Bu qeyri-adi təşkilat Mançesterdə fəaliyyətə başlayıb.
Məlumata görə, aqnostiklər və həyatda ümidləri boşa çıxmış
insanlar "kilsə"yə gələrək, bir-birilə görüşür və mühazirələr
oxuyurlar. Bu zaman tanrı və din barədə heç nə danışılmır.
Adi kilsələrdə olduğu kimi, burada da xor fəaliyyət göstərir,
həmçinin ianələr toplanır. Lakin dini nəğmələr və "Bibliya"
oxumaq əvəzinə, toplaşanlar tanınmış müğənnilərin hitlərini
ifa edir və "Alisa möcüzələr ölkəsində" əsərini oxuyurlar.
"Kilsə"nin qurucularından biri qeyd edib ki, Böyük
Britaniya əhalisinin təqribən 35 faizi ateistdir və həmin
insanlara dəstək lazımdır.
66
324 Dekabr 2013
Bu haqda “USA Today” qəzeti yazıb. Bayden prezi-
dent Barak Obama ilə nahar etdiyi ənənəvi “Cap-
riotti's” kafelər şəbəkəsinə gedib. Yeməyi götürüb, he-
sab 56 dollar 25 sent olub. Onu ödəməyə 10 dolları çat-
ma-yıb və köməkçisinə “Fren, 10 dollar borc verə bi-
lərsən?”- deyə müraciət edib.
Kafenin əməkdaşları onu qonaq etmək istəyiblər.
Ancaq prezidentin müavini hamısını ödəyəcəyini söy-
ləyib: “Lazım deyil. Ödəyəcəyəm. Vilminqtonda
“Capriotti's”-ə 40 ildir gedirəm. Həmişə də ödəmi-
şəm”.
Baydenin köməkçisinə borcunu qaytarması haqda
məlumat yayılmayıb.
Noyabrın 22-də ABŞ prezidentinin müavini
Co Bayden kafedə yemək alarkən, köməkçisindən 10 dollar borc alıb
ABŞ PREZİDENTİ MÜAVİNİNİN YEMƏYƏ PULU ÇATMAYIB
Böyük Britaniyada ateistlər üçün özünəməxsus "kilsə" yaradılıb
ATEİSTLƏR ÜÇÜN “KİLSƏ” YARADILDI
Sinxua agentliyinin verdiyi məlumata görə, şəhər
hakimiyyəti yeni göydələnin tikintisinin Suçjouya aparıcı qlobal
mərkəz şöhrəti gətirəcəyinə ümid edib. Lakin yerli sakinlər
hesab edirlər ki, göydələn bir qədər qəribə görünür və şalvarı
xatırladır. 74 mərtəbəli binanın layihəsini Böyük Britaniyanın
“RMJM” arxitektura şirkəti hazırlayıb. Layihə müəlliflərinin
fikrincə, göydələn Şərqə açılan qapını təcəssüm etdirməlidir.
Dəyəri 700 milyon dollar qiymətləndirilən bina Çin
sivilizasiyasının qalibiyyətini, müasir dünyada Çinin
əhəmiyyətini də simvolizə etməlidir. Arxitektorların böyük
zəhmət çəkməsinə, inşaatçıların onların ideyasını heyranedici
dəqiqliklə həyata keçirməsinə baxmayaraq, göydələnin ümumi
görünüşü bir qədər qəribə alınıb. Əksər çinlilər göyə ucalan binanın kişi şalvarını xatırlatdığını düşünür,
tənqidçilər isə göydələni xarici arxitektorların qarışıq ideyalar meydançası adlandırırlar.
Çinin Suçjou şəhərində hündürlüyü 300 metr olan
“Şərq qapısı” adlı yeni göydələn inşa edilib
ŞALVAR BİNA
67
324
Dekabr 2013
Türkiyə informasiya vasitələrinin məlumatına görə, ölkənin ən gözəl türk qadını
seçilən universitet tələbəsi Əlifi ilk təbrik edən 51 yaşlı atası Yunus Özkan olub.
Jurnalistin “Əlif bikini ilə səhnəyə çıxanda narahat olmadınız” sualına cavabında
Yunus Özkan deyib: “Nədən bir problem olsun? Əlif özünə güvənən bir qızdır, o nə
etdiyini bilir”.
Əlifin boyu 1 m 78 sm, çəkisi 59 kq-dır. 19 iştirakçı arasında o, birinciliyi ötən ilin
qalibi Damla Bingöldən alıb
Almaniyanın Gelsenkirçen şəhərində bu il düzənlənən “Miss Turkuaz 2013”
gözəllik yarışmasının qalibi 22 yaşlı Əlif Özkan olub
ALMANİYANIN ƏN GÖZƏL TÜRKÜ
Daşdan, uzun müddət ərzində, millimetrlərlə yonularaq
hazırlanan bu nərdtaxta Şəmkirin Posanlı kəndində yaşayan 10-cu
sinif şagirdi Xəyal Allahverdiyevin əl işidir. Olduqca zəhmət və
vaxt tələb edən əl işlərinin hər biri 3-4 aya, bəzən 2 ilə başa gəlir.
Bunlar arasında onun 1 ildən artıq üzərində işlədiyi nərddaş diqqət
çəkəndir. Xəyal nərd üzərində son oyma işlərini həyata keçirir. O,
bu cür işlərə uşaqlıq illərindən böyük həvəsinin olduğunu deyir.
Gənc usta işlətdiyi iri ağ sal daşları kəndin ətrafındakı dağlardan
gətirir. Nərd hələ tam hazır deyil, onun daha mənalı görkəm
alacağı uzun müddətli zəhmətdən sonra mümkün olacaq. Xəyal
deyir ki, nərdin zər və daşlarını da yonacaq, eləcə də lövhənin
hündürdə durması üçün ona altlıq da hazırlayacaq.
Bütün işlərində daşdan qoparılan kiçik parçalardan istifadə
edən usta Xəyal həmin daş parçalarından uşaqlar üçün müxtəlif
fiqurlar hazırlayır, rəngləyir və onları kiçik yaşlı məktəblilərə hədiyyə edir.
O deyir ki, daşdan olan nərdtaxtanı xüsusi sevgi və maraqla hazırlayıb. Bir sıra məktəbli müsabiqələrində də
fərqlənmiş gənc ustanın ən böyük arzusu Şuşanın dağlarını gəzməkdir.
Bunu əslində nərdtaxta yox, nərddaş adlandırmaq daha düzgün olardı
DAŞDAN YONULAN NƏRD LÖVHƏSİ
Hündürlüyü 2,4 metr olan ağacın hazırlanmasına təxminən 43 kq-a yaxın
qiymətli metal sərf olunub. Trend-in məlumatına görə, bu barədə "Forbes" Yaponiya
mətbuatına istinadən xəbər verir.
Ağac Mikki Mausun, onun hava şarlarında uçan dostları Minni və Donald Dakın
təsvirləri ilə bəzədilib. Qızıl yolka öz alıcısını dekabrın 25-də zərgərlik şirkətinin
paytaxtın Gindzao məhəlləsindəki mağazasında gözləyəcək. Orada, həmçinin
qiyməti 1,62 milyon iyen (16 min dollardan artıq) olan mini-yolkalar da satılır.
Qeyd edək ki, bununla şirkət ötənilki rekordunu qırıb. Belə ki, 2012-ci ilin
noyabrında şirkət dəyəri 4,2 milyon dollar olan yolkanı satışa çıxarmışdı.
Tarixdə ən bahalı Milad ağacı isə 2010-cu ildə Əbu Dabidəki (BƏƏ) dəbdəbəli
"Emirates Palace" hotelində qurulmuşdu. Ağacın öz dəyəri bir neçə min dolları
ötməsə də, onun üzərindəki oyuncaqların hazırlanmasına bir neçə milyon dollar
vəsait sərf edilmişdi: oyuncaqların hazırlanmasında mirvaridən, qızıldan,
brilyantlardan, sapfir və zümrüdlərdən istifadə olunmuşdu. Ağacdan, eyni zamanda,
zinət əşyaları - saatlar, bilərziklər, boyunbağılar da asılmışdı. Nəticədə Yeni il
yolkasının qiyməti 11 milyon dollar təşkil etmişdi.
Tokioda "Tanaka Kikinzoku" zərgərlik şirkəti dəyəri 500 milyon iyen (5 milyon
ABŞ dolları) olan xalis qızıldan hazırlanmış Milad ağacını satışa çıxarıb
YAPONİYADA 5 MİLYON DOLLARLIQ YOLKA SATIŞA ÇIXARILIB
68
İDMAN
İDMAN
324 Dekabr 2013
Assambleyanın son günü “Bakı–2015” Avropa
Oyunlarının təqdimatı çərçivəsində Azərbaycanın gənclər və
idman naziri Azad Rəhimov birinci Avropa Oyunlarının
rəsmi loqosunu təqdim etmişdir.
Azad Rəhimov çıxışında bildirmişdir ki, xalqımız ilk dəfə
keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük
fərəh hissi duyur. O demişdir: “Bizim loqomuz xalqımızın
idman irsindən qürur duymasını, qonaqpərvərliyə
sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi
kimi mövqeyini əks etdirir”.
AOK-un prezidenti Patrik Hikki “Bakı–2015” Avropa
Oyunlarının rəsmi loqosunun təqdim edilməsinin tədbirə
hazırlıq istiqamətində vacib bir mərhələ olduğunu diqqətə
çatdırmışdır. O demişdir: “Avropa tarixində ilk dəfə qitə üzrə
multi idman tədbiri keçiriləcək. Əksər avropalı atletlər üçün
bu tədbir böyük əhəmiyyət daşıyacaq”. Avropa Oyunlarında
49 ölkədən 5400-dən çox atlet 18 idman növü üzrə yarışacaq.
35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu,
xalı və nar da daxil olmaqla, ölkəmizin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya
gətirmişdir. A.Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini,
mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını
təsvir edir. Bu loqo, həmçinin, İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman köynəklərini də
bəzəyəcək.
Tədbirdə, həmçinin “Bakı–2015” Avropa Oyunları ilə bağlı stend də qurulmuşdur. Milli geyimli gənclər
assambleya iştirakçılarına paytaxtımızın görməli yerlərini əks etdirən şəkillərdən ibarət albom, üzərində “Bakı–2015”
Avropa Oyunlarının loqosu həkk olunmuş döş nişanı və digər hədiyyələr paylamışlar
.
2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək ilk Avropa
Oyunlarının rəsmi loqosu noyabrın 23-də Avropa Olimpiya Komitəsinin
(AOK) Romada keçirilən 42-ci Baş Assambleyasında təqdim olunmuşdur
“BAKI-2015” AVROPA OYUNLARININ LOQOSU
TƏQDİM OLUNMUŞDUR
Bu barədə memorandumu noyabrın 26-da Avropa
imzalamışlar. Avropa Üzgüçülük Liqasının məlumatına
Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki,
görə, Avropa Oyunlarında yunior qitənin bütün əsas
Avropa Üzgüçülük Liqasının başçısı Paolo Barelli,
yığma komandaları çıxış edəcəklər.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov
Üzgüçülük, suyatullanma, sinxron üzgüçülük və su polosu Avropa
Oyunlarının proqramına rəsmən daxil edildi
AVROPA OYUNLARININ PROQRAMINA
DÖRD İDMAN NÖVÜ DƏ DAXİL EDİLDİ
Y.Blatter noyabrın 8-də Tehrana rəsmi səfəri zamanı bu məsələni İranın vitse-
prezidenti və parlament sədri ilə müzakirə edib.
Qeyd edək ki, İran qanunlarına görə, qadınlara kişi komandalarının oyunları
zamanı stadiona getmək qadağan edilib. Hökumət və dini liderlər hesab edirlər
ki, tribunalarda hər iki cinsin nümayəndələrinin olması onların mənəviyyatına
ziyan vurar.
Bu təkliflə FİFA prezidenti Yozef Blatter çıxış edib
İRANLI QADINLARA FUTBOL OYUNLARINA GETMƏYƏ
İCAZƏ VERİLMƏLİDİR
69
324
Dekabr 2013
İlk dəfə olaraq Azərbaycan Milli Olimpiya Komi-
təsinin vitse-prezidenti Çingiz Hüseynzadə AOK
İcraiyyə Komitəsinə üzv qəbul edilmişdir.
Tədbir çərçivəsində AOK-un növbəti, 43-cü Baş
Assambleyasının Azərbaycanda keçirilməsi ilə bağlı
qərar qəbul olunmuşdur. Qərarla bağlı sənədi Çingiz
Hüseynzadə, Patrik Hikki və Rafael Paqnozzi
imzalamışlar.
“AOK İcraiyyə Komitəsinə azərbaycanlı nüma-
yəndənin üzv seçilməsi ölkəmizin idman tarixində ilk
dəfə baş verən önəmli bir hadisədir”. Bu sözləri Azər-
baycanın gənclər və idman naziri Azad Rəhimov
AzərTAc-a müsahibəsində demişdir. Nazir qeyd et-
mişdir ki, Azərbaycanda idman sahəsində əldə olunan
nailiyyətlər, ölkəmizin bir çox mötəbər yarışlara ev
sahibliyi etməsi və bu istiqamətdə qazandığı təcrübə
göz qabağındadır. Məhz bu səbəbdən AOK həyata
keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
AOK-un 43-cü Baş Assambleyasının Bakıda keçi-
rilməsinə münasibət bildirən Azad Rəhimov vurğulamışdır ki, bu qərar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb
edir. Azərbaycanda beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili və bu tədbirlərdə qazandığımız uğur-
lar ölkə idmanının inkişafının göstəricisidir.
Qeyd olunmuşdur ki, AOK-un 43-cü Baş Assambleyasının iştirakçıları Bakıda aparılan islahatlarla yaxından
tanış olmaq imkanı əldə edəcəklər.
AOK-un Romada keçirilən 42-ci Baş Assambleyasında 2013-2017-ci illər üzrə
AOK İcraiyyə Komitəsinə prezident, vitse-prezident, baş katib, xəzinədar və üzvlər seçilmişdir
AOK-UN İCRAİYYƏ KOMİTƏSİNƏ
İLK DƏFƏ AZƏRBAYCANLI SEÇİLMİŞDİR
İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi
2012/2013-cü il mövsümünün yekunlarına əsasən, “Qızıl buts”
mükafatına layiq görülmüşdür.
AzərTAc xəbər verir ki, argentinalı futbolçu üçüncü dəfə bu
nailiyyəti təkrarlamaqla yeni rekord müəyyənləşdirmişdir.
Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina
millisinin hücumçusu Lionel Messini “Qızıl buts”la
mükafatlandırmışdır. İyirmi beş yaşlı futbolçu UEFA-ya daxil olan
ölkə çempionatlarında ən çox qol vurduğuna görə bu mükafata sahib
çıxmışdır. Messi ötən mövsümdə İspaniya La Liqasının 32 oyununda
meydana çıxmış və 46 dəfə fərqlənmişdir. Futbolçu çempionatda
iştirak edən bütün komandaların qapısına yol tapmışdır.
Daha əvvəl o, 2010 və 2012-ci illərdə buna nail olmuşdu. Mükafat
uğrunda mübarizədə Messinin əsas rəqibi “Real”ın futbolçusu
Kriştiano Ronaldo idi. İki dəfə “Qızıl buts”a sahib çıxan
portuqaliyalı ötən mövsümdə Messidən 12 qol az vurmuşdu.
Qeyd edək ki, cənubi amerikalı futbolçu həmçinin son 4 ildə
qazandığı “Qızıl top”a namizədlər arasındadır. Bu mükafatın qalibi yanvarın 13-də məlum olacaq.
Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina
millisinin hücumçusunu “Qızıl buts”la mükafatlandırmışdır
“QIZIL BUTS” MESSİYƏ VERİLDİ
Norveç şahmatçısı Maqnus Karlsen Hindistanın Çennay
şəhərində şahmat üzrə dünya çempionu adı uğrunda keçirilən
matçda Hindistan şahmatçısı Vişvanatan Ananda noyabrın 23-də
vaxtından əvvəl qalib gəlmişdir.
Karlsenin ağ fiqurlarla oynadığı onuncu partiyada 65-ci
gedişdə heç-heçə qeydə alınmışdır.
Bu oyundan sonra V.Anand dünya çempionu adını saxlamaq
imkanından məhrum olmuşdur, çünki 12 partiyadan ibarət matçda
hesab namizədin xeyrinə 6,5-3,5 olmuşdur.
Xatırladaq ki, V.Anand 2007-ci ildə dünyanın ən güclü
şahmatçılarının turnirində qazandığı çempion adını Vladimir
Kramnik, Veselin Topalov və Boris Gelfandla matçlarda qoruyub
saxlamışdı.
FİDE-nin siyahısında ən yüksək reytinq əmsalına malik olan
M.Karlsenin noyabrın 30-da 23 yaşı tamam olmuşdur.
M.Kalsen Londonda namizədlərin turnirində əlavə göstəricilər üzrə yekun protokolunda rusiyalı Vladimir
Kramniki geridə qoyaraq, V.Anandla qarşılaşmaq hüququ qazanmışdı.
70
324 Dekabr 2013
Maqnus Karlsen dünya şahmat tacı uğrunda mübarizədə Vişvanatan Ananda qalib gəldi
YENİ DÜNYA ÇEMPİONU MAQNUS KARLSEN
Siyahıda ilk pillədə “Atletiko Madrid” klubudur. Onun ardınca “Bavariya”, üçüncü
“Real Madrid”, dördüncü “Barselona”, beşinci isə PSJ komandalarıdır.
Azərbaycan klublarında reytinq sıralamasında geriləmə müşahidə olunur. Belə ki,
ötən mövsüm son açıqlanan reytinqlə müqayisədə “Qarabağ” 7 pillə geriləyərək 99-cu
olmuşdur. “Neftçi” əvvəlki yerini qoruyub saxlamışdır - 129. “Xəzər-Lənkəran” 4 xal
itirərək 173-cü, “İnter” isə 174-cü yerdə qərarlaşmışlar.
Maraqlıdır ki, “Xəzər-Lənkəran” və “İnter” kollektivləri “Fənərbaxça” kimi
komandalardan ön sırada dayanmışdır.
UEFA 2013-2014-cü il mövsümü üçün futbol klublarının reytinq cədvəlini açıqlamışdır
UEFA-NIN REYTİNQ CƏDVƏLİ
“Kruzeyro” klubunun yarımmüdafiəçisi Everton Ribeyro Braziliya çempionatının ən yaxşı futbolçusu adına
layiq görülmüşdür.Ribeyro ötən mövsümdə komandasının heyətində 34 oyun keçirmiş, 7 qol vurmuş və 11
məhsuldar ötürmə vermişdir.“Kruzeyro”nun çalışdırıcısı Marselo Oliveyra isə çempionatın ən yaxşı məşqçisi
seçilmişdir. O, komanda ilə birlikdə çempionluq tituluna yiyələnmişdir.
BRAZİLİYA ÇEMPİONATININ ƏN YAXŞI FUTBOLÇUSU
ALLAH RƏHMƏT ELƏSİN!
Xəzər Universitetinin kollektivi
İttifaqı Nizami Rayon Komitəsinin sədri Hacımurad Hənifəyevə əzizi
NİGAR MUSA QIZI HƏNİFƏYEVANIN
vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar
Document Outline - Page 1
- Page 2
- Page 3
- Page 4
- Page 5
- Page 6
- Page 7
- Page 8
- Page 9
- Page 10
- Page 11
- Page 12
- Page 13
- Page 14
- Page 15
- Page 16
- Page 17
- Page 18
- Page 19
- Page 20
- Page 21
- Page 22
- Page 23
- Page 24
- Page 25
- Page 26
- Page 27
- Page 28
- Page 29
- Page 30
Dostları ilə paylaş: |