Xələfli A. A


§ 116. Böyük miqyaslı xəritəalma



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   90   91   92   93   94   95   96   97   ...   100

 
324 
 
§ 116. Böyük miqyaslı xəritəalma 
Böyük  miqyaslı  geoloji  xəritəalma  böyük  miqyaslı    məlumat 
xəritəsinin tərtib edilməsi məqsədi ilə aparılır. (miqyas 1:50 000,1:25 
000).  Bu  mərhələnin  əhəmiyyətliyi    bundan  əvvəlki  mərhələlərdəki 
işin keyfiyyətindən asılıdır,  (planalmanın miqyası 1:200  000). 
Əvvəlki  mərhələnin  nəticələri  imkan  verir  ki,  tədqiqat  aparılan 
ərazidə  daha  dəqiq  tədqiqat  aparmaq  üsün  sahəni  məhdudlaşdırsın, 
fiziki və geoloji model yaratsın, axtarış meyarı hazırlasın. Geofiziki 
işlər  iki  mərhələdə  aparılır.  Birinci  mərhələdə  göstərilən  miqyasda 
kompleks  aerogeofiziki  planalma  işi  aparılır,  bu  tez  və  az  xərc 
çəkməklə  böyük  ərazidən  geoloji  məlumat  almağa  imkan  verir. 
Aerogeofiziki  planalma  1-2  il  əvvəl  aparılır.  Əvvəldən  aparılmış 
geofiziki işlər növbəti geoloji planalmanın geoloji-geofiziki əsasının 
işlənib  hazırlanmasına  kömək  edir.  Geofiziki  işlərin  ikinci 
mərhələsində  geofiziki  işlə  paralel  geoloji  planalma  işi  aparılır.  Bu 
geoloji  üsulun  keyfiyyətsiz  nəticələr  alındığı  zamanı  aparılır,  yaxud 
böyük həcmli dağ mədən və ya quyu qazma işlərinin aparılması tələb 
olunan zaman. Demək olar ki, bu miqyasda aparılan geoloji-geofiziki 
tədqiqat işləri özlüyündə kəşfiyyat xəritəalma rolunu oynayır. 
Kəşfiyyat  xəritəalmada  kompleks  geofiziki  üsulun  effektliliyi 
təkcə  fiziki  kəmiyyətlərlə  təyin  olunmur,  eyni  zamanda  təbiətin 
yaratdığı  şəraitdən  də  asılıdır(relyefin  ayrılması,  parçalanması, 
hidroqrafik  şərait  və  s).  V.İ  Krasnikovun  (1965)  təsnifatına  görə 
geoloji-geofiziki  tədqiqat  ərazilərini  üc  tipə  bölmək  olar.  Acıq 
ərazilər-  bu  qırışıqlıqlı  ərazi  maqmatik  və  metamorfik  süxurlarla 
təzahür olunan dördüncü dövr cökmə süxurları ilə az örtülən (əsasən 
çay kənarlarında cökmə örtük olmayan ərazi) ərazilərdir. Yarım açıq 
ərazilər  cökmə  layın  qalınlığı  500  m-ə  qədər  ola  ərazilər  hesab 
olunur, çökmə örtük bünövrənin üzərində meylli yerləşir, maqmatik 
süxurlar zəif təzahür edir,bərk faydalı qazıntılar ya lay yaxud linzaya 
oxşar  şəkilində  olur.  Bağlı  ərazilərdə  qırışıqlıqlı  süxurlar  (kristalik 
binövrə)  çökmə  süxur  ilə  örtülmüşdür.  Bunun  qalınlığı  500  m-dən 
cox  olur,  örtüyün  süxurları  demək  olar,  tam  horizontal  yerləşir. 


 
325 
Bünövrəli yerdəyişməyə məruz qalan faydalı qazıntılar lay şəkilində 
yerləşir. 
Kəşfiyyat  və  xəritəalma  işlərində  aparılan  üsullardan  biri 
aeromaqnit  planalmadır.  Bu  üsulla  xüsusilə  yaxşı  nəticələri  açıq 
ərazilərdə  50  000  miqyasda  planalma  işi  aparmağa  başlamamışdan 
qabaqkı  mərnələdə  alınır.  Bununla  birlikdə  aeroqamma  spektro-
metrik  planalma  işləri  də  aparılır.  Bundan  eyni  zamanda  həm 
xəritəalma,  həm  radoiaktiv  elementlərin  yataqlarının,  həm  də  nadir 
torpaq  lərinin  kəşfiyyatı  ücün  istifadə  olunur.  Üstü  örtülmüş 
ərazilərdə  aparıcı  rolu  elektrik  profillmə,  zondlama  və  seysmik 
kəşfiyyat üsulları oynayır. 
Qarşıya qoyulan məsələdən və ərazidən asılı olaraq təfsilatı ilə işi 
aparmaq  üçün  qravi  kəşfiyyatdan,  Yer  üstü  maqnit  kəşfiyyatından, 
təbii elektrik sahəsindən, təbii və sünii yaradılmış polyarizasiya, təbii 
dəyişən  elektrik cərəyanı sahəsindən, elektrik profilləmə, zondlama, 
seysmik  kəşfiyyatdan  maqnitotellurik  zondlama  üsulundan  istifadə 
etmək əlverişlidir. Çöl işləri ərazidən nümunələr götürməklə aparılır 
ki, həmin nümunələrdə süxurların fiziki xassələri öyrənilir. 
Geofiziki  işlərdən  alınan  məlumatlar  kompleks  olaraq  təhlil 
olunur,  burada  imkan  dairəsində  bütün  geofiziki,  geoloji, 
geokimyəvi,  geomorfoloji  nəticələrin  hamısı  cəlb  olunmalıdır. 
Kəşfiyyat və xəritəalma işlərin nəticələri geoloji struktur fiziki sahə, 
tektonik  sxemlər  xəritəsində  və  geoloji-geofiziki  kəsilişlərdə  öz 
əksini tapır. 
Geoloji-geofiziki kəşfiyyat və xəritəalmaların köməyi ilə tədqiqat 
aparılan  ərazidə  bu  və  ya    digər  faydalı  qazıntılar  yatağının  olub-
olmaması haqda bilavasitə məlumat almaq olur. 
 
§ 117. Neft qaz və daş kömür yataqlarının axtarışı və kəşfiyyatı  
Neft,  qaz,  daş  kömür  yataqları  çökmə  süxurlar  dəstəsinə 
daxildir.  Bu  tip  yataqların  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki, 
kütlələr kəsilişdə müəyyən stratiqrafik vəziyyətdə durur, ya lay ya da 
linza  formasına  malikdir.  Belə  şəraitdə  geofiziki  üsulun  tətbiqi 
struktur və litoloji-stratiqrafik əlamətlərinə görə  buranın  quruluşunu 


 
326 
aşkar  etmək  istiqamətinə  yönəldilir,  bu  struktur  quruluşda  hansı 
əlverişli  faydalı  qazıntının  toplanmasını  aşkar  etməyə  imkan  verir. 
Neft  qaz  yataqları  antiklinal  strukturlarla  yaxud  layların  pazlaşma 
zonaları  şəklində  olan  ərazidə  (litostratiqrafik  tələlərdə)  və  duz 
gümbəzləri  və  kələ-kötür  quruluşa  malik  ərazilərlə  sıx  əlaqədardır. 
Neft-qaz  yataqları  Azərbaycan  ərazisində,  əsasən,  antiklinal  və 
pazlaşma  strukturları  ilə  əlaqədardır,  kəsilişlərdə  laylar,  kollektorlar 
var  ki,  gilli  laylarla  örtülüdür.  Bu  strukturları  təşkil  edən  laylı 
kəsilişdə bir neçə istinad əks etdirici və sındıran sərhədlər var. Bu da 
imkan verir ki, antiklinal quruluşlu əraziləri öyrənmək üçün seysmik 
kəşfiyyat  üsulunu  tətbiq  edək.  Axtarış  1:100  000  1:50  000 
miqyasında aparılır. Seysmik kəşfiyyat çox baha olduğundan bir çox 
hallarda  ilk  mərhələdə  axtarış  üçün  qravi,  maqnit,  elektrik 
kəşfiyyatından istifadə olunur. Antiklinal qalxmalar, bir qayda olaraq 
böyük  sıxlığa  malik  olur.  Müxtəlif  səbəblərdən 

g  anomalyası  ya 
zəifləyir ya da güclənə bilir və bunun işarəsi də dəyişə bilər. 
Layların  pazlaşma  zonaları  regional  xəritəalmada  əhəmiyyətli 
dərəcədə seysmik, qravi və elektrik kəşfiyyat üsulları ilə aşkar edilir. 
Duz  gümbəzli  və  çala-çuxurlu  strukturlar  qravi  və  seysmik 
kəşfiyyatla çox aydın qeyd olunur, ançaq seysmik kəşfiyyatın dəyəri 
çox  olduğundan  ondan  həmişə  istifadə  etmək  olmur,  bu  iqtisadi 
baxımdan əlverişli  deyil. Çala-çuxur relyeflər üçün dəqiq  axtarış  işi 
yüksək dəqiqlikli qravi və seysmik kəşfiyyat quyu qazmaqla birlikdə 
aparılır. 
Neft  yataqlarının  axtarışı  üçün  seçilən  kompleks  üsullar  ilk 
növbədə  çökmə  yolu  ilə  əmələ  gələn  layların  müxtəlif  sıxlığa  və 
elektrik xassəsinə malik olması, orqanizmlərlə zəngin olan karbonatlı 
kələ-kötürlü rift süxurları, duz layları, quruluşda tələ rolunu oynayır. 
Çox  hallarda  aşkar  olunan  strukturlar  yataq  yarada  bilmir.  Neft-qaz 
yataqlarını  axtarmaq  üçün  əlaqəsiz,  yəni  bilavasitə  üsul  mövcuddur 
ki, birbaşa anomalyanın yaratdığı sahəni öyrənir, bunlar yatağın özü 
tərəfindən yaradılıb. Neft və qaz yataqları özlərinin fiziki xassələrinə 
görə  yerləşdiyi  süxurun  fiziki  xassələrindən  fərqlənirlər,  bundan 
başqa neft daxilində yerləşdiyi süxurlarla qarşılıqlı təsirdə olub onun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə