İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
54
sionallığının iki izahı var. Birincisi, əgər insan başqalarının ona qarşı düzgün ol-
malarını istəyirsə, onda özü də düzgünlüyə riayət etməlidir. İkincisi, insan öz tərəf-
daşlarını niyyətinin təmizliyinə inandırmaq istəyirsə, onda onlara qarşı
düzgünlüyünu nümayiş etdirməlidir (tərəfdaşlar arasında etibarın olması nəzarət
məsrəflərini azaldır, qarşılıqlı öhdəlikərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini
təmin edir). Tərəfdaşı aldatmaq imkanının yarandığı və bu yalanın üzə çıxma ehti-
malının olduğu halda yalandan imtina etmək və qazanlmış etibarın qorunması daha
rasional seçim hesab olunur.
Bu normanın faydaları məlum olduğu halda, onun bioloji və mədəni amillərlə
kodlaşdırılması nə üçün lazımdır? Bu normalara tələbat aşağıdakı halda yaranır: ya
insanın təfəkkürü bu faydaları anlamaq üçün kifayət qədər inkişaf etmir, ya da
eqoizm instinktinin dominantlığı qısamüddətli faydanın uzunmüddətli nüfuzdan
üstün hesab olunmasına gətirir. Düzgünlük xüsusiyyəti belə instinktləri zəiflədir və
insanı səhvlərdən qoruyur.
Düzgünlük irsi, yoxsa mədəni xüsusiyyətdir? Düzgünlüyün mədəni amil olmasını
sübut edən çoxlu eksperimentlər var. Tədqiqatçılar imtahanda cavabları köçürən
tələbələr arasında müşahidələr aparmış və belə bir nəticəyə gəlmişlər ki, imtahan
zamanı biznes ixtisasları üzrə təhsil alan tələbələr texniki və digər humanitar ixti-
saslar üzrə təhsil alan tələbələrdən daha çox köçürürlər (onlarda aldatma, eqoizm
hissi düzgünlükdən daha güclüdür). Bu hadisəni izah edən tədqiqatçılar hesab edirlər
ki, biznesin öyrənilməsi şəxsiyyətin deqradasiyasına güclü təsir göstərir. Başqa
mülahizəyə görə, institutlara qəbul zamanı daha iddialı fərdlər əsasən biznes ixti-
saslarına üstünlük verirlər. Amma sonrakı tədqiqatlar birinci mülahizənin daha əsaslı
olduğunu göstərmişdir. Belə ki, iqtisadiyyat və astronomiya üzrə giriş kursunu ilk
dəfə bitirən tələbələr arasında aparılmış tədqiqatlar birincilərdə eqoist hisslərin daha
çox inkişaf etdiyini müəyyən etmişdir [19].
Həm müxtəlif, həm də eyni mədəniyyətli xalqların nümayəndələri arasında
düzgünlüyə meyilliliyin tədqiqi düzgünlük xüsusiyyətinin mənşəyini (irsi, yoxsa
mədəni) daha dəqiq müəyyən etməyə imkan verərdi.
Qorxu. İnsan fiziki və psixoloji zədələr, maliyyə itkiləri kimi hadisələrin mənfi
nəticələrini anlayır və intellektin köməyi ilə bu hadisələrin baş verməsinə müqavimət
göstərir. Əgər insan belə nəticələri anlayırsa, onda onun irsən qazandığı qorxu hissi
nə üçün lazımdır? Niyə təkamül mexanizmi bu hissi aradan qaldırmamışdır?
M.Storçevoy bu suala belə cavab verir: intellekt təkmil deyil və səhv edə bilər. Qorxu
genetik hiss olaraq insanı mənfi təsirli nəticələrdən qorumaq üçün intellektin qeyri-
kafiliyini tamamlayır.
Qorxu hissi riskli şəraitdə həyata keçirilən sahibkarlıq fəaliyəti zamanı rasional
qərarların qəbuluna mane olmurmu? Bu suala cavab vermək üçün bir qrup iqtisadçı
və psixoloqun Amerika universitetlərində apardıqları tədqiqatların nəticələri böyük
maraq doğurur [20]. Onlar beyinlərinin qorxu mərkəzi zədələnmiş, lakin rasional
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.
55
düşüncə və intellektual qabiliyyətlərini saxlamış 15 nəfəri seçmişlər. Müqayisə üçün
15 nəfər də normal vəziyyətdə olan (
heç bir kənarlaşma halı olmayan) şəxs
təcrübəyə cəlb olunmuşdur. Hər iki qrupa eyni qaydalı oyunda ayrı-ayrılıqda iştirak
etmək təklif olunmuşdur: hər iştirakçıya 20 dollar verilir və 20 raundlu oyunda hər
raundda 1 dollar qoymaqla qəpiyin atışı həyata keçirilir. Hər uduşda oyunçu 2,5 dol-
lar geri alır, uduzanda isə 1 dolları itirir. Raundda iştirakdan imtina edən oyunçu 1
dolları özündə saxlamaq hüququna malik olur. Ehtimal nəzəriyyəsinə görə maksi-
mum uduş variantı bütün raundlarda iştirak etməkdir. Oyundan sonra təəccüblü
nəticələr əldə edilmişdir. Normal vəziyyətli insanların nəticələri qorxu hissini itirmiş
insanların nəticələrindən daha zəif olmuşdur. Göründüyü kimi, “qorxmaz” insanlar
adi insanlardan daha böyük nəticələr əldə edirlər. Belə nəticəyə gəlmək olar ki, qorxu
köhnəlmiş, bir çox hallarda isə ziyanlı hissdir. Bu eksperimentin nəticələrini reallıqda
tətbiq etmək olarmı? “Qorxmazlar” qrupuna daxil olan şəxslərin tərcümeyi-halının
təhlili yox cavabını şərtləndirir. Məlum olmuşdur ki, təcrübəyə cəlb olunmuş 15
nəfərdən 12-si şəxsi həyatlarında iflasa uğramış insanlardır. Deməli, real həyatda
“qorxmazlıq” onları uduşa deyil, məğlubiyyətə gətirmişdir. Real həyatda qorxu hissi
bir çox hallarda müsbət rol oynayaraq insanları təhlükələrdən yan keçməyə kömək
edir. Təsadüfi deyil ki, təhlükəli və gələcəyi qeyri-müəyyən olan sahibkarlıq
fəaliyyəti ilə məşğul olanların çox az qismi böyük uğurlara nail ola bilir.
Tamahkarlıq. Tamahkarlıq instinkti insanı əlverişli dövrlərdə gələcək üçün
ehtiyat toplamağa sövq edir. Ehtiyat nə qədər çox olarsa, gözlənilməz hadisələrin
həyati tələbatların ödənilməsinə təsir ehtimalı az olar. İnsanın bu əzəli instinkti
sahibkarı əlverişli dövrlərdə maksimum mənfəət əldə etməyə yönəldir (qeyri-məhdud
tamahkarlıq). Əgər onlar kiçik mənfəətlə kifayətlənsəydilər, onda iri korporasiyalar
necə yaranardı? Torsteyn Veblen tamahkarlığa bənzəyən yırtıcı instinktini sahibkarın
əsas instinktlərindən biri kimi təqdim etmiş və onun kapitalizmin inkişafında rolunun
əhəmiyyətini xüsusilə qeyd etmişdir.
Bir çox xalqların mədəniyyətində, xüsusilə islamda tamahkarlıq (nəfsə uymaq)
böyük günah kimi qəbul olunur. Nəfsə qalib gəlmək kimi mədəni norma tamahkarlığı
(bioloji instinkti) zəiflətmək üçün istifadə olunur. Bəlkə tamahkarlıq müəyyən hədləri
keçdikdən sonra fayda gətirmir? Əgər bu instinkt səmərəli nəticələrə gətirmirsə, niyə
təbii seçmə mexanizmi onu sıradan çıxarmır?
Məhəbbət və dostluq. İnsanın başqa insanlara münasibətdə müsbət emosiyalara
da ehtiyacı vardır. İlk baxışdan insanın məhəbbət və dostluq hissləri eqoist hisslərilə
aşkar ziddiyyətdə olur. Amma bir çox tədqiqatçılar həm məhəbbətin, həm də
dostluğun yaxşı maskalanmış eqoist və rasional seçim olduğunu qeyd edirlər. Hər
iki xüsusiyyətin əsası qarşılıqlı anlaşma və yardıma söykənir. Əks tərəfdən eyni mü-
nasibət olmadıqda, həmin hisslər əksər hallarda eqo-mən tərəfindən inkar edilməyə
başlayır.
Alturizm - alicənablıq. İnsanı başqalarına xoş münasibət göstərməyə, təmən-