Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
111
Soyqırımlar arasında nə fərq var?
Soyqırım - müasir dünyamızda qəbul edilmiĢ mənasına görə bir millətin dil, din, məzhəb və milli fərqləri
ilə əlaqədar olaraq məqsədli Ģəkildə yox edilməsi prosesidir. Ən qorxulusu odur ki, bu cinayət insanlar birliyinin
müxtəlifliyinin itirilməsinə və beynəlxalq nizamlama qanunauyğunlarının əsaslarının sarsılması təhlükəsi
yaradır. Soyqırım- beynəlxalq hüququn qəbul edilmiĢ ümumi prinsip və normalarının, habelə insan hüquq və
azadlıqlarının kobud sürətdə pozulmasıdır.
BəĢər tarixində elə hərbi cinayətlər olub ki, onlar xarakter etibarilə soyqırım kimi xarakterizə edilib,
elələri də olub ki, beynəlxalq cinayət kateqoriyasına uyğun tövsih olunub, elələri də olub ki, bütün kateqoriyalar
üzrə həm soyqırım, həm beynəlxalq cinayət kimi xarakterizə olunsa da layiqli qiymətini almayıb. Kateqoriya
deyiləndə cinayətlərin mahiyyətinin Ġkinci Dünya müharibəsindən sonra yaradılmıĢ beynəlxalq hərbi
tribunalların (Nürnberq, Tokio) nizamnaməsində istifadə olunmuĢ, sonradan həmin cinayət tərkibləri
Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət
Məhkəməsinin Statusunda təkmilləĢdirilməsindən sonra yekun çərçivəyə salınmıĢ müddəalar nəzarətdə tutulur.
Bu yazıda dünyanın siyasətdə olduğu kimi, insan məhvinə, tələfatına, uĢaqların göz yaĢlarına, milyonlarla
insanın yurdsuz-yuvasız qalmasına, o insanların öz torpaqlarına qayıda bilmək qədər sadə istəklərinə belə ikili
yanaĢmasına diqqət yönəldilir. Soyqırımlar arasında fərq qoymaq müasir dünyanın əsl simasıdır. Beləliklə,
Zaman: mart-aprel 1918-ci il.
Məkan: Azərbaycan
Fakt: Azərbaycanlıların soyqırımı
Hadisə: 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhĢiləri
xüsusi amansızlıqla qətlə yetirmiĢlər. 1918-ci ildə erməni quldur dəstələri insanlara qarĢı vəhĢi amansızlıq
etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhĢicəsinə dağıdır, məscidləri yandırır, memarlıq
incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir
çox qədim binaları, o cümlədən Cümə məscidini, Ġsmailiyyə binasını top atəĢinə tutaraq dağıtmıĢlar. 2007-ci
ildə Qubada aĢkar olunan ―Quba kütləvi məzarlığı‖nda 1918 ildə ermənilər və bolĢeviklər tərəfindən
vəhĢicəsinə öldürülmüĢ azərbaycanlılar və Yahudilər basdırılıb. Ġndiyənədək burada min nəfərdən çox insan
qalığı tapılıb
Səbəb: Azərbaycanlı olmaları
Nəticə: Ġstintaq bu cinayətdə əli olan Stepan Lalayevin, Qavril Qaraoğlanovu, ArĢak Gülbəndovu, Mixail
Arzumanovun, Sedrak Vlasovu, Samvel Doliyevi, Petrosyançı və ―bərbər‖ Ovanesin günahını tam sübuta
yetirən faktlara malik olsa da onlar cəzadan yaxa qurtara bilmiĢlər. DaĢnak dəstələrinin komandiri Hamazasp
uzun müddət xaricdə yaĢayıb. DaĢnaksutyun ideoloqlarından biri Simon Vraçyan (o, Naxçıvan, Zəngəzurda 10
mindən çox azərbaycanlının qatili kimi tarixdə tanınır) 1921-ci ilin yanvarında Sovet Ermənistanın rəhbəri təyin
olunur. 1936-cı ildə ABġ-a qaçır və uzun müddət ABġ prezidentinin Yaxın ġərq məsələləri üzrə məsləhətçisi
iĢləyir. Digər erməni faĢisti, azərbaycanlılara qarĢı ən qəddar cinayətlərə imza atan quldur, Qaregin Njde
sonradan Hitler Almaniyasında general olub.
Siyasi qiymət: Azərbaycan xalqına qarĢı törədilmiĢ bütün soyqırım faciələrini qeyd etmək məqsədilə
azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin 27 mart 1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı
haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilib.
Vaxt: 1933-1945
Məkan: Avropa
Fakt: yəhudi soyqırımı (holokost)
Hadisə: Holokost- günahsız insanların alman millətçiləri və kollaborasionistlər tərəfindən sistematik
olaraq təqib edilməsi və məhvi. Yəhudi xalqının 1/3-i bu dəhĢətli faciələrin qurbanı olub. Avropada yaĢayan
yəhudilərin 60%-i, qaraçıların isə ¾-ü soyqırım qurbanları olublar. Əsirlər üzərində insanlıqdankənar tibbi
sınaqların aparılması da holokost cinayətləri sırasına aid edilib. Ümumilikdə 6 milyon yəhudi məhv edilib.
Səbəb: antisemitizm
Nəticə: Oktyabr 1945- noyabr 1946-cı illər. Nyurnberq prosesi. FaĢist Almaniyasının 25 yüksək çinli
məmurunun məhkəməsi keçirilmiĢ, onlardan Herinq, Ribbentrop, Keytel, Kaltenbrunner, Rozenberq, Franka,
Frika, ġtrayxer, Zaykel, Zeys-Ġnkvarta, Borman(qiyabi), Yodl ölüm cəzasına, Hessa, Funka, Reder ömürlük
həbsə, ġirax və ġpyera 20 illik həbs cəzasına məhkum olunublar.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
112
Siyasi qiymət: bir neçə ölkəni çıxmaqla bütün dünya ―xolokost‖u bəĢəriyyətə qarĢı cinayət kimi tanıyıb.
Almaniya təzminat ödəyir. Bəzi ölkələrin qanunlarında ―Xolokost‖u tanınmaqdan imtinaya görə ciddi cəzalar
nəzərdə tutub.
Zaman: 10 iyun 1942.
Məkan: Lidiçe, Çexiya.
Fakt: Lidiçenin yer üzündən silinməsi
Hadisə: Bohemiya və Moraviyanın Protektoru Raynhard Heydrixin 27 may 1942-ci ildə qətlə
yetirilməsində almanlar bu kəndin əhalisini günahkar biliblər. 10 iyunda ―Prins Yevgeni‖ diviziyası kəndi
mühasirəyə alaraq, dəhĢətli cinayət törədirlər. 16 yaĢdan yuxarı 172 kiĢi qətlə yetirilir, 172 qadın Ravensbryuk
konslagerinə göndərilir. Onlardan 60 nəfəri orada dünyasını dəyiĢib. 105 uĢaq almanlaĢdırılıb, qalan 82-si qətlə
yetirilib. Bütün kənd yandırılıb. Hadisənin səhərisi günü kənddən yalnız dağıntılar qalıb.
Səbəb: alman məmurun ölümü
Nəticə: hərbi cinayəti törətmiĢ bütün canilər məhkəmə qarĢında dayanıblar.
Siyasi qiymət: 60 ildən çoxdur ki, Lidiçe faciəsi soyqırım kimi qeyd olunur.
Zaman: 22 mart 1943-cü il
Məkan: Xatın kəndi, Belorus
Fakt: Kəndin yer üzündən silinməsi, əhalinin qırılması
Hadisə: Xatın kəndindin 6 km aralıda partizanlar alman qərargah maĢınını partladaraq aradan çıxmıĢlar.
Partlayan maĢının içərisində 118-ci mühafizə polisinin zabitləri olub. Onlardan hauptman Hans Völke yüngül
atletika üzrə olimpiya çempionu olmuĢ ilk almandır. Almanların qənaətinə görə hadisəni törədənlər Xatın kənd
sakinləri və ya bu kənddə gizlənən partizanlar ola bilər. Qoca, uĢaq, qadın hamı məhv edilib. 149 nəfər taxta
binaya yığılaraq yandırılıb. Onlardan 75-i uĢaq olub.
Səbəb: alman zabitinin qətli
Nəticə: Müharibə bitəndən sonra həmin batalyonun qərargah rəisi Qırmızı Ordunun leytenantı Vasyura və
MeleĢko güllələnmə cəzasına məhkum ediliblər.
Siyasi qiymət: Xatın bəĢəriyyətə qarĢı cinayət kimi tanınıb.
Zaman: 10 iyun 1944-cü il.
Məkan: Oradur-sür-Qlan, Fransa
Fakt: 2600 nəfərlik qəsəbə tarixdən silinib
Hadisə: 10 iyun 1944-cü ildə hauptĢturmfürer Kanın rəhbərliyi altında kənd mühasirəyə alınır.
Almanların qənaətinə görə kənd yaxınlığında partladılaraq, qarət edilən alman kolonuna hücumu fransız
partizanlar (maklar) təĢkil ediblər və onlar Oradurda gizləniblər. KiĢilər güllələnəndən sonra, yandırılıblar. 197
nəfər qətlə yetirilib. 240 qadın və 205 uĢaq kilsədə yandırılıb.
Səbəb: talanmıĢ 6 milyon franklıq qızılın axtarıĢı
Nəticə: 1953-cü ildə Bordoda 28 nəfər məhkəmə qarĢısına çıxıb: 7 alman, 21 elzaslı. 1958-ci ilə qədər
amnistiya aktı ilə bütün almanlar azad olunublar.
Siyasi qiymət: Prezident ġarl de Qoll Oradur-sür-Qlanı ―Memorial mərkəz‖ elan edib. Genosid kimi
qiymətləndirilib.
Zaman: 1948-1952
Məkan: Ermənistan.
Fakt: Azərbaycanlıların deportasiyası
Hadisə: Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdə Stalinin
göstəriĢi ilə həyata keçirilmiĢdir. 1947-ci il dekabrın 23-də Ġ. Stalin "Ermənistan SSR-dən kolxozçuların və
digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" SSRĠ Nazirlər
Sovetinin 4083 nömrəli qərarını imzalayıb. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min
nəfərin köçürülməsi nəzərdə tutulurdu.
Səbəb: azərbaycanlı olmaları, etnik təmizləmə
Nəticə: Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaĢayan azərbaycanlıların yüzlərlə yaĢayıĢ
məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uĢaq və qadınların da daxil olduğu
140 min insanı vəhĢicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı didərgin salınıb. Bu cinayətin memarı
SSRĠ-nin erməni Mikoyan, Stalin, Ermənistan KP MK-nın birinci katibi Q. Harutyunov, SSRĠ Xarici iĢlər naziri
Molotov və digərləri heç bir cəza almayıblar
Dostları ilə paylaş: |