Xülasə Tədqiqatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iqtisadi



Yüklə 171,28 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix20.10.2017
ölçüsü171,28 Kb.
#5875
növüXülasə
1   2   3   4   5   6   7

İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri 

52

hissi  nəzərdə  tutulur.  Bu  zaman  özünüqoruma  instinkti  tələbatın  azalması,



qiymətlərin kəskin dəyişməsi, əmanətlərin itirilməsi, iş yerlərinin azalması kimi

amillərin təsiri ilə yaranan qorxu hissində, risklərdən yayınma cəhdlərində təzahür

olunur. İqtisadi sistemdə iqtisadi və ya qeyri-iqtisadi təsirlər nəticəsində  yaranan

kənarlaşmalar qorxu hissini artırır. Digər tərəfdən isə insanın məhdud məhsuldarlığı

istehlakın hədsiz artımını təmin edə bilmədiyi üçün qorxu hissi getdikcə kütləviləşir.

Nəticədə  çaxnaşma və böhran yaranır.

C.M.Keyns qeyd edirdi ki, inamsızlıq və qorxu tələbatın artımını zəiflədir və

gəlirin əhəmiyyətli hissəsinin yığıma yönəldilməsinə sövq edir. Nəticədə məhdud

investisiya  imkanları  şəraitində  xroniki  depressiya  yaranır.  Hazırkı  böhrandan

əvvəlki iyirmi ildə ABŞ-da məcmu əmanət sürətlə azalmış, məcmu istehlak isə kre-

ditlər hesabına gəlirlərdən daha böyük sürətlə artmışdır. Keynsin nəzəriyyəsinə görə

istehlak, əmanətlər və investisiyalar arasında nisbətin tənzimlənməsi dövlətin iqtisadi

siyasətinin əsas prioriteti olmalıdır. Məhz bu siyasət dağıdıcı gücü hədsiz dərəcədə

böyük olan böhranların qarşısını ala bilər.

Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, iqtisadi sistemlərdə dağıdıcılıq

komponenti “konstruktiv dağıdıcılıq”dan güclü olan və çox ağrılı sosial-iqtisadi

proseslərə rəvac verən böhranların yaranması məhz insanların, xüsusilə iqtisadi pro-

seslərə böyük təsir göstərmək imkanı olan sahibkarların psixoloji xüsusiyyətləri və

seçimlərinin rasionallığındakı problemlərlə bilavasitə bağlıdır.

Müasir rus iqtisadçısı M.Storçevoy insanın rasional seçiminin üç səviyyəli mo-

delini təklif etmişdir. İnsanın rasional seçiminin birinci səviyyəsində irsən keçən və

davranış tərzini müəyyən edən bioloji instinktlər dayanır. Mədəniyyət - insanın sosial

varlıq olaraq ictimai həyatdan götürdüyü davranış qaydaları - rasional seçimin ikinçi

səviyyəsində yerləşir. Rasional seçim piramidasının zirvəsində isə intellektin köməyi

ilə qəbul edilən “düşünülmüş seçim” dayanır. Burada düşünülmüş seçim dedikdə,

insanın probleminin ən səmərəli həlli üsulunun tapılması və realizə edilməsi barədə

məntiqli və düşünülmüş qərarın qəbulu nəzərdə tutulur [18].

M.Storçevoy  instinktləri psixologiya  və  biologiya,  mədəniyyəti  sosiologiya,



düşünülmüş seçimi isə iqtisad elminin predmeti kimi təklif edir, rasional seçimin hər

bir səviyyədə baş verdiyini iddia edir. Ənənəvi iqtisadi nəzəriyyədə rasional seçim

dedikdə maksimal faydalılığın təmin olunması nəzərdə tutulur. Storçevoy isə təklif

etdiyi rasional seçim modelində əsas məqsəd kimi yaşamağı qəbul etmişdir. Bu mo-

deldə iki seçim mexanizmi vardır: 

1. Düşünülmüş seçim (məqsədə minimum məsrəflərlə nail olmaq);

2. Təbii seçim (bioloji instinkt və mədəniyyət səviyyəsində: yeni davranış qay-

daları təsadüfi olaraq mutasiyalar vasitəsilə saf-çürük edilir və dəyişilir). 

İnsanın bioloji varlıq olaraq genetik proqramlaşdırılması insan təxəyyülünün

məhsulu olmadığı üçün bioloji instinktlər səviyyəsində düşünülmüş seçim mümkün

deyil. Təbii seçim mədəniyyət səviyyəsində də dominantlıq edir: davranış qaydaları




AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.

53

viruslar kimi meydana gəlir və yayılır, onların formalaşma mexanizmi isə canlı var-



lıqlar arasında təbii seçmə mexanizminə bənzəyir. Mədəni seçimin özəlliyi ondan

ibarətdir ki, burada yeni davranış qaydaları şüurlu şəkildə qəbul oluna bilər. Amma

bu qaydaların səmərəlilik testi yenə də təbii seçmə mexanizminin köməyi ilə həyata

keçirilir.

M.Storçevoyun modeli iki əsas mülahizə üzərində qurulmuşdur [18]:

1. Rasional seçimin bioloji və mədəni səviyyələri intellektual səviyyənin nöqsan-

larını və “zəif yerləri”ni aradan qaldırır.

2. Mədəni səviyyə bioloji səviyyənin nöqsanlarını aradan qaldırır.

Birinci mülahizə ona əsaslanır ki, əgər “düşünülmüş seçim” insanın əsas məqsəd-

inə nail olmağı təmin edə bilsəydi, onda bioloji və mədəni səviyyələrə ehtiyac ol-

mazdı. İnsan düşünmək qabiliyyəti, yaddaş, emosionallıq, reaksiya, temperament

və digər xüsusiyyətləri irsən əldə edir. Doğulduqdan sonra isə insan müəyyən mədəni

normalarla yüklənərək davranışına müəyyən korrektələr edə bilir. Mədəni səviyyə

bioloji səviyyə üçün aşağıdakı funksiyaları yerinə yetirir [18]:

instinktləri tamamlayır (insana əlavə xüsusiyyətlər verir);



irsən əldə edilən xüsusiyyətləri gücləndirir (onların təbii təsiri kifayət qədər ol-



madıqda);

irsən  əldə  edilən  xüsusiyyətlərin  davranışa  təsirini  zəiflədir  (əgər  bu  xü-



susiyyətlər səmərəsiz nəticələrə gətirirsə).

Bu mülahizələrin yoxlanılması üçün bir neçə irsi və mədəni xüsusiyyəti təhlil

edək.

Düzgünlük. Bir çox insanlar düzgünlük normasına riayət edir, bəzən fayda gətirsə

belə, yalan danışmırlar. Nə üçün fayda gətirməyən norma yaranır? Bu normanın ra-



Şəkil 1. Rasional seçimin üç səviyyəli modeli

Mənbə: М.Сторчевой, “Новая модель человека для экономической науки”.

Журнал “Вопросы Экономики”, №4, 2011, с. 78-98

İntellekt

Düşünülmüş seçim



MƏDƏNİYYƏT

1. İnstinktləri tamamlayır

2. İnstinktləri gücləndirir

3. İnstinktləri zəiflədir



İNSTİNKTLƏR

1.Məqsədləri müəyyən edir

2. Məhdudiyyətləri təyin edir



Yüklə 171,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə