Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   88   89   90   91   92   93   94   95   ...   100

 
317 
Quyularda  temperaturu  təyin  etmək  üçün  quyuya  elektrik 
müqavimətli  termometrlər  salınır, ölçmə aparılır. Termometrin işləmə 
prinsipi;  metal  naqilin  ətraf  mühitin  temperaturu  dəyişdikdə  bunun  da 
müqavimətinin  dəyişməsinə  əsaslanıb.  Termometriyada  qradiyent  və 
anomaliya  termometrlərindən  istifadə  olunur.  Qradiyent  termometrin 
köməyilə  iki  nöqtə  arasında  temperaturlar  fərqini  ölçürlər.  Bu  nöqtələr 
həmişə  bir-birindən  eyni  məsafədə  1,5-3  m  məsafədə  yerləşirlər, 
anomaliya  termometrindən  verilmiş  dərinlikdə  temperaturun  orta  qiy-
mətindən kənara çıxmalar qeyd etməkdən ötröüi itidə olunur. Quyularda 
temperaturu,  termometri  quyuya  salanda  ölçürər  ki,  hərəkət  zamanı 
məhlulun qarışma prosesi baş verdikdə ölçmənin diqliyi azalmasın. 
 
§ 113. Mayelərin sərf olunmasının ölçülməsi. Axım və sərfolma 
yernin təyini. 
        Quyularda boru arxasında suyun hərəkəti 
Mayelərin sərf olunmasının təyini. Bu cihaz quyularda, laylarda 
mayenin  axma  sürətini,  yaxud  da  udma  sürətini  və  eyni  zamanda 
ayrı-ayrı  layların  ümumi  su  udma  yaxud,  su  vermə  qabiliyyətini 
öyrənməyə  və  hesablamağa  imkan  verir.  Ölçmələri  mexaniki  ya  da 
termoelektrik sərfolmanı ölçən cihazlarla aparırlar(şəkil 99). 


 
318 
 
 
Şəkil  99
Quyuda  mayenin  miqdarının  dəyişməsini  ölçən  cihazın 
elektrik sxemi (a).  
 Mayenin  miqdarının  dəyişməsini  ölçən  mexaniki  Şlyumberc  firmasının 
qurğusu (b). 1-paker; 2-Maqnit tənzimləyicisini hərəkətə gətirən fırlancaq. 
  
 
Mexaniki  sərf  olmanı  ölçən  cihaz  mayenin  axma  sürətini  cihazın 
daxilində  yerləşən  fırlanan  pərin  hesabına  ölçür.  Bu  pər  maqnit 
ayrıcısına  birləşdirilir  və  pərin  fırlanma  tezliyini  təyin    edir.  Quyuda 
suyun tam pərdən keçməsi üçün pakeri bağlayırlar. 
Termoelektrik  sərf  olmanı  ölçən  cihaz  qızan  müqavimətin 
soyumasına əsaslanıb (datçik). R
d
  axan suyun içində yerləşdirilir bu 
isə suyun bir istiqamətdə xətti axma surətindən asılıdır (şəkil 100 a). 
Termoelektrik sərf olunmanı ölçən cihaz fontan vuran quyulara nasos 
və kompressorlarla birləşdirilir. 
Cihazın  göstəricisi  ya  öz  üzərində  yerləşdirilir,  yaxud  uzaq 
məsafədən idarə olunur. Mexaniki cihaalar orada axan məhlulun tə 
rkibindən asılı  deyil və  axan mayenin  intensivliyini  dəqiq  qeyd 
edir. Termoelektrik cihaz isə burada axan məhlulun tərkibindən asılı 


 
319 
olduğu  üçün  yəni  məhlul  çox  fazalı  olduqda  axma  intensivliyini 
keyfiyyətcə təsvir edir.  
Quyuda  suyun  udulması,  yaxud  axıb  gəlməsi  laylardakı 
təzyiqdən və bir də quyunun içindəki təzyiqdən asılıdır. Eyni bir lay 
həm  su  verən,  həm  də  udan  ola  bilər.  Su  verən,  udan  laylar  çox 
hallarda  quyuya  buraxılan  borunun  arxası  ilə  əlaqədar  olur  və  boru 
arxasında suyun axması davam edir, ona görə də suyun axıb gələn və 
udulan  yerini  bir  də  boru  arxasında  axma  yerini  təyin  etmək  eyni 
zamanda  aparılır.  Bu  məqsədlə  quyularda  məhlulun  xüsusi 
müqavimətini,  temperaturunu  və  radioaktiv  izotop  üsulu  ilə 
radioaktivliyini təyin edirlər.   
   
Su axıb gələn  yeri çox hallarda xüsusi elektrik müqavimətini 
və temperaturunu ölçməklə təyin  edirlər. Bu halda ölçmələr quyuya 
məhlul vurmaqla, yaxud məhlulu quyudan çəkməklə aparılır. Quyuya 
məhlul  vurma  üsulunda  əvvəlcə  quyu  bircinsli  məhlulla  doldurulur, 
bu məhlul həm xüsusi müqavimətə, həm də temperaturuna görə lay 
suyundan  fərqləndirilməlidir.  Quyuda  məhlulun  təzyiqi  laydakı 
təzyiqdən çox olmalıdır. Quyu doldurulduqdan sonra birinci ölçmələr 
(1) aparılır, ya xüsusi müqavimət, yaxud da temperatur təyin olunur 
(şəkil 100 a). Sonra quyudan məhlul sorulub çıxarılır, imkan yaradılır 
ki,  laylardan  su  axıb  quyuya  dolsun.  Elə  ki,  suyun  səviyyəsi  gəlib 
çatdı  əvvəlki  səviyyəyə  yenidən  xüsusi  müqavimət  və  (2)-ci 
temperatur  ölçülür.  Quyuya  su  axıb  gələn  yerdə  müqavimət  və 
temperatur  əvvəlki  ölçməyə  nisbətən  ya  az,  ya  çox  olacaqdır.  Bir 
neçə  ölçmə  aparmaq  su  gələn  yeri  yüksək  dəqiqliklə  təyin  etməyə 
imkan verir

Təzyiqlə  quyuya  məhlul  vurma  üsulunda  da  ölçmələr  nəzarət 
ölçmələrindən başlanır,  burada da quyuda bircinsli  məhlulun  xüsusi 
müqaviməti və temperaturu ölçülür, sonra quyuya ya su, yaxud tərkib 
etibarı  ilə  əvvəlkindən  fərqlənən  gilli  məhlul  vurulur  və  ölçmələr 
aparılır.  Hər  ölçmədən  qabaq  quyuya  yeni,  müəyyən  miqdarda 
məhlul  vurulur.  Beləliklə,  su  axımının  sərhədinin  dəyişməsini  mü-
şahidə  edirlər.  Borunun  arxasında  axan  mayenin  təyini  üçün 
termometr  üsulu  ən  əlverişlidir.  Borunun  çölündə  maye  axını 


 
320 
yoxdursa, quyudakı məhlulun termoqramması əyimliyə malik olacaq. 
Düz  xətli  o  vaxt  olacaq  ki,  dərinliyə  görə  temperatur  təbii  olaraq 
qalxacaqdır  (1).  Əgər  borunun  arxasında  axma  varsa,  onda  həmin 
hüdudlarda gilli məhlulun temperaturu sabit qalacaqdır (3) (şəkil 100 
c). 
 
          
Şəkil 100. 
Quyuda su gələn yerin təyini (a b) və borunun ətrafında suyun 
hərəkətinin termometrlə və rezistvimetrlə təyini (c).
                  
 Bəzi  hallarda  borunun  arxasında  su  axımının  olub-olmamasını 
təyin  etmək  üçün  radioaktiv  izotoplar  üsulundan  istifadə  edirlər. 
Tədqiqatı  adətən  quyu  metodundakı  qamma-aktivliyi  ölçməklə 
aparırlar.  Sonra  quyuya  müəyyən  aktivləşmiş  zənginlikli  radioaktiv 
izotop  məhlul  vurulur.  Bu  məhlulu  laylara  təzyiqlə  vururlar,  sonra 
quyunu yuyaraq radioaktiv izotopdan təmizləyirlər. 
XXVIII Fəsil 
GEOFİZİKİ ÜSULLARIN KÖMƏYİ İLƏ GEOLOJİ XƏRİTƏ 
ALMA, FAYDALI QAZINTILARIN AXTARIŞI VƏ 
KƏŞFİYYATI 
§ 114. Məhəlli xəritə alma 
Məhəlli  tədqiqatlarda  aşağıdakı  məsələləri  həll  edirlər.  Yerin 
daxili  quruluşunun  öyrənilməsi  geotektonik  rayonlaşma,  ərazidə 
faydalı qazıntıların yerləşməsi. Bu işlər məlumat almaq məqsədi ilə 
aparılır. 
Məhəlli  tədqiqatlarda  geofizika  üsulu  yeganə  həqiqi  və  düzgün 
geoloji  məlumat  alma  mənbəyidir.  Bu  dərinlik  və  quruluş  geoloji 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə