Xülasə Tədqiqatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iqtisadi



Yüklə 171,28 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix20.10.2017
ölçüsü171,28 Kb.
#5875
növüXülasə
1   2   3   4   5   6   7

İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri 

54

sionallığının iki izahı var. Birincisi, əgər insan başqalarının ona qarşı düzgün ol-



malarını istəyirsə, onda özü də düzgünlüyə riayət etməlidir. İkincisi, insan öz tərəf-

daşlarını  niyyətinin  təmizliyinə  inandırmaq  istəyirsə,  onda  onlara  qarşı

düzgünlüyünu nümayiş etdirməlidir (tərəfdaşlar arasında etibarın olması nəzarət

məsrəflərini azaldır, qarşılıqlı öhdəlikərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini

təmin edir). Tərəfdaşı aldatmaq imkanının yarandığı və bu yalanın üzə çıxma ehti-

malının olduğu halda yalandan imtina etmək və qazanlmış etibarın qorunması daha

rasional seçim hesab olunur. 

Bu normanın faydaları məlum olduğu halda, onun bioloji və mədəni amillərlə

kodlaşdırılması nə üçün lazımdır? Bu normalara tələbat aşağıdakı halda yaranır: ya

insanın təfəkkürü bu faydaları anlamaq üçün kifayət qədər inkişaf etmir, ya da

eqoizm instinktinin dominantlığı qısamüddətli faydanın uzunmüddətli nüfuzdan

üstün hesab olunmasına gətirir. Düzgünlük xüsusiyyəti belə instinktləri zəiflədir və

insanı səhvlərdən qoruyur.

Düzgünlük irsi, yoxsa mədəni xüsusiyyətdir? Düzgünlüyün mədəni amil olmasını

sübut edən çoxlu eksperimentlər var. Tədqiqatçılar imtahanda cavabları köçürən

tələbələr arasında müşahidələr aparmış və belə bir nəticəyə gəlmişlər ki, imtahan

zamanı biznes ixtisasları üzrə təhsil alan tələbələr texniki və digər humanitar ixti-

saslar üzrə təhsil alan tələbələrdən daha çox köçürürlər (onlarda aldatma, eqoizm



hissi düzgünlükdən daha güclüdür). Bu hadisəni izah edən tədqiqatçılar hesab edirlər

ki, biznesin öyrənilməsi şəxsiyyətin deqradasiyasına güclü təsir göstərir. Başqa

mülahizəyə görə, institutlara qəbul zamanı daha iddialı fərdlər əsasən biznes ixti-

saslarına üstünlük verirlər. Amma sonrakı tədqiqatlar birinci mülahizənin daha əsaslı

olduğunu göstərmişdir. Belə ki, iqtisadiyyat və  astronomiya üzrə giriş kursunu ilk

dəfə bitirən tələbələr arasında aparılmış tədqiqatlar birincilərdə eqoist hisslərin daha

çox inkişaf etdiyini müəyyən etmişdir [19].

Həm  müxtəlif,  həm  də  eyni  mədəniyyətli  xalqların  nümayəndələri  arasında

düzgünlüyə meyilliliyin tədqiqi düzgünlük xüsusiyyətinin mənşəyini (irsi, yoxsa

mədəni) daha dəqiq müəyyən etməyə imkan verərdi. 



Qorxu. İnsan fiziki və psixoloji zədələr, maliyyə itkiləri kimi hadisələrin mənfi

nəticələrini anlayır və intellektin köməyi ilə bu hadisələrin baş verməsinə müqavimət

göstərir. Əgər insan belə nəticələri anlayırsa, onda onun irsən qazandığı qorxu hissi

nə  üçün  lazımdır?  Niyə  təkamül  mexanizmi  bu  hissi  aradan  qaldırmamışdır?

M.Storçevoy bu suala belə cavab verir: intellekt təkmil deyil və səhv edə bilər. Qorxu

genetik hiss olaraq insanı mənfi təsirli nəticələrdən qorumaq üçün intellektin qeyri-

kafiliyini tamamlayır.

Qorxu hissi riskli şəraitdə həyata keçirilən sahibkarlıq fəaliyəti zamanı rasional

qərarların qəbuluna mane olmurmu? Bu suala cavab vermək üçün bir qrup iqtisadçı

və psixoloqun Amerika universitetlərində apardıqları tədqiqatların nəticələri böyük

maraq doğurur [20]. Onlar beyinlərinin qorxu mərkəzi zədələnmiş, lakin rasional



AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.

55

düşüncə və intellektual qabiliyyətlərini saxlamış 15 nəfəri seçmişlər. Müqayisə üçün



15  nəfər  də  normal  vəziyyətdə  olan  (heç  bir  kənarlaşma  halı  olmayan)  şəxs

təcrübəyə cəlb olunmuşdur. Hər iki qrupa eyni qaydalı oyunda ayrı-ayrılıqda iştirak

etmək təklif olunmuşdur: hər iştirakçıya 20 dollar verilir və 20 raundlu oyunda  hər

raundda 1 dollar qoymaqla qəpiyin atışı həyata keçirilir. Hər uduşda oyunçu 2,5 dol-

lar geri alır, uduzanda isə 1 dolları itirir. Raundda iştirakdan imtina edən oyunçu 1

dolları özündə saxlamaq hüququna malik olur. Ehtimal nəzəriyyəsinə görə maksi-

mum uduş variantı bütün raundlarda iştirak etməkdir. Oyundan sonra təəccüblü

nəticələr əldə edilmişdir. Normal vəziyyətli insanların nəticələri qorxu hissini itirmiş

insanların nəticələrindən daha zəif olmuşdur. Göründüyü kimi, “qorxmaz” insanlar

adi insanlardan daha böyük nəticələr əldə edirlər. Belə nəticəyə gəlmək olar ki, qorxu

köhnəlmiş, bir çox hallarda isə ziyanlı hissdir. Bu eksperimentin nəticələrini reallıqda

tətbiq etmək olarmı? “Qorxmazlar” qrupuna daxil olan şəxslərin tərcümeyi-halının

təhlili yox cavabını şərtləndirir. Məlum olmuşdur ki, təcrübəyə cəlb olunmuş 15

nəfərdən 12-si şəxsi həyatlarında iflasa uğramış insanlardır. Deməli, real həyatda

“qorxmazlıq” onları uduşa deyil, məğlubiyyətə gətirmişdir. Real həyatda qorxu hissi

bir çox hallarda müsbət rol oynayaraq insanları təhlükələrdən yan keçməyə kömək

edir.  Təsadüfi  deyil  ki,  təhlükəli  və  gələcəyi  qeyri-müəyyən  olan  sahibkarlıq

fəaliyyəti ilə məşğul olanların çox az qismi böyük uğurlara nail ola bilir.



Tamahkarlıq.  Tamahkarlıq  instinkti  insanı  əlverişli  dövrlərdə  gələcək  üçün

ehtiyat toplamağa sövq edir. Ehtiyat nə qədər çox olarsa, gözlənilməz hadisələrin

həyati tələbatların ödənilməsinə təsir ehtimalı az olar. İnsanın bu əzəli instinkti

sahibkarı əlverişli dövrlərdə maksimum mənfəət əldə etməyə yönəldir (qeyri-məhdud



tamahkarlıq). Əgər onlar kiçik mənfəətlə kifayətlənsəydilər, onda iri korporasiyalar

necə yaranardı? Torsteyn Veblen tamahkarlığa bənzəyən yırtıcı instinktini sahibkarın

əsas instinktlərindən biri kimi təqdim etmiş və onun kapitalizmin inkişafında rolunun

əhəmiyyətini xüsusilə qeyd etmişdir.

Bir çox xalqların mədəniyyətində, xüsusilə islamda tamahkarlıq (nəfsə uymaq)

böyük günah kimi qəbul olunur. Nəfsə qalib gəlmək kimi mədəni norma tamahkarlığı

(bioloji instinkti) zəiflətmək üçün istifadə olunur. Bəlkə tamahkarlıq müəyyən hədləri

keçdikdən sonra fayda gətirmir? Əgər bu instinkt səmərəli nəticələrə gətirmirsə, niyə

təbii seçmə mexanizmi onu sıradan çıxarmır?

Məhəbbət və dostluq. İnsanın başqa insanlara münasibətdə müsbət emosiyalara

da ehtiyacı vardır. İlk baxışdan insanın məhəbbət və dostluq hissləri eqoist hisslərilə

aşkar  ziddiyyətdə  olur.  Amma  bir  çox  tədqiqatçılar  həm  məhəbbətin,  həm  də

dostluğun yaxşı maskalanmış eqoist və rasional seçim olduğunu qeyd edirlər. Hər

iki xüsusiyyətin əsası qarşılıqlı anlaşma və yardıma söykənir. Əks tərəfdən eyni mü-

nasibət olmadıqda, həmin hisslər əksər hallarda eqo-mən tərəfindən inkar edilməyə

başlayır.

Alturizm - alicənablıq. İnsanı başqalarına xoş münasibət göstərməyə, təmən-



Yüklə 171,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə