«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə17/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

Uca Allah buyurur:
ﭽ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﭼ
«Kora günah gəlməz, çolağa günah gəlməz, bir də xəs­təyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, ya­xud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlə­rində, yaxud bacılarınızın ev­lərində, yaxud əmilərinizin evlərində, yaxud bibiləri­ni­zin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xa­la­larınızın evlərində, yaxud açarları əllərinizdə olan ev­lərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz».

(61-ci ayə)
Bəzzar «Kəşful-Əstar» əsərində (3-cü cild, səh. 61) de­mişdir: «Aişə (r.a) rəvayət edir ki, müsəlmanlar Peyğəm­bər­lə  birgə səfərə çıxdıq­da evlərinin açarlarını etibar etdik­lə­ri kimsələrə verər və deyərdi­lər: «(Evdə olan yeməklərdən) dilədiyinizi yeməyi sizə halal edi­rik!» Onlar isə deyərdilər: «Onların könül xoşluğu olmadan izn verdiyi şeylərdən ye­mək bizə halal deyildir!» Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﭼ إلى قوله ﭽ ﮬ ﮭ ﮮ ﮯ ﭼ

«Kora günah gəlməz, çolağa günah gəlməz, bir də xəs­təyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, ya­xud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlə­rində, yaxud bacılarınızın ev­lərində, yaxud əmilərinizin evlərində, yaxud bibiləri­ni­zin evlərində…» ayəsindən «...yaxud açarları əllərinizdə olan evlərdə...» ayə­sinə qədər.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 84) de­mişdir: «Bu hədisi Bəzzar rəvayət etmişdir və isna­dında olan ravi­lərin hamısı Buxari və Muslimin istinad et­diyi ravilərdir.

Suyuti «Lübabun-Nüqul fi Əsbabin-Nuzul» əsərində demişdir: «Hədisin isnadı «səhih»dir.
Əl-Furqan surəsi
Uca Allah buyurur:
ﭽ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﭼ
«Həmin gün zalım kimsə barmaqlarını dişləyərək de­yəcəkdir: “Kaş ki, mən Peyğəm­bərin yolunu tutub gedə­ydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni on­dan uzaqlaşdırdı”. Hə­qiqətən, şeytan insanı tənha qoyub qaçandır».

(27-29-cu ayələr)
Cəlaləddin Suyutinin «Dürrul-Mənsur fi Təfsiril-Məsur» (5-ci cild, səh. 68) əsərin­də ibn Mərdəveyh və Əbu Nu­eymdən «səhih» isnadla nəql olunur ki, ibn Abbas (r.a) de­mişdir: «Əbu Muit çox mülayim adam olduğu üçün Pey­ğəmbərlə  birgə olarkən ona əziyyət ver­məzdi. Digər qü­reyşlilər isə Peyğəm­bərin  yanında olduqda ona əziyyət ve­rərdilər. Əbu Muitin sevimli bir dostu Şamda idi. Qü­reyş­lilər dedilər: «Əbu Muit dinindən dönmüşdür!» Əbu Muitin dostu gecə ikən Şamdan qayıtdı və həyat yoldaşına dedi: «Mə­həmməd nə edir? Yenə öz fəaliyyətini davam etdi­rir­mi?» O dedi: «Əvvəlkindən də artıq davam etdirməkdədir». O: «Bəs dostum Əbu Muit nə edir?»- deyə soruşdu. Zövcəsi dedi: «O dinindən dönmüş­dür!». O, gecəni çox narahat yat­dı və səhəri gün Əbu Muitin yanına gəldi. Əbu Muit ona sa­lam verdikdə onun salamı­nı almadı. Əbu Muit dedi:

– Sənə nə olub ki mənim salamımı almır­san?!

– Salamını necə alım ki, artıq sən dinindən dönmüsən.

– Bunu sənə Qüreyş deyib?

– Bəli!

– Mən nə edim ki, onların qəlbləri rahatlaşsın?



– Sən onun yanına gedib üzünə tüpürməli və pis söyüşlə onu təhqir etməlisən.

O belə də etdi. Peyğəmbər  isə üzünü silib ona tərəf baxdı və dedi: «Əgər səni Məkkə dağlarından kənarda tut­sam boynunu vuracağam!»

Bədr günü müşriklər döyüşə gedərkən o, döyüşdən im­ti­na etdi. Dostları ona: «Gəl bizimlə gedək!»- deyə təklif et­dikdə o dedi: «O kişi (Mə­həmməd ) vəd etmişdir ki, məni Mək­kə dağ­larından kənarda tutsa boynumu vuracaq». Onlar dedi­lər: «Sə­nin elə bir qırmızı dəvən var ki, o ona çata bil­məz. Əgər məğlub olarıqsa dəvəni minib qaçarsan». O on­larla birgə döyüşə getdi. Allah müşrikləri məğlub etdikdə isə dəvəsi onu düz bir yer­də palçığa saldı. Peyğəmbər  yetmiş qüreyşli ilə birlikdə onu da əsir götürdü. Əbu Muit onun yanına gəldikdə de­di: «Bunların içərisindən yalnız məni öldürəcəksən?!» Peyğəmbər  dedi: «Bəli, çünki üzü­mə tüpürmü­sən». Uca Allah da bu ayələri nazil etdi:

ﭽ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﭼ إلى قوله ﭽ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﭼ


«Həmin gün zalım kimsə barmaqlarını dişləyərək….» ayəsindən «...Hə­qiqətən, şeytan insanı tənha qoyub qa­çandır» ayəsinə qədər.

Bu hədisi həmçinin Abdurrəzzaq «Musənnəf» əsərində (5-ci cild, səh 355-356) rəvayət etmişdir.


Uca Allah buyurur:

ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭼ


«Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Alla­hın haram etdiyi cana haqsız yerə qıymaz və zina et­məz­lər. Bunu edən kimsə cəzalandırılar».

(68-ci ayə)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 109) demişdir: «Abdullah (r.a) rəvayət edir ki, Pey­ğəmbərdən  soruşdum, yaxud ondan soruşuldu ki, «Allah yolunda ən böyük günah nə hesab olunur?» O dedi:

– Səni yaradan Allaha şərik qoşmaq!

– Sonra hansı?

– Övladının səninlə birgə yemək yeyəcəyindən qorxub onu öl­dürmək!

– Sonra hansı?

– Qonşunun zövcəsi ilə zina etmək!

Uca Allah da onun dediklərini təsdiq edib bu ayəni nazil etdi:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢﭼ
«Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Alla­hın haram etdiyi cana haqsız yerə qıymaz və zina et­məz­lər».

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (15-ci cild, səh. 204; 17-ci cild, səh. 289), Muslim «Səhih» əsərində (2-ci cild, səh. 80), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 157), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 263), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 380, 431), ibn Cərir «Təfsir»ində (19-cu cild, səh. 41) və Əbu Nueym «Hilyə» əsərində (4-cü cild, səh. 145-146) rəvayət etmiş­lər.

Buxari «Səhih» əsərində (10-cu cild, səh. 170) demişdir: «Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, müşriklərdən olan bir zümrə çox adam öldürmüş və çox zina etmişdilər. Onlar Məhəmmədin  yanına gəlib dedilər: «O Allah ki, bi­zi Ona tərəf çağırırsan, yaxşılıq edən­dir? Bizim bu etdik­lə­ri­mizin kəffarəsi varmı?» Uca Allah da bu ayəni:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢﭼ
«Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Alla­hın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər» - və bu ayəni:
ﭽ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﭼ

«Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmin­dən ümi­di­ni­zi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışla­yır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”»139- nazil etdi.

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (2-ci cild, səh. 139) və Nəsai «Sünən» əsərində (7-ci cild, səh. 80) rəvayət etmiş­lər.

Ayənin hər iki səbəbə görə nazil olmasında heç bir zid­diyyət yoxdur. Daha doğrusunu isə Allah bilir.
Uca Allah buyurur:

ﭽ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﭼ


«Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhmlidir!»

(70-ci ayə)
Buxari «Səhih» əsərində (8-ci cild, səh. 167) demişdir: «Səid ibn Cubeyr dedi: «Abdurrəh­man ibn Əbzi Uca Alla­hın:
ﭽ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﭼ - ﭽ ﮓ ﮔ ﮕ ﮖ ﭼ
«Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin…..»140 «Hər kəs qəsdən bir mömini öldürərsə...»141 ayələ­ri barəsində ibn Abbasdan (r.a) soruş­mağı mənə əmr etdi. Mən də bu barədə ondan soruşduqda o dedi: «Furqan surəsindəki ayə na­zil olduqda Məkkə müş­rik­ləri dedilər: «Artıq biz Allahın haram buyurduğu cana na­haq yerə qəsd etdik, Allahla yanaşı başqa bir tanrıya tapın­dıq və yaramaz işlər gör­dük!» Uca Allah da bu ayəni nazil etdi:

ﭽ ﭲ ﭳ ﭴ ﭼ


«Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyir­xah­lıq edənlərdən başqa!» Nisa surəsindəki ayəyə142 gəlincə isə bu o şəxsə aiddir ki, o, islamı və şəriət qayda-qanunlarını bildikdən sonra bir kimsəni öl­dürsün. Odur ki, onun cəzası əbədi Cəhənnəmdir». Mən bunu Mücahidə xəbər verdim və o: «Yalnız peşiman olandan başqa»- deyə cavab verdi.

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 12), Muslim «Səhih» əsərində (18-ci cild, səh. 159), Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 168) və ibn Cərir «Təfsir»ində (19-cu cild, səh. 42) rəvayət etmişlər.


Əl-Qəsəs surəsi
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭼ
«Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar».

(51-ci ayə)

İbn Cərir «Təfsir»ində (20-ci cild, səh.88) demişdir: «Yəhya ibn Cə'də (r.a) demişdir:

ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭼ

«Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar» ayəsi mənimlə birlik­də on nəfər barəsində nazil olmuşdur.

Bu hədisi həmçinin Təbərani «Mucəm» əsərində (5-ci cild, səh. 46-47) rəvayət etmişdir.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 88) de­mişdir: «Təbərani bu hədisi iki isnadla rəvayət etmiş­dir. Onlardan biri burada qeyd olunan «müttəsil» isnadla rəvayət olunmuş hədisdir ki, isnadında olan ravilərin hamısı «siqa» ravilərdir. İkincisinin isnadı isə «münqəti»dir».

Uca Allah buyurur:
ﭽ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﭼ
«Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməz­sən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğ­ru yolda olanları da daha yaxşı tanıyır».

(56-cı ayə)
Muslim «Səhih» əsərində (1-ci cild, səh. 216) demişdir: «Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbərin  əmisi ölüm ayağında olarkən o, əmisinə belə demişdir: «Lə ila­hə illəllah de, Allah yanında sənin dediklərinə şəhadət verim!» Əbu Talib onun dəvətini qəbul et­mədi və bu ayə nazil oldu:
ﭽ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﭼ الآية
«Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməz­sən…»

Muslim bu hədisi başqa isnadla da rəvayət etmişdir. Ora­da Əbu Talibin: «Əgər Qüreyşin mənə: «Qorxusundan şə­hadət gətir­di»- deyərək eyib qoşmayacaqlarını bilsəydim, sənin dediklərini təsdiq edərdim»- dediyi qeyd olunur.

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 159), Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 441), ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 91), ibn Xuzeymə «Tövhid» əsərində (səh. 343-344) və Beyhəqi «Şuəbul-İman» əsərində (səh. 54) rəva­yət etmişlər.

Tirmizi bu hədisin «həsən, ğərib» olduğunu demişdir.


Əl-Ənkəbut surəsi
Uca Allah buyurur:
ﭽ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭼ
«Biz insana valideynləri ilə gözəl davranmağı buyur­duq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşma­ğın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dö­nüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm».

(8-ci ayə)
Muslim «Səhih» əsərində (15-ci cild, səh. 185) demişdir: «Səd ibn Əbi Vaqqas (r.a) onun ba­rə­sində Qurandan ayələr nazil olduğunu xəbər verib dedi: «Um­mu Səd (anam) mənə Məhəmmədin dininə küfr etməyənə qədər yemək yeməyə­cəyinə, su içməyəcəyinə və mənimlə danışmayaca­ğına and içib dedi: «Məgər sən, Allahın valideynlərə qayğı gös­tər­mə­yə əmr etməsini iddia etmirsən? Mən də sənə əmr edirəm ki, onun dinini tərk edəsən». Üç gün keçdikdən sonra onun acından ürəyi getdi. Qardaşım Əmmara qalxıb ona su ver­dik­də o mənim əleyhimə dua etməyə başladı. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭼ و فيها ﭽ ﮖ ﮗ ﮘ ﮙﮚ ﭼ
«Biz insana valideynləri ilə gözəl davranmağı buyur­duq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşma­ğın üçün səni məcbur etsələr..» Quranda həmçinin «Dün­yada onlarla gözəl davran»143 ayəsi də nazil olmuşdu.

Bir dəfə Peyğəmbərə  böyük qənimət nəsib oldu. Mən bu qənimətdən olan bir qılıncı götürüb onun yanı­na gəldim və: «Bu­nu mənə ver. Sən məni daha yaxşı tanıyırsan»- de­dim. O dedi: «Apar qılıncı götürdüyün yerə qoy!» Mən onu aparıb yerinə qoymaq istədikdə, özümü qınayıb yenidən onun yanına qayıtdım və dedim: «Bunu mənə ver!» O, səsi­ni ucaldıb: «Apar götürdüyün yerə qoy!» - dedi və bu ayə nazil oldu.

ﭽ ﭑ ﭒ ﭓﭔ ﭼ
«Səndən qənimətlər haqqında soruşurlar...»144

Mən xəstələndim və Peyğəmbərin  yanına adam gön­dərdim. O mənim yanıma gəldikdə, mən: «İzin ver malımı istədiyim kimi bölüm»- deyə ona müraciət etdim. O bunu rədd etdi. Mən: «Heç olmasa yarısını (vəsiyyət edim)»- de­dim. O buna da izn vermədi. Mən «Heç olmasa üçdə birini (sədəqə et­məyə) imkan ver» - dedik­də o susdu və beləliklə mirasın üçdə biri­ni vəsiyyət etmək caiz ol­du.

Sonra mən mühacir və ənsarlardan olan bir dəstənin ya­nı­na gəldikdə onlar: «Gəl otur, yeyib-içək» - dedilər. On­la­rın mənə şə­rab təklif etməsi onun haram olması barəsində ayə nazil olmamış­dan əvvəl idi. Mən onların yanına, bos­ta­na gəldim. Onlar otu­rub qızardılmış dəvə başı yeyir və şərab içirdilər. Onlarla birgə ye­yib-içdikdən sonra mühacir və ən­sarları xatırlayıb dedim: «Mühacir­lər ənsarlardan daha xe­yirlidirlər». Onlardan biri saqqalım­dan tutub məni vurdu və burnumdan qan açıldı. Sonra mən gəlib bu barədə Pey­ğəm­bərə  xəbər verdim və şərabın haram olundu­ğu barəsində ayə nazil oldu.
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭼ الآيات
«Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əmə­lindən olan murdar şeylər­dir…»145

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (5-ci cild, səh. 268), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 181, 186), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 18), Bu­xa­ri «Ədəbul-Mufrəd» əsərində (səh. 23) və Təbəri «Təf­sir»ində (21-ci cild, səh. 70) rəva­yət etmişlər. Tirmizi bu hə­disin «həsən-səhih» olduğunu demişdir.

Əhməd bu hədisi iki ləfzlə rəvayət etmiş və onlardan birində «Loğman» surəsində olan ayəni qeyd etmişdir.

Təbərinin rəvayətlərində də «Loğman» surəsindəki ayə qeyd olun­muşdur.


Uca Allah buyurur:
ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﭼ
«İnsanların arasında: “Allaha iman gətirdik!”- deyən­ləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qal­dıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəl­miş olsa, mütləq: “Biz də sizinlə idik!”- deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?»

(10-cu ayə)
Bu ayənin nazil olma səbəbi «ən-Nəhl» surəsinin 110-cu ayəsi­nin nazil olmasına dair olan hədisdə qeyd olunub.
Loğman surəsi
Uca Allah buyurur:
ﭽ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭼ
«Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”»

(13-cü ayə)
Buxari «Səhih» əsərində (1-ci cild, səh. 95) demişdir: «Abdullah (r.a) rəvayət edir ki:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭼ
«İman gətirdikdən sonra imanlarına zülm bulaşdırma­yanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır»146 ayəsi nazil ol­duqda Peyğəmbərin  səhabələri: «Bizdən hansı birimiz nəfsinə zülm etmir?!»- dedi və Uca Allah da bu ayəni na­zil etdi:
ﭽ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭼ

«Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!»

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (9-cu cild, səh. 363) və Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 18) rəvayət et­mişlər.



Qeyd: İbn Həcər «Fəthul-Bari» əsərində (1-ci cild, səh. 95) de­mişdir: «Şubənin rəvayət etdiyi bu hədisdən görünür ki, «Loğ­man» surəsindəki ayə onların verdiyi suala görə na­zil olmuşdur. Lakin Buxari və Muslim başqa isnadla Ə'məşə istinad edərək rə­vayət etmişlər ki, səhabələr dedilər: «Biz­dən hansı birimiz nəfsinə zülm etmir?!» Və Peyğəmbər  dedi: «Məgər siz Loğmanın  dediyi sözü eşitmirsiniz?»

Vəkiyin rəvayətində Peyğəmbər  : «Bu sizin zənn etdi­yiniz kimi deyildir!», İsa ibn Yunusun rəvayə­tində isə: «Bu yalnız şirkdir. Məgər siz Loğmanın  nə dediyi eşit­mir­si­niz?»- demişdir.

Bütün bunlardan görünür ki, «Loğman» surəsindəki ayə artıq on­lara məlum idi. Elə buna görə də Peyğəmbər  onların yadına saldı. Lakin ehtimal olunur ki, o vaxt ayə na­zil olmuş və o bu ayəni onlara oxumuşdur. Deməli hadisələr eyni vaxtda baş vermişdir.
əs-Səcdə surəsi
Uca Allah buyurur:
ﭽ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﭼ
«Onlar gecə namazını qılmaq üçün böyürlərini yataq­dan qaldı­rır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzi­lərdən Allah yolunda xərcləyir­lər».

(16-cı ayə)

Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 161) demişdir: «Ənəs ibn Malik (r.a) :


ﭽ ﮔ ﮕ ﮖ ﮗ ﭼ الآية

«Onlar gecə namazını qılmaq üçün böyürlərini yataq­dan qaldı­rır...» ayəsi barəsində demişdir: «Bu, Atəmə (İşa) adlanan namazı gözləmək barədə na­zil olmuşdur».

Bu hədis «həsən-səhih»dir.

Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (12-ci cild, səh. 100) rəvayət etmişdir. İbn Kəsir isə öz «Təfsir»ində hədisin isnadının «ceyyid» olduğunu qeyd etmişdir.
Əl-Əhzab surəsi
Uca Allah buyurur:
ﭽ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﭼ
«Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınları­nızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir»

(5-ci ayə)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 136; 11-ci cild, səh. 34) de­miş­­dir­: «Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Uca Allah:

ﭽ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﭼ الآية


«Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir...» ayəsini nazil edənə qədər biz Peyğəmbərin  oğulluğa götürdüyü Zeyd ibn Harisəni (r.a) Zeyd ibn Məhəmməd adı ilə ça­ğı­rır­dıq».

İbn Kəsir «Təfsir»ində (3-cü cild, səh. 466) demişdir: «Hədisi Muslim, Nə­sai və Tirmizi147 öz əsərlərində rəvayət etmişlər».

Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 181), Nə­sai «Sünən» əsərində (6-cı cild, səh. 53), Əhməd «Müsnəd» əsərində (6-cı cild, səh. 271), Abdur­rəz­zaq «Müsən­nəf» əsərində (7-ci cild, səh. 460-461) və Dari­mi «Sünən» əsərində (2-ci cild, səh. 158) rəvayət etmişlər.

İbn əl-Carud «Müntəqa» əsərində (səh. 231) bu hədisi nəql edib de­miş­­dir­: «Aişə (r.a) rəvayət edir ki, (Əbu Hu­zey­fə ibn Ütbə­nin (r.a) zövcəsi) Səhlə bint Suheyl ibn Amr (r.a) Peyğəmbərin  yanına gəlib dedi: «Mən ev paltarında ol­duqda belə Salim sərbəst bizim yanımıza (otağa) daxil olur! Biz onu öv­ladımız hesab edirik».

O zaman Peyğəmbər  Zeydi (r.a) oğulluğa götürdü­yü kimi Əbu Huzeyfə də (r.a) Salimi (r.a) oğulluğa gö­tür­müş­dü. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﭼ الآية
««Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir...»

Ola bilsin ki, bu ayə onların hər ikisi barəsində nazil olmuşdu. Daha doğrusu­nu isə Allah bilir!


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭼ
«Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qa­lan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını göz­ləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər».

(23-cü ayə)
Buxari «Səhih» əsərində (6-cı cild, səh. 361) de­miş­­dir­: «Ənəs ibn Malik (r.a) deyir ki, əmim Ənəs ibnən-Nədr (r.a) Bədr döyüşündə iştirak etməmişdi. Ona görə də o, Peyğəmbərə  dedi: «Ey Allahın elçisi! Mən müşriklərlə olan ilk döyüşdə iştirak etməmişəm. Allah onlarla döyüş­mə­yi mənə nəsib edərsə, mə­nim necə vuruşacağımı görər».

Uhud döyüşündə müsəlmanlar məğlub olarkən o dedi: «Alla­hım! Həqiqə­tən, mən bunların – səhabələrin – etdikləri (xətalara) görə Səndən üzr istəyi­rəm və bunların – müşrik­lə­rin – etdikləri (günahlardan) Sənə sığınıram».

Sonra o, döyüşə atılarkən Sə'd ibn Muazla (r.a) rastlaşdı və ona dedi: «Ey Sə'd ibn Muaz! Mən cənnəti və Nədrin Rəbbini148 istəyirəm. Mən Uhudda cənnət iyi­ni duyuram». Sə'd dedi: «Ey Allahın elçisi! Mən onun döyüşdüyü kimi döyüşə bilmə­dim».

Döyüşdən sonra biz onu ölənlərin arasında tapdıq. Onun üzərində səksən­dən çox qılınc, nizə və ox yarası var idi. Müşriklər onun cəsədini (bəzi əzaları­nı kəsməklə) elə tanın­maz hala salmış­dılar ki, bacısından başqa heç kəs onu ta­nı­madı. O, Ənəs ibn Nədri (r.a) barmaqlarının ucun­dan tanıdı. Biz də,


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭼ إلى آخر الآية
«Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qa­lan kişilər vardır.. ayəsinin onun və onun kimilərinin barəsində nazil olduğunu güman edirdik.

Hədisi Muslim, Tirmizi149 və Nəsainin rəvayət etdiklərini ibn Həcər «Fət­hul Bari» əsərində (6-cı cild, səh. 361) və ibn Kəsir «Təf­sir»ində (3-cü cild, səh. 475) nəql etmişlər.

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 136) Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 194), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 22), ibn Cərir «Təfsir»ində (21-ci cild, səh. 147), Əbu Nueym «Hilyə» əsərində (1-ci cild, səh. 121) və Abdullah ibn əl-Mübarək «Cihad» əsərində (səh. 68) rəvayət etmişlər.

Uca Allah buyurur:
ﭽ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﭼ
«Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir».
(25-ci ayə)

Nəsai «Sünən» əsərində (2-ci cild, səh. 15) demiş­dir: «Əbu Səid əl-Xudri (r.a) deyir ki, Xən­dək günü müşriklər bizi günbatana qə­dər zöhr namazından ya­yındırdılar. Bu hadisə hələ Allahın döyüş barəsində:


ﭽ ﮁ ﮂ ﮃ ﮄﮅ ﭼ الآية
«Döyüşdə Allah möminlərə kifayət etdi.. ayəsi nazil ol­mamışdan əvvəl baş verdi. Sonra Peyğəmbər  Bilala (r.a) əmr etdi və o, zöhr namazı üçün iqamə oxudu. Pey­ğəmbər  bu namazı vaxtında qıldığı kimi qıldı. Sonra o, yenə iqamə ver­di və Peyğəmbər  əsr namazını vaxtında qıldığı kimi qıldı. Daha sonra o, azan verdi və Peyğəmbər  məğrib namazını da vax­tında qıldığı kimi qıldı.

Hədisin isnadında olan ravilərin hamısı Buxari və Mus­limin istinad etdiyi ravilərdir. Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (21-ci cild, səh. 149) rəvayət etmişdir.


Uca Allah buyurur:
ﭽ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﭼ
«Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya hə­yatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun edib gö­zəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsi­nizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir müka­fat hazırlamışdır”».

(28 və 29-cu ayələr)
Buxari «Səhih» əsərində (6-cı cild, səh. 39) de­miş­­dir­: «Abdullah ibn Abbas (r.a) deyir ki, mən çox istəyirdim ki, Ömərdən (r.a)
ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﭼ
«Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir….»150 ayəsində xatırlanan Peyğəm­bərin  iki zövcəsi barə­sin­də soruşum. Elə buna görə də onunla birlikdə həcc ziyarətinə getdim. O, həcc ziyarətini bitirib geri qayıtdıqda subaşına çıxmaq üçün yoldan kənara (uzaq bir yerə) çə­kildi. Mən də əlimdəki bir tuluq su ilə kənara çəkilib onu gözlədim. Nəhayət o gəlib çıxdı. Mən tuluqdakı sudan onun əlinə tökdüm və o dəstə­maz aldı. Sonra mən soruşdum: «Ey mö­minlərin əmiri!
ﭽ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﭼ
Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə