Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   2   3   4   5   6   7   8   9   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
17 
17 
17 
Bütövlükdə  belə  bir  problemin  kompleks  şəkildə 
araşdırılması  qloballaşma  dövrünün  xüsusiyyətləri,  «zəka 
axını»  prosesinin  mahiyyəti,  Azərbaycan  diasporunun 
formalaşmasında  elm  xadimlərinin  rolu,  Vətənlə  əlaqələr  və 
onun  təşkili,  miqrasiya  problemi  və  onun  tənzimlənməsi 
istiqamətində  aparılan  siyasət  bu  işdəki  çətinliklər  təhlili 
olduqca vacib məsələlərdəndir.  
Ölkəmizin  müstəqil  dövlət  kimi  formalaşması, 
demokratik hüquqi dövlət, vətəndaş cəmiyyəti, elmin bugünkü 
uğurlarının  öyrənilməsi  və  inkişafı  sahəsində  qazandığımız 
mühüm  nailiyyətlər  bir  daha  Azərbaycan  tədqiqatçılarından 
müasir şəraitdə respublikamızda qloballaşma problemi, «zəka 
axını» 
prosesi 
və 
diasporumuzun 
formalaşmasının 
öyrənilməsinə öz diqqətini daha da artırmağı tələb edir.  
Qarşıya  qoyulan  əsas  məqsəd  müasir  Azərbaycan 
cəmiyyətində və dünyada gedən qloballaşma prosesi və onun 
gedişində  «zəka  axını»nın  xüsusiyyətlərini,  elm  xadimlərinin 
müasir  durumu,  miqrasiya  prosesini  doğuran  səbəblər,  xarici 
dövlətlərin  maraqları,  insanların  mövqeyi,  proseslərin 
tənzimlənməsinin  siyasi,  iqtisadi,  sosial  və  hüquqi 
aspektlərinin  təhlil  edilməsindən  ibarətdir.  Bunun  üçün 
aşağıdakı vəzifələr irəli sürülmüşdür: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
18 
18 
–  Qloballaşma  dövrünün  əsas  tələblərini  respublika 
çərçivəsində öyrənmək
–  «Zəka  axını»  prosesini  doğuran  səbəblərin 
mahiyyətini açmaq; 
–  Müasir  Azərbaycan  cəmiyyətində  baş  verən  «zəka 
axını»  və  miqrasiya  proseslərini  şərtləndirən  amilləri  tədqiq 
etmək; 
– 
Müasir 
«zəka 
axını» 
proseslərinin 
əsas 
xüsusiyyətlərini və inkişaf meyllərini aşkara çıxarmaq; 
–  Azərbaycan  diasporu  və  onun  formalaşmasında  elm 
xadimlərinin oynadığı rolun təyin edilməsi
–  «Zəka  axını»  prosesinin  tənzimlənməsi  və 
diasporumuzun  güclənməsinin  siyasi-hüquqi  aspektlərinin 
tədqiqi  və  bu  sahədə  aparılan  dövlət  siyasətinin  əsas 
istiqamətlərinin araşdırılması; 
–  Diasporumuzun  təşkilatı  strukturuna  və  milli 
mənsubiyyət  məsələsindəki  nöqsanların  müəyyən  edilməsi 
məsələlərinin göstərilməsi; 
–  Xaricdə  yaşayan  və  və  adları  dünyanın  nüfuzlu 
alimləri  içərisində  qürurla  çəkilən  azərbaycanlıların  adlarının 
müəyyənləşdirilməsi; 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
19 
19 
19 
–  «Zəka  axını»  və  diasporun  daxilindəki  münaqişəli 
vəziyyətlərin  aşkarlanması  onların  aradan  qaldırılması 
yollarının müəyyənləşdirməsi; 
– 
Problemin 
həllində 
milli 
dövlətçilik 
və 
azərbaycançılıq ideologiyasını öyrənmək; 
–  Azərbaycan  Respublikasının  daxili  və  beynəlxalq 
qanunvericiliyində  «zəka  axını»  və  diasporla  əlaqədar  olan 
hüquqi bazanın işıqlandırılması; 
–  Azərbaycan  elminin  bu  günü,  aparılan  islahatlar, 
tədqiqatçıların  xaricə  miqrasiyası  və  s.  problemləri  doğuran 
səbəblərin təhlil edilməsi
–  «Zəka  axını»  prosesinin  iqtisadi-siyasi  və  sosial 
sahələrlə qarşılıqlı münasibətlərinin öyrənilməsi
– Qloballaşma dövründə «zəka axını» prosesinin keçmiş 
postsovet məkanında oynadığı rolun müəyyən edilməsi və s.  
Mövzunun 
işlənməsi 
prosesində 
Azərbaycan 
Respublikasının  və  Beynəlxalq  qanunvericilik  Ümummilli 
Lider  Heydər  Əliyevin  çıxış  və  nitqləri,  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyevin  çıxış  və  nitqləri, 
onun  sərəncam  və  fərmanları,  respublika  və  beynəlxalq  elmi 
konfranslarının  materialları,  nüfuzlu  transmilli  şirkətlərin 
hesabatları, məlumat və qərarları, görkəmli alimlərin tədqiqat 
problemi  ilə  bağlı  əsərləri,  KİV-  də  dərc  olunan  məqalə  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
20 
20 
informasiya,  İnternet,  jurnal  və  saytların  məlumatları,  mütə-
xəssislərin  mövqeyi,  statistik  göstəricilər  və  praktik-sosioloji 
sorğular elmi-nəzəri mənbə rolunu oynamışdır.  
«Zəka  axını»  problemi  respublikada  ikl  dəfə  sosial-
fəlsəfi  aspektdən  öyrənilərək,  dünya  miqyasında  gedən 
miqrasiya  və  qloballaşma  proseslərinin  öyrənilməsi  ilə 
birlikdə tədqiqata cəlb olunmuşdur
–  Qloballaşma şəraitində  «zəka axını»na təsir göstərən 
amillər tədqiq edilmişdir
–  «Zəka  axını»  prosesinə  məruz  qalan  ölkələrin 
vəziyyəti işıqlandırırlmışdır; 
– 
Azərbaycanda 
«zəka 
axını» 
və 
diasporun 
formalaşmasının  inkişafına  təsir  göstərən  obyektiv  və 
subyektiv amillər kompleks şəkildə işlənilmişdır; 
–  Xaricdə  yaşayan  azərbaycanlı  zəka  sahiblərinin  
müəyyənləşdirilməsinə cəhd göstərilmişdir
–  Diaspor  əməkdaşlığı  və    «zəka  axını»  məsələləri 
öyrənilmişdir; 
–  Diaspor  tarixi  və  onun    formalaşması  mərhələsinə 
diqqət yetirilmişdir; 
–  Xaricdə  yaşayan    azərbaycanlı    alimlərin,  eləcə  də 
ziyalıların adları və fəaliyyətləri işıqlandırırlmışdır; 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə