Xülasə
Tədqiqatın məqsədi – müəssisə və təşkilatlarda
heyətin idarə edilməsinin aktual problemlərinin tədqiqi.
Tədqiqatın metodologiyası – sistemli yanaşma, mü -
qa yisəli təhlil.
Tədqiqatın nəticələri – müəssisə və təşkilatlarda
heyətin idarə edilməsinin aktual problemlərinin- idarəet-
mədə obyektiv rəhbərlik üslubunun və psixoloji təsir
metodlarının tətbiqi, hakimiyyət və təsir problemlərinin
tədqiqi ilə əlaqədar elmi cəhətdən əsaslandırılmış tək-
liflərin verilməsi.
Tədqiqatın məhdudiyyətləri – müəssisə və təşkilat-
larda heyətin idarə edilməsinin aktual problemlərini elmi
alternativlilik baxımdan geniş araşdırmaq və əsaslandır-
maq tələb olunur.
Tədqiqatın praktiki əhəmiyyəti – müəssisə və təşki-
latlarda heyətin idarə edilməsinin aktual problemlərinin,
idarəetmədə obyektiv rəhbərlik üslubunun və psixoloji
təsir metodlarının tətbiqi, hakimiyyət və təsir problem-
lərinin araşdırılması ilə əlaqədar müvafiq tədqiqat mən-
bəyi kimi istifadə.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – müəssisə və
təşkilatlarda heyətin idarə edilməsinin aktual problem-
lərinin, idarəetmədə obyektiv rəhbərlik üslubunun və
psixoloji təsir metodlarının tətbiqi, hakimiyyət və təsir
problemlərinin araşdırılması və elmi cəhətdən
əsaslandırılması.
Açar sözlər: idarəetmənin prinsipləri, peşə orien-
tasiyası və adaptasiyası, işgüzar karyera, heyətin
idarəetmə üsulu, motivasiya.
n
MENECMENT
UoT 338.242:331.108.2
MÜƏSSİSƏ VƏ TƏŞKİLaTLaRDa
HEYƏTİN İDaRƏ EDİLMƏSİNİN
aKTUaL PROBLEMLƏRİ
səh. 103-122
3(117)
/2014
103
Rzayev Pərviz
qafar oğlu
i.f.d.
Vergilər nazirliyinin Tədris Mərkəzi
AZ5600. Şamaxı rayonu
perviz595959@mail.ru
Rzayev Zahid
Hüseyn oğlu
i.f.d., dos.
Vergilər nazirliyinin Vergi auditi
Baş idarəsi
AZ1073. Bakı şəhəri,
landau küçəsi, 16.
zahidrzayev@hotmail.com
PDF processed with CutePDF evaluation edition
www.CutePDF.com
1. giriş
İdarəetmə meydana gəldiyi vaxtdan çağdaş zamana qədər inkişaf yolu kecmiş,
onun məzmunu daim təkmilləşmiş, müasir səciyyə kəsb etmişdir. Bəşər cəmiyyəti
inkişaf etdikcə idarəetmənin mahiyyəti, məzmunu, forması və rolu barədə elmi
baxışlar da formalaşmağa başlamışdır. Müxtəlif elmi baxışlar idarəetməyə elmi
yanaşmaların əsasını qoymuş, idarəetmənin elmi əsaslarının təşəkkül tapmasına öz
təsirini göstərmişdir.
Respublikamızda təşəkkül tapmaqda olan bazar mühiti şəraitində idarəetmə
elminin müasir problemlərinin tədqiqinin xüsusi əhəmiyyət kəsb etməsini qeyd et-
məliyik. Ümumiyyətlə, ixtiyari sahədə, o cümlədən vergitutma sahəsində də idarə -
etmə prosesinin səmərəli təşkil edilməsi üçün, ilk növbədə, onun elmi-praktik
əsas larının düzgün müəyyənləşdirilməsi zəruridir. Bu baxımdan bir neçə mərhələdən
ibarət olan metodoloji qaydalara effektiv surətdə əməl edilməsi strateji zərurət kimi
çıxış edir. Bu nöqteyi-nəzərdən, müxtəlif sahələrdə idarəetmə ilə bağlı əsaslı təd -
qiqatlar aparan tədqiqatçıların əsərləri aktual olaraq qalmaqdadır. Eyni zamanda
vergi sistemində də rəhbərlik üslubunun formalaşması və heyətin idarə edilməsinin
(personalın idarə olunmasının) inkişaf problemlərinin tədqiqi aktuallıq əhəmiyyəti
kəsb edir.
Qeyd etməliyik ki, respublikamızda tədqiqatlarda idarəetmə elminin aktual və
fundamental problemlərinin kompleks və sistemləşdirilmiş şəkildə izahına az yer
verilmiş, bu sahənin son 30-40 il ərzindəki durumu, inkişaf dinamikası, spesifik xü-
susiyyətləri xronoloji ardıcıllıqla yetərincə araşdırılmamışdır.
Əlbəttə ki, lokal və ya qlobal səviyyəli olmasından asılı olmayaraq idarəetmənin
elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi üçün fundamental araşdırmalar
və analitik materiallar ortaya çıxarmaq, ona müvafiq taktiki və strateji əsaslar forma -
laş dırmaq gərəkdir. Deməli, respublikamızda idarəetmə elminin müasir problemlə -
rinin araşdırılması istiqamətində dəyərli tədqiqat əsərlərinin hazırlanaraq ərsəyə
gə tirilməsinə ehtiyac vardır. Bu sahədə davamlı tədqiqatların aparılması, əldə edilən
ye ni nəticələrin sistemləşdirilməsi tədqiqatçıların qarşısında əhəmiyyətli vəzifə kimi
durur.
2. Müəssisə və təşkilatlarda heyət üzrə idarəetmə fəaliyyətinin mahiyyəti
Ümumiyyətlə, idarəetmə anlayışı özündə müxtəlif institusional məfhumları və
səviyyələri ehtiva edir. İdarəetmənin səmərəliliyi isə çoxkomponentli olmaq etibarilə
sistemli prosesin qanunauyğun nəticəsi kimi çıxış edir.
Hazırda sosial elmlərin xüsusi tədqiqat obyekti qismində idarəetmənin təşkili və
əsaslarının öyrənilməsi çıxış etməkdədir. Heyətin idarə edilməsnin elmi-nəzəri
P.Rzayev, Z.Rzayev
MÜƏSSİSƏ VƏ TƏŞKİlATlArDA HEyƏTİn İDArƏ EDİlMƏSİnİn AKTUAl...
3(117)
/2014
104
əsaslarının daha dəqiq müəyyənləşdirilməsi baxımından burada əksini tapmış bir
sıra məsələlərə sistematik surətdə toxunmaq məqbuldur. Bu gün siyasi, iqtisadi,
mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı müxtəlif xarakterli əsər-
lər, metodoloji vəsaitlər işıq üzü görməkdədir. Bu əsərlərdə müxtəlif cəmiyyət və
dövlətlərin idarəetmə təcrübəsinin və modellərinin öyrənilməsi ilə yanaşı, konkret
elmi-praktik və nəzəri-metodoloji tövsiyə və təkliflər yer alır ki, bütün bunlar konkret
idarəetmə nümunəsi kontekstində strateji əhəmiyyət kəsb edir. Bu mötəbər mən-
bələrdə idarəetmənin əsasları, başlıca nəzəriyyələri və digər problemlər öz əksini
tapır. Azərbaycan Respublikasında da müxtəlif sahələrdə idarəetmənin təşkili ilə
bağlı elmi-nəzəri və analitik-empirik tədqiqatlar ortaya qoyulur və hər bir araşdırma
nümunəsi yönəldiyi sahədə idarəetmənin təkmilləşdirilməsi üçün fundamental baza
əhəmiyyəti daşıyır.
Ayrı-ayrı işçilər və ya insanlar qrupu şəkilində insan amilindən ibarət hər bir sis-
temin səmərəli fəaliyyəti yalnız onu idarə edən - təşkiledici başlanğıc olduqda
mümkündür. Respublikamızda sosial-iqtisadi sahələrdə fəaliyyət göstərən qurum-
ların əməkdaşlarının, o cümlədən vergi orqanlarının bütün əməkdaşlarının səmərəli
hərəkət birliyinə nail olunması bu orqanlarda idarəetmə sisteminin başlıca məqsə-
didir. Deməli, sistem bir istiqamətdə işləməli və qarşısında qoyulmuş vəzifələrin
həllini təmin etməlidir.
Təcrübə göstərir ki, xüsusi idarəçilik biliyi olmadan idarəetmə əməliyyat xidməti
fəaliyyətində xeyli səhvlərlə nəticələnir, dövlətin iqtisadi təhlükəsizliyinin təmin
edilməsi və onun iqtisadi mənafelərinin qorunması işinə müəyyən ziyan vurur. Azər-
baycan Respublikası vergi orqanlarının üzərinə qoyulmuş vəzifə və funksiyaların
yerinə yetirilməsini optimal təşkil etmək üçün idarəetmənin mahiyyəti və məzmu-
nunu aydınlaşdıran əsas nəzəri-praktiki müddəaları bilmək zəruridir.
İdarəetmə anlayışı elmi ədəbiyyatda müxtəlif təriflərlə səciyyələndirilsə də, ən
müxtəlif yanaşmalarda mahiyyət etibarilə eyni nəticə və qənaətlər əldə edilmək dədir.
İdarəetmə - əməkdaşlara elə fasiləsiz informasiya təsiri prosesidir ki, idarəçilik
qərar larının qəbul olunması və həyata keçirilməsi vasitəsilə dəyişən xarici və daxili
şəraitdə onların məqsədyönlü davranışını təmin edir. İdarəetmənin mühüm xü-
susiyyəti ondan ibarətdir ki, o, əməli fəaliyyətin səmərəliliyinin yüksəldilməsində
yaradıcı rol oynayır [2].
İdarəetmənin əsas məqsədi - təşkilatda iş prosesinin planlaşdırılması, fəaliyyətin
motivi və nəzarətin təşkili vasitəsilə kollektivlərin məqsədinə çatmasını həyata keçir-
məkdir. Məcmu halda idarəetmə subyekti, idarəetmə obyekti və onlar arasındakı
qarşılıqlı əlaqələr idarəetmə sistemini əmələ gətirir. İdarəetmə subyektlərinə
idarəetmə qərarları qəbul etmək, tabeliyindəki əməkdaşlara və kollektivlərə tapşırıq
vermək və onların icrasını tələb etmək səlahiyyəti olan bütün rəhbərlər aiddir.
İdarəetmə subyekti idarəetmə obyektinin faktik vəziyyəti və onu əhatə edən xarici
mühit haqqında informasiya alır.
P.Rzayev, Z.Rzayev
MÜƏSSİSƏ VƏ TƏŞKİlATlArDA HEyƏTİn İDArƏ EDİlMƏSİnİn AKTUAl...
3(117)
/2014
105