Xezer 324 41-70. cdr pdf cdr



Yüklə 433,78 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix04.11.2017
ölçüsü433,78 Kb.
#8422
1   ...   9   10   11   12   13   14   15   16   17

62

TƏBABƏT

TƏBABƏT

324 Dekabr  2013

Məlum  olub  ki,  vaxtaşırı  qoz-fındıq  yeyənlərin 

arasında xərçəng və ya ürək xəstələrinin sayı daha azdır. 

Harvard Universitetinin 30 il sürən araşdırmalarından 

bu nəticə çıxıb. Sözügedən araşdırmaya 119 min adam 

cəlb olunub.

Araşdırmalar  nəticəsində  üzə  çıxıb  ki,  işləyənlər 

arasında  davamlı  qoz-fındıq  yeyənlər  yeməyənlərə 

nisbətdəı  20%  az  ölür.  Belələri  arasında  ürək 

xəstəliklərindən  ölənlərə  29%,  xərçəngdən  ölənlərə 

11%  az  rastlanır.  Tədqiqatçılar  pəhriz  zamanı  qoz-

fındıq yeməyin faydasını da ayrıca vurğulayırlar.

Araşdırma  sonucları  “New  England  Journal  of 

Medicine” jurnalında dərc edilib. 



İnsan qidalarını araşdıran ailmlər yeni nəticələr əldə ediblər

QOZ - FINDIQ  YEYƏN  DAHA  ÇOX  YAŞAYIR

Ürək çatışmazlığı və ağciyər xərçəngi son dövrün 

ən təhlükəli xəstəliklərindəndir. 

Əlbəttə, bu xəstəliklər həm genetik, həm də sonra-

dan qazanılmış da ola bilər. Yəni, insan bilərəkdən və 

ya bilməyərəkdən öz ömrünün qısalmasında bilavasitə 

iştirak edir, desək, yanılmarıq. Çünki siqaret çəkməklə 

bu xəstəliklər arasında güclü bir əlaqə vardır. Siqaret 

çəkənlərin bəziləri bunu dəb üçün, bəziləri arıqlamaq 

məqsədi ilə, bir qrup insan isə bunu məşğuliyyət üçün 

edir. Siqaret orqanizmi məhv etdikdə artıq ondan imti-

na  etməyin  də  bir  faydası  olmur.  Bu  səbəbdən  də 

həkimlər  siqareti  daha  tez  tərgidənlərdə  xəstələnmə 

nisbətinin az olduğunu bildirirlər. 

Siqaret çəkməklə insanın ağciyərinin normal quru-

luşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir. 

Siqaret  çəkənlərdə  xroniki  öskürək,  bəlğəm  və 

nəfəs  darlığı  olur.  Tənəffüs  yolu  infeksiyaları  da 

siqaret çəkənlərdə daha çoxdur. 

Siqaret çəkməklə ağciyər xərçəngi arasında əlaqənin olduğu 1964-cü ildə təsdiqlənmişdir. Daha sonra isə bu, 

daha dəqiqləşdirilmişdir. Gündə 1 qutu siqaret çəkənlərdə ağciyər xərçənginə tutulma riski 10 qat çox olduğu 

halda, 2 qutu çəkənlərdə isə risk 25 qat artmaqdadır. Son illərdə isə qadınlar arasında da siqaret çəkənlərin sayının 

artması onlarda da ağciyər xərçəngi riskini artırmışdır.

Əgər  siz  siqaret  çəkmirsinizsə,  heç  də  sevinməyə  tələsməyin.  Çünki  çəkənlər  tərəfindən  siqaretin  mənfi 

təsirlərinə məruz qala bilərsiniz. Bu zaman siz passiv siqaret çəkən hesab olunursunuz. Passiv siqaret çəkmə 

yanan  bir  siqaretin  tüstüsü  və  siqaret  çəkən  adamın  nəfəsi  ilə  yaydığı  tüstünün  birləşməsidir.  Passiv  siqaret 

çəkmək bəzi hallarda hətta ağciyər xərçənginə gətirib çıxarır. 

Sonda isə onu demək istərdik ki, əgər siqaret çəkən hər kəs bəlkə həyatı boyu siqaretin dadını belə bilməyən 

ona ən yaxın və doğma olan insanların ağciyər xərçənginə yoluxmasına səbəb olursa, bizcə hamılıqla siqaretə yox 

deməliyik!



Siqaret çəkməklə insanın ağciyərinin normal

 quruluşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir 

HAMILIQLA  SİQARETƏ  “YOX”  DEMƏLİYİK!


Məlum olub ki, hər gün qara gavalı yeyilərsə, o, sü-

mükləri möhkəmlədər. Osteoporozun yaranması üçün 

yüksək  risk  daşıyan  menopauza  vəziyyətinə  girən  90 

qadın təcrübəyə qatılıb. Onları iki yerə ayırıblar. Birinci 

qrupdakılar hər gün alma qurusu, ikinci qrupdakılar isə 

qara gavalı yeyirdilər. Təcrübə bitdikdə müqayisəli təh-

lil aparıldı. Məlum oldu ki, hər gün qara gavalı yeyən-

lərin sümükləri daha möhkəm olub.  

Bundan başqa, stomatoloqlar deyirlər ki, qara gavalı 

kariyes və damağın iltihabı, eləcə də ağız boşluğunun 

digər  xəstəlikləri  ilə  də  effektiv  mübarizə  aparmağa 

qadirdir.  İş  burasındadır  ki,  bu  meyvə  qurusu  zərərli 

mikroorqanizmlərin  çoxalmasını  əngəlləyir,  stomato-

loji pozuntular yaradan bakteriyaları bloka salır. 

Ancaq qara gavalını artıq hər gün rasionuna daxil et-

məyə  qərar  verənlərə  bir  xəbərdarlığımız  var:  qara 

gavalı qarın açır. Qədəri gözləyin.

63

324



Dekabr  2013

İmmunitetin  güclü  olması  insanları  bir  çox 

xəstəliklərdən qoruyur. Xüsusilə soyuq havalarda qrip, 

zökəm və digər bu kimi xəstəliklərə tutulmamaq üçün 

güclü immunitetə sahib olmaq çox vacibdir.

Əksər  hallarda  immun  sistemini  qaldırmaq  üçün 

dərman preparatlarından istifadə olunur. Preparatların 

qəbulu isə insan orqanizminə faydalı olduğu qədər də 

ziyanlıdır. 

İmmuniteti  möhkəmləndirməyin  ən  asan  yolu 

sağlam  həyat  tərzidir.  Mütəxəssislərin  fikrincə, 

stressdən  uzaq  olmaq,  düzgün  qidalanmaq,  zülal  və 

yağ istifadəsinə fikir vermək, təmiz hava gəzintisinə 

çıxmaq,  məşq  etmək,  zərərli  vərdişləri  tərgitmək 

insanı qış xəstəliklərindən mühafizə edir və orqanizmi 

möhkəmləndirir. 

Bunun  üçün  ilk  növbədə  qış  aylarında  pomidor, 

xiyar, bibər kimi qışda təbii yolla yetişməyən tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır. Çay və qəhvə yerinə 

C vitamini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları içilməlidir. 

Gündə 1,5-2 litr maye qəbul edilməsi, nizamlı şəkildə gimnastika ilə məşğul olmaq da immuniteti gücləndirir. 

Əsasən C vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal, gül kələm, ispanaq kimi meyvə və tərəvəzlərə, 

buxarda bişirilmiş və ya qaynadılmış qidalara üstünlük verilməlidir. Həftədə iki dəfə balıq yemək, həmçinin balıq 

yağı qəbul etmək də məsləhət görülür.

Soyuq aylarda sümük və diş sağlamlığı üçün lazımlı olan D vitamininə olan ehtiyacı ödəmək üçün günəşli 

günlərdə təmiz havada gəzmək məsləhətdir. Eyni zamanda, B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə 

qidalanmaq zəruridir. 

2 alma, 2 kök və 1 çuğundurun şirəsini 1 yemək qaşığı limon suyu ilə qarışdırıb gündə 3-4 dəfə yeməkdən 20 

dəqiqə əvvəl qəbul etmək immuniteti möhkəmləndirmək üçün ən təsirli vasitələrdən biridir. 



Soyuq havalarda xəstəliklərə tutulmamaq üçün 

güclü immunitetə sahib olmaq çox vacibdir

GÜCLÜ  İMMUNİTET  XƏSTƏLİKDƏN  QORUYUR 

SÜMÜKLƏRİN  "XÖRƏYİ"

Florida  Universitetinin  (ABŞ)  alimləri  osteoporozun 

inkişafının qarşısını almaq üçün effektiv vasitə tapıblar 


Yüklə 433,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə