Xx əsrdə bədii inkişafın xüsusiyyətləri


Avanqardizm xüsusiyyətləri



Yüklə 42,5 Kb.
səhifə2/3
tarix09.01.2022
ölçüsü42,5 Kb.
#82756
1   2   3
AVANQARDIZM veREALIZM

Avanqardizm xüsusiyyətləri. Avanqardizmin keçdiyi tarixi yolun öncəsində, modernizmdə, neomodernizmdə yaxud postmodernizmdə ictimayyəti ələ salır(epatajla məşğul olur), lakin zaman keçidkcə ənənəvi və hətta klassik sənət kimi dəyərləndirilməyə başlayır. Impressionizm bu baxımdan əyani misal hesab oluna bilər.

Avanqardizmə görə xaos, nizamsızlıq insanı, cəmiyyəti xarakterizə edən aparıcı qanundur. Bu günki incəsənət müəyyən nizama tabe olan kosmosu yox, bütün maddi və mənəvi elementlərin tərkib hissələrinin bir-birinə necə gəldi, elektrik şəkildə yapışdırıldığı xaosu təcəssüm edir. Məhz buna görə də bəzi tədqiqatçılar müasir ədəbiyyatı xaologiya adlandırırlar. Avanqard cərəyanlar gerçəkliyin şüurlu tərəflərini kənara atır və şüursuz başlanğıcı ön plana çıxarırlar. Bu proses özünü həm yaradıcılıq aktında,oxucu qarşısında biruzə verir.Avanqardist yazıçılar əvvəllər sənətdə stabilləşmiş qayda və normalardan,ənənlərdən və şərtilikdən imtina edir, forma və üslub sahəsində,yeni bədii vasitə və üsulların axtarışına əhəmiyyət verirlər. Bu cərəyanlar kütləvi incəsənətə və ədəbiyyata böyük diqqət yetirirlər,çünki onların fikirində şəxsiyyətin dünyadərki məhz ictimai kontekstdə formalaşır. Avanqardist sənətkarlar insanın dünyada yerini və mövqeyini yenidən müəyyən etməyə və dəyərləndirməyə can atırlar. Avanqardist cərəyanlar üçün bədii priyomlar (bilərəkdən bədii mətni mürəkkəbləşdirməsi) yaxud bəsitləşdirmə (incəsənətin dilinin sadələşdirilməsi) səciyyəvi cəhətlərdir. Maskalanma ilk baxışdan oxucunun qarşısında lazımsız çətinlikər yaradır. Bu qrammatikanın təhrifi, nadir sözlərdən istifadə, sirli obrazlar, xarici dillərdən götürülmüş sözlərə müraciət formasında özünü biruzə verə bilər. Bu baxımdan modernist poeziyanı (T.S.Eliotun, E.Paundun əsərlərini) və C.Coysun əsərlərini misal gətirmək olar.

Məlumdur ki, həzz və anlam əks münasibətdirlər: mətn nə qədər sadə və anlaşıqlı olsa, bir o qədər, o oxucuya həzz verər və əksinə. Avanqardizm eksperimentlər vasitəsilə bu müddəanı yoxladı və absurd səviyyəyə çatdırdı . Lakin, əgər bu ifrat hallar kənara qoyulsa mətnin mürəkkəbləşməsi məhsuldar ola bilər. Rus formal məktəbinin nümayəndələri bu fenomeni ətraflı şəkildə tədqiq etmiş və onu kənarlaşma kimi xarakterizə etmişlər.

Avanqardistləri bir cəhət də – müxtəlif milli ənənələrə əsaslanmaq meyli səciyyələndirir. Belə ki, sənətşünasların fikrincə Pikassonun yaradıcılığı və ümumiyyətlə kubizm zənci sənətinin təsiri altında formalaşmışlar. Avanqardizm gerçəkliyin müəyyən tərəfini ön plana çəkəməklə gerçəklikdə mövcud olan tarazlığı pozur. Belə ki, əgər naturalizm obyektiv başlanğıcı ön plana çəkirsə, sürrealizm əskinə, bütün diqqətini subyektə yönəldir.




Yüklə 42,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə