Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   92   93   94   95   96   97   98   99   100
    Bu səhifədəki naviqasiya:
  • Şəkil

 
330 
Ultraəsasi, əsasi süxur massivlərində laylara ayrılmayan və pis 
ayrılan yataqların axtarışı. 
Buraya çoxsaylı yataqlar almaz, xrom, peqmatitli platin və başqa 
faydalı  qazıntılar  daxildir.  Xromit  yataqları  ultraəsasi  süxurlarda 
cəmləşirlər və yüksək sıxlığı və yaxud zəif maqnitliyi ilə fərqlənirlər. 
Xüsusi  müqavimətinə  görə  yerləşdiyi  süxurdan  seçilmir,  buna  görə 
də  xrom  axtarma  işlərində  qravi  kəşfiyyatdan  istifadə  olunur. 
Xəritəalma  məsələlərində  və  ultraəsası  massivlərin  sərhədlərinin 
aşkar  olunmasında  aeromaqnit  kəşfiyyat  üsulundan  istifadə  olunur. 
Peqmatit  yataqları  nadir  torpaq  elementləri,  slyuda,  keramika 
xammal  mənbəyi  adlanır.  Qruluşuna  və  genetikasına  görə  peqmatit 
biotitli  qranit  massivləri  qırışıqlı  platforma  çərçivəsində  müxtəlif 
yaşlı  quruluşların  birləşdiyi  Yerlərlə  əlaqədardır.  Yatağın  axtarışı 
üçün  aeromaqnit  və  qravi  kəşfiyyat  üsullarından  istifadə  olunur, 
yatağın tam dəqiqləşməsi üçün elektrik profilləmə üsulundan istifadə 
olunur. 
Köklü  almaz  yataqları  kimberlit  borularındakı  kütlələr  ilə 
əlaqədardır,  bunlar  dayka  damar,  yaxud  boru  şəkilli  olurlar. 
Kimberlit kütlələri və yerləşdiyi süxurlar maqnit xassələrinə görə bir-
birindən  fərqlənən  laylara  ayrılırlar.  Kimberlit  süxurlarının 
maqnitliyi  çox  yüksəkdir.  Kimberlitlərin  yerləşdiyi  və  üstünü  örtən 
çökmə  süxurları  maqnit  xassələrinə  malik  deyil.  Bəzən  kimberlit 
kütlələri  trap  qayaları  ilə  örtülü  olur.  Belə  ki,  onlar  maqnit 
xassələrinə görə geniş hüdudda dəyişməsi ilə təsvir olunur. Ona görə 
də kiçik qalınlıqlı  çökmə süxurları ilə örtülən kimberlit trubkalarını 
axtarmaq  üçün  geofiziki  üsullardan  əhəmiyyətli  sahələri  ayırmaq 
üçün  1:200  000  miqyasında  aeromaqnit  kəşfiyyatından  və  qravi 
kəşfiyyatdan  istifadə  edirlər.  Kimberlit  borularının  axtarışını 
kompleks  geofiziki  üsullarla  aparırlar,buraya  aeromaqnit  kəşfiyyat, 
Yerüstü  maqnit  axtarışı  miqyası  1:10  000  və  1:5000,  daxildir. 
Elektrik  kəşfiyyatı  induksiya  üsulu  ilə  və  yüksək  dəqiqlikli  qravi 
kəşfiyyatla həmin miqyasda axtarış işi aparılır (şəkil101). 


 
331 
 
Şəkil  101. 
Kimberlit  borusu  üzərində  geofiziki  işlərin  nəticələri:  1-
əhəngdaşlı dolomit; 2-kimberlit. 
 
Skarın  tipli  yataqlar  çox  saylı  faydalı  qazıntı  mənbəyidir.  İlk 
növbədə  dəmir  filizi,volfram,molibden-volfrom,mis-polimetallik, 
mis,  qurğuşun-sink  nadir  hallarda  qızıl  yataqlarının  mənbəyidir. 
Skarn yataqların formaları çox müxtəlifdir. Axtarış hədəfi skarn küt-
ləsinin və qranitoid intuziyasının təyinidir. 
Skarnlar 
və 
qranitoidlər 
yerləşdiyi 
süxurun 
maqnit 
qavrayıcılığının böyüklüyü ilə, qamma aktivliyinə, elastik dalğaların 
kiçik  yayılma  sürətinə,  az  xüsusi  müqavimətinə  malik  olması  ilə 
fərqlənir. Dəmir filizli skarn yatağı yerləşdiyi süxurdan böyük sıxlığı 
ilə  fərqlənirlər.  Skarn  yataqlarının  axtarışında  həll  edilən  əsas 
məsələlər  aşağıdakılardır:  1)  Skarn  tipli  yataqların  ayrılması,  
2)Əhəmiyyətli  sahələrdə  həcmi  xəritəalma,  o  məqsədlə  aparılır  ki, 
sahənin  quruluşunun  litoloji-maqmatik  kriteriyalarını  təyin 
etsinlər.Bu  məsələləri  həll  etmək  üçün  kompleks  qeofiziki 
üsullardan:  aeromaqnit  və  Yerüstü  maqnit  plana  alması  aparılır.  Bu 
işlər  qravi  axtarış,    seysmik  və  elektrik  axtarış  üsulları  ilə 
tamamlanır. 
Volfram və molibden-volfram filizləri yüksək polyarizasiya olma 
qabiliyyətinə  malikdir  və  bu  filizləri  axtarma  kompleks  geofiziki 


 
332 
üsullarla  elektrik  kəşfiyyatı  üsulu  daxil  olmaqla  maqnit  və 
qravikəşfiyyat üsulları ilə tamamlanır. 
Müxtəlif materiallarla zəngin olan filizlər yerləşdiyi süxurlardan 
yüksək  sıxlığına,  elektrik  keçiriciliyinə  polyarizasiya  olmasına,  sü-
xurda  pirrotin  və  maqnetitin  olması  ilə  maqnit  qavrayıcılığının 
artması  ilə  fərqlənirlər.  Bilavasitə  qurğuşun  və  sink  yataqlarını 
axtardıqda  metalometriyanı  tətbiq  edirlər  kompleks  geofiziki 
üsullardan, elektrik qravi  kəşfiyyatdan və, bəzi  ərazilərdə isə  əlavə 
olaraq maqnit kəşfiyyatı üsulundan istifadə olunur. 
Karbonat yatağı sənaye əhəmlyyətli nadir torpaq elementlərindən 
sirkon,  stronsi,  eyni  zamanda  maqnitit,  apatit,  flaqopit,  vermukulit 
sement  zavodları  üçün  karbonatlı  xammal  mənbəyidir.  Karbonatlar 
genetik  olaraq  ultraəsasi  və  qələvi  süxurları  ilə  əlaqədardır.  Filiz 
yatağı  adətən,  intruziyanın  daxilində  izometrik  formaya  malikdir, 
sahəsi  100m
2
  -dən  15  km
2
-ə  qədər  olur.  İntruziyalar  yerləşdiyi 
süxurdan, yüksək maqnit qavraycılığına malik olması ilə fərqlənirlər. 
Geofiziki  axtarışların  əsas  məsələsi  aşağıdakılarldır:  1-ultraəsasi 
qələvi  və  karbonatların  xəritəyə  alınması;  2-faydalı  gələcəyi  olan 
sahələrin  tektonik  quruluşunun  xüsusiyyətlərinin  öyrənilməsidir. 
Geoloji məsələnin həlli ola bilsin ilk növbədə aeromaqnit və qamma 
elektrometrik  planalmadır.  Yer  səthi  tədqiqatlar  da  həmin  üsulları 
tətbiq eddrlər. 
Çatlı metasamotik və damar tipli yataqlar. Bu, çox geniş yayılmış 
dəstə  yataqlardırlar,  buraya  mis  kolçedanı,  polimetallik,  mis-poli-
metallik, qızıl-gümüş, sürmə, civə, arsen, qalay, flyorit, barit, siderit, 
maqnezit,  volfram,  molibden,  uran  daxildir.  Belə  yataqlar  geofiziki 
xassələrinə  görə  bir-birinə  çox  yaxındır.  Bu  yataqlar  üçün  əlverişli 
sahələr  vulkanogen  çökmə  massivləridir.  Burada  üstünlük  əsasi  və 
turş  vulkanogen  formasiyalara  verilir.  Buraya    süxurların 
hidrotermal  metamorfikləşmə  zonası  dərin  qırışıqları  olan 
ərazi,tektonik  pozulmuş  və  çatlarla  səciyyələnən  ərazilər  daxildir. 
Tektonik  dağılmış  zonalarda  maqnit  sahəsi  pirrotinləşmənin 
nəticəsində  artır.  Yatağı  özündə  yerləşdirən  süxurlarda  hidrotermal 
dəyişmələr  baş  verir  (varslaşma,  serpentinləşmə,  karbodatlaşma  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə