Xülasə Tədqiqatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iqtisadi



Yüklə 171,28 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix20.10.2017
ölçüsü171,28 Kb.
#5875
növüXülasə
1   2   3   4   5   6   7

 istehsal və elmi-texniki sahələrdə investisiya fəallığını stimullaşdıran vergi

üsullarının təkmilləşdirilməsi;

büdcə gəlirlərinin artırılmasında istehlak vergilərinin, ilk növbədə əlavə dəyər

vergisinin fəaliyyət dairəsinin genişləndirilməsi;

vergi dərəcələrinin aşağı salınması ilə yanaşı vergitutma bazasının genişlən-

dirilməsi;

ölkələrin vergi sistemlərinin uyğunlaşdırılması (iqtisadiyyatın qloballaşmasın-

dan doğan zərurət);

kiçik və orta müəssisələri dəstəkləmək üçün vergi yüklərinin azaldılması;

ekoloji vergilərin tətbiqi və b.

XVIII-XIX əsrdə və XX əsrin əvvəllərində baş vermiş burjua və sosialist inqi-

lablarının ideoloji əsaslarında məhz bu iqtisadi cərəyanlar dayanırdı. İqtisadi pro-

seslər sürətləndikcə liberalizm və institutisonalizmin ifrat formaları da meydana

gəlməyə başlayırdı. 1917-ci ildə çar Rusiyasında sosialist inqilabının qələbəsindən

sonra sahibkarlığın və bazar iqtisadiyyatının əsas iqtisadi-hüquqi təməli olan xüsusi

mülkiyyəti inkar edən planlı iqtisadi sistem yaradıldı. ABŞ və Böyük Britaniyada

isə liberalizm dövlət səviyyəsində daha çox dəstəklənirdi.

Qərb iqtisad elmində liberal ideologiyanın mövqeyi XX əsrin 1929-1934-cü il-

lərində baş vermiş müdhiş qlobal iqtisadi böhranla (“Böyük Depressiya”) zəiflədi.

O zaman ABŞ və Avropa ölkələrində belə acınacaqlı vəziyyətin yaranmasında iri

kapital sahiblərini günahkar hesab edirdilər. Nüfuzdan düşmüş və müflis olmuş ka-

pital sahiblərinin siyasi qərarlara təsir göstərmək imkanları tükəndiyi zaman (1930-

cu illərdə) iqtisadi sistemin makro səviyyədə tənzimlənməsində dövlətin rolunun

xeyli artırılmasını nəzərdə tutan və cari istehlakın cari gəlirlərlə uzlaşdırılmasını tək-

lif edən Keyns nəzəriyyəsi meydana gəldi (Con Meynard Keyns (1883-1946)). 

1973-cü  ildə  dünya  iqtisadiyyatına  dağıdıcı  təsiri  ilə  fərqlənən  qlobal  enerji

böhranı  baş  verdi.  Bu  zaman  ABŞ  və  Avropa  ölkələrində  kapital  sahiblərinin

cəmiyyətdə mövqeyi möhkəmlənmişdi. Əlbəttə, iri kapitala və iqtisadi hakimiyyətə

malik olan insanların verilmiş azadlıqdan istifadə etmək imkanı və qabiliyyəti digər-

lərinə nisbətən daha çoxdur. Belə mövqe iqtisadi nəzəriyyədə və iqtisadi siyasətdə

fərdin tam azadlığını dəstəkləyən liberal ideologiyanın yenidən üstünlük qazan-

masına şərait yaradırdı.  Ultraliberal cərəyanın məşhur nümayəndələrindən biri,

1976-cı ilin Nobel mükafatı laureatı, monetarizm təlimin yaradıcısı Milton Fridman

(1912-2006) C.M.Keynsin tənzimləmə nəzəriyyəsini ən sərt tənqid edən iqtisadçılar-

dan idi [7, 8].

1970-ci illərin ortalarından başlayaraq 2008-ci ilə qədər davam edən və ultrali-

beral iqtisadi təfəkkürün aparıcı ideologiyaya çevrildiyi dövr inkişaf etmiş və etmək-

də olan ölkələrdə istehlakın kreditlər hesabına kəskin artması, kiçik və lokal böhranlar,

qloballaşma prosesinin sürətlənməsi, rəqabətin sərtləşməsi, iqtisadi dinamizmin art-

ması, iri maliyyə vəsaitlərinin təmərküzləşməsi kimi proseslərlə müşayiət olunurdu.

İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri 

46



XX əsrin 70-ci illərində iri korporasiyaları ziyankar inhisarlar kimi deyil, səmərəli

iqtisadi qurumlar kimi təqdim edən Amerika iqtisadçısı Alfred Çendler (1918-2007)

onların uğurlarını Adam Smitin “görünməz əl” mexanizminin təsiri ilə deyil, məhz

“görünən  əl”in  -  iri  şirkətlərin  rəhbərlərinin  (kapital  sahiblərinin)  düşünülmüş

fəaliyyəti ilə izah edirdi [9]. A.Çendler iri şirkətlərin yaranmasını “miqyas effekti”

və “istehsalın artımı” kimi iqtisadi kateqoriyalarla izah etmiş, böyük istehsal güc-

lərinin yüksək səviyyədə yüklənməsini iri şirkətin əsas vəzifəsi - “əmtəə axını prob-

lemi”- kimi qəbul etmişdir. O, istehsal miqyasından əldə edilən qənaətin müəssisənin

ölçülərinin (istehsal gücünün) artımından və sürətindən (bu istehsal güclərindən is-

tifadə intensivliyi) asılı olduğunu qeyd edirdi. İri istehsal güclərinin tam yüklənməsi

və intensiv istifadəsi isə müvafiq ölçülü iri bazar seqmentlərinin və onların lazımi

artım sürətinin mövcudluğu şəraitində mümkündür [10].

O  dövrdə  böyük  maliyyə  imkanlarına  və  elmi-texniki  potensiala  malik  olan

şirkətlərin  iri  satış  bazarlarına  yaranan  tələbatını  müasir  qloballaşmanın  əsas

səbəblərindən biri kimi də qəbul etmək olar.

1987-2006-cı illərdə ABŞ-ın Maliyyə Ehtiyatlar Sisteminə rəhbərlik etmiş və ul-

traliberal ideologiyanın əsas simalarından olan Alan Qrinspen (1926) hesab edirdi

ki, dövlət bazarın “görünməz əl” mexanizminə mane olmamalıdır. Onun fikrincə,

dövlət iqtisadi sistemin sürətli artımı və tənəzzülü dövrlərində maliyyə mexanizm-

lərindən istifadə etməklə dağıdıcı proseslərin təsirini azaltmalıdır [11].

A.Çendlerin fikirlərindən belə bir nəticəyə gəlmək olar: iri şirkətlərin fəaliyyəti

“görünən əl” ilə istiqamətləndirilir, yəni “görünməz əl” mexanizmi bu halda səmərəli

işləmir (iri şirkətlərin fəaliyyət göstərdiyi bazarlarda rəqabət məhdudlaşır). ABŞ-

da iri şirkətlərin iqtisadi sistemin sütunları olmasını və A.Qrinspenin qeyd etdiyi

kimi, dövlətin bazarın tənzimlənməsinə müdaxilə etməməsini nəzərə alsaq təzadlı

vəziyyətin yarandığını müşahidə edə bilərik: iri şirkətlərin fəaliyyətinin tənzimlən-

məsində həm dövlət, həm də “görünməz əl” mexanizmi işləmir. Onda iri şirkətlərin

fəaliyyətini hansı mexanizm tənzimləyir?

Bir çox tədqiqatçılar hazırkı qlobal böhranı iqtisadi sistemin bu suala sərt cavabı

kimi qiymətləndirirlər. ABŞ-dan başlayan və bütün dünyaya yayılan qlobal maliyyə

böhranı ultraliberalizmin 30-35 illik təntənəsinə son qoydu. Yenə də sahibkarlar,

biznes “kapitanları”, iqtisadi fərdin tam azadlığını tərənnüm edən iqtisadçı alimlər

tənqid atəşinə tutulur, iqtisadi fəaliyyətin tənzimlənməsində şəffaf mexanizmlərin

tətbiqi və tənzimləmə vasitələrinin gücləndirilməsi ideyaları iqtisadi təfəkkürdə

aparıcı mövqeyə keçməyə başlayır.

Təzadlı haldır ki, böyük inkişaf yolunu keçməsinə, çox güclü riyazi modellərin

mənimsənilməsi və tətbiqinə baxmayaraq, iqtisad elmi fəlakət səviyyəsinə çatan belə

böhranların nəinki qarşısını almağı, hətta onun proqnozlaşdırılmasını belə, təmin

edə bilmir. 2007-2008-ci illərdə baş vermiş qlobal maliyyə böhranının iqtisad elmi

üzrə aparıcı mövqeyə malik olan ABŞ-dan başlaması iqtisad elmində müəyyən

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.

47



Yüklə 171,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə