Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
96 
ictimaiyyətinə  çatdırılmasını  xarici  siyasətdə  mühüm  vəzifələrdən  biri  kimi  müəyyənləĢdirdi.  Bu  məqsədlə 
atılan  mühüm  addımlardan  biri  erməni  təcavüzü  nəticəsində  üzləĢdiyimiz  milli  faciələrimizə  siyasi-hüquqi 
qiymətin verilməsi oldu.  
Ulu  öndərin təĢəbbüsü  ilə 1994-cü il  fevralın 24-də  Milli Məclis  "Xocalı Soyqırımı Günü haqqında" 
qərar  qəbul  etmiĢ,  BMT-yə,  dünya  dövlətlərinə  bu  qətliamın  mahiyyətini  açıqlayaraq  beynəlxalq  ictimaiyyəti 
erməni  terrorizminə  qarĢı  təsirli  tədbirlər  görməyə  çağırmıĢdır.  Son  18  ildə  Xocalı  həqiqətlərinin  dünyaya 
tanıdılması,  Ermənistanın  havadarlarının  dəstəyi  ilə  həyata  keçirdiyi  insanlıq  əleyhinə  cinayətin  beynəlxalq 
miqyasda ifĢası istiqamətində xeyli iĢ görülmüĢ, xarici dillərdə kitablar, sənədlər dərc olunmuĢ, Xocalı genosidi 
müxtəlif təĢkilatlarda gündəmə gətirilmiĢ, bununla bağlı bir çox internet saytı yaradılmıĢdır.  
Ümummilli lider hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaĢmıĢdır. Ulu öndər Heydər Əliyev 
hər il faciənin ildönümündə keçirilən tədbirlərdə iĢtirak etmiĢ, Xocalı soyqırımını kədər hissi ilə xatırlamıĢdır. 
Xocalı  faciəsinin  Azərbaycan  xalqının  qan  yaddaĢı  olduğunu  dəfələrlə  bəyan  etmiĢ  ulu  öndər  hadisələrə 
beynəlxalq  aləmdə  əsl  siyasi  qiymət  verilməsinin  zəruriliyini  vurğulamıĢ,  bu  məsələnin  dünya  ictimaiyyətinə 
çatdırılması  üçün  çox  səy  göstərmiĢdir.  Faciəni  xalqımızın  böyük  dərdi,  kədəri,  qəmi  adlandırmıĢ  Heydər 
Əliyev  eyni  zamanda  Azərbaycanın  əsrlər boyu  keçdiyi  mübarizə,  milli azadlıq  yolunu Ģanlı, uğurlu  yol  kimi 
dəyərləndirmiĢdir.  
Ulu  öndər  Heydər  Əliyevin  "Xocalı  soyqırımı  qurbanlarının  xatirəsinə  sükut  dəqiqəsi  elan  edilməsi 
haqqında"  25  fevral  1997-ci  il  tarixli  Sərəncamı  ilə  hər  il  fevral  ayının  26-da  saat  17.00-da  Azərbaycan 
Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan 
edilir.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  26  fevral  2002-ci  il  tarixli  qərarı  ilə  təsdiq  edilmiĢ  "Xocalı 
soyqırımının  10-cu  ildönümü  ilə  əlaqədar  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Bəyanatı"nda  isə  bəyan 
edilir ki,  Azərbaycan  dövləti  mövcud imkanların  hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin 
edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təĢkilatçılarının və 
icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır. 
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti Ġlham Əliyev Azərbaycan həqiqətlərinin dünya 
ictimaiyyətinə  çatdırılmasını  səfirliklərimiz  və  diaspor  təĢkilatlarımız  qarĢısında  vacib  məsələ  kimi 
müəyyənləĢdirmiĢdir.  
Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud Ģəkildə pozulması ilə nəticələnmiĢ Xocalı soyqırımına 
hələ  də  beynəlxalq  miqyasda  hüquqi  qiymət  verilməmiĢ,  ermənilərin  terrorçu,  iĢğalçı  əməllərinə  qarĢı  qəti 
tədbirlər görülməmiĢdir. Lakin ölkə rəhbərliyinin bu məsələ ilə bağlı gördüyü iĢlər bizə əminliklə deməyə əsas 
verir ki, gec-tez nüfuzlu beynəlxalq təĢkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, iĢğalçı Ermənistan 
dövlətinə qarĢı sanksiyalar tətbiq edəcəklər. 
 
Tatyana QOLDMAN,  
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi 
 
Azərbaycan‖.-2010.-23 fevral.-N 42.-S.6. 
 
  


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
97 
   
Erməni vandalizmi təkcə Xocalını yox, oradakı mövcud olan  
ən qədim maddi-mədəniyyət abidələrini də yer üzündən sildi 
 
26  fevral  1992-ci  ildə  Xocalı  Ģəhərində  dünyada  misli  görünməyən  dəhĢətli  bir  vəhĢiliyin  Ģahidi 
olduq.  Erməni  hərbi  quldurları  aylarla  tam  mühasirədə  saxlanan  Xocalı  Ģəhərini  yerlə  yeksan  etdilər. 
Köməksiz  mülki  əhali  azğın  bir  amansızlıqla  qətlə  yetirildi.  Südəmər  körpələrə,  əlsiz-ayaqsız  qocalara, 
qadınlara,  uĢaqlara  belə  aman  verilmədi.  Bütövlükdə,  Azərbaycan  xalqına  qarĢı  yönəldilmiĢ  Xocalı 
soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəĢər tarixində tayı-bərabəri olmayan 
bir vəhĢilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəĢəriyyətə qarĢı tarixi bir cinayətdir. 
 
Heydər ƏLĠYEV  
Ümummilli lider 
 
Azərbaycanın  dilbər  guĢələrindən  birində,  Qarabağın  dağlıq  hissəsində  Xocalı  adlı  bir  yaĢayıĢ  məskəni 
var  idi.  Əsrlərin  dərinliklərindən  gəlirdi  onun  səsi.  Neçə-neçə  arxeoloji  qazıntılar  nəticəsində  6000  il  bundan 
əvvələ aparıb çıxaran sübutlar, dəlillər aĢkara çıxarılmıĢdı. 
Xocalı  öz  abidələrinin  növləri,  onların  xarakterik  xüsusiyyətləri  və  maddi-mədəniyyət  qalıqlarının 
zənginliyi etibarilə, hələ keçən əsrdən dünya alimlərinin diqqətini cəlb etmiĢdir. Bu abidələrlə alman arxeoloqu 
E.  Resler,  rus  ĢərqĢünası  M.  Xanikov,  ingilis  F.  Bayer,  fransız  A.  Berje  və  baĢqaları  tanıĢ  olmuĢ  və  oradan 
tapdıqları əĢyaları öz ölkələrinə apararaq ayrı-ayrı muzeyləri bəzəməyə çalıĢmıĢlar. 
Azərbaycan  alimləri  tərəfindən  Xocalı  abidələrinin  tədqiqinə  1920-ci  illərdə  baĢlanmıĢdır.  Burada  ilkin 
tədqiqat  iĢləri  aparmıĢ  Azərbaycanın  görkəmli  alimi  Ə.  Ələkbərov  Xocalı  abidələri  kompleksini  Azərbaycan 
abidələri haqqında təsəvvür əldə etmək üçün açar adlandırmıĢdır. 
Əsasən, eramızdan əvvəl XII-XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaĢayıĢ yerlərindən, daĢ 
qutu qəbirləri, müxtəlif tipli kurqanlar, siklop tikililər, kromlexlər və menhirlərdən ibarətdir. 
Adını  çəkdiyimiz  mədəniyyətə  aid  yaĢayıĢ  yerləri  bir  qayda  olaraq  çay  kənarlarında,  təbii-coğrafi 
cəhətdən  əlveriĢli  yerlərdə,  xüsusilə  strateji  cəhətdən  müdafiəsi  qismən  asan  olan  təpələr  üzərində  salınırdı. 
YaĢayıĢ  yerlərində  evlər  əksər  hallarda  yarımqazma  halında  olub,  yuxarı  hissəsi  yonulmamıĢ  çay  daĢlarından 
palçıqla suvamaq  yolu  ilə tikilirdi. Evlərin əksəriyyəti çoxgözlü olub, bütün tayfa üzvlərinə aid  idi.  Arxeoloji 
qazıntılar nəticəsində müəyyən edilmiĢdir ki, çox vaxt tayfa evləri uzunsov Ģəklində, düzbucaqlı formada inĢa 
edilmiĢdir. Bəzən uzunluğu 17-18 metr, eni isə 8-10 metr olan bu cür evlər xüsusi arakəsmələr vasitəsi ilə bir 
neçə hissəyə bölünmüĢdür. 
Xocalı-Gədəbəy  mədəniyyətinə  aid  abidələrin  böyük  bir  qismini  də  siklop  tikililəri  təĢkil  edir.  Əsasən, 
yüksək  təpələrdə  və  alçaq  dağlarda  bina  edilmiĢ  bu  abidələr  yerli  əhali  tərəfindən  hazırda  ―Qalaça‖,  ―Örtük 
daĢı‖, ―Hasar‖, ―Düzülü daĢ‖ və s. adlanır. Məlum olmuĢdur ki, bu abidələr əsasən, eradan əvvəl II minillikdə 
və  I  minilliyin  əvvəllərində  mövcud  olmuĢdur.  Onların  dövrü  qəti  müəyyən  edilsə  də,  lakin  nə  məqsədlə 
tikilməsi hələ də mübahisəlidir. Bəzi alimlər onların yaĢayıĢ yeri və ya böyük ticarət  yolları üzərində müdafiə 
məntəqələri,  bəziləri  siklopların  böyük  bir  qisminin  müqəddəs  yer  olub,  ibadətgah  məqsədilə  bina  edildiyini, 
bəziləri  bağ-bostan  yeri,  daha  baĢqaları  isə  bu  tikililəri  köçərilərin  mal-qara  saxlamaq  üçün  inĢa  etdiklərini 
söyləyirlər. Lakin son tədqiqatların nəticələrindən aydın olmuĢdur ki, bütün Kiçik Qafqaz dağlarının köç yolları 
kənarında inĢa edilmiĢ siklop tikililərinin heç də hamısı eyni məqsəd güdməmiĢdir və baĢlıca olaraq üç məqsəd 
daĢımıĢdır:  iri ticarət yolları üzərində bu  yolları  müdafiə  etmək, düĢmən  hücumları zamanı əhalini  müvəqqəti 
mühafizə etmək və müqəddəs yerləri əbədiləĢdirmək məqsədilə bina edilmiĢdir. 
Xocalı-Gədəbəy  mədəniyyəti  sakinlərinin  həyat  tərzini  və  mədəni  inkiĢaf  səviyyəsini  öyrənmək  üçün 
həmin  mədəniyyətə  məxsus  qəbir  abidələri  və  qəbirlərdən  toplanmıĢ  maddi-mədəniyyət  qalıqları  böyük 
əhəmiyyət kəsb edir. Arxeoloji tədqiqatlardan aydın olmuĢdur ki, bu mədəniyyət sahiblərinin bir neçə tip qəbir 
abidəsi olmuĢdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təĢkil edir. 
Qarabağ düzlərinin bir növ təbii yaraĢığı olan bu kurqanlar müxtəlif quruluĢlu və müxtəlif tərkibli hündür 
təpələrdən  ibarət  olub,  vaxtilə  süni  surətdə  qəbirlərin  üstünə  tökülmüĢdür.  Kurqanlar  bəzən,  sadəcə  olaraq, 
torpaqdan, yaxud daĢdan, bir çox hallarda isə daĢla torpağın qarıĢığından tökülmüĢdür. 
Kurqanların  özləri  müxtəlif  olduğu  kimi,  onların  altındakı  qəbirlər  də  müxtəlif  olmuĢdur.  Ölünü  dəfn 
etmək üçün bəzən  kurqanın altında ―ev‖ tikilmiĢ, dairəvi  hasar çəkilmiĢ, bəzən  isə  daĢ qutular düzəldilmiĢdir. 
Xocalı kurqanlarında aparılmıĢ qazıntılar nəticəsində müəyyən edilmiĢdir ki, 3-4 min il bundan əvvəl bu ərazidə 
iki cür dəfn adəti (biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək) olmuĢdur. Hər iki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə