İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
52
hissi nəzərdə tutulur. Bu zaman özünüqoruma instinkti tələbatın azalması,
qiymətlərin kəskin dəyişməsi, əmanətlərin itirilməsi, iş yerlərinin azalması kimi
amillərin təsiri ilə yaranan qorxu hissində, risklərdən yayınma cəhdlərində təzahür
olunur. İqtisadi sistemdə iqtisadi və ya qeyri-iqtisadi təsirlər nəticəsində yaranan
kənarlaşmalar qorxu hissini artırır. Digər tərəfdən isə insanın məhdud məhsuldarlığı
istehlakın hədsiz artımını təmin edə bilmədiyi üçün qorxu hissi getdikcə kütləviləşir.
Nəticədə çaxnaşma və böhran yaranır.
C.M.Keyns qeyd edirdi ki, inamsızlıq və qorxu tələbatın artımını zəiflədir və
gəlirin əhəmiyyətli hissəsinin yığıma yönəldilməsinə sövq edir. Nəticədə məhdud
investisiya imkanları şəraitində xroniki depressiya yaranır. Hazırkı böhrandan
əvvəlki iyirmi ildə ABŞ-da məcmu əmanət sürətlə azalmış, məcmu istehlak isə kre-
ditlər hesabına gəlirlərdən daha böyük sürətlə artmışdır. Keynsin nəzəriyyəsinə görə
istehlak, əmanətlər və investisiyalar arasında nisbətin tənzimlənməsi dövlətin iqtisadi
siyasətinin əsas prioriteti olmalıdır. Məhz bu siyasət dağıdıcı gücü hədsiz dərəcədə
böyük olan böhranların qarşısını ala bilər.
Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, iqtisadi sistemlərdə dağıdıcılıq
komponenti “konstruktiv dağıdıcılıq”dan güclü olan və çox ağrılı sosial-iqtisadi
proseslərə rəvac verən böhranların yaranması məhz insanların, xüsusilə iqtisadi pro-
seslərə böyük təsir göstərmək imkanı olan sahibkarların psixoloji xüsusiyyətləri və
seçimlərinin rasionallığındakı problemlərlə bilavasitə bağlıdır.
Müasir rus iqtisadçısı M.Storçevoy insanın rasional seçiminin üç səviyyəli mo-
delini təklif etmişdir. İnsanın rasional seçiminin birinci səviyyəsində irsən keçən və
davranış tərzini müəyyən edən bioloji instinktlər dayanır. Mədəniyyət - insanın sosial
varlıq olaraq ictimai həyatdan götürdüyü davranış qaydaları - rasional seçimin ikinçi
səviyyəsində yerləşir. Rasional seçim piramidasının zirvəsində isə intellektin köməyi
ilə qəbul edilən “düşünülmüş seçim” dayanır. Burada düşünülmüş seçim dedikdə,
insanın probleminin ən səmərəli həlli üsulunun tapılması və realizə edilməsi barədə
məntiqli və düşünülmüş qərarın qəbulu nəzərdə tutulur [18].
M.Storçevoy instinktləri psixologiya və biologiya, mədəniyyəti sosiologiya,
düşünülmüş seçimi isə iqtisad elminin predmeti kimi təklif edir, rasional seçimin hər
bir səviyyədə baş verdiyini iddia edir. Ənənəvi iqtisadi nəzəriyyədə rasional seçim
dedikdə maksimal faydalılığın təmin olunması nəzərdə tutulur. Storçevoy isə təklif
etdiyi rasional seçim modelində əsas məqsəd kimi yaşamağı qəbul etmişdir. Bu mo-
deldə iki seçim mexanizmi vardır:
1. Düşünülmüş seçim (məqsədə minimum məsrəflərlə nail olmaq);
2. Təbii seçim (bioloji instinkt və mədəniyyət səviyyəsində: yeni davranış qay-
daları təsadüfi olaraq mutasiyalar vasitəsilə saf-çürük edilir və dəyişilir).
İnsanın bioloji varlıq olaraq genetik proqramlaşdırılması insan təxəyyülünün
məhsulu olmadığı üçün bioloji instinktlər səviyyəsində düşünülmüş seçim mümkün
deyil. Təbii seçim mədəniyyət səviyyəsində də dominantlıq edir: davranış qaydaları
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.
53
viruslar kimi meydana gəlir və yayılır, onların formalaşma mexanizmi isə canlı var-
lıqlar arasında təbii seçmə mexanizminə bənzəyir. Mədəni seçimin özəlliyi ondan
ibarətdir ki, burada yeni davranış qaydaları şüurlu şəkildə qəbul oluna bilər. Amma
bu qaydaların səmərəlilik testi yenə də təbii seçmə mexanizminin köməyi ilə həyata
keçirilir.
M.Storçevoyun modeli iki əsas mülahizə üzərində qurulmuşdur [18]:
1. Rasional seçimin bioloji və mədəni səviyyələri intellektual səviyyənin nöqsan-
larını və “zəif yerləri”ni aradan qaldırır.
2. Mədəni səviyyə bioloji səviyyənin nöqsanlarını aradan qaldırır.
Birinci mülahizə ona əsaslanır ki, əgər “düşünülmüş seçim” insanın əsas məqsəd-
inə nail olmağı təmin edə bilsəydi, onda bioloji və mədəni səviyyələrə ehtiyac ol-
mazdı. İnsan düşünmək qabiliyyəti, yaddaş, emosionallıq, reaksiya, temperament
və digər xüsusiyyətləri irsən əldə edir. Doğulduqdan sonra isə insan müəyyən mədəni
normalarla yüklənərək davranışına müəyyən korrektələr edə bilir. Mədəni səviyyə
bioloji səviyyə üçün aşağıdakı funksiyaları yerinə yetirir [18]:
instinktləri tamamlayır (insana əlavə xüsusiyyətlər verir);
irsən əldə edilən xüsusiyyətləri gücləndirir (onların təbii təsiri kifayət qədər ol-
madıqda);
irsən əldə edilən xüsusiyyətlərin davranışa təsirini zəiflədir (əgər bu xü-
susiyyətlər səmərəsiz nəticələrə gətirirsə).
Bu mülahizələrin yoxlanılması üçün bir neçə irsi və mədəni xüsusiyyəti təhlil
edək.
Düzgünlük. Bir çox insanlar düzgünlük normasına riayət edir, bəzən fayda gətirsə
belə, yalan danışmırlar. Nə üçün fayda gətirməyən norma yaranır? Bu normanın ra-
Şəkil 1. Rasional seçimin üç səviyyəli modeli
Mənbə: М.Сторчевой, “Новая модель человека для экономической науки”.
Журнал “Вопросы Экономики”, №4, 2011, с. 78-98
İntellekt
Düşünülmüş seçim
MƏDƏNİYYƏT
1. İnstinktləri tamamlayır
2. İnstinktləri gücləndirir
3. İnstinktləri zəiflədir
İNSTİNKTLƏR
1.Məqsədləri müəyyən edir
2. Məhdudiyyətləri təyin edir