«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə11/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭼ
«Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu gö­rər­sən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gə­tir­dik, bizi də şahidlərlə bir yerə yaz!»

(83-cü ayə)
İbn Əbi Hatim «Təfsir»ində (3-cü cild, səh. 23) de­miş­­dir­: «Abdullah ibn əz-Zubeyr (r.a) rə­vayət edir ki,
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭼ الآية
«Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu gö­rər­sən…..» ayəsi - Nəcaşi99 və onun tə­rəf­dar­ları ba­rə­sində nazil olub».

Məhəmməd ibn İdrisdən başqa bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi mötəbər ravilərdir. Məhəmməd ibn İdrisə gəlincə, o «hafiz» ravidir. İbn Kəsir bu hədisi Nəsainin də100 bu is­nadla qeyd etdiyini demişdir.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (9-cu cild, səh. 419) de­yir ki, Bəzzar bu hədisi rəvayət etmiş və Məhəmməd ibn Osman­dan başqa sənədində olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.

Məhəmməd ibn Osmana gəlincə, o da «siqa» ravidir.

Hədisi bu isnadla həmçinin ibn Cərir «Təfsir»ində (7-ci cild, səh. 5) rə­va­yət etmişdir.
Uca Allah buyurur:
ﭽ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﭼ
«Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandır­maz, lakin O, sizi qəsd­lə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bu­nun kəf­farəsi ailənizə yedirtdiyinizin or­ta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vemək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozdu­ğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoru­yun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz»

(89-cu ayə)

Əbu Abdullah ibn Macə «Sünən» əsərində (1-ci cild, səh. 682) de­miş­­dir­: «İbn Abbas (r.a) rə­vayət edir ki, bəziləri ailəsini yemək-içməklə təmin etməkdə həd­dindən artıq əliaçıqlıq edir, bəziləri isə bu işdə xəsislik göstərir­dilər. Uca Allah da bu ayəni nazil etdi»:

ﭽ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﭼ الآية
«…ailənizə yedirtdiyinizin or­ta hesabı dəyərində…..»

Süleyman ibn əbu Muğirədən başqa bu hədisin ravilərinin ha­mısı Buxa­­­­ri və Muslimin istinad etdikləri mötəbər ravilərdir. La­kin Yəhya ibn Main onu da «siqa» ravi hesab etmişdir.

Buseyri «Misbahuz-Zucacə» əsərində demişdir ki, bu, «məv­quf, səhih» is­naddır.

Qeyd etmək istəyirəm ki, bu hədis «mərfu» hökmündədir.


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭼ
«Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qu­mar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əmə­lindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapa­sınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə si­zin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və na­mazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?»

(90, 91-ci ayələr)

İbn Cərir «Təfsir»ində (7-ci cild, səh. 34) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, şərabın haram olmasına dair ayələr (Əl-Maidə 90-91) ənsarlardan olan iki qəbilə ba­rə­sində nazil olmuşdur. Bir gün onlar sər­xoş olana qədər şərab içdilər və bir-birilərinə qarşı ko­budluq etdilər. Səhərisi gün ayıldıqda isə onladan biri axşamkı kobudluğun əla­mətini üzündə və saq­qalında görüb dedi: «Bunu filankəs edib!» Əvvəllər onlar qardaş kimi mehriban idilər və qəlblərində bir-bi­rilərinə qarşı nif­rət və kin-küdurətləri yox idi. O dedi: «Allaha and olsun ki, əgər o mənə qarşı rəhmli və şəfqətli olsaydı belə et­məzdi». Beləliklə də onların qəlblərində bir-birilərinə qarşı nifrət, kin-küdurət oyandı və Uca Allah da bu ayəni nazil etdi»:


ﭽ ﭔ ﭕ ﭖ ﭗ ﭼ إلى قوله ﭽ ﭳ ﭴ ﭵ ﭶ ﭼ
«Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qu­mar da….» ayəsin­dən «Siz buna son qoyacaqsınızmı?» ayəsinə qədər.

Səhabələrdən bəziləri dedilər: «Bu şərab iyrənc bir şeydir. Fi­lankəs Bədr döyüşündə, filankəs isə Uhud döyüşündə bətnində içki olduğu halda şəhid oldu». Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﭼ الآية

«İman gətirib yaxşı işlər görənlərə haram edilmə­miş­dən əvvəl daddıqları şeylərə görə heç bir günah gəl­məz….»101

Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (4-cü cild, səh. 142) və Bey­həqi «Sünən» əsərində (8-ci cild, səh. 286) rəvayət etmişlər.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 18) de­mişdir ki, bu hədisi Təbərani rə­vayət etmiş və is­na­dında olan ra­vilərin hamısı Buxari və Muslimin əsas­lan­dıq­ları ravilərdir. İbn Cəririn rəvayət etdiyi hədisin isnadına gəlincə, Hüseyn ibn Əli əs-Sədaidən başqa orada olan ra­vi­lərin hamısı Buxari və Muslimin istinad et­dikləri ravilərdir. O da «siqa» ravidir.
Uca Allah buyurur:
ﭽ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﭼ
«İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq iman gətir­dikləri, sonra yenə də Allahdan qor­xaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmiş­dən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir».

(93-cü ayə)
Buxari «Səhih» əsərində (6-cı cild, səh. 36) de­miş­­dir­: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, bir dəfə mən Əbu Təl­hənin (r.a) mən­zi­lindəki məclisdə şərab pay­layırdım. O gün onların içdiyi «fədix» deyilən xur­ma şərabı idi. Bu vaxt Peyğəmbər  səhabələrdən birinə əmr etdi ki, şərabın ha­ram olduğunu hamıya car çəkib desin. Bunu eşidən Əbu Təlhə (r.a) mənə dedi: «Apar bu şərabı bayıra tök!» Mən də şərabı kü­çə­yə axıtdım. O zaman Mədinənin küçələrindən şərab axırdı. Səhabələrdən bə­zi­ləri dedilər: «Elə qardaş­ları­mız var idi ki, bətnlərində içki olduğu halda öldülər». Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﭼ الآية

«İman gətirib yaxşı işlər görənlərə haram edilmə­miş­dən əvvəl daddıqları şeylərə görə heç bir günah gəl­məz….»

Bu hədisi həmçinin Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 348), Muslim «Səhih» əsərində (13-cü cild, səh. 349), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 227) və Darimi «Sünən» əsərində (2-ci cild, səh. 111) rəvayət etmişlər.

Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 98), ibn Cərir «Təf­sir»ində (7-ci cild, səh. 37), ibn Hibban «Səhih» əsə­rin­də (Heysə­minin «Məvariduz-Zəman» əsərində (səh. 333, 430) qeyd olundu­ğu kimi) və ibn Əbi Hatim «Təf­sir»ində (3-cü cild, səh. 30) bu hədisi Bəra ibn Azibə (r.a)102 istinad edərək rəvayət etmişlər.

Həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 98), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 234, 272, 295), Hakim «Mus­tədrək» əsərində (4-cü cild, səh. 143) və ibn Cərir «Təf­sir»ində (7-ci cild, səh. 37) ibn Abbasa (r.a) is­ti­nad edərək rəvayət etmişlər.

Hakim bu hədisin «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. Tirmizi isə hər iki hədisin «səhih» ol­duğunu qeyd etmişdir. Lakin qeyd etmək lazımdır ki, İk­ri­mənin ibn Abbasdan olan rəvayəti «müttərib»dir.
Uca Allah buyurur:
ﭽ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﭼ
«Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağış­layandır, Rəhm­lidir»

(101-ci ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 349) de­miş­­dir­: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, bir gün Peyğəmbər  elə bir xütbə verdi ki, bu vaxta qədər beləsini eşitməmişdim. O dedi: «Əgər mən bildiyimi bilsəydiniz, az gülüb çox ağ­la­yardınız!» Bu vaxt səhabələr üzlərini tutub inilti ilə ağla­ma­ğa başladılar. Bu zaman bir kişi Peyğəmbər­dən  : «Mənim atam kimdir?»- deyə soruşdu. O: «Filankəsdir» - deyə cavab verdikdən sonra bu ayə nazil oldu:
ﭽ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﭼ الآية
«Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın ….»

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (15-ci cild, səh. 11-12), Tir­mi­zi «Sünən» əsərində (4-cü cild, səh. 99), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 206) və ibn Cərir «Təfsir»ində (7-ci cild, səh. 80) rəvayət etmişlər.

Buxari «Səhih» əsərində (9-cu cild, səh. 351) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, bəziləri Peyğəmbərdən  : «Mənim atam kimdir? və ya «itmiş dəvəm haradadır?»- istehza ilə soruşardılar. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﭼ الآية
«Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəl­məyəcək şeylər barəsində soruşmayın ….»

Bu hədisi həmçinin ibn Əbi Hatim «Təf­sir»ində (3-cü cild, səh. 37) rəvayət etmişdir.

Təbəri «Təfsi»ində (7-ci cild, səh. 82) de­miş­­dir­: «Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Pey­ğəmbər  bizə xütbə verib dedi: «Ey insanlar! Allah sizə həcc etməyi vacib bu­yur­muş­dur!» Mihsan əl-Əsədi (r.a) ayağa qalxıb dedi: «Ey Allahın elçisi! Hər il?» O dedi: «Əgər mən bəli desəm, hər il həcc etmək sizə vacib olacaq. Vacib olduqdan sonra onu tərk et­səniz, yolunuzu azacaqsınız. Elə isə susun və sizə əmr et­mə­diyim bir şeyin hökmü barəsində məndən heç nə soruş­ma­yın. Həqiqətən sizdən əv­vəlki ümmətləri yersiz sual ver­məkləri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi!» Bu zaman Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﭼ الآية
«Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlmə­yəcək şeylər barəsində soruşmayın ….»

Bu hədisi həmçinin ibn Xuzeymə «Səhih» əsərində (4-cü cild, səh. 109) rəvayət etmişdir.

İbn Cərir «Təfsir»ində (7-ci cild, səh. 82) de­miş­­dir­: «Əbu Umamə əl-Bahili (r.a) rəvayət edir ki, Peyğəmbər  bir gün qalxıb insanlara dedi: «Həcc etmək sizə vacib bu­yu­rulmuşdur!» Bədəvi ərəblərdən biri ona sual verib dedi: «Hər il?» Bu zaman Peyğəmbər  qəzəblənərək səsini ucaltdı və sual verənin kim oldu­ğu­nu soruşdu. Bədəvi ərəb: «Mən» - deyə cavab verdi. O dedi: «Vay sə­nin halı­na! Əgər mən bəli desəm bunu yerinə yetirməyə kim sənə təminat verə bilər? Çünki bu zaman hər il həcc etmək vacib ola­caq. Vacib buyurulan bir şeyi tərk etməklə küfr edəcəksiniz. Hə­qiqətən sizdən əvvəlkiləri də din xadimlərinin Allahın hökmlərini camaat üçün çətinləşdirməkləri məhv etdi. Alla­ha and olsun ki, əgər mən sizə yer üzündə olan hər şeyi ha­lal və yalnız bir addım yeri haram buyursam, siz o harama meyl edəcəksiniz. Sonra Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﭼ الآية
«Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlmə­yəcək şeylər barəsində soruşmayın ….»

Bu hədisi həmçinin Təbərani «Mucəm» əsərində (8-ci cild, səh. 186) rə­va­yət etmişdir.

İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 351) demiş­dir: «Bu ayənin (yuxarıda qeyd olunan) səbəblərin hər birinə görə nazil olmasında heç bir zid­diyyət yoxdur. Daha doğrusunu isə Allah bilir!» Sonra isə (səh. 352) demişdir: «Nəticə budur ki, bu ayə ya Peyğəmbərə  istehza etmək, onu sınağa çəkmək məq­sədilə verilən suallara, ya da dini hökmü çətinləşdir­mək üçün soruşulanlara etiraz olaraq nazil olmuşdur. Çünki (öy­rənmək məqsədilə) artıq sual veril­mə­dikdə hökm «mübah» olaraq qa­lır.

Uca Allah buyurur:
ﭽ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﭼ
«Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm gəl­di­yi zaman, vəsiyyət vaxtı içinizdən iki ədalətli kişi, bir ye­rə səfərə çıx­dığınız zaman başınıza ölüm müsibəti gəl­dikdə isə özünüzdən ol­mayan iki kişi aranızda şahidlik etsin. Əgər özünüzdən olmayan şahidlərə şübhə etsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar: “Biz bu andımızı lap yaxın qohumlara belə heç bir qiy­mətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq”- deyə and içsin­lər. Əgər hər ikisinin günah iş tutduqları aşkar edilsə, o zaman onların yerini haqsızlığa məruz qalanlardan ölən şəxsə daha yaxın olan iki kişi tutar və onlar: “Əl­bəttə, bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğ­ru­dur və biz həddi aşmadıq. Əks halda biz, şübhəsiz ki, zalımlardan olarıq”- deyə and içərlər. Bu, onların oldu­ğu kimi şahidlik etmələri və ya andlarının sonradan va­rislər tərəfindən başqa andlarla rədd edilməsindən qorx­maları üçün daha münasibdir. Allahdan qorxun və qu­laq asın! Allah günahkar tayfanı doğru yola yönəltməz».

(106-108-ci ayələr)
Buxari «Səhih» əsərində (6-cı cild, səh. 339) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Bə­nu Səhm qəbiləsindən olan bir kişi Təmim əd-Dari və Adiy ibn Bədda ilə birlikdə səfərə çıxdılar. Bu kişi müsəlmanlar olma­yan bir yerdə və­fat etdi. Onlar bu kişidən qalan miras malını geri gətirdikləri zaman üzərinə qızıl örtük çəkilmiş gümüş camı itir­dilər. Peyğəmbər  də onlara buna görə (doğ­rudan da camı itir­diklərinə görə) and içməyi əmr etdi. Sonra bu cam Məkkədə tapıldıqda onun sahibləri belə dedi­lər: «Biz bu ca­mı Təmim və Adiydən satın almışıq». Bu zaman ölən kişinin qo­hum­la­rından iki nəfər qalxıb and içərək dedilər: «Şübhəsiz ki, bi­zim şəhadətimiz onların şəhadətindən daha haqlıdır. Və bu cam əvvəlki sahiblərinə (Bə­nu Səhm qəbiləsindən olan ki­şi­nin varislə­rinə) çatmalıdır!» Onlara aid də bu ayə nazil oldu:
ﭽ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﭼ الآية
«Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm gəl­di­yi zaman…..»

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 101), Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 337), ibn Cərir «Təfsir»ində (7-ci cild, səh. 115) və Beyhəqi «Sünən» əsərində (10-cu cild, səh. 165) rəvayət etmişlər.

Tirmizi bu hədisi «həsən, ğərib» olduğunu qeyd etmişdir.
Əl- Ənam surəsi
Uca Allah buyurur:
ﭽﯲﯳ ﯴﯵﯶﯷﯸﯹ ﯺﯻﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﭼ
«Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edən­ləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavab­dehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. On­ları qovsan zalımlardan olarsan».

(52-ci ayə)
Muslim «Səhih» əsərində (15-ci cild,səh. 187) de­miş­­dir­: «Sə'd (r.a) rəvayət edir ki,
ﭽ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﭼ الآية
«Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edən­ləri yanından qovma…..» ayəsi altı nəfər barə­sin­də na­zil oldu. Mən və ibn Mə­sud (r.a) o altı nəfərdən idik. Müşriklər Pey­ğəmbərə  : «Onları yanından qov!»- dedilər (və bu ayə nazil oldu).

Muslim «Səhih» əsərində (15-ci cild, səh. 187) başqa isnadla de­miş­­dir­: «Sə'd (r.a) rəvayət edir ki, biz altı nəfər Peyğəmbərlə  bir yerdə idik. Müşriklər Peyğəmbərə  dedilər: «Bunları özündən uzaqlaşdır ki, cürət edib bizə qarşı çıxmasınlar». Bu zaman mən, ibn Məsud (r.a), Hüzeyl qəbiləsindən olan bir kişi, Bilal (r.a) və başqa iki kişi onunla birlikdə idik. Peyğəmbər  bizi öz yanından uzaqlaşdırıb-uzaqlaşdırmaya­cağı barədə fikirləşdikdə Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﭼ الآية
«Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edən­ləri yanından qovma…..»

Bu hədisi həmçinin ibn Macə «Sünən» əsərində (4128-ci hədis), ibn Cərir «Təfsir»ində (7-ci cild, səh. 202) Hakim «Müştədrək» əsərində (3-cü ci ld, səh. 319), Əbu Nueym «Hilyə» əsərində (1-ci cild, səh. 345-346), ibn Əbi Ha­tim «Təfsir»ində (3-cü cild, səh. 72) və Vahidi «Əsbabun-Nüzul» əsərində rəvayət etmişlər.

Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə uyğun oldu­ğunu demiş, Zəhəbi isə bu barədə susmuşdur.

Bu hədisi Əhməd «Müsnəd» əsərində, ibn Əbi Ha­tim «Təf­sir»ində (3-cü cild, səh. 72), ibn Cərir «Təfsir»ində (7-ci cild, səh. 200) və Əbu Nueym «Hilyə» əsərində (4-cü cild, səh. 180) ibn Məsuda (r.a) istinad edərək rəvayət et­mişlər. Heysəmi «Məc­məuz-Zəvaid» əsərində (7-ci cild, səh. 21) demişdir: «Əhmədin rəvayət etdiyi bu hədisin isna­dın­da­kı ravilərin hamısı – Kərdəvs­dən baş­qa - Buxari və Mus­limin istinad etdiyi ravilərdir. Kərdəv­sə gəlincə, o da «siqa» ravidir.



Uca Allah buyurur:
ﭽ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﭼ
«Üstündə Allahın adı çəki­lməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günah­dır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız».

(121-ci ayə)
Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 59) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, (şeytan müşriklərə təl­qin etdikdən sonra) onlar: «Allah üçün kəsilən heç bir şey­dən yeməyin, yalnız öz kəsdiyinizdən (Allahın adı çə­kil­mə­dən kəsilmiş heyvandan) yeyin!» - dedilər və Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﭼ الآية
«Üstündə Allahın adı çəki­lməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin….»

Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 171) demişdir: «Bu hədisin isnadı «səhih»dir».

Bu hədisi həmçinin ibn Macə «Sünən» əsərində (3173-cü hə­dis), Hakim «Mustədrək» əsərində (4-cü cild, səh. 113, 231) və ibn Cərir «Təfsir»ində (8-ci cild, səh. 126) rəvayət etmişlər.

Hakim bu hədisin Muslimin şərtlərinə görə «səhih» ol­du­ğunu qeyd etmiş, Zəhəbi də bunu təsdiqləmişdir.

Qeyd atmək lazımdır ki, Simakın İkrimədən olan bu rəvayəti «müttərib»dir. Odur ki, bu hədis «daif»dir.

Əl-Əraf surəsi
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭼ
«Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyim­lərinizi geyin. Yeyin-için, lakin israf etmə­yin. Şübhəsiz ki, Allah israf edənləri sevmir».

(31-ci ayə)
Muslim «Səhih» əsərində (18-ci cild, səh. 162) de­miş­­dir­: «İbn Ab­bas (r.a) rəvayət edir ki, cahiliyyə dövründə qadın Kəbənin ətrafında lüt təvaf edər və de­yərdi: «Kim mənə təvaf etmək üçün libas verə bilər?»

Sonra o, libas ilə fərcini103 örtər və deyərdi:

Bu gün onun bir hissəsi, ya hamısı görünəcək, Görünən tərəfi haram ediləcək.

Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭼ الآية
«Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin..»

Bu hədisi həmçinin Nəsai «Sünən» əsərində, ibn Cərir «Təf­sir»ində (8-ci cild, səh. 160) və Vahid «Əsbabun-Nüzul» əsərində rəvayət etmişlər.

Hakimin «Mustədrək» əsərində (2-ci cild, səh. 319, 320) rəva­yət etdiyi hədisdə isə nazil olmuş ayə sonrakı ayədir:

ﭽ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﭼ


«De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ru­ziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə­ izah edirik».

(32-ci ayə)
Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu qeyd etmiş, Zəhəbi də bunu təsdiqləmiş­dir.

Ola bilsin ki, bu səbəbə görə hər iki ayə nazil olmuşdur. Daha doğrusunu isə Allah bilir!


Əl-Ənfal surəsi
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭼ
«Səndən qənimətlər haqqında soruşurlar. De: “Qəni­mətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin»

(1-ci ayə)
Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 110) de­miş­­dir­: «Sə'd (r.a) rəvayət edir ki, Bədr dö­yüşü günü qənimətdən olan bir qılınc götürüb Peyğəmbərə  dedim: «Ey Allahın elçisi! Artıq Allah məni müşriklərdən intiqam almaq kimi arzuma çatdırdı. Bu qılıncı mə­nə bağış­la!» O dedi: «Bu nə sənə, nə də mənə məxsusdur!». Mən öz-özümə fikirləşdim ki, ola bilsin ki, o bu qılıncı məndən az əziy­yət çəkənə verəcək. Bu vaxt Peyğəmbər  mə­nim yanıma gəlib dedi: «Sən bu qılıncı məndən is­tə­diyin vaxt o mənə məxsus deyildi. İndi isə o mənimdir və mən onu sənə hədiy­yə edirəm». Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭑ ﭒ ﭓﭔ ﭼ الآية
«Səndən qənimətlər haqqında soruşurlar..» - Bu hədis «həsən-səhih»dir».

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (12-ci cild, səh. 53, 54), Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 30, 31), Təyalisi «Müsnəd» əsərində (1-ci cild, səh. 239), ibn Əbi Hatim «Təfsir»ində (3-cü cild, səh. 222), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 132), Beyhəqi «Sü­nən» əsərində (6-cı cild, səh. 229), ibn Cərir «Təfsir»ində (9-cu cild, səh. 173) və əbu Nueym «Hilyə» əsərində (8-ci cild, səh. 312) rəvayət etmişlər.

Hakim bu hədisi «səhih» hesab etmiş, Zəhəbi də bunu təsdiq­ləmişdir.

Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 324) de­miş­­dir­: «Ubadə ibn Samit (r.a) rəvayət edir ki, biz Peyğəmbərlə  birlikdə Bədr dö­yüşündə iştirak etdik və Uca Allahın kö­məyi ilə düşmənə qalib gəldik. Bizlərdən bəziləri düşməni məhv etmək üçün onun ardıyca getdi, bəziləri döyüş meydanında qənimət topladı və bəziləri də Peyğəm­bəri  düşmənin qəfil hücumundan mühafizə etdi. Gecə hamımız bir yerə toplaşdıqda qənimət topla­yanlar dedilər: «Bu qəni­məti biz topladığımız üçün bunlar yalnız bizə məxsusdur». Düşmənin ardıyca gedib onu məhv edənlər isə dedilər: «Bu qənimətə sahib olmaq üçün bizim haqqımız sizlərdən daha çoxdur. Çünki düşməni qənimətdən uzaqlaşdırıb, onları məğlub edən biz olmuşuq». Pey­ğəmbəri  mü­hafizə edən dəstə isə dedi: «Bu qənimət­lə­rə yiyələnməyə bizim haq­qı­mız sizlərdən daha çoxdur. Çünki biz Peyğəmbəri  düş­mə­nin qəfil hücumundan qorumuşuq və qənimət yığmağa vax­tımız olmayıb». Bu zaman Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭼ
«Səndən qənimətlər haqqında soruşurlar. De: “Qəni­mətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin» - və Allahın elçisi bu qənimətləri müvafiq şəkildə müsəlmanlar arasında böldü.

Bu hədisi həmçinin ibn Hibban «Səhih» əsərində (Hey­səminin «Məvariduz-Zaman» əsərində (səh. 410) qeyd olunduğu kimi), Hakim «Mustədrək» əsə­rində (2-ci cild, səh. 135, 136, 326) və Beyhəqi «Sünən» əsərində (6-cı cild, səh. 292) rəvayət et­miş­lər.

Heysəmi Əhmədin istinad etdiyi ravilərin hamısının «siqa» ra­vilər ol­du­ğunu «Məcməuz-Zəvaid» əsərində (6-cı cild, səh. 92; 7-ci cild, səh. 26) qeyd etmişdir. Hakim isə bu hədisin Muslimin şər­tinə görə «səhih» olduğunu demiş, Zə­həbi də bunu təsdiqləmiş­dir.

Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 29) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər  Bədr dö­yüşündə dedi: «Kim filan əməli etsə, qənimətdən ona filan qədər düşəcək!» Cavanlar bunu eşidən kimi düşmənin üzə­rinə hücuma atıldılar, yaşlılar isə bay­raqların yanında qal­dı­lar. Müsəlmanlar qalib gəldikdən sonra ya­şlılar dedilər: «Biz arxada dayanıb sizə dayaq olmuşuq ki, məğlub olsanız qayıtma­ğa yeriniz olsun. Ona görə də qənimətdə bizim də payımız var!» Cavanlar bunu qətiyyətlə inkar edib dedilər: «Alla­hın elçisi bunu bizə məxsus etmişdir!» Uca Allah da bu ayələri nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭼ إلى قوله ﭽ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﭼ
Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə