Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

 
298 
neytronları  tuta  bilən  böyük  en  kəsiyinə  malik  olan  elementlərin 
olmasından  asılıdır.  Buna  görə  də  bu  üsuldan  torpağın  süxurların 
nəmliyini,  məsaməliyini,  yüksək  en  kəsikli  istilik  neytronlarını 
zəbtetmə qabiliyyətli elementləri təyin etmək üçün istifadə olunur. 
Neytron-qamma  üsulu  Neytron  şüalanmasından  sonra  ikinci 
yaranan  qamma  şüalanmanın  intensivliyinin  ölçülməsinə  əsaslanıb. 
Qamma-şüalanmanın  intensivliyi  neytronun  udulmasından  və 
yavaşımasından  asılıdır.  Nə  qədər  udulma  çoxdursa,  bir  o  qədər  də 
ikinci şüalanmanın  iitensivliyi çox olar. 
Neytron-neytron  və  neytron  qamma  üsullarından  çox  hallarda 
birgə  istifadə  olunur,  çünki  burada  bir  şüalanma  mənbəyindən 
istifadə  olunur  və  eyni  zamanda  həm  ikinci  neytronları,  həm  də 
qamma şüalanmalarını qeyd edirlər. 
 
§ 101.LABORATORİYA ÜSULU İLƏ NÜMUNƏLƏRDƏ  
ELEMENLƏRİN TƏHLİLİ 
Nüvə-geofiziki  laboratoriya  üsulu  və  radiometrik  nüvə-fizi-
kası  üsulu  bura  daxildir.  Bu  üsul  laboratoriyada  nümunələrin  maddi 
tərkibini təyin etmək üçün istifadə olunur. Nümunələr bütün axtarış, 
qazıntı  kəşfiyyat  istisimar  yerlərindən  götürülür.  Tərkibinə  görə 
nümunələr köklü süxurlardan, filizlərdən, yaxud başqa çöküntülərdən 
götürülür,  Eyni  zamanda  qaz  yaxud  su  da  ola  bilər.  Bunları 
kəsilişlərdən,  dağ  mədən  istehsal  yerlərindən,  quyulardan  və  torpaq 
qatından  götürürlər.  Nüvə-geofiziki  təhlili  zamanı  götürülən  bərk 
nümunələrdə  kimyəvi  elementlərin  zənginliyini  və  izotopunun 
aktivliyinin  təyini  etalonun  aktivliyi  ilə  müqayisə  olunaraq  aşkar 
edilir,  bu  etalonda  bizi  maraqlandıran  elementin  tərkibi  məlum 
olmalıdır.  Tədqiq  olunan  və  etalonda  olan  elemilərin  sıxlığı,  tərkibi 
və ölçüləri yaxın olmalıdır. 
Radiometrik üsulların təhlili. Bu üsul bərk süxurlarda suda, havada, 
uran,  radium  və  toriumun  zənginliyini  tə'yin  etmək  üçün  istifadə 
olunur. 


 
299 
Çoxlu  miqdarda  radioaktiv  elementlərdən  təşkil  olunmuş 
nümunələrdə bu ləri təyin etmək üçün qamma-elektrometrik üsul çox 
əlverişlidir. 
Məsələn,  uran,  torium,  radium  və  kaliumun  izotopları  üçün 
elektrometrlə  qamma  şüalanmanın  dörd  enerji  hüdudunda 
intensivliyini  təyin  etmək  olur.  Bu  dörd    üçün  dörd  sistem  tənlik 
quraraq biz bu dörd elementin zənginliyini təyin edə bilərik. 
Nüvə-fiziki  üsulun  təhlili.  Bu  üsul  radioaktiv  olmayan  faydalı 
qazıntıların  öyrənilməsində  və  nümunələrin  elementlərə  görə 
təhlilində  istifadə  olunur.  Kimya  üsulu  ilə  müqayisədə  nüvə-fiziki 
təhlil üsulu nümunələri  öyrənməkdə bir  çox üstünlüyə malikdir.  Bu 
üsul  yüksək  məhsuldarlığı  ilə fərqlənir. Çəkilib götürülmüş eyni  bir 
nümunə  bir  neçə  elementin  zənginliyini  təyin  etmək  üçün  istifadə 
olunur. Həmin nümunə təkrar olaraq yenidən ölçülüb yoxlanıla bilər. 
Nüvəfizikası üsulu yüksək dəqiqliyə,  geniş ölçmə intervalına (10
-5

dən  100%  qədər)  malikdir.  Laboratoriyada  nüvə  fizikası  üsulu  ilə 
ölçmədə  qamma  və  neytron  üsulundan  istifadə  edilir.  Elementin 
aktivliyini  (zənginliyini)  bir  tipli  nümunənin  nəticələrini  müqayisə 
etməklə  təyin  edirlər.  Ölçmə  zamanı  adətən  iki  etalondan  istifadə 
olunur:  biri  fonu  təyin  etmək  üçün  təhlil  olunan  məlum  elementin 
izotopu  olmalıdır.  Fon  etalonunu  tədqiq  olunan  süxurun  tərkibinə 
uyğun  düzəldirlər,  burada  təyin  olunan  elementin  izotopu 
olmamalıdır. 
   Laboratoriya işində geniş istifadə olunan aşağıdakı nüvə fizikası 
üsullarıdır. 
Rentgen  radiometrik  üsul  uran  və  uran-tori  filizindən  olan 
nümunələri  öyrənmək  üçün  istifadə  edilir,  xüsusilə  də  nümunədə 
uranla  tori  arasında  tarazlıq  olmadıqda.  Bu  üsulun  radiometrik 
üsuldan  üstünlüyü  ondan  ibarətdir  ki,  bu  üsul  birbaşa  uran,  tori  və 
kaliumun  miqdarını  nümunədə  təyin  etməyə  imkan  verir,  yüksək 
məhsudarlığa,  az  xərcə  malikdir.  Rentgen  radiometrik  üsulun 
dəqiqliyi müxtəlif elementlər üçün 10
-3
-10
-1 
%-ə qədərdir, dəqiqliyin 
yuxarı hüdudu təyin olunan zənginlik üçün məhdudiyyət yoxdur. 


 
300 
Qamma-neytron  üsulu  kül  kimi  nümunələrdə  berillium    ini 
təyin  etmək  üçün  istifadə  olunur.  Berilliumun  nümunədə  miqdarını 
təyin  etmək  üçün  hesablanan  impulsların  sayını  etalondakı 
impulsların  sayı  ilə  müqayisə  etməklə  tapırlar.  Üsulun  dəqiqliyi 
0,007% BeO. 
Nüvə  qamma-rezonans  üsulu.  Bn  başlıca  olaraq  nümunədə  qalay 
oksidini təyin etmək üçün istifadə edilir. Ölçmələr MAK-1 cihazı ilə 
həyata  keçirilir,  şualanma  mənbəyi  olaraq 
119
Sn  istifadə  olunur.  Bu 
pyezoelektrik  silkələyici  cihaza  bərkidilir.  Hərəkətsiz  və  rəqsi 
hərəkətdə olan mənbədə qısa müddətli ölçmələrin (1dəq) köməyi ilə 
hesablamanın  (saymanın)  sürətini  təyin  edərək  qamma-rezonans 
effektinin qiymətini təyin edirlər. 
Qamm-elektron  üsulu.  Nümunələrin  tərkibində  qurğuşunin, 
volframın,  sürmənin,  kadminin,  molibdenin  miqdarını  təyin  etmək 
üçün  istifadə  olunur.  Ölçmələri  ionlaşma  kamerası  ilə  aparırlar, 
kamera  sabit  cərəyan  gücləndiricisi  və  əqrəbli  mikroampermetrlə 
təchiz  olunub.  Tədqiq  olunan  elementin  zənginliyini  müqayisə  yolu 
ilə  təyin  edirlər.  Bunun  üçün  əvvəlcə  nümunədə  ionlaşma  cərəyanı 
müəyyən  olunur,  sonra  isə  etalonda  ionlaşma  cərəyanı  tapılır  və 
müqayisə olunaraq zənginlik tapılır. 
Neytron-neytron  üsulu.  əsas  bor  və  başqa  istilik  neytronlarını 
böyük  zəbtetmə  en  kəsikli  elementləri  təyin  etmək  üçün  istifadə 
olunur.  Çox  hallarda  LBM-2  barometrlərindən  istifadə  olunur, 
ölçmənin hüdudu 15-18 %, həssaslığı 0,5 % B olur. 
 
 
 
 
 
 
 
ALTINCI  HİSSƏ 
 QUYULARIN GEOFİZİKİ ÜSULLARLA TƏDQİQİ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə