Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   83   84   85   86   87   88   89   90   ...   100

 
301 
Geoloji  kəşfiyyat  işlərində    silindr  formalı  nümunəsiz  qazma 
işləri  aparılır  (axırıncı  quyuların  istismara  verildiyi  zaman  görülür). 
Hər  iki  qazma  zamanı  süxur  tam  olaraq  sürtülüb  yeyilir,  süxurun 
tərkibi,  qurululşu  haqda  bir  məlumat  almaq  mümkün  olmur. 
Geofiziki  işləri  tətbiq  etməklə  süxurların  fiziki  xassəsi  öyrənilir  və 
quyunun  geoloji  sənədləri  hazırlanır  Bu,  quyularda  müxtəlif  fiziki 
sahələri  öyrənməklə  mümkün  olur.  Bu  halda  Yer  səthində  olduğu 
kimi  bütün  fiziki  sahələr  və  üsullardan  istifadə  olunur.  Quyulara 
müşahidənin  nəticələrinə  quyunun  diametri,  quyunun  əyilməsi, 
quyunu  dolduran  qazma  məhlulların,  suların  duzlaşması  və  bir  çox 
amillər  təsir  edir.  Bu  şərtlər  Yerin  səthində  aparılan  geofiziki 
müşahidələr arasında əhəmiyyətli fərq yaradır. Buna görə də quyuda 
aparılan  geofiziki  müşahidələr  ayrılaraq  sərbəst  sahə  yaradır  ki, 
bunlara  quyuları  geofiziki  öyrənən  üsul  adı  verilib.  Bəzən  bunlara 
mədən  geofizikası  deyilir  (neft  və  qaz  yataqlarının  axtarışı  yaxud 
karataj adlandırılır). 
Quyularda  aparılan  bütün  ölçmələr  ya  maşına  ya  da    hərəkət  edən 
vasitələrdə  yerləşdirilən  karataj  stansiyalarında  aparılır.  Qarataj 
stansiyalarının tərkibinə aşağıdakılar daxildir: quyu ölçmə  aləti, yerüstü 
idarəetmə  mərkəzi  və  qeydetmə.  Xüsusi  naqil  vasitəsi  ilə  idarəetmə 
mərkəzi  ölçmə  aləti  ilə  birləşdirilir.  Müasir  avtomat  karataj  
stansiyalarında bir neçə dəst quyu ölçmə və idarəetmə mərkəzi var ki, bu, 
müxtəlif  üsulları  ayrılıqda,  yaxud  hamısından  birlikdə  istifadə  etməyə 
geniş imkan verir. 
Ölçmələrin nəticələri oxşar formada karataj diaqramı kağız lent-
də, foto lentdə,  yaxud ədədi  kodlarla  yazılır   ya əllə,  ya da maşınla 
hesablanılır. Çox dərin olmayan quyuları bir məqsədli əldə gəzdirilən 
cihazlarla  öyrənirlər.  Quyuların  fiziki  üsulla  öyrənilməsi  böyük 
əhəmiyyət  kəsb  edir.  Qarataj  quruluş  geologiyasında  filiz  və  qeyri-
filiz    yataqların  axtarışında  və  mühəndis  hidrogeologiya 
tədqiqatlarında  istifadə  olunur.  Quyuların  kəsilişini  öyrəndikdə 
elektrik,  nüvə  fizikası,  termometrik,  seysmoakustik,  maqnit, 
qravimetrik, eyni zamanda geokimyəvi və geoloji üsullardan istifadə 


 
302 
edirlər.  Geofiziki  tədqiqat  eyni  zamanda  həm  quyu  ətrafı,  həm  də 
quyulararası məkanda aparılır.  
 
XXVI FƏSİL 
QUYULARIN ELEKTRİK KƏŞFİYYATI İLƏ TƏDQİQİ 
Quyuların  elektrik  üsulu  ilə  tədqiqi  Yer  səthi  üsulunun 
tədqiqatlarına  çox  yaxındır.  Ən  çox  istifadə  olunan  elektrik 
müqavimətinin    zahiri    qiymətini    təyin    edən    üsuldur.  Bu 
müşahidələrdən  təbii  elektrik  sahəsindən  məxsusi  polyarizasiyanın 
yaratdığı potensialın karatajından, yaradılmış potensialından sürüşən 
təmas  karatajından,  elektrodlardakı  potensial  karatajından  istifadə 
olunur və s. Qurğular quyu ölçmə alətinin üzərində yığılır və karataj 
zondu adlanır. 
 
§ 102. FƏRZ OLUNAN MÜQAVİMƏT ÜSULU 
Quyuların  fərz  olunan  müqavimət  üsulu  ilə  tədqiqi  süxurların 
fərz olunan xüsusi müqavimətlərinə görə bir-birindən fərqlənməsinə 
əsaslanıbdır.  Bu  üsul  prinsipcə  Yer  səthində  müqavimət  üsulu  ilə 
aparılan  elektrik  profilləməsi  ilə  eynidir.    Fərz  olunan  xüsusi 
müqavimət  aşağıdakı  düsturla   

f
=K

U/I  təyin  olunur.  Burada  K 
ölçmə  aparılan  zondun  sabitidir.  Adətən  dördelektrodlu  AMNB 
qurğudan  istifadə  olunur.  Belə  ki,  üç  elektrod  AMN  yaxud  ABM 
quyuya  buraxılır.  Dördüncü  elektrod  N  yaxud  B  Yerin  səthində 
quyunun  yaxınlığında  Yerə  basdırılır.    Üç  elektrod  quyuda  karataj 
zondunu  təşkil  edir.  AB  elektrodu  sabit  cərəyan  generatoru  və  MN 
elektrodu    çoxnaqilli  kabellərlə  ölçən  cihazlarla  birləşdirilir. 
Elektrodların  vəziyyətindən  asılı  olaraq  aşağıdakı  tip  zondları  bir-
birindən fərqləndirirlər (Şəkil 95). 
Əgər  birinci  qidalandırıcı  elektrodla  A  quyda  zond  da,  ikinci 
qidalaycı  elektrod  isə  Yerin  səthində  qalırsa,  belə  zonda  birqütblü 
zond deyilir AMN. BMN isə ikiqütblü zond adlanır, bu qurğuda hər 
iki qidalayıcı elektrod quyuya buraxılır A və B yerin səthində isə N 
qəbuledici elektrod Yerlə birləşdirilir. Bir məqsədli (cüt) və müxtəlif 
məqsədli  (tək)  zondlar  arasında  məsafə  ölçmələrin  nəticələrinə  təsir 


 
303 
etdiyi  ücün  onları  fərqləndirirlər,  uyğun  olaraq  bunlara  potensial 
zond  yaxud  qradient  zond  adları  verilib.  Potensial  zond  ona  deyilir 
ki,  cüt  elektrodlar  arasındakı  (MN  birqütblü  yaxud  AB  ikiqütblü) 
məsafə 5-10 dəfə tək AB elektrodlar arasındakı məsafədən çox olsun. 
Tək  elektrodlar  arasındakı  məsafəyə  potensial  zondun  uzunluğu  L
n3 
 
deyilir. Adətən geoloji şəraitdən asılı olaraq L
n3 
elə seçilir ki, 0,5-0,7 
m  hüdudunda  dəyişin,  bir  şərtlə  ki, AM≤
МN
)
10
1
5
1
(

 =
)
10
1
(
MN; 
olsun. Çüt elektrodlar AB və MN arasındakı məsafə, tək elektrodlar 
AM arasındakı məsafədən çox-çox az olduqda, buna qradyent  zond 
deyilir. Qradient zondun uzunluğu L
r3
 AO məsafəsi ilə təyin olunur, 
yəni tək elektroddan cüt elektrodun mərkəzinə qədər olan məsafədir. 
Tədqiqatın dərinliyi AO-nun qiymətindən asılıdır, AO nə qədər çox 
olsa, bir o qədər tədqiqat dərində aparılar, çox hallarda L
n3

 2m olur. 
 
Şəkil 95
. Karataj zondların tipləri. 
A-birqütblü  qradient  zondu;  b-birqütblü  potensial  zondu;  v-ikiqütblü 
qradient zondu; q-ikiqütblü potensial zondu; 

f
-in yazılma nöqtəsi. 
 
Müxtəlif elektrik müqavimətli layların sərhədinin təyin olunması 
cüt  elektrodun  tək  elektroda  nisbətən  yerləşdirilməsindən  asılıdır. 
Ona  görə  də  alt  qatla  üst  qatın  qradient  zondlarını  bir-birindən 
fərqləndirirlər.  Alt  qat  zondunda  cüt  elegtrodlar  tək  elektroddan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə