Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ


II.  OYUN  VƏ  ƏYLƏNCƏLƏR



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə13/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   9   10   11   12   13   14   15   16   ...   113

 
39 
 
II.  OYUN  VƏ  ƏYLƏNCƏLƏR 
Orta əsr Azərbaycan xalqının etnik-mədəni həyatında mühüm 
yer  tutan  «xalq  oyunları  etnik-mədəni  sistem  daşıyıcılarının 
gündəlik  yaşayış  tərzləri  ilə  hər  zaman  sıx  bağlılıqda  olmuş  və 
onun aparıcı istiqamətlərini özündə əks etdirmişdir» (1, 66). Belə 
ki,  onlar  orta  əsrlərdə  xalqın  məişətinin  bir  parçasına  çevrilmiş, 
toy və bayramların əvəzolunmaz tərkib hissəsi olmuşdur. Bu isə 
insanlar arasında münasibətlərdə mühüm rol oynamışdır. 
Xalq oyun və əyləncələri insanlara sevinc gətirən, şən əhval-
ruhiyyə  yaradan,  cəldlik,  gözəllik,  qıvraqlıq,  qaydalara  uymağı, 
rəqabət,  yarış,  kollektivçilik  ruhu  aşılayan,  yüksək  humanist  və 
ədalət  prinsiplərinə  söykənən,  yaxşını,  xeyri  müdafiə  edən  key-
fiyyətlərə malikdir. Oyun və əyləncələr hər bir xalqın həyat tərzi 
ilə  bilavasitə  bağlı  olub  onun  müəyyən  xüsusiyyətlərini  özündə 
əks  etdirir.  Məşhur  etnoqraf  E.Taylor  qeyd  edirdi  ki,  bir  çox 
oyunlar ciddi həyati işlərin yalnız məzhəkəli təqlididir (2, 44). 
Oyun  və  əyləncələrə  maraq  həm  də  insanların  təbii  ehti-
yaclarından  yaranırdı.  Çünki  insanların  yarış  şəraiti  yaradan,  rə-
qabətə dayalı ehtiraslardan ləzzət ala bilmələri, dincəlmək, əylən-
mək  kimi  tələbatları  əsasən  bu  vasitə  ilə  təmin  edilirdi.  Onlarda 
müvəqqəti  də  olsa  dərdi-qəmi  unutdururdu.  Oyun  və  əyləncələr 
insanlar arasında münasibətləri müəyyən qədər nizama salırdı, bu 
aktlar  zamanı  fərdlər  bir  araya  gəlir  və  onlar  arasındakı  ictimai 
bağlar  güclənirdi.  Oyun  və  əyləncələrin  icrası  zamanı  yaranan 
abu-hava dini və ictimai qadağaları və təzyiqləri zəiflədir, insan-
ları  sərbəstləşdirir,  toplumda  birlik  havası  yaradır,  onu  yeniləş-
dirirdi. Onlar insanların əhval-ruhiyyəsinin yaxşılığa doğru dəyiş-
məsinə xidmət edirdi.  Hətta orta əsrlərdə xarici ölkələrdən gələn 
qonaqlar  belə  bu  cür  oyun  və  əyləncələrə  dəvət  olunur  və 
bilavasitə onun iştirakçısına çevrilirdilər.  
Fiziki hazırlıq, faydalı fəallıq və eyni zamanda zehni inkişaf 
etdirmək kimi keyfiyyətlər aşılamaqla, bir sıra oyun və əyləncələr 
gündəlik  iş  və  qayğılardan  yorulmuş  insanların  gərginliyinin 
azaldılmasına yardım edirdi. Bu cür oyun və əyləncələr insanların 


 
40 
 
psixoloji  rahatlığının,  dincliyinin  təminat  vasitələrindən  biridir. 
Oyun və əyləncələrdə onu icra edən hər bir xalqın maddi sərvət-
ləri ilə yanaşı, mənəvi dəyərləri də ön plana çıxır. Burada qarşı-
lıqlı yardım, paylaşma, əməkdaşlıq, bərabərlik, fədakarlıq, səmi-
miyyət kimi dəyərlər, xüsusilə özünü büruzə verir. Belə oyun və 
əyləncələr  əsasında  sonralar  xalq  teatrı  formalaşmağa  başlamış-
dır.  M.Arifin  də  göstərdiyi  kimi,  mərasim  və  mahnılarda  xalq 
teatrı sənətinin nişanələrini görmək mümkündür (3, 49). 
Orta əsrlərin XII-XV əsrlərində oyun və əyləncələr haqqında 
məlumatlarımızın  mənbəyini  əsasən  orta  əsr  müəlliflərinin 
əsərləri,  arxeoloji  qazıntılar  və  müqayisəli  təhlil  aparmaq  üçün 
miniatür sənəti nümunələri təşkil edir.  
İctimai həyatdakı hadisə və proseslərə, o  cümlədən  yaşadıq-
ları dövrün adət-ənənələri, inancları, oyun və əyləncələri və s. ki-
mi bir çox ictimai həyat elementlərinə biganə qala bilməyən orta 
əsr  müəllifləri  öz  əsərlərində  bu  məsələlər  haqqında  çox  dəyərli 
məlumatlar  vermişlər.  Bu  gün  həmin  məlumatlar  orta  əsrlərin 
mənzərəsini bərpa etməkdə bizə böyük yardımçıdır.  
Etnoqrafik  ədəbiyyatda  ənənəvi  xalq  oyunları  mövzu,  məz-
mun, yaranma yolu və formaları etibarı ilə mövsüm və mərasim-
lərlə  əlaqədar  olan  oyunlar,  əyləncə,  teatrlaşdırılmış  oyunlar; 
oyunların kim və hansı cinsə məxsus şəxslər tərəfindən icra edil-
məsi xüsusiyyətlərinə  görə uşaq oyunları, kişi oyunları  və qadın 
oyunları; məşğuliyyət formaları baxımından xalq oyunlarını əsas 
etibarı ilə əkinçiliklə, maldarlıqla bağlı oyunlar, əmək və zəhmət-
lə bağlı oyunlar və ailə məişəti ilə bağlı oyunlar kimi təsnif edil-
mişdir (4, 61-62). Xalq  oyunlarını həm də iştirakçılarının sayına 
görə  fərdi  və  kollektiv  oyunlar  kimi  də  qruplaşdırırlar.  Fərdi 
oyunlarda iştirakçı öz bacarığını, qüvvəsini nümayiş etdirir. Kol-
lektiv oyunlar isə daha çox oyunçunun iştirak etməsinə görə fərq-
lənir və burada birgə səy, birgə qüvvə tələb olunur (5, 469). Qeyd 
edək  ki,  oyunların  əksəriyyəti  mahiyyət  etibarilə  rəqabət  prinsi-
pinə  söykəndiyi  üçün  idman  xarakteri  daşıyırdı.  Əyləncələr  isə 
tamaşa  şəklində  təqdim  olunaraq  nəinki  adi  günlərdə,  eləcə  də 
bayram  və  toy  mərasimlərində  icra  olunurdu.  Məsələn,  «toy  adi 


 
41 
 
evlənmə mərasimi çərçivəsindən çıxaraq, xüsusilə kənd yerlərin-
də ictimai-mədəni bir əyləncəyə çevrilir»di (6, 120). 
 Tədqiqatçı alim R. Tahirov isə oyunların təsnifatını verərkən 
onları üç qrupa bölür: 
1.
 
İki  rəqib  tərəf  arasında  oynanılan  «bəysiz»  (başçısız) 
oyunlar; 
2.
 
Hər bir iştirakçının özünə cavabdeh olduğu oyunlar
3.
 
Bəyləri olan oyunlar (7, 226-227).  
Orta əsrlərdə ən çox oynanılan oyun növlərindən biri çövkən 
olmuşdur. Təsadüfi deyildir ki, onun adına əksər mənbələrdə rast 
gəlmək  mümkündür.  Fiziki  qüvvə  tələb  edən  çövkən  oyununda 
yüksək bacarığa, manevr etmə qabiliyyətinə malik olmaq oyunda 
iştirak  edənlər  üçün  ən  əsas  keyfiyyətlərdən  sayılırdı.  Çövkən 
oyununda  topun  qapıya  ötürülməsi  ilə  yanaşı,  eyni  zamanda  atı 
məharətlə  idarə  etmək  bacarığı  da  tələb  olunur.  Buna  görə  də 
uşaqlar  erkən  yaşlardan  etibarən  əvvəlcə  atsız  çövkən  oynamaq 
təlimi  alırdılar.  Böyüdükdən  sonra  isə  atla  bərabər  bu  oyunda 
iştirak  edə  bilirdilər.  T.Məmmədova  da  uşaqların  oynadığı 
çövkən oyunundan bəhs etmişdir (8, 164-165). 
Orta  əsrlər  Azərbaycan  mənəvi  mədəniyyəti  ilə  bağlı 
məsələlərin  dəyərli  araşdırıcılardan  biri  olan  N.Mehdi  çövkən 
oyununa  həsr  edilmiş  Azərbaycan  miniatürləri  əsasında  söyləyir 
ki,  çövkən    oyununda  döyüş  kompozisiyasından  istifadə  (qarşı-
qarşıya durub mübarizə aparan atlılar, zərbə üçün üz-üzə qalxmış 
əllər  və  s.)  çövkənin  döyüş  modeli  kimi  qavranıldığının  göstə-
ricisidir (9, 23).  
Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə 
ayrılır və onlardan iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qa-
pılarından  topu  keçirmək  tələb  olunur.  Seçilmək  üçün  bir  dəstə-
nin  üzvləri  mütləq  o  biri  dəstəninkindən  fərqli  geyimdə  oyuna 
qatılırlar. Göründüyü kimi, bir sıra oyunlar sadəcə vaxt öldürmək 
üçün  icra  olunmurdu.  Onlar  əzəldən  müəyyən  olunmuş  vahid 
daxili qaydalara malik idilər. Bu keyfiyyət oyunların fərqləndirici 
və  dəyişməz  mahiyyətinin  olduğunu  göstərir,  səciyyəvi  cəhət-
lərini əks etdirir. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə