Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


İstiqamət: kommunikasiya və şərh



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

İstiqamət: kommunikasiya və şərh

Mus.IV.7.  Şagird dinlənilmiş musiqi əsərləri barədə söhbət apara bilər.

Nəticə göz önündədir, əgər şagird:

musiqini dinləyərkən müxtəlif tapşırıqları yerinə yetirirsə - tanış musiqi alətinə, vokalın



daxil olmasına işarə edirsə;

əvvəllər dinlənilmiş əsərlərin parçalarını tanıya bilirsə;



vokal və instrumental əsərləri fərqləndirə bilirsə;

konkret musiqi parçasını tempin, səslənmənin gücü,  metri, musiqi alətlərinin



tembrlərinə görə xarakterizə edirsə;

ifaçıların tərkibini ümumi xarakterizə edirsə;



söhbət zamanı öyrəndiyi terminlərdən istifadə edə bilirsə.



Mus.IV.8. Şagird müxtəlif növ tədbirdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

sinfin  konsertində, karnavalında, şənliyində iştirak edə bilirsə;



məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;

viktorinada iştirak edirsə;



auditoriya qarşısında ifaçı, yaradıcı və ya konferansye rolunda çıxış edirsə.



Mus.IV.9. Şagird  mədəni tədbirlərdə iştirak edərkən əxlaq normalarına

riayət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

tamaşanın, konsertin, kino-filmin gedişinə mane olmursa;



əvvəlcədən razılaşdırılmış qaydalara müvafiq olaraq tamaşa başa çatdıqdan sonra öz

münasibətini ifadə edə bilirsə;

sərgidə, muzeydə əvvəlcədən razılaşdırılmış qaydalara əsasən davranırsa;




müzakirə zamanı başqasına öz fikrini ifadə etməyə imkan verirsə.



Mus.IV.10.  Şagird başa düşür və büruzə etdirir ki, musiqi (incəsənət)

özünüifadə vasitəsidir.

Nəticə göz önündədir, əgər şagird:

bu və ya digər musiqi əsərinin hansı əhval-ruhiyyəni yaratdığı barədə söhbət edə bilirsə;



təklif olunmuş bir neçə başlıqdan dinlənilmiş musiqi əsəri üçün bir başlıq seçə bilirsə;

dinlənilmiş musiqi əsərinin doğurduğu təəssüratlar barədə və bu əsərin səbəb olduğu



assosiasiya haqqında söhbət apara bilirsə;

melodiya, müxtəlif növ təsviri vasitələrlə nəyi əks etdirməyin mümkün olduğu barədə



mülahizə yürüdə bilirsə;

insanların incəsənət əsərləri yaratdıqları bir neçə səbəbi sadalaya bilirsə.



İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.IV.11. Şagird musiqiçilərin ixtisaslarını fərqləndirə və onları bir-biri ilə

müqayisə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

bəstəkarın və ifaçının peşələrini fərqləndirə bilirsə;



bəstəkar, pianoçu, skripka ifaçısı, dirijor, müğənni və s. ixtisasları sadalaya bilirsə;

hansı peşədən olan  musiqiçini gördüyü və dinlədiyini yada sala bilirsə.



Mus.IV.12. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

dinlənilmiş əsərləri əhval-ruhiyyəyə əsasən xarakterizə edə bilirsə;



müxtəlif növ tamaşanı (balet, opera, dramatik) fərqləndirə bilirsə;




klassik, xalq və müasir  musiqi əsərlərini fərqləndirə bilirsə;

əsərlərin məzmunu, müəllifi,  janrı ilə əlaqədar suallar qoyur və cavab verə bilirsə.



Mus.IV.13. Şagird musiqi alətlərini bir-birindən fərqləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:

xalq musiqi alətini klassik musiqi alətlərindən fərqləndirə bilirsə;



alətlərin şəklini çəkə bilirsə;

solo və birgə səsləndirmə zamanı musiqi alətlərini tanıyırsa;



musiqi alətinin müxtəlif hissələrini (yayı, simi, dilləri...) tanıya və sadalaya bilirsə;

başqa alətlərdən (onda ifaetmə manerasını, tembrini, formasını...xoşlayır) seçdiyi alətə



qarşı öz münasibətini əsaslandıra bilirsə.

Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:

Musiqi dilinin elementlərindən, musiqi alətlərindən istifadə etməklə;



Səda, səslənmənin güclülüyü, ritm (ostinato), temp, metr, registr (yüksək-orta-

aşağı), tembr (instrumental, vokal) ahəng (major, minor), kvint çərçivələrində

intervallar,  məlahətli, məlahətsiz  səslənmə, samitlilik.



Mahnı:

müşayiətlə və ondan kənar;



fərdi və xor şəklində;

uşaq, xalq repertuarından birsəsli və sadə ikisəsli mahnılar, populyar əsərlərdən



melodiyalar, məsələn, “Tebrone bulaq üstünə gedir”, “Araqvi şütüyür”, “Nana”,

“Ay qız, qara göz, qız”; Ake Reselidze – “Yağış”; İ.Qurquliya – “İavnana”;

Q.Sabadze – “İyirmi beş dekabrda”; S.Sinsadze – “Qara pişik haqqında mahnı”;

V.Kaxidze – “Ano və Vano”; M.Aroşidze – “Tu, tu, tu”; Q.Qordeziani –Səhər necə

açılır”; L.Bethoven – 9 simfoniyanın final mövzusu “Sevinc odası”; V.Şainski –


“Песенка крокодила Гены” ; C.Lenon, P.Makartni – “Ob-La-Di,Ob-La-Da”;

M.Qordon – H.Voren – “Chattanooga Choo-Choo” və s.

Əhval-ruhiyyənin ötürülməsi:

pantomima;



kompozisiya (səhnələrin oynanılması).



Not əlifbası:

beşxətli not sistemində skripka açarında notların tanınması və yazılması;



tam, yarı, dörddə bir, səkkizdə bir uzunluqda notların və pauzaların oxunması və

yazılması, sadə ritmik parçanın əl çalma ilə əks edilməsi .

Musiqi terminləri:

melodiya, ritm, uzunluq, pauza, ritm, temp, tembr, ahəng (major, minor), tonika;



templər: Alleqro-tez, Adagio-yavaş, Presto-çox tez, Mederato-ölçülü;

dinamik nüanslar: Mezzo Forte, Mezzo Piano;



ifa üsulları: Stakato, Leqato;

bəstəkar, folklor, pyes, konsert, məşq etmə, orkestr, dirijor, solist, akkompanement,



balet, opera, teatr/opera/balet qrupu, pərdə/akt, antrakt, ariya, ariozo, ansambl, duet,

trio, kvartet;

öyrənilmiş alətlərin adları.



İş formaları:

Fərdi, cüt və qrup halında.



Tədbirlər:

sinfin hesabat konserti;




Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə