Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
113
Siyasi qiymət: Ümummilli lider Heydər Əliyev 18 dekabr 1997-ci ildə ―1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası
haqqında‖ fərman imzalayıb.
Zaman: 16 mart 1968
Məkan: Sonqmi vilayəti, Vyetnam
Fakt: 500 vyetnamlının qətli, qadınların kütləvi zorlanması
Hadisə: DöyüĢlərdən birində əsgərlərin sevimli serjantı Corc Koks həlak olur. Kapitan Medina and içir
ki, serjantın qisası alınacaq. Sonqmi bölgəsinə üç istiqamətli hücum təĢkil olunur. Kənddə heç bir silahlı aĢkar
etməyən əsgərlərə dinc sakinlərə atəĢ açmaq əmr edilir (əmri leytenant Uilyam Kelli verilir). Kənd bombardman
olunur. Qaçanlar yerindəcə güllələnir. Ümumilikdə, 173 uĢaq, 182 qadın, 149 kiĢi qətlə yetirlib.
Səbəb: Əsgər yoldaĢının qisası
Nəticə: Hərbi tribunal qarĢısında 6 nəfər dayanıb, yalnız Uilyam Kelli cəzalanıb. O da ki, 3 il yarım....
Siyasi qiymət: Sonqmi soyqrımı bəzi ölkələr tərəfindən tanınıb.
Zaman: 25-26 fevral 1992-ci il.
Məkan: Xocalı, Azərbaycan
Akt: azərbycanlıların soyqırımı
Hadisə: 1992 – ci ilin fevral ayının 25 – dən 26 – a keçən gecə erməni silahlı dəstələri Xankəndi
Ģəhərində yerləĢdirilmiĢ keçmiĢ SSRĠ – nin 366 – cı motoatıcı hərbi alayının bilavasitə iĢtirakı ilə Xocalı
Ģəhərinə hücum etmiĢlər. Fevral ayının 26 –ı səhər saat 5 – ə qədər Ģəhər zəbt edilmiĢdir. ġəhəri tərk etməyə
məcbur olan əhali dağlara, meĢələrə, kimi isə yaxınlıqda azərilərin yaĢadığı Ağdam Ģəhərinə üz tutmuĢ, bu
zaman əvvəlcədən qurulmuĢ pusquya düĢərək güllə-baran edilmiĢlər. Cinayətkar erməni hərbi birləĢmələrinin
vəhĢiliyi nəticəsində 613 nəfər Ģəhid, 487 nəfər Ģikəst olmuĢ, 1275 nəfər dinc sakin – qocalar, uĢaqlar, qadınlar
əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmıĢlar. 150 nəfərin taleyi hələ
də məlum deyildir. ġəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaĢlı uĢaqlardır. Bu cinayət nəticəsində 8
ailə bütövlükdə məhv edilmiĢ, 24 uĢaq hər iki valideynini itirmiĢ, 130 azyaĢlı uĢaq isə valideynlərindən birini
itirmiĢdir.
Səbəb: azərbaycanlı olmaları
Nəticə: Xocalı faciəsini törədənlərdən biri Robert Köçəryan və Serj Sarksyan Ermənistan prezidenti
seçiliblər. Batalyon komandiri Seyran Ohanyan isə hazırda iĢğalçı dövlətin müdafiə naziridir. Bundan baĢqa 366
alayın komandir müavini B. Baymukov, birinci batalyonun komandiri Ġ. Moiseyev, ikinci batalyonun komandiri
S. Ohanyan, üçüncü batalyonu komandiri E Naboknik, birinci batalyonun qərargah rəisi Çitçiyan, alayın
kəĢfiyyat rəisi mayor Hayriyan, rota komandiri O. Mirzoyan, kəĢfiyyat bölmə rəisi Xrinxua, tank rotasının
komandiri QarmaĢ, rota komandiri baĢ leytenant Hakonyan, batareya komadir Əzizyan, kəĢfiyyat komandirinin
müavini Bondarev hələ də azadlıqdadırlar və Xocalının iĢğalı zamanı qazandıqlarını xərcləyirlər.
Zaman: 6 -25 iyul 1995-ci il.
Məkan: Srebrenniça, Bosniya-Hersoqovina
Fakt: Müsəlman boĢnakların məhvi
Hadisə: 1992-ci ildən baĢlayan etnik təmizləmənin məntiqi yekunu. 1993-cü ildə bağlanan atəĢkəs
saziĢini Bosniya serbləri pozurlar. Serblər iki ildən sonra tank və ağır artilleriyanın dəstəyi ilə hücuma keçdilər.
BMT sülhməramlıları müqavimət göstərə bilmirlər. Təkcə 2500 kiĢi və uĢaq meyidi yalnız bir qəbirstanlıqdan
tapıldı. Ümumi say 8 min nəfər olub.
Səbəb: etnik təmizləmə, boĢnakların hücumlarına cavab.
Nəticə: Srebrenniça etnik təmizləndi. Serb respublikasının prezidenti Radovan Karacic, Radko Mladiç,
Radislav Krstiç (ömürlük həbs), Milorad PelemiĢ, Drajen Erdemoviç (1996-cı ildə 5 il müddətinə azadlıqdan
məhrum edilib), Mladiç həbs olunublar.
Siyasi Qiymət: 2007-ci ildə Beynəlxalq Tribunal serblərin bu hərəkətini soyqırım kimi qiymətləndirib.
2009-cu ildə Avropa Parlamenti 11 iyulu ―Srebreniça soyqırımının anım günü kimi‖ tanıyıb
Belə. Ġndiyə qədər yazdıqlarımızı, dediklərimizi müqayisəli, lakin təhlilsiz verdik. Bəlli oldu ki, bu
hadisələri törədənlər ən azı 3 il yarımlığa da olsa belə cəzaya məruz qalıblar. Təkcə ermənilərdən baĢqa.
Baxmayaraq ki, 1918-ci ildən bu günə kimi ermənilərin təkcə azərbaycanlılara qarĢı törədikləri soyqırım
siyasətinin nəticəsi ötən əsrdə törədilən digər hərbi cinayət və soyqırımların nəticəsindən ağırdır. Amma nəticə
yoxdur. Bəli, Hitler və Stalin, Mussoloni, Pol Pot qaniçən cəlladlar olublar. Onların ayrı-ayrı səngərlərdə
yazdıqları ssenarilərə görə 50 milyon insanın həyatına son qoyub. Bəs, Köçəryan, Sarksyan, Ohanyan, Mikoyan,
Qaregin, Njde, Hamazaps? Bunlar kimlərdir? Oradurda, Lidiçedə, Xatında cəmi 5 min adam qətlə yetirilib,
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
114
onlara siyasi qiymət soyqırım adı altında verilib. Bəs, 1918-ci ildə Bakıda, ġamaxıda, Qubada baĢ verənlərə kim
qiymət verəcək? Yalnız Ġslam Konfransı TəĢkilatımı? Yalnız prezidentimizmi? Axı, yuxarıda sadalanan
kriteriyalardan hansı soyqırım kriteriyalarına uyğunlaĢmır? Hanı dünya ictimaiyyəti, hanı sülhpərvər qüvvələr,
hanı haqq-ədalət? Yenədəmi ikili standartlar?
Sənan Nəcəfov
“Kaspi”.-2010.-27 fevral-1 mart.-N.37.-S.6.
Dostları ilə paylaş: |