Xülasə Tədqiqatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iqtisadi



Yüklə 171,28 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix20.10.2017
ölçüsü171,28 Kb.
#5875
növüXülasə
1   2   3   4   5   6   7

İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri 

56

nasız kömək etməyə nə vadar edir? Bu suala cavab vermək üçün alicənablığı aşağı-



dakı qruplara ayırmaq olar:

1. Yaxın  qohumlara  münasibətdə  alicənablıq  (irsi  qohumluğu  olan  insanlara



köməklik onları gücləndirir və beləliklə, fərdin genlərinin yaşama ehtimalını

artırır);

2. Uzunmüddətli və sıx əlaqələri olan insanların qarşılıqlı alicənablığı (gələcəkdə



qarşı tərəfdən köməyin alınması ehtimalının böyüklüyü);

3. Qrup  alicənablığı  (bir-birinə  görə  ölümə  belə  getməyə  hazır  olan  insanlar



maddi resurslar uğrunda mübarizədə daha çox uğur qazana bilirlər).

Alturizm irsi, yoxsa mədəni xüsusiyyətdir? Bu suala cavab vermək üçün bioloqlar

primatlar və insanların müvafiq davranışını müqayisə etmişlər. Məlum olmuşdur ki,

şimpanzelər irsi qohumluğu olmayan digər şimpanzelərə kömək etməyə heç bir

maraq göstərmirlər. Üç yaşlı insan övladı isə tanımadığı həmyaşına daha böyük

həvəslə  yardım  edir.  Bioloqlar  ibtidai  icma  dövründə  insanın  digər  canlılarla

mübarizədə daha üstün olmasının səbəbini məhz bir-birinə yardım etmək instinktinin

olması ilə əlaqələndirirlər.

Alicənablığın daha bir izahı ondan ibarətdir ki, insan başqasına kömək etməklə

özünün  daha  yüksək  statusunu  göstərməyə  çalışır.  Cəmiyyətlə  bağlanılacaq  sa-

zişlərdən fayda götürmək alicənablığını göstərməklə etibar qazanmaq istəyən fərdin

əsas motivi hesab olunur. Vətənpərvərlik hissi alicənablığın xüsusi formasıdır. Onun

fərqli xüsusiyyəti ondan ibarətdir ki, vətənpərvər xeyixah əməlləri ayrı-ayrı fərdlər

və ya qruplar üçün deyil, bütün cəmiyyət üçün edir. Bu xüsusiyyətin rasionallığı al-

turizmin rasionallığı ilə eynidir. Sahibkarın vətənpərvərliyi onun tərəfdaşlarının və

əməkdaşlarının güclənməsinə gətirir. Bu isə öz növbəsində cəmiyyətin inkişafına

gətirməklə  sahibkarın  özünün  imkanlarının  və  statusunun  yüksəlməsinə  gətirir.

Vətənpərvərlik hissinin etnik mənsubiyyət və millətçilik hisslərinə keçmə təhlükəsi

də mövcuddur. 

Belə vətənpərvərlik bir tərəfdən uğurlu irsi və mədəni xüsusiyyətlərin qrup da-

xilində bölüşdürülməsi ilə qrupu gücləndirir, digər tərəfdən isə özünəqapanmanı

yaradaraq başqa qruplarla əlaqələrin kəsilməsinə və beləliklə, daha səmərəli xü-

susiyyətləri  əldə  etmək  imkanının  itirilməsinə  gətirir.  Nəticədə  təkamül

mübarizəsinin uzunmüddətli perspektivində digər qruplara məğlub olma təhlükəsi

artır.

Psixopatiya (mənfi alturizm). Alicənablıq hissi insanlarda fərqli dərəcədə inkişaf

edir. Elə insanlar da vardır ki, onlarda başqa insanlara qarşı nifrət hissi də olur. Belə

insanları psixopat adlandırırlar. Kriminal psixologiyanın məşhur tədqiqatçılarından

olan kanadalı alim Robert Heyr (1934) psixopatiya meyillərini müəyyən etmək üçün

test hazırlamışdır. Tədqiqatların birində o, iri şirkət rəhbərləri arasında bu testi keçir-

miş və məlum olmuşdur ki, iri şirkətlərin top-menecerlərinin əksəriyyəti psixopat-

lardır. Sonralar Britaniya alimlərinin tədqiqatlarında bu nəticələr təsdiq olunmuşdur.



AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.

57

Britaniya şirkətlərinin top-menecerləri arasında aparılan test sonradan cinayətkarlar



arasında da keçirilmiş və nəticələr müqayisə edilmişdir. Məlum olmuşdur ki, isterika,

özündən müştəbehlik  və psixoloji sarsıntılar top-menecerlər arasında daha geniş

yayılmışdır [18, s. 91].

Bu  tədqiqatların  nəticələri  onu  deməyə  əsas  verir  ki,  insanın  adi  həyat  üçün

yararsız olan bəzi xüsusiyyətləri (psixopatiya və s.) azad bazarda aparılan iqtisadi

fəaliyyətdə rəqabət üstünlüyünü əldə etməyə imkan verir.



Gözəllik duyumu. İnsanda gözəlliyi seçmək qabiliyyəti həm bioloji, həm də

mədəni amillərin təsiri ilə formalaşır.  İnsanın tələbatlarını ödəyə bilən mövcud al-

ternativlər arasında ən yüksək fayda/məsrəflər nisbətini təmin edən nemət gözəl,

yəni rəqabət qabiliyyətli hesab olunur. 

Belə bir rəy mövcuddur ki, yapon xalqına xas olan güclü gözəllik duyumu onların

daha rəqabət qabiliyyətli olmasına gətirmişdir. Təsadüfi deyil ki, Yaponiyanın təhsil

sistemində  ədəbiyyat,  rəsm,  musiqi,  bədii  gimnastika  və  digər  incəsənət  pred-

metlərinə xüsusi yer verilir. 

Körpə uşaqların dərketmə prosesi üzrə aparılan tədqiqatlar göstərir ki, insan irsən

cəlbedici üzləri fərqləndirmək qabiliyyətinə malik olur. Bu zaman üzün simmetrikliyi

cəlbediciliyin əsas meyarı kimi qəbul olunur. Simmetriklik daha keyfiyyətli genlərin

mövcudluğuna və xəstəliklərin olmamasına dəlalət edir. Körpənin simmetrik üzü

fərqləndirə bilməsi (irsən keçən xüsusiyyət) ona dəlalət edir ki, gözəllik duyumu

təkamül mübarizəsində imkanları artırır [21].

T.B.Veblenin qeyd etdiyi peşəkarlıq instinkti də gözəllik duyumuna aid ediir. Key-

fiyyətlə yerinə yetirilən iş insanların xoşuna gəlir. Əsl peşəkarlar işi keyfiyyətsiz

icra  etmək  qabiliyyətinə,  sadəcə  olaraq,  malik  olmurlar.  İnsanın  düzgünlük  və

peşəkarlıq instinktləri tərəfdaşlarla münasibətlərdə etibar və nüfuz qazanmağa imkan

verir. Veblen göstərirdi ki, peşəkarlıq instinkti bəşəriyyətin vəhşi həyat tərzindən

dünyəvi  həyat  tərzinə  keçidindən  sonra  daha  böyük  əhəmiyyət  kəsb  etməyə

başlamışdır. Belə ki, peşəkar cəmiyyətdə nüfuzlu tərəfdaş obrazına malik olur.



Nifrət, qəzəb, hiddət. Bir çox hallarda insanın qarşısında çətin vəzifə dayandıqda

(ağır fiziki iş, güclü rəqiblə mübarizə və s.) güclü mənfi emosiyalar yaranır. Bu

emosiyalar qısa müddətdə həmin vəzifənin həlli üçün çox böyük enerjini  sərf etməyə

kömək edir. İnsan irsən keçən bu xüsusiyyətləri mədəni amillərin və intellektin

köməyi ilə idarə edə bilər. 

İnsan məhdud enerjisini həyati tələbatlarının təmin olunması ilə bağlı olan vəzi-

fələrin həllinə yönəltdikdə daha səmərəli nəticələrə nail olur. Məşhur Pareto effektinə

görə,  insanın  əldə  etdiyi  nəticələrin  80%-i  bütün  vəzifələrin  20%-nin  həlli  ilə

bağlıdır. Yəni insanın elə vəzifələri vardır ki, onlar nəticələrin əldə edilməsində

həlledici hesab olunur. Bu vəzifələri strateji və ya əsas vəzifələr adlandırırlar. Deməli,

insanın intellekti əsas vəzifələri (məqsədi) müəyyən etməli və enerjini bu vəzifələrin

həllinə yönəltməlidir.




58

İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri 



5. Nəticə

1930-cu illərin “böyük depressiyası”, 1973-cü ilin qlobal enerji böhranı, 2008-ci

ilin qlobal maliyyə böhranı və insan azadlıqlarının həddən artıq məhdudlaşdığı

ölkələrin iqtisadi geriliyi həm ultraliberalizm, həm institusionalizm, həm də etatizm

(insanın hüquq və azadlıqlarının məhdudlaşdırılması) ideyalarının iqtisadi sistemin

tənzimlənməsi üçün qüsursuz olmadığını göstərir.

“Hədsiz istehlak böhranı” adlanan müasir tənəzzül azad sahibkarların sosial mə-

suliyyətinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. İstənilən hakimiyyət mə-

suliyyəti  şərtləndirir.  Sahibkarlar  cəmiyyətdə  kimin  qarşısında  və  nəyə  görə

məsuliyyət daşımalıdır?  Sahibkarın ictimai həyata və mənəvi dəyərlərə böyük təsiri

nə ilə əsaslandırılır? Bu suallar sahibkarlığın sosial funksiyasının mahiyyəti ilə bila-

vasitə bağlı olaraq, yalnız iqtisadi sahəni əhatə etmir.

Müəssisə ictimai institut olaraq cəmiyyətin, iqtisadiyyatın və insanlararası mü-

nasibətlərin əsas elementidir. Buna görə də müəssisənin fəaliyyət fəlsəfəsi yalnız

şəxsi və qrup məqsədləri deyil, ictimai maraqları da özündə ehtiva etməlidir. Müəs-

sisə tərəfdaşların, əməkdaşların və alıcıların nəzərində cəmiyyətdə müəyyən sosial

statusa nail olmağın və ictimai mövqelərin ifadə vasitələrindən biri olmalıdır. Belə

müəssisə iş yerlərinin və büdcəyə vergi ödəmələrinin mənbəyi kimi çıxış edərək

cəmiyyətdə müəyyən nüfuza malik olmalı, istehsal və istehlak mədəniyyətinin for-

malaşmasında  yaxından  iştirak  etməli,  milli-mədəni  və  ekoloji  dəyərlərə  önəm

verərək mütərəqqi cəmiyyətin formalaşmasında iştirak etməlidir.

Sahibkarlığın tənzimlənməsinin əsas vəzifələrindən biri sahibkarın cəmiyyətə və

təbiətə təsirinin və bu təsirə görə məsuliyyətin idarə edilməsindən ibarətdir. Hər bir

müəssisə  təbiət  və  cəmiyyətlə  daimi  qarşılıqlı  təsirdə  olur.  Dövlətin  iqtisadi

siyasətində azad sahibkarlığın dəstəklənməsı yalnız iqtisadi məqsədlərlə deyil, sosial

və ekoloji amillərlə də əsaslandırılmalıdır. Azad sahibkarlıq cəmiyyətə və ətraf

mühitə fayda verməlidir. Bu faydanın qiymətləndirilməsi üçün kəmiyyət və key-

fiyyətcə qiymətləndirilə bilən meyarlar müəyyən edilməlidir.

Fərdiyyətçiliyin üstünlük qazanmasına gətirən və insanın irsən əldə etdiyi “bioloji

instinktlər”in  rasional  seçimə  təsirini  “mədəni  instinktlər”in və  intellektin

(“düşünülmüş seçim”) köməyi ilə ictimai səmərəliliyə istiqamətləndirmək imkanları

mövcuddur. Elə bir sosial-mənəvi mühit yaratmaq lazımdır ki, sahibkarlar əsas

psixoloji motivlərini dəbdəbəli həyat tərzinin və əldə etdiyi maddi nemətlərin nü-

mayişi  ilə  bərabər,  cəmiyyətə  verdiyi  faydanın  göstərilməsi  ilə  də  ödəməyə  is-

tiqamətlənsinlər  (nümunə  üçün,  büdcəyə  ödədiyi  vergilərin  miqdarı,  xarici

bazarlarda rəqabətli olan məhsulların istehsalı, açdığı iş yerlərinin sayı, elm və təh-

silin inkişafına yönəltdiyi vəsaitlərin məbləği və s.). Sahibkarın cəmiyyətdə nüfuzu

onun əmlakının miqdarı və keyfiyyəti ilə deyil, cəmiyyətə verdiyi fayda ilə müəyyən

edilsə, daha yaxşı olar. İnsanın davranışına və rasional seçiminə təsir göstərən me-



59

yarlar arasında maddi dəyərlərlə ümumbəşəri və milli mənəvi dəyərlər arasında ta-

razlığa nail olmaq lazımdır.  Elmin, təhsilin və mədəniyyətin mütənasib və əlaqəli

inkişafının bu məsələlərin həllində əhəmiyyəti çox böyükdür.

Hal-hazırda Azərbaycanın vergi sistemində tətbiq olunan mütərəqqi informasiya

texnologiyaları vergi tənzimlənməsinin nisbətən mürəkkəb və daha səmərəli me-

xanizmlərindən istifadə etməyə imkan verir:

yenilikçi sahibkarların müəyyən edilməsi və onlar üçün stimullaşdırıcı xüsusi



vergi rejiminin tətbiqi;

təkmilləşdirici xarakter daşıyan texniki-texnoloji və təşkilati yeniliklər hesabına



əldə olunan əlavə mənfəətin aşağı vergi dərəcələri ilə vergiyə cəlb olunması;

elm və təhsilin inkişafına yönəldilən vəsaitlərin gəlirdən çıxılan xərclərə aid



edilməsi;

vergi  uçotunun  təkmilləşdirilməsi  və  vergidən  yayınma  hallarına  görə



sanksiyaların əsaslı şəkildə gücləndirilməsi.

Sahibkar təşkilatın həm iqtisadi, həm də ictimai səmərəliliyinə görə məsuliyyət

daşımalıdır. İctimai baxımdan səmərəli fəaliyyət nə deməkdir? İctimai səmərəliliyi

necə qiymətləndirmək və yüksəltmək olar? Sahibkar ictimai səmərəlilik göstəri-

cilərinə görə kimin qarşısında hesabat verməlidir? İctimai səmərəliliyə nail olan

sahibkar nə qazanır? Y.Şumpeterin və digər alimlərin qeyd etdiyi motivlərlə fəaliyyət

göstərən sahibkar ictimai maraqlara xidmət etməklə hansı tələbatını ödəyəcək?  Bu

suallar sahibkarlığın tənzimlənməsi üzrə yeni tədqiqat istiqamətlərinin seçilməsində

yararlı ola bilər. 

İstifadə olunmuş ədəbiyyat

1. Azərbaycanın statistik göstəriciləri 2010. Azərbaycan Respublikasının Dövlət Statistika

Komitəsi. Bakı: Səda nəşriyyatı, 840 s.

2. Ламбен Ж.Ж. (1996) “Стратегический маркетинг. Европейская перспектива”, СПб:

Наука, 589 с. (Lamben J.J. “Strateji marketinq. Avropa perspektivi” S-Pb, Nauka, 589

s.)

3. Səmədzadə Ş.Ə., Musayev V.R., Seyfullayev İ.Z. (2000) “Sahibkarlığın əsasları”, Bakı:

Çaşıoğlu, 371 s.

4. Долан Э.Дж., Линдсей Дейвид Е. (1992) “Рынок: микроэкономическая модель” Пер.

с англ., СПб, СП Автокомп, 496 s. (Dolan E.C., Lindsey Devid E. “Bazar: mikroiqtisadi

model”, S-Pb, BM Avtokomp, 496 s.).

5. Маркс К. “Капитал: Книга III. Процесс капиталистического производства, взятый

в целом” www.esperanto.mv.ru/Markssmo/ kapital3-00.html (Marks K. “Kapital: Kitab

III.  Ümumilikdə  götürülmüş  kapitalist  istehsalı  prosesi”  www.esperanto.mv.ru/

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.




60

Markssmo/ kapital3-00.html).

6. Шумпетер Й.А. (1981) “Теория экономического развития”, М.: Прогресс, 401 c.

(Şumpeter Y.A., “İqtisadi inkişaf nəzəriyyəsi”, M.: Proqress, 401 s.)

7. Allahverdiyev H.B., Qafarov K.S. və Əhmədov Ə.M. (2002) “İqtisadiyyatın Dövlət Tənz-

imlənməsi” Bakı: Nasir, 446 s.

8. Kəlbiyev Y.A. (2005) “Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri”

(monoqrafiya) Bakı: Elm, 468 s.

9. Alfred D. Chandler (2002) “The visible hand. The managerial revolution in American

business”. Copyright 1977 by A.D.Chandler, printed in USA, Sixteenth printing, 608 p.

(Alfred Çendler, (2002) “Corunna Əl. Amerika biznesində menecer inqilabı”, 608 s.)

10. Alfred D.Chandler (1994) “Scope and Scale. Dynamics of Industrial Capitalism” (with

the assistance of Takashi Hikino) First Harvard university Press paperback edition, 736

p. (Alfred Çendler (1994) “Sürət və miqyas. İndustrial kapitalizmin dinamikası” (Takaşi

Hikinonun köməyi ilə), 736 s.)

11 Гринспен А. (2010) “Эпоха Потрясений. Проблемы и перспективы мировой финан-

совой системы”, Пер. с англ. М.:Сколково, 505 с. (Qrinspen A. (2010) “Sarsıntılar

dövrü. Dünya maliyyə sisteminin problemləri və perspektivləri”, M. Skolkovo, 505 s.)

12. Kruqman P. (2009) “How did economists get it so wrong?” / “The New York Times”

September, 2. (Kruqman P. (2009) “İqtisadçılar bu yanlışlığa necə yol verdilər?”/ “Nyu-

York Tayms” qəzeti, 2 sentyabr)

13. Журнал “Мир перемен” (2009), №1 с.10, (“Dəyişikliklər dünyası” jurnalı (2009), №1,



s.10)

14. Зомбарт В. (2005) “Буржуа - Этюды по истории духовного развития современного

экономического человека”, Пер. с .нем./редакционная коллегия “Civitas Terrena”,

Изд-во Владимир Даль, 636 с. (Zombart V. (2005) “Burjua – müasir iqtisadi insanın



mənəvi inkişaf tarixi üzrə etüdlər”, 636 s.)

15. Веблен Т.Б. (1984) “Теория  праздного класса”, М.:Прогресс, 367 c. (Veblen T.B.



(1984) “Ali sinif nəzəriyyəsi”, 367 s.)

16. Ольсевич Ю. (2011) “Психология рынка и экономическая власть”, Журнал “Во-

просы  Экономики”,  №4,  с.  99-118  (Olseviç  Y.  “Bazar  psixologiyası  və  iqtisadi

hakimiyyət”,“İqtisadiyyat sualları” jurnalı, №4, s. 109)

17. Друкер П. (2000) “Задачи менеджмента в XXI веке”. Пер.с англ., М.: Вильямс, 272

с. (Druker P. “XXI əsrdə menecmentin vəzifələri”, M.: Vilyams, 272 s.).

18. Сторчевой М. (2011) “Новая модель человека для экономической науки” Журнал

“Вопросы экономики” №4, с. 78-98 (Storçevoy M. (2011) “İnsanın iqtisad elmi üçün

yeni modeli”, “İqtisadiyyat sualları” jurnalı, №4, s. 78-98)

19. Frank R.H., Gilovich T., Regan D. (1993) “Does studying economics inhibit coopera-

tion?”/ Journal of economic perspektives, Vol.7, №2. page 159-171 (Frank R.H., Ciloviç

T., Reqan D. (1993) “İqtisadiyyatın öyrənilməsi qarşılıqlı yardıma mane olurmu?” İqti-

sadi perspektivlər jurnalı, №2, s. 159-171 )

İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri 




61

20. Shiv B., Lovenstein G., Bechara A., Damasio H., Damasio A.R. (2005) “Investment be-

havior and the negative side of emotion”/Psychological science, Vol.16, №6. page 435-

439. (Şiv B., Lovensteyn G. və b. (2005)  “İnvestisiya davranışı və emosiyaların mənfi



tərəfi”// Psixoloji elmlər, №6, s. 435-439)

21. Slater A. et.al. (2000) “Newborn infants preference for attractive faces: The role of in-

ternal and external facial features”/ Infancy Vol.1, №2, page 265-274 (Slatter A. və b.

“Körpələrin cəlbedici üzlərə rəğbəti: Daxili və xarici üz cizgilərinin rolu”// Körpəlik,

№2, s. 265-274)

Сейфуллаев Ильгар Зульфигар оглы

Министерство по Налогам Азербайджанской Республики, 

доцент, доктор философии по экономике

Экономико-психологические вопросы регулирования  

предпринимательства 

Аннотация

Цель исследования - исследование вопросов использования экономико-психологи-

ческих факторов в регулировании предпринимательской деятельности.



Методология исследования - анализ и обобщения.

Выводы исследования - предложены пути использования психологических, куль-

турных и интеллектуальных факторов в регулировании рационального выбора и по-

вышении социальной ответственности предпринимателя.

Ограничения исследования - отсутствие психологических тестов для азербайджан-

ских предпринимателей, приспособленных к национальным особенностям и отрица-

тельное отношение большинства предпринимателей к подобным тестированиям. 

Практическая значимость исследования - возможность использования статьи в ка-

честве научного источника для исследования и регулирования предпринимательства.



Оригинальность и научная новизна – рассмотрение вопросов регулирования через

призму предпринимательской психологии и противоречий между индивидуальностью

предпринимателя и общественным характером его деятельности.   

Ключевые слова: предпринимательство, предпринимательская психология, мо-

дель рационального выбора, либерализм, институциональная экономика.

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.




62

İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri 



Seyfullayev Ilgar Zulfigar

The Ministry of Taxes, 

The senior lecturer, the doctor of philosophy on economy

Economical and psychological problems of regulation of enterprise

Abstract

Purpose - research the using means of the economical and psychological factors for en-

terprises regulation.



Design/methodology - analyse and generalisations.

Findings - are proposed a using means of psychological, cultural and intelligent factors

for regulation rational selection and increasing a social responsibility.



Research limitations/implications - the absence of psychological tests, adaptated to na-

tional feature and negative relationship of enterpreneur to such testing. 



Practical implications - possibility use of research as a scientific source for researchinq

and regulation the enterprise.



Originality/value - consideration means of requlation through prism of enterpreneurs

psichology and contradiction between individuality of enterpreneur and sociability of en-

terprise.

Keywords: enterprise, enterpreneurs psychology, model of rational selection, liberalism,

institutional economy

JEL Classification Codes: D01, L26, M11

Məqalə redaksiyaya daxil olmuşdur: 07.07.11.

Təkrar işləməyə göndərilmişdir: 10.07.11.

Çapa qəbul olunmuşdur: 20.07.11.



Yüklə 171,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə