kömürlü şistləri, çatı 
su ilə dolmuş  süxurları  çox dəqiqliklə qeyd etmək olur. 
Sürüşən  kontakt  karataj  üsulunda  quyu  zondları  bir  yox,  üç 
elektroddan ibarət olur, bu elektrodlar quyunun divarına quyu yayları 
ilə sıxılır. 
İnduktiv karataj üsulu. Bu növ karataj generatorla süxurlara və 
filizlərə  verilən  ilkin  elektromaqnit  sahəsinin  hesabına  burulğanlı 
induksiya cərəyanı yaradır və bu cərəyan da öz növbəsində iinduktiv 
elektromaqnit sahəsi yaradır. Bu da induksiya karatajın əsasını təşkil 
edir.  İkinci  yaranan  maqnit  sahəsi  quyuda  hərəkət  edən  qəbul  edici 
makaralarla  qeyd  olunur.  Bu  isə  süxurun  elektrik  keçiriciliyindən 
asılıdır.  İnduksiya  karataj  üsulu  ilə  tədqiqatın  radiusu  (dairəsi) 
generatorla makara arasındakı məsafə ilə müqayisə oluna bilər. 


 
308 
İnduktiv karatajın başqa üsullardan üstün cəhəti ondan ibarətdir 
ki,  ölçmələr  həm  quruda,  həm  də  yüksək  müqavimətli  məhlul 
doldurulmuş  quyularda  aparıla  bilər.  Çatışmayan  cəhəti  isə  kiçik 
dəqiqliyə  malik  olmasıdır.  Buna  görə  də,  bu  üsuldan  mürəkkəb 
çökmə süxurları öyrənmək üçün istifadə edirlər. 
XXVII  Fəsil 
NÜVƏ FİZİKASI ÜSULU İLƏ QUYULARIN TƏDQİQİ 
Nüvə  geofiziki  tədqiqat  üsulu  quyu  kəsilişində  süxurların 

 
şüaları  buraxmasına,  yaxud  da  neytron  selinin  qəbul  olunmasına, 
quyunun divarlarını 

 kvant və neytronlarla şüalandırdıqda ionlaşma 
şüalanmasını qeyd etməyə əsaslanıb. 
Radioaktiv  karataj  süxurlarda  eyni  zamanda  həm  təbii,  həm  də 
ikinci  süni  radioaktivliyi  öyrənmək  üçün  aparılır.  Bu  proses  süxur-
ların xarici mənbədən 

 şüaları, yaxud neytronlarla şüalanması hesab-
ına  olur,  eyni  zamanda  süxurlar  tərəfindən  şüaların  udulması, 
yavaşıdılması  və  süxurda  səpilməsi  hadisələrini  öyrənmək  üçün 
istifadə olunur. 
Radioaktiv karatajın əsas üsulu qamma karatajdır, bu süxurlarda 
təbii  qamma  şüalarını  öyrənmək  üçün  istifadə  olunur;  qamma-qam-
ma  karataj  və  neytron  karataj  mənbəyi  süxurlar  ilə  qarşılıqlı  təsir 
effektinə əsaslanıb. 
Qarşılıqlı  təsirin  nəticəsi  səpilmə,  eyni  zamanda  neytron  və 
qamma  şüalarının  udulmasıdır.  Cavab  reaksiyasının  bir  qiymətli 
olmasından  istifadə  edərək  bu  üsulun  bir  neçə  modifikasiyası 
yaradılmışdır: neytron qamma karataj, neytron-neytron- qamma kara-
taj, retngenradiometrik karataj və s. 
Radioaktiv karataj üsulu vasitəsi ilə kənarları möhkəmlənmiş və 
möhkəmlənməmiş,  quru  yaxud  qazma  məhlulu  ilə  doldurulmuş 
quyular təşkil edən süxurların mineral və kimyəvi tərkibini təyin et-
mək üçün istifadə olunur. Üsulun çatışmayan cəhəti ondan ibarətdir 
ki,  tədqiqatın  radiusu  kiçikdir  və  şüalanma  mənbəyi  yaxınlığında 
işləmək təhlükəlidir. 
Radioaktiv karataj elektrik karatajı kimi geniş istifadə olunmağa 
başlanmışdır.  


 
309 
 
 
§ 105. Qamma karataj və qamma-qamma karataj 
Qamma  karataj  quyunun  divarı  boyunca  təbii  qamma  şüa-
lanmanın dəyişməsini ölçməyə əsaslanıb. Qamma şüaları başqa nüvə 
şüalarına  nisbətən  mühitə  yüksək  nüfuzetmə  qabilyyətinə  malik 
olduğuna görə quyu radiometri ilə bu şüaları qeyd etmək olur. Quyu 
radiometri polad zonddan ibarətdir (şəkil 97 a).  
  
 
Şəkil 97. 
Radioaktiv karataj üsulunun qurğusu. A-QK-qamma karataj; b-
QQK-qamma-qamma  karataj;  v-NQK-neytron-qamma  karataj;  q-NNQ-
neytron-neytron  karataj;  I-qamma  şüalarını  tutan  və  buraxan  indikator;  II-
qamma  şüalarını  buraxan  mənbə;  III-neytronun  sıxlığını  müəyyən  edən 
qəbuledici  indikator;  IV-neytron  mənbəyi;  1-polad  ekran;  2-  qurğuşun 
ekran;  3-  yüksək  hidrpogenə  malik  olan  parafin  və  yaxud    maddə;  O-
ölçmələrin nəticələrini yazmaq yeri. 
 
Elektrik  siqnalı  qamma  şüalanmanın  intensivliyi  ilə 
mütənasibdir və kabel vasitəsi ilə karataj stansiyasının qeydedicisinə 


 
310 
verilir  və  karataj  diaqramı  yazılır.  Diaqramda  müxtəlif  radioaktivli 
laylar, xüsusi ilə maksimumlarla uran, torium, radium, kalium-40 və 
başqa  radioaktiv  izotoplarla  zəngin  olan  süxurlar  qranit  və  gillər, 
həmçinin  radioaktivliyi  miniumum  olan  qum  daşlı,  karbonatlı 
süxurlar, daş-duz, kömür və s. ayrılır (§ 94bax). 
Qəbul  olunan  təbii  qamma  şüalarının  intensivliyinə,  gilli  məh-
luldan  buraxılan  şüalar,  quyuya  buraxılmış  boru  tərəfindən  şüanın 
udulması  və  sement,  əhəmiyyətli  dərəcədə  karataj  diaqramında 
kənara çıxmalar yaradır ki, süxurun radioaktivliyi ilə heç bir əlaqəsi 
yoxdur. Bundan başqa, qamma karatajın göstəricisinə tədqiq olunan 
quyunun diametri təsir edir. Qamma karatajı tədqiqatın radiusuna 30 
sm  yaxın  olur.  Süxurları  qamma  kvantla  şüalandırdıqda  səpələnən 
qamma  şüalarını  ölçmək  üçün  QK-dan  istifadə  olunur  (§  94  bax). 
Tədqiqatları qamma kvant mənbəli və qeydedici (detektor) dəmir və 
qurğuşun  ekranla  arası  kəsilən(95-ci  şəklə  bax),  cihazlarla  aparılır. 
Qamma  şüalanması  ilə  dedektor  arasındakı  məsafə  zondun  ölçüsü 
adlanır L
z
, çox hallarda 20-70 sm-ə bərabər olur. Radioaktivlik mən-
bəyi olaraq radioaktiv kobaltdan, seziumdan yaxud sürmədən istifadə 
olunur.  
QQK  iki  variantda  istifadə  olunur,  sıxlıq  QQK  və  seçmə 
qabiliyyətli  selektivli  QQK.  Sıxlıq  QQK  süxurların  və  filizlərin 
sıxlığını tə'yin etmək üçün istifadə olunur. 
Seçmə  qabiliyyətli  selektivli  QQK  isə  filizlərin  və  ağır 
elementlərin  miqdarını  təyin  etmək  üçün  istifadə  olunur.  Hər  iki 
variant  kömür  olan  digər  əraziləri  öyrənməkdə  və  kömür  laylarının 
ayrılmasında geniş istifadə olunur, digər tərəfdən QQK sıxlıq karatajı 
torpağın  sıxlığını,  nəmliyini  təyin  etmək  üçün  də  istifadə  olunur. 
Bunun  üçün  quyu  qazmaq  lazım  gəlir.  QQK  sıxlıq  üsulla  alınan 
nəticələr  imkan  verirki  süxurun  məsaməliliyini  təyin  edək  və  bu 
üsulla süxurun kollektor xassələri öyrənilir. 
 
§ 106. Neytron karataj üsulu 
Burada iki ən çox istifadə olunan üsula baxaq: Neytron-neytron 
karatajı  (NNK)  və  neytron-qamma  karatajı  (NQK).  Bu  üsullar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə