Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə31/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   27   28   29   30   31   32   33   34   ...   86

____________Milli Kitabxana____________ 
 
129
bərpa olunması  uğrunda mübarizə apardıqlarına inanmışdılar. 
Yeri gəlmişkən, xatırlamaq olar ki, bütün ziddiyyətlərinə 
baxmayaraq,  İ.Stalinin və M.C.Bağırovun  şəxsi həyatları ilə 
bağlı  məqamlar bu inamın dövriyyədə qalmasına təsir 
göstərirdi. Stalin müharibədə  əsir düşən oğlunu alman 
generalına dəyişmədi, M.C.Bağırov 1943-cü ilin iyununda 
cəbhədə  həlak olan oğlunun cənazəsinin Bakıya gətirilməsinə 
təkid etmədi, “mənim balam heç kimin balasından,  əzizindən, 
doğmasından artıq deyil. Harada canını tapşırıb, orada da 
torpağa tapşırılsın” – dedi ( 23). Və  həmin M.C.Bağırov 
müharibə  cəbhələrində azərbaycanlı döyüşçülərin mənafeyini 
qorumaq üçün qətiyyətli mövqe nümayiş etdirmişdi... 
Əllinci illərin ortalarında, Stalin şəxsiyyətinə  pərəstişin 
ciddi tənqidindən sonra əvvəlki inam bir ilğım kimi çəkildi. 
Çəkildi, lakin tamam yox olmadı, səksəninci illərin sonunadək 
müxtəlif yozumlarda, axtarışlarda, motivlərdə yaşamağa çalışdı. 
 
1.6.2. “AZƏRBAYCAN ROMANI”  HADİSƏSİ.  XX 
əsrdə Azərbaycan ədəbiyyatının təsbit etdiyimiz mərhələlərinin 
70 illik dövrünü (1920-1990) necə adlandırmaq məsələsi 
ətrafında  ədəbi fikrin mülahizələri anlaşılandır. Dövrün 
ədəbiyyatını    necə adlandırmalı: “Azərbaycan sovet 


____________Milli Kitabxana____________ 
 
130
ədəbiyyatı”, yaxud “Sovet dövrü Azərbaycan  ədəbiyyatı”? 
Tədqiqatda ikinci təyinatın üzərində dayanmağa məqsədəuyğun 
bilir və hesab edirik ki, “sovet ədəbiyyatı” deyimi həmin dövrü 
bütövlükdə  qədimlərdən gələn Azərbaycan  ədəbiyyatından 
fərqləndirmək və ayırmaq meylinin ifadəsi olmuşdur (bu sözlər 
SSRİ tərkibindəki digər xalqların ədəbiyyatına da aiddir). 
Beləliklə, sovet dövrü Azərbaycan  ədəbiyyatı  və 
Azərbaycan romanı. Otuzuncu illərin  əvvəllərində ilk 
addımlarını atan romanlarımızın estetikası heç də birdən-birə 
deyil, tədricən, zəngin bir yol keçəndən sonra yaranmışdır. 
Roman tədqiqatçılarının təsdiq etdiyi kimi, klassik 
dastanlarımız, Nizami və Füzuli əsərləri, klassik şairlərimizin 
lirikasındakı  zərif hisslər, qəlbin psixoloji incəliklərinə 
toxunmaq kimi xüsusiyyətlər,  şifahi xalq yaradıcılığı – nağıl, 
lətifə, rəvayətlər və s. kimi mənbələr, M.F.Axundovun, 
C.Məmmədquluzadənin, M.Ə.Sabirin, N.Nərimanovun bədii 
irsi Azərbaycan romanının yaranmasını təmin edən amillərdir. 
Məlumdur ki, Sovet hakimiyyətinin ilk on ilində – 
iyirminci illərdə Azərbaycanda roman janrı  təşəkkül tapmadı. 
Ədəbi fikirdə bu məsələnin sosial-nəzəri  şərhi kifayət qədər 
əsaslıdır. Bədii nəsrimiz hələlik öz imkanlarını hekayə janrında 
sınamışdır. Düzdür, “yeni nəsl”in nümayəndələri hələ lazımınca 


____________Milli Kitabxana____________ 
 
131
ortaya çıxa bilməmişdilər və  sənətin siyasi-ideoloji meyarlarla 
qiymətləndirildiyi bir dövrdə yaradıcılıq imkanları da məhdud 
çərçivədəyidi. Lakin, “təkcə  təsvir etdiyi tarixi-sosial 
problemlərə görə yox, həm də  bədii  təfəkkürdə müəyyən 
inkişaf stimulu əmələ gətirdiyinə və nəsrin  daha iri formalarına 
keçmək üçün poetik zəmin yaratdığına görə hekayə həmin dövr 
üçün böyük əhəmiyyət kəsb etmişdir. Əlbəttə, hekayə və roman 
başqa-başqa janrlardır, təsvir və təfəkkür imkanları müxtəlifdir. 
Lakin eyni zamanda təkcə növ əlamətinə  və  nəsr formasına 
görə deyil, məhz bir sıra daxili struktur komponentlərinə görə 
bu  janrlar arasında tipoloji qohumluq əlaqələri vardır. Ona görə 
20-ci illərin hekayə janrında  tutumlanan Azərbaycan nəsri 30-
cu illərin lap əvvəllərində “birdən-birə” roman janrına keçə 
bildi. Bununla belə, Azərbaycan romanı klassik yaşarlı 
ənənəsinin, o cümlədən XIX əsrin ikinci yarısı  və çevriliş 
ərəfəsi yaradıcılıq imkanının 30-cu illər romanına daxili təkanı 
az olmamışdır. Başqa sözlə, müasir Azərbaycan romanı (30-cu 
illər) yenidən özünə qayıtdı, keçmişinə boylandı  və imkanına 
inandı. Lakin indi artıq zaman və  şərait başqa idi, mövzu, 
ideologiya və  qəhraman tipi dəyişmişdi, yazıçı istər-istəməz 
dövrün nəbzini  tutmağa məcbur idi. Onun vətəndaşlığı, 


____________Milli Kitabxana____________ 
 
132
vətənpərvərliyi və  nəhayət sənətinin xəlqiliyi bu “zəmanə 
ruhu”na bağlı idi” (33, 127). 
Əlbəttə, dövrün dramaturgiyasının və poeziyasının da yeni 
roman janrının yaranmasında rolu istisna olunmur. 
Ümumiyyətlə, 1920-1930-cu illərin  Azərbaycan  nəsri, o 
cümlədən romanı bir sıra özünəməxsus tipoloji əlamətlərə 
malikdir və ona vahid bir ədəbi-bədii proses daxilində 
yanaşmaq lazımdır.  
Yeni Azərbaycan romanının yaranması, 
şəksiz, 
ədəbiyyatın, mədəniyyətin və ictimai həyatın böyük hadisəsi 
kimi qiymətləndirilməlidir. Yeni roman janrının yaranması 
Azərbaycan  ədəbiyyatında hansı özəllikləri ilə  əlamətdardır? 
Aşağıdakı qaydada ümumiləşmələr aparmaq olar: 
– Otuzuncu illərdə təşəkkül tapan yeni Azərbaycan romanı 
özündə  təkcə tarixi zaman anlayışını deyil, həm də bütöv bir 
bədii-estetik mərhələni ifadə edir; 
– Janrın spesifikası  və  vəzifələri müəyyənləşir, roman 
təfəkkürü, epik roman ənənəsi yaranır; 
– Gənc romançılarda mövzü birliyi özünü göstərsə  də
onlar üslub müxtəlifliyi ilə seçilirlər; 
 – Yeni dövrün gercəklikləri və insan xarakterləri romanda 
geniş bədii lövhələr və məqamlarla öz inikasını tapır; 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə