istehsal və elmi-texniki sahələrdə investisiya fəallığını stimullaşdıran vergi
üsullarının təkmilləşdirilməsi;
büdcə gəlirlərinin artırılmasında istehlak vergilərinin, ilk növbədə əlavə dəyər
vergisinin fəaliyyət dairəsinin genişləndirilməsi;
vergi dərəcələrinin aşağı salınması ilə yanaşı vergitutma bazasının genişlən-
dirilməsi;
ölkələrin vergi sistemlərinin uyğunlaşdırılması (iqtisadiyyatın qloballaşmasın-
dan doğan zərurət);
kiçik və orta müəssisələri dəstəkləmək üçün vergi yüklərinin azaldılması;
ekoloji vergilərin tətbiqi və b.
XVIII-XIX əsrdə və XX əsrin əvvəllərində baş vermiş burjua və sosialist inqi-
lablarının ideoloji əsaslarında məhz bu iqtisadi cərəyanlar dayanırdı. İqtisadi pro-
seslər sürətləndikcə liberalizm və institutisonalizmin ifrat formaları da meydana
gəlməyə başlayırdı. 1917-ci ildə çar Rusiyasında sosialist inqilabının qələbəsindən
sonra sahibkarlığın və bazar iqtisadiyyatının əsas iqtisadi-hüquqi təməli olan xüsusi
mülkiyyəti inkar edən planlı iqtisadi sistem yaradıldı. ABŞ və Böyük Britaniyada
isə liberalizm dövlət səviyyəsində daha çox dəstəklənirdi.
Qərb iqtisad elmində liberal ideologiyanın mövqeyi XX əsrin 1929-1934-cü il-
lərində baş vermiş müdhiş qlobal iqtisadi böhranla (“Böyük Depressiya”) zəiflədi.
O zaman ABŞ və Avropa ölkələrində belə acınacaqlı vəziyyətin yaranmasında iri
kapital sahiblərini günahkar hesab edirdilər. Nüfuzdan düşmüş və müflis olmuş ka-
pital sahiblərinin siyasi qərarlara təsir göstərmək imkanları tükəndiyi zaman (1930-
cu illərdə) iqtisadi sistemin makro səviyyədə tənzimlənməsində dövlətin rolunun
xeyli artırılmasını nəzərdə tutan və cari istehlakın cari gəlirlərlə uzlaşdırılmasını tək-
lif edən Keyns nəzəriyyəsi meydana gəldi (Con Meynard Keyns (1883-1946)).
1973-cü ildə dünya iqtisadiyyatına dağıdıcı təsiri ilə fərqlənən qlobal enerji
böhranı baş verdi. Bu zaman ABŞ və Avropa ölkələrində kapital sahiblərinin
cəmiyyətdə mövqeyi möhkəmlənmişdi. Əlbəttə, iri kapitala və iqtisadi hakimiyyətə
malik olan insanların verilmiş azadlıqdan istifadə etmək imkanı və qabiliyyəti digər-
lərinə nisbətən daha çoxdur. Belə mövqe iqtisadi nəzəriyyədə və iqtisadi siyasətdə
fərdin tam azadlığını dəstəkləyən liberal ideologiyanın yenidən üstünlük qazan-
masına şərait yaradırdı. Ultraliberal cərəyanın məşhur nümayəndələrindən biri,
1976-cı ilin Nobel mükafatı laureatı, monetarizm təlimin yaradıcısı Milton Fridman
(1912-2006) C.M.Keynsin tənzimləmə nəzəriyyəsini ən sərt tənqid edən iqtisadçılar-
dan idi [7, 8].
1970-ci illərin ortalarından başlayaraq 2008-ci ilə qədər davam edən və ultrali-
beral iqtisadi təfəkkürün aparıcı ideologiyaya çevrildiyi dövr inkişaf etmiş və etmək-
də olan ölkələrdə istehlakın kreditlər hesabına kəskin artması, kiçik və lokal böhranlar,
qloballaşma prosesinin sürətlənməsi, rəqabətin sərtləşməsi, iqtisadi dinamizmin art-
ması, iri maliyyə vəsaitlərinin təmərküzləşməsi kimi proseslərlə müşayiət olunurdu.
İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
46
XX əsrin 70-ci illərində iri korporasiyaları ziyankar inhisarlar kimi deyil, səmərəli
iqtisadi qurumlar kimi təqdim edən Amerika iqtisadçısı Alfred Çendler (1918-2007)
onların uğurlarını Adam Smitin “görünməz əl” mexanizminin təsiri ilə deyil, məhz
“görünən əl”in - iri şirkətlərin rəhbərlərinin (kapital sahiblərinin) düşünülmüş
fəaliyyəti ilə izah edirdi [9]. A.Çendler iri şirkətlərin yaranmasını “miqyas effekti”
və “istehsalın artımı” kimi iqtisadi kateqoriyalarla izah etmiş, böyük istehsal güc-
lərinin yüksək səviyyədə yüklənməsini iri şirkətin əsas vəzifəsi - “əmtəə axını prob-
lemi”- kimi qəbul etmişdir. O, istehsal miqyasından əldə edilən qənaətin müəssisənin
ölçülərinin (istehsal gücünün) artımından və sürətindən (bu istehsal güclərindən is-
tifadə intensivliyi) asılı olduğunu qeyd edirdi. İri istehsal güclərinin tam yüklənməsi
və intensiv istifadəsi isə müvafiq ölçülü iri bazar seqmentlərinin və onların lazımi
artım sürətinin mövcudluğu şəraitində mümkündür [10].
O dövrdə böyük maliyyə imkanlarına və elmi-texniki potensiala malik olan
şirkətlərin iri satış bazarlarına yaranan tələbatını müasir qloballaşmanın əsas
səbəblərindən biri kimi də qəbul etmək olar.
1987-2006-cı illərdə ABŞ-ın Maliyyə Ehtiyatlar Sisteminə rəhbərlik etmiş və ul-
traliberal ideologiyanın əsas simalarından olan Alan Qrinspen (1926) hesab edirdi
ki, dövlət bazarın “görünməz əl” mexanizminə mane olmamalıdır. Onun fikrincə,
dövlət iqtisadi sistemin sürətli artımı və tənəzzülü dövrlərində maliyyə mexanizm-
lərindən istifadə etməklə dağıdıcı proseslərin təsirini azaltmalıdır [11].
A.Çendlerin fikirlərindən belə bir nəticəyə gəlmək olar: iri şirkətlərin fəaliyyəti
“görünən əl” ilə istiqamətləndirilir, yəni “görünməz əl” mexanizmi bu halda səmərəli
işləmir (iri şirkətlərin fəaliyyət göstərdiyi bazarlarda rəqabət məhdudlaşır). ABŞ-
da iri şirkətlərin iqtisadi sistemin sütunları olmasını və A.Qrinspenin qeyd etdiyi
kimi, dövlətin bazarın tənzimlənməsinə müdaxilə etməməsini nəzərə alsaq təzadlı
vəziyyətin yarandığını müşahidə edə bilərik: iri şirkətlərin fəaliyyətinin tənzimlən-
məsində həm dövlət, həm də “görünməz əl” mexanizmi işləmir. Onda iri şirkətlərin
fəaliyyətini hansı mexanizm tənzimləyir?
Bir çox tədqiqatçılar hazırkı qlobal böhranı iqtisadi sistemin bu suala sərt cavabı
kimi qiymətləndirirlər. ABŞ-dan başlayan və bütün dünyaya yayılan qlobal maliyyə
böhranı ultraliberalizmin 30-35 illik təntənəsinə son qoydu. Yenə də sahibkarlar,
biznes “kapitanları”, iqtisadi fərdin tam azadlığını tərənnüm edən iqtisadçı alimlər
tənqid atəşinə tutulur, iqtisadi fəaliyyətin tənzimlənməsində şəffaf mexanizmlərin
tətbiqi və tənzimləmə vasitələrinin gücləndirilməsi ideyaları iqtisadi təfəkkürdə
aparıcı mövqeyə keçməyə başlayır.
Təzadlı haldır ki, böyük inkişaf yolunu keçməsinə, çox güclü riyazi modellərin
mənimsənilməsi və tətbiqinə baxmayaraq, iqtisad elmi fəlakət səviyyəsinə çatan belə
böhranların nəinki qarşısını almağı, hətta onun proqnozlaşdırılmasını belə, təmin
edə bilmir. 2007-2008-ci illərdə baş vermiş qlobal maliyyə böhranının iqtisad elmi
üzrə aparıcı mövqeyə malik olan ABŞ-dan başlaması iqtisad elmində müəyyən
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.
47