Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
101 
ci illərdə) azərbaycanlıları indiki ermənilərin məskən saldığı Ermənistan ərazisindən, tarixi-etnik torpaqlarından 
qırğınlarla deportasiya etmiĢlər. "Türksüz Ermənistan" adı altında mübarizəyə qalxan erməni millətçiləri, eləcə 
də, yaxın və uzaq xaricdə yaĢayan havadarları, etnik təmizləmə iĢini 1991-ci il avqustun 8-də baĢa çatdırdılar. 
Meğri  rayonunun  son  məntəqəsi  Nüvədidə  yaĢayan  azərbaycanlılar  soyqırımına  məruz  qalaraq,  tarixi-etnik 
torpaqlarından  deportasiya  olundular.  Belə  demək  olar  ki,  indi  Ermənistan  adlanan  Qərbi  Azərbaycanda  bir 
nəfər də olsun azərbaycanlı qalmamıĢdır. 
1988-1991-ci illərdə Sovetlər Birliyi dövlətinin baĢçılarının köməyi sayəsində Ermənistan hökuməti Qərbi 
Azərbaycan  -  indiki  Ermənistan  torpaqlarından  250  mindən  artıq  azərbaycanlını  ata-baba  yurdlarından 
deportasiya  etdi. XX  əsrdə 2  milyondan çox azərbaycanlı  indiki bu  ərazidə soyqırımına, deportasiyaya  məruz 
qaldı.  
1935-1991-ci  illərdə  Ermənistanda  Azərbaycan  yer  adlarına  qarĢı  qərəzli  siyasət  nəticəsində  minlərlə 
toponimlər  xəritədən  silinib  erməniləĢdirildi.  Azərbaycanın  tərkib  hissəsi  olan  Qarabağın  Ermənistana 
birləĢdirilməsi  məqsədilə  1988-ci  ildən  baĢlanan  separatçılıq  hərəkatı,  iĢğalçılıq  müharibəsi,  etnik  təmizləmə 
Azərbaycana  qarĢı  cinayətkar  siyasətin  yeni  mərhələsidir.  Hazırda  Azərbaycan  torpaqlarının  20  faizi  erməni 
iĢğalı altındadır. 1 milyondan çox insan öz yurdundan didərgin salınıb. 18 min azərbaycanlı qətlə  yetirilib, 20 
mindən  çox  dinc  sakin  yaralanıb,  5  mindən  çox  adam  əlil  olub,  4  mindən  çox  insan  əsir  və  itkin  düĢüb,  877 
Ģəhər, kənd qarət edilib, dağıdılıb. 
Erməni birləĢmiĢ dəstələri Rusiyanın Xankəndidəki 366-cı mexanikləĢdirilmiĢ atıcı alayı ilə birlikdə XX 
əsrin Xatın faciəsini arxada qoyan Xocalı soyqırımını təĢkil etdilər. O vaxtkı respublika rəhbərliyinin cinayətkar 
əməlləri nəticəsində Ģəhərin müdafiə iĢləri pis təĢkil olunmuĢdu. 80 nəfərlik Xocalı özünümüdafiə taburu heç bir 
zirehli texnika ilə təchiz  olunmamıĢdı. Onlara əsas briqadanın 11-ci taburunun 20 nəfərdən  ibarət minaatanlar 
batalyonu kömək edirdi. 60 nəfərlik milis dəstələri isə təyyarə meydanını müdafiə edirdi. 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daĢnak hərbi birləĢmələri və keçmiĢ SSRĠ-yə məxsus 
366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), eləcə də, xarici dövlətlərdən gətirilmiĢ muzdur 
quldur  dəstələri  Xocalıya  hücum  etdilər.  Onlar  ilk  həmləni  hava  limanına  endirdilər.  ġəhərin  müdafiəsinə 
qalxanlar azsaylı və pis silahlanmıĢ olsalar da, qəhrəmanlıqla döyüĢmüĢdülər. Xüsusi təyinatlı milis dəstəsinin 
komandiri, milis mayoru Əlif Hacıyev döyüĢ meydançasında qəhrəmanlıq göstərdi. Onun baĢçılığı altında olan 
22 nəfərlik dəstə erməni-daĢnak birləĢmələrinin hücumlarını üç dəfə uğurla dəf etdi. DöyüĢdə qüvvələr bərabər 
deyildi. Mayor Əlif Hacıyev vəziyyətin mürəkkəb olduğunu görəndə, limanın dispetçer məntəqəsini partladaraq, 
erməni birləĢmiĢ qüvvələrinin əlinə düĢməsinə imkan vermədi. DöyüĢlərdə qorxmaz komandir ağır yaralandı və 
qəhrəmancasına  həlak  oldu.  Ölümündən  sonra  Əlif  Hacıyevə  Azərbaycanın  Milli  Qəhrəmanı  adı  verildi. 
DüĢmən  tankları,  zirehli  maĢınlarının  artilleriya  hazırlığından  sonra  Mehdikənd,  DaĢbulaq  istiqamətində 
Xocalıya  daxil  oldu  və  Ģəhər  içərisində  döyüĢlər  baĢlandı.  366-cı  alayın  mayor  Ohanyanın  komandası  altında 
ikinci,  mayor  Nabodxinin  komandası  altında  üçüncü  motoatıcı  taburları,  eləcə  də,  topçu  diviziyası,  öz 
qəddarlığı, vəhĢiliyi ilə fərqlənirdi. 
Tofiq  Hüseynovun  baĢçılıq  etdiyi  ərazi  özünümüdafiə  taburunun  döyüĢçüləri  çox  qüvvətli,  yırtıcı 
düĢmənlə qəhrəmancasına ləyaqətlə  döyüĢürdülər. Tofiq son  nəfəsinədək  vuruĢdu, düĢmən  əsgərlərini azdırıb, 
çoxlu  insanın  mühasirədən  çıxmasına  imkan  yaratdı.  Son  anda  özü  mühasirəyə  düĢdü.  O,  düĢmənə  təslim 
olmayaraq,  son  gülləni  özünə  vurdu.  Ölümündən  sonra  Tofiq  Hüseynova  Azərbaycanın  Milli  Qəhrəmanı  adı 
verildi.  Ağdam-Əsgəran  istiqamətində  yığılmıĢ  hissələr arasında  əlaqə  və  ümumi  rəhbərlik  olmaması  üzündən 
onlar erməni iĢğalçılarına qarĢı hücum qura bilmədilər.  
Erməni  vandalları  Xocalı  Ģəhərində  soyqırım  törətdilər. ġəhərə  od  vurub  yandırdılar.  Sağ  qalanların  bir 
hissəsi, əsasən, qadınlar, qocalar, uĢaqlar Ģəhərin qərb istiqamətində iki yolla Ağdama tərəf qaçmağa baĢladılar. 
Qarlı-Ģaxtalı gündə ayaqyalın meĢədə qalan qaçqınların çoxunu Ģaxta vurdu, yaralıların bir hissəsi öldü. Səhərisi 
gün sağ qalanların bir hissəsi, Xocalıdan 6-7 kilometr aralı Qaraqaya adlanan yerdə meĢədən çıxarkən, pusquda 
dayanmıĢ erməni faĢist dəstələri tərəfindən gülləbaran oldular. Xilas olaraq, Abdal-Gülablı kəndinə getməyə səy 
göstərənlər  düĢmən  mühasirəsinə  düĢüb,  atəĢə  tutuldular.  Erməni  daĢnakları  yaralılara aman  vermir,  meyitləri 
eybəcər hala salır, qadın və qızları təhqir edirdilər.  
Xocalı  Ģəhərinin  əhalisi  13  min  nəfər  idi.  Xocalıda  erməni  vandalları  azərbaycanlılara  qarĢı  növbəti 
soyqırımı törətdilər. 613 nəfər, o cümlədən, 106 qadın, 63 azyaĢlı uĢaq, 70 qoca öldürüldü. Min nəfər dinc sakin 
müxtəlif dərəcəli güllə yarası alaraq, Ģikəst oldu. 1275 nəfər girov götürüldü. 56 nəfər xüsusi amansızlıqla - diri-
diri yandırıldı, baĢlarının dərisi soyuldu, gözləri çıxarıldı, baĢları kəsildi, hamilə qadınların qarnı 1918-ci ildəki 
mart  soyqırımı  zamanı  olduğu  kimi,  süngü  ilə  dəlik-deĢik  edildi.  Bu  faciədə  təkcə  erməni  faĢistləri  və  rus 
millətçiləri  deyil,  həm  də  uzun  müddət  düĢmən  əhatəsində  qalan  Ģəhərə  lazımi  kömək  etməmiĢ,  əhalini 
təhlükəsiz  yerlərə  köçürmək  üçün  tədbirlər  görməmiĢ  Azərbaycan  rəhbərliyi,  eləcə  də,  hakimiyyət  uğrunda 
mübarizədə Qarabağ problemlərinin  istifadə  edib siyasi  kapital toplamaqla  vəziyyətin  gərginləĢməsinə çalıĢan 
siyasətbazlar təqsirkar idilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə