«Ey iman gətirənlər! Sizə yeməyə izn verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin...»
157 Hədisin bundan sonrakı ləfzi Hakimin «Mustədrək» əsərində aydın olmadığından onu eyni isnadla rəvayət olunmuş «Sira» əsərindəki hədisdən yazmışam. Bu eynilə «Məcməuz-Zəvaid əsərində də qeyd olunub.
158 [ Tuva ya Şamda yerləşən dağın adı, ya da Tur [Sinay] dağının ətəyindəki vadinin adıdır. «Mu'cəmul-Vəsit», səh. 572. Həmçinin bax: «Ta Ha» surəsi, 12 və «ən-Naziat» surəsi, 16. ]
159 Hədisi Bəzzar «Kəşful-Əstar» əsərində (1-ci cild, səh. 302) rəvayət etmiş və isnadında olan Sədəqə ibn Sabiqin «məsturul-hal» ravi olduğunu qeyd etmişdir. Onu yalnız ibn Hibban «siqa» ravi hesab etmişdir. Qeyd etmək lazımdır ki, Hakimin başqa isnadla Abdullah ibn İdrisdən rəvayət etdiyi hədis bu hədisi qüvvətləndirir.
160 [ Burada ya qayınata, ya qayın, ya kürəkən, ya da yeznə qəsd olunur. «Mucəmul-Vəsit» səh. 218 ]
161 [ Bu, ibn Məs'uddan (r.a) rəvayət edən Əbu Mə'mərin şübhəsidir. «Fəthul Bari» 8/424. ]
162 [ Yəni, bu ayədə müsəlmanlara onun bütün qohum-əqrəbasını sevmək xitab olunub. «Fəthul Bari», 8/427. ]
163 [ Yəni, heç olmasa onlarla Peyğəmbər arasında olan qohumluq əlaqələrinə görə onu sevsinlər deyə xüsusən Qüreyş tayfasına xitab olunmuşdur. «Fəthul Bari», 8/427. ]
164 Bu, Humeyd ibn Hani əl-Xəvlanidir.
165 [ Bu ravilərdən Əbu Yəhya «daif» ravidir və hədis yalnız bu isnadla «daif» hesab olunur. ]
166 [ Yəni, Əbu Yəhyə. ]
167 [ Bax: «əz-Zuxruf» surəsi, 57-64. ]
168 [ «əz-Zuxruf» surəsi, 61. ]
169 [ Qüdsi hədis o xəbərdir ki, Allah Öz peyğəmbərinə ilham vasitəsilə, yaxud da yuxuda agah edib, sonra da o, bu xəbərin mənasını öz ifadələri ilə ümmətə çatdırıb. Quran isə Allahın kəlamıdır və olduğu kimi nazil olduğu üçün qüdsi hədisdən üstün sayılır. «Təa'rif», 1/271; «Tə'rifat» 1/113. ]
170 [ «Mənası - «Adəm övladı əziyyət verən bir sözlə Mənə xitab edir». Belə ki, hər hansı bir əziyyətin Allaha gedib çatması mümkün olan iş deyildir». Bu izahı ibn Həcər «Fəthul-Bari» əsərində (8/438) nəql etmişdir. ]
171 [ İbn Teymiyyə bunu izah edib belə demişdir: «Şübhəsiz ki, yaradılmışlardan hər kimsə dəhri (zamanı) söyərkən Allahı qəsd etmir. Belə ki, o bununla yalnız müsibətləri onun başına gətirəni qəsd edir və beləliklə də bu söyüş Allaha aid edilir. Çünki həqiqətdə bütün bunları edən Allahdır. Deməli «Dəhr Mənəm»- dedikdə «dəhrə aid etdikləri hər bir işi görən Mənəm» qəsd edilir. «Sarimul-Məslul», 3/922. ]
172 «Müsnəd»də bu ləfz aydın olmadığı üçün, biz onu «Məcməuz-Zəvaid»dən yazmışıq.
173 Bu ləfz də aydın olmadığı üçün «Məcməu-z-Zəvaid»dən yazmışıq.
174 [ Haşir və Aqib - Peyğəmbərin adlarıdır. Haşir - toplayan, Aqib isə sonuncu - deməkdir. Qiyamət günü insanlar onun ardınca gedib məhşərə toplanacaqlar və o, sonuncu peyğəmbərdir ki, ondan sonra heç bir peyğəmbər yeni şəriətlə gəlməyəcək. «Səhihul-Buxari», 3339; «Səhih-Muslim», 2354. ]
175 Bu ləfz də aydın olmadığı üçün «Məcməuz-Zəvaid»dən yazmışıq.
176 [ Furat çayının sahilində, Riqqə və Minbəc arasında yerləşən qədim şəhərin adıdır. Burada Əli (r.a) ilə Müaviyə (r.a) arasında müharibə baş vermişdir. «Fəthul Bari» 8/453. ]
177 [ O zaman döyüşdə Amr ibn əl-As (r.a) Quranları qaldırıb Əli ibn Əbu Talibi (r.a) Allahın kitabına, sülhə dəvət etməyi Müaviyəyə (r.a) nəsihət etmişdi. Buna görə də Abdullah ibn Kivai gəlib Əliyə (r.a) belə demişdi. «Fəthul Bari» 8/453. ]
178 [ «Fəthul Bari» 8/453. ]
179 [ «Fəthul Bari» 8/453. ]
180 [ Qari - Quranı əzbər bilən şəxsə deyilir. «Mucəmul Vasit» səh. 722. ]
181 [ Başqa rəvayətdə: «min dörd yüz nəfər idi». «Səhih- Muslim», 12/174. ]
182 Dəvə dayandıqda onu yerindən tərpətmək üçün istifadə olunan kəlmə.
183 [ Peyğəmbərin dəvəsinin adıdır. «Fəthul Bari» 5/395. ]
184 [ Burada ya haram sayılan yerdə döyüşməmək, ya da qohumluq əlaqələrini mökəmləndirmək qəsd edilir. «Fəthul Bari» 5/396. ]
185 [ Məkkə və onun ətrafına Tihamə deyilir. Həmçinin burada yaşayanlara isə Tihaməlilər deyilir. «Fəthul-Bari» 5/397. ]
186 [ Onların hər ikisi Qüreyş tayfasının ulu babalarındandır. Bunu deməklə o, «onların nəslindən olanları Məkkədə tərk edib gəlmişəm» demək istəyir. «Fəthul-Bari» 5/398. ]
187 [ «Fəthul-Bari» 5/398. ]
188 Bu hədisi Əbu Zərr (r.a) bu ləfz ilə rəvayət etmişdir. Lakin başqa ravilər - Əhməd və ibn İshaqın əsərlərində qeyd olunduğu kimi - «Mən sizin övladınız, sizdə mənim valideynim hesab olunmursunuzmu?» - ləfzi ilə rəvayət etmişlər. Bu ləfz daha səhihdir. «Fəthul Bari», 5/399.
189 [Qüreyş və Səqif tayfalarının tapındıqları bütün adıdır. «Fəthul Bari», 5/401.]
190 [ Müğirə (r.a) Urvanın qardaşı oğludur. «Fəthul Bari», 5/402. ]
192 [ Mə'mər, Əyyub və İkrimə hədisin başqa isnadında olan ravilərdir. ]
193 [ Bu müqavilə yalnız iki il davam etmişdir. «Fəthul Bari», 5/404. ]
194 [ «Fəthul Bari», 5/404. ]
195 [ Ömər ilk (r.a) dəfədən peyğəmbərin əmri ilə razılaşmadığı üçün, xətasının kəffarəsi olaraq bir çox saleh əməllər etdi. «Fəthul Bari», 5/408. ]
196 [ Səhabələr ya bu əmrin müstəhəb olduğunu başa düşmüş, ya müqavilənin pozulacağına dair Allah tərəfindən vəhy nazil olacağına güman etmiş, yaxud da xüsusən onlara həmin il Məkkəyə daxil olub ziyarət edəcəklərinə izn veriləcəyinə ümid etmişlər və buna görə də dərhal onun əmrini yerinə yetirməmişlər. «Fəthul Bari», 5/409. ]
197 [ «əl-Mumtəhinə» surəsi, 10. ]
198 [ Bu ifadə zahiri mənasından təhqirə bənzəyir, lakin ərəblər onu tərif üçün də deyirlər «Fəthul Bari», 5/412. ]
199 [ «əl-Fəth» surəsi, 24-26. ]
200 [ Rəcəz – şer (nəzm) ölçüsüdür. ]
201 [ Adba – dəvənin adıdır. ]
202 [ Yəni, onu bu yarışa çağırmıram! ]
203 [ Bu, Allaha and içmək üçün ifadə edilən – vəllahi; billahi; təllahi – söz birləşmələrindən biridir. ]
204 [ «Şərh Səhih Muslim», 12/391. ]
205 [ Heydər – şir deməkdir. Əlinin (r.a) anası, ana babasının – Əsəd ibn Hişam ibn Əbdümənafın – şərəfinə onu Əsəd (yəni, şir) adlandırmışdı. Sonra Əbu Talib gəlib ona Əli adı vermişdi. Mərhəb döyüşdən əvvəl yatıb yuxusunda bir şirin onu öldürdüyünü görmüşdü. Elə buna görə də Əli (r.a) onu bu cür hədələmişdi. «Şərh Səhih Muslim», 12/391. ]
206 [ «əl-Fəth» surəsi, 18. ]
207 [ Bu, ibn Ömərin (r.a) mövlası Nafi deyildir. «Fəthul Bari» 8/455. ]
209 Onların hamısı isnad edərək İsmayıl ibn Ziyad əl-Məxzumidən rəvayət etmişlər. Onun barəsində söylənilən rəylər aşağıdakılardır:
İbn Məin: «O, «daif» ravidir!»; Əli ibn əl-Mədini: «O, Məkkə əhlindən olan tanınmış ravilərdəndir!»; Əbu Hatim: «Onun rəvayət etdiyi hədisi yazmaq olar!»; Nəsai: «O, «səduq» ravidir!». Bu rəylərin hamısı ibn Həcərin «Təhzibut-Təhzib» əsərində qeyd olunmuşdur. Bu rəyləri cəm edib demək olar ki, hədis «həsən» dərəcəsinə çatmır. Lakin qeyd etdiyim hədislər bir-birini qüvvətləndirir. Daha doğrusunu isə Allah bilir.
210 [ «əl-Vaqiə» surəsi, 75-82. ]
211 [ Onlar «əs-Səlamu aleykə» əvəzinə ona «əs-Samu aleykə» - «sənə ölüm olsun» - deyərək guya salam verirdilər. ]
212 [ «ət-Tövbə» surəsi, 74. ]
213 [ yəni, ifşa edən. ]
214 [ Və onlardan… Və onlardan… (yəni, münafiqlərdən) . 58-ci, 61-ci və 75-ci ayələrə bax. ]
215 [ Burada qeyd olunmuş gülmək və təəccüblənmək yaradılmışların təsəvvür edə bilməyəcəyi, keyfiyyəti heç kəsə bəlli olmayan, müqayisə olunmayan və ən nəhayət yalnız Allaha layiq olan feli sifətlərdir. ]
219 «Dürrul Mənsur» əsərində (6-cı cild, səh. 221) qeyd olunmuşdur ki; «Peyğəmbər cümə günləri xütbə oxuyurdu. [Cahil] ərəblər isə o zamanlar nikah mərasimlərində [toylarda] çalıb-oxumaqla, əylənməklə məscidin yanından ötüb keçərdilər. Digər tərəfdən də tacirlər öz əmtəələrini satmaq üçün Məscidin yaxınlığına, Bəqiy'ul-Ğarqad [səhabələrin bastırıldığı qəbirstanlıq] tərəfdəki Bətha deyilən yerə gətirərdilər. Onlar atları, dəvələri, qoyunları və s. ticarət mallarını ora gətirdikdə [bəzi] səhabələr Peyğəmbəri ayaq üstə minbərdə xütbə oxuduğu halda qoyub əylənmək və ticarət etmək üçün onların [çalıb-oxuyanların və alver edənlərin] yanına gedərdilər. Uca Allah da onları qınayaraq bu ayəni nazil etdi:
ﭽ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﭼ الآية
«Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar...»
Təbərinin rəvayətləri daha aydın olsun deyə «Dürrul Mənsur» da olan, hər iki səbəbi özündə cəm edən bu rəvayəti nəql etdim.
220 [ Peyğəmbər gündəlik zövcələrinin hamısını ziyarət etdikdə Zeynəb bint Cəhşin evində digər zövcələrinə nisbətən daha çox oturardı. Buna da səbəb onun bal içməsi idi ki, bu da onların qısqanclığına gətirib çıxartdı. ]
221 [ Məğafir – Akasiya fəslindən olan Urfut ağacının özündən ifraz etdiyi kitrəyə (ağac şirəsinə) deyilir. – «Lisanul Arab» 1/574. ]
222 [ «ət-Təhrim» surəsi, 4-5. ]
223 [ «ən-Nisa» surəsi, 83. ]
224 [ Bu bazar Məkkənin yaxınlığında yerləşirdi. Ərəblər hər il orada toplanıb bir ay ibadət məqsədilə şerlər deyir və bununla da fəxr edirdilər. - «Muxtarus-Sihah» 1/187. ]
225 [ Yer adıdır. ]
226 [ «əl-Ələq» surəsi, 1. ]
227 [ Burada Peyğəmbər Cəbraili öz qiyafəsində, qanadları ilə üfüqün qarşısını tutduğunu görmüş və dəhşətə gəlmişdir. Əlavə məlumat üçün bax: «ən-Nəcm» surəsi, 7 və «ət-Təkvir» surəsi, 23 - cü ayələrin təfsiri. ]
231 Hakim bu hədisi, Buxarinin şərtinə görə səhih olduğunu «Mustədrək» əsərində (2-ci cild, səh. 507) qeyd etmiş, Zəhəbi də bunu təsdiqləmişdir. Beyhəqi bu hədisi həmçinin «Dəlailun-Nübuvvə» əsərində (1-ci cild, səh. 556) rəvayət etmişdir.
232 [ Hədisin «milyon qəsr» ləfzilə ibn Kəsirin «Təfsir»ində qeyd olunduğu bizə məlumdur. Lakin qeyd etmək lazımdır ki, bir çox hədis kitablarında əksinə, bu hədis «min qəsr» ləfzilə varid olub. Bunu da Təbəri «Təfsir»idə, 30/232; Hakim «Mustədrək» əsərində, 2/573; Heysəmi «Məvariduz-Zəman» əsərində, 7/138; ibn Əbi Şeybə «Müsənnəf» əsərində, 7/31; Təbərani «Mucəmul-Kəbir» əsərində 1/180 və «Mucəmul-Əvsət» əsərində 10/277 rəvayət etmişlər. ]
233 [ «əd-Duha» surəsi, 4. ]
234 Sənbur - sonsuz, zəif, zəlil və yardımçısı olmayana deyilir. («Qamus», 2/73.)