Xülasə Tədqiqatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iqtisadi



Yüklə 171,28 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix20.10.2017
ölçüsü171,28 Kb.
#5875
növüXülasə
1   2   3   4   5   6   7

boşluqların mövcudluğuna dəlalət edir. 2008-ci ilin Nobel mükafatı laureatı Pol

Kruqman (1953) qeyd edirdi ki, son illərdə iqtisad elmində aparıcı mövqedə olan

yanaşmaya görə müasir bazar iqtisadiyyatında dərin və dağıdıcı böhranların baş ver-

məsi qeyri-mümkündür. Belə böhranlara gətirə biləcək səbəblərin araşdırılması və

proqnozlaşdırılması faydasız hesab olunduğu üçün iqtisadçılar bu proseslərə lazımi

diqqət göstərməmişlər [12].

1970-ci ilin Nobel mükafatı laureatı Pol Samuelson (1915-2009) iqtisadi sistemin

ağırlıq  mərkəzinin  real  sektordan  maliyyə  sektoruna  keçməsinin  yanlış  proses

olduğunu göstərmiş, derivativasiyanı (maliyyə bazarlarında törəmə qiymətli kağız-

ların kəskin artımı) şeytani qumar evinin quraşdırması adlandırmışdır. “Biz Mas-

saçusets Texnologiya İnstitutunun və Uorton məktəbinin “parlaq” yetişdirmələrinin

şeytani maliyyə layihələri ilə elə bir qumar evi tikmişik ki, bu qaydasızlığı aradan

qaldırmaq və maliyyə sisteminə etibarı bərpa etmək üçün xeyli vaxt tələb olunacaq.

Onların  yaratdığı  və  idarə  heyətlərinin  rəhbərlərinin  qavraya  bilməyəcəkləri

mürəkkəb maliyyə mexanizmlərinin qeyri-şəffaflığı maliyyə sisteminin özülünün

dağılması prosesinin  qəflətən başlamasına gətirdi” [13].

A.Qrinspen qeyd edirdi ki, iqtisadi sistemdə dəyişiklikər azad rəqabətin, “kon-

struktiv dağıdıcılıq” mexanizminin təsiri ilə baş verir. O, müasir dövrün əsas zid-

diyyətinin  sürətlə  dəyişən  iqtisadi  mühitlə  insanın  dəyişməz  təbiəti  arasında

yarandığını vurğulayır və deyirdi: “Təəssüf ki, biz iqtisadi fəaliyyətin subyekti olan

insanın mahiyyəti barədə az düşünürük. Biz kimik? Təbiətin verdiyi və heç bir

şəraitdə dəyişməyən xüsusiyyətlərimiz hansılardır? Davranış tərzinin və dünyanın

dərk edilməsi üsullarının seçilməsində nə dərəcədə müstəqilik?” [11, s. 26].

Sahibkarlığın tənzimlənməsində istifadə olunan liberal və institusional sistemlər

arasındakı ziddiyyətlər iqtisadi təfəkkürün inkişafında, hər iki cərəyanın konseptual

və metodoloji baxımdan zənginləşməsində böyük rol oynayır. Bu ideyaların aparıcı

ideologiya qismində bir-birini ardıcıllıqla əvəz etməsi isə heyrətamiz elmi hadisədir. 



3. İqtisadi nəzəriyyənin “insanın rasionallığı” dilemması

İnsanın rasionallığı prinsipi liberal iqtisadi sistemin söykəndiyi əsas prinsipdir.

Rasional insan dedikdə, problemin həlli üçün (tələbatın ödənilməsi üçün) mövcud

məlumatları nəzərə almaqla maksimum əlverişli variantı qavrayaraq seçən insan

nəzərdə tutulur. Həm liberalizmin, həm də institusionalizmin əsas dilemması məhz

insan tələbatları, insanın davranışı və seçimi ilə bağlıdır. 

“İnsanın rasional seçimi” nəzəriyyəsinin söykəndiyi əsas mülahizələri aşağıdakı

kimi qruplaşdırmaq olar [2,4]:

İnsan sosial-bioloji varlıq olaraq həyat qabiliyyətini təmin etmək və nəsli artır-



maq üçün fiziki və sosial tələbatlarını ödəməyə can atır (tələbatların ödənilməsi

motivi insanı zəhmətə sövq edir, qabiliyyətlərini inkişaf etdirməyə vadar edir).

İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri 

48



AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.

49



Müasir insan tələbatlarını ödəmək üçün lazım olan nemətləri özü yarada bilmir.

(Həmin nemətlərin əksəriyyəti təbiətdə də hazır şəkildə mövcud deyil. Buna



görə də insanların bir-birindən asılılığı xeyli artmış, insanla təbiət arasında

əlaqə zəncirində yeni həlqələr – istehsal, satış və maliyyə sistemləri yaran-

mışdır). 

İqtisad elmi tələbatın mübadilə vasitəsilə ödənilməsi prosesini öyrənir. (İnsan



tələbatını ödəyən nemətləri qarşı tərəfdən güc tətbiq etməklə, aldatmaqla, xahiş

etməklə  və  ya  əvəzində  qarşı  tərəfi  maraqlandıran  neməti  təklif  etməklə

(mübadilə ilə) əldə edə bilər. Bəşəriyyət böyük təkamül yolunu keçərək tələbatı

ödəmə üsullarından ən yaxşısını – qarşılıqlı maraqları təmin edən mübadiləni

icad etmişdir. Azad bazarda nemətlərin mübadiləsi o zaman baş tutur ki, hər

iki  tərəf  bu  mübadilədən  fayda  götürür.  Mübadilə  zamanı  alternativlərin

mövcudluğu isə (rəqabətli mübadilə) satıcı və alıcıların öz mövqelərindən sui-

istifadə etmələrinə mane olur).

İnsanlar  öz  seçimlərinə  görə  məsuliyyət  daşıyır,  nəyin  yaxşı  və  nəyin  pis



olduğunu tam dərk edirlər. (İnsanların seçim meyarları onların fərdi bioloji və

psixoloji xüsusiyyətləri, sosial-mədəni dəyərləri, zövqləri, intellektual səviyyə-

ləri və digər amillərin təsiri ilə formalaşır. Cəmiyyətdə mövcud olan milli,

mənəvi,  sosial  dəyərlər  və  qaydalar,  psixoloji  və  iqtisadi  amillər  rəqabətli

mübadilədə insanların seçim meyarlarına və davranışına təsir göstərir. Təəssüf

ki, insanların seçimi həmişə faydalı və düzgün olmur. Cəmiyyətdə mövcud olan

bəzi mənfi xarakterli ictimai-mənəvi hadisələr məhz insanların seçimlərindəki

problemlərdən qaynaqlanır).

“İstehlakçının seçimi nəzəriyyəsi”nin əsas problemi onun nəzəri əsasları ilə prak-

tiki tətbiqi arasında ziddiyyətlərin artmasındadır. İnsanların seçimlərinə təsir göstərən

və psixologiya, sosiologiya və digər elm sahələrində daha geniş öyrənilən amillərin

iqtisad elminin predmetinə aidiyyəti bu günə qədər elmi mübahisələr obyekti olaraq

qalır. İqtisadçılar həmin amillərə rasional seçimi çətinləşdirən, lakin qarşısını ala

bilməyən “səs-küy” kimi baxmışlar. İstehlakçının rasional seçiminə “səs-küy”ün

təsirinin kritik hədlərə çatdığı anlar isə (qohumluq və dostluq əlaqələrinin, qrup mən-



subiyyətinin və digər amillərin təsiri) qeyri-iqtisadi xarakterli olduğu üçün belə anları

istisnalar kimi qəbul etmişlər. 

Qeyd etmək lazımdır ki, rasional seçimi məhdudlaşdıran obyektiv maneələr də

vardır. Müasir iqtisadiyyatın bütün sahələrində dəyərin yaradılması prosesinin elm,

əmək (əqli əmək) və maliyyə tutumu getdikcə artmaqdadır. Elmi-texniki inkişaf və

əmək vasitələrinin mürəkkəbləşməsi tələbatların ödənilməsi üçün həm institusional

alıcılardan, həm də son istehlakçılardan xüsusi qabiliyyət və imkanlar tələb edir.

Bütün bunlar biliyə (informasiya), mürəkkəb texniki vasitələrə böyük tələbat yarat-

maqla rasional seçimi mürəkkəbləşdirir və biznesin aparılma qaydalarında ciddi də-

yişikliklərə  gətirir.  Bu  proses  nəticəsində  sahələrə  daxil  olma  üzrə  obyektiv  və




Yüklə 171,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə