Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə10/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

 
 
30 
 
zülalların tərkibinə, adətən, qeyri-zülali komponent də daxil ola bilir; məsələn, he-
moqlobin  4  qlobuladan  ibarət  olmaqla  yanaşı,  tərkibində  həm  də  “hem”  adlanan 
qeyri-zülali hissə vardır.   
 
 
 
 
 
1.  Cədvəli tamamlayın. 
Strukturun tipi 
Quruluşu 
Xüsusiyyətləri 
Birincili 
 
 
İkincili 
 
 
Üçüncülü 
 
 
Dördüncülü 
 
 
 
2.  Zülalların və mürəkkəb karbohidratların oxşar və fərqli xüsusiyyətlərini qeyd 
edin: 
 
3.  Cümlələrdəki səhvləri müəyyən edərək düzgün cümlələr qurun: 
  Zülalların monomeri monosaxaridlərdir.  
  Aminturşu qalıqları amin qruplarına görə fərqlənir. 
  Zülal molekullarının tərkibinə yalnız aminturşular daxildir. 
  Zülal molekulunun ilkin quruluşu polipeptid zəncirin spirallaşması ilə bağlıdır. 
  Zülalın ikincili quruluşu aminturşu qalıqlarının ardıcıllığı ilə təyin olunur.   
  Hemoqlobinin polipeptid zənciri yalnız aminturşu qalıqlarından təşkil olunmuşdur. 
 
4. Bir aminturşu qalığının 
molekul kütləsinin təxminən 
110 a.k.v. olduğunu nəzərə 
alaraq məsələni həll edin:  
• İnsanın qan zərdabında olan albumin zülalının nis-
bi molekul kütləsi təxminən 68400-dür. Bu zülalın 
tərkibindəki  aminturşu  qalıqlarının  təxmini  miq-
darını tapın. 
 
 
 
 
Zülal  
molekulunun  
quruluşu 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


 
 
31 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
 
 Z
ÜLALLARIN XASSƏLƏRİ  VƏ  BİOLOJİ  FUNKSİYALARI 
 
 
 
 
 
 
Zülalların xassələri. Bir çox fiziki və kimyəvi amillərin (spirtin, turşuların, qə-
ləvilərin,  yüksək  temperaturun,  radiasiyanın  və  s.)  təsirindən  zülal  molekulunun 
quruluşu pozulur və spiral açılmağa başlayır. Zülalların təbii quruluşunun bu cür də-
yişməsi  prosesi  denaturasiya  (lat.  “de”  –  yoxluq,  aradan  qaldırmaq,“natura”  – 
təbii) adlanır. Denaturasiya dönər və ya dönməz ola bilər.  
Denaturasiya zamanı əvvəl dör-
düncülü,  sonra  üçüncülü,  daha 
sonra  ikincili  quruluş  pozulur. 
Əgər  müəyyən  təsirdən  birincili 
(ilkin) quruluş da pozularsa, dena-
turasiya  dönməz  olar.  Məsələn, 
yumurta  zülalı  60–70°C-də  dena-
turasiyaya uğrayır. Birincili  quru-
luş  pozulmadıqda  isə  zülal  mole-
kulu yenə də burularaq əvvəlki tə-
bii vəziyyətini və xüsusiyyətlərini 
ala  bilir  və bu, dönər denaturasi-
ya və ya renaturasiya adlanır. Buradan belə nəticə çıxır ki, zülal molekulunun bütün 
quruluş və funksiyaları onun ilkin quruluşu ilə müəyyən olunur. 
Zülalların funksiyaları. Bir çox zülallar hüceyrədə bioloji katalizator rolunu oy-
nayaraq kimyəvi reaksiyaları sürətləndirir və burada baş verən proseslərin tənzim-
lənməsində iştirak edir. Belə zülallar fermentlər adlandırılır. Fermentlər həmçinin 

– Nə üçün canlı orqanizmlərin 
həyatında zülallar xüsusi 
əhəmiyyətə malikdir?  
–  Niyə “zülal” anlayışını 
bəzən “həyat” anlayışı ilə 
eyniləşdirirlər?  
Canlı orqanizmlərdə rast gəlinən albumin (yumurta 
zülalı), mədəaltı vəzinin hormonu olan insulin, həzm 
prosesində iştirak edən tripsin və ağız   suyunda 
olan lizosim fermentləri zülallara aiddir. Onlar müəy-
yən xüsusiyyətlərə malik olub hüceyrədə müxtəlif 
funksiyaları yerinə yetirir. 
 
Zülalların denaturasiyası prosesinin öyrənilməsi.
 
Təchizat: içərisində yumurta zülalı və süd olan sınaq şüşələri, sirkə turşusu, spirt lampası, 
pipet. 
İşin gedişi:  
1. Sınaq şüşəsinə 10–15 ml yumurta zülalı töküb spirt lampası üzərində qızdırın.  
2. İçərisində süd olan sınaq şüşəsinə pipetlə bir neçə damcı sirkə turşusu əlavə edin.  
– Nə müşahidə etdiniz?  
– Apardığınız tədqiqatdan hansı nəticə çıxara bilərsiniz? 
 
Fəaliyyət
Laboratoriya işi 
İlkin zülal 
moleku-
lunun 
bərpası 
 
Denaturasiya 
olunmuş zülal 
Denaturasiyayaqədərki 
zülal molekulu 


 
 
32 
 
molekulların  daşınması,  zülal,  yağ  və  karbohid-
ratların parçalanması, sintezi  və s.bu kimi proses-
lərdə  iştirak  edir.  Canlı  hüceyrələrdə  fermentin 
iştirakı  olmadan  heç  bir  reaksiya  gedə  bilməz. 
Zülallar  hüceyrədə  fermentativ  (katalitik)  funk-
siya  ilə  yanaşı,  inşaat, nəqliyyat, qoruyucu, tən-
zimləyici, hərəkət və bu kimi bir çox funksiyaları yerinə yetirir. Orqanizmdə kar-
bohidrat və yağlar çatışmadıqda zülallar parçalanır. Bir qram zülalın tam parçalan-
ması zamanı 17,6 kC enerji ayrılır.   
 
 
 
 
 
1.  Sxemi tamamlayın. 
 
 
2.  Hansı halda denaturasiya dönər və ya dönməz olur? 
 
3.  Verilmiş anlayışların iştirakı ilə baş verən prosesləri təsvir edin.  
polimer, ferment, aminturşu, hemoqlobin  
 
4.  Suallara cavab verin: 
  Yunun tərkibində keratin zülalı olur. Nə üçün yunu 90°–100°C temperaturda yu-
duqda yun yapıxır?  
  1 qram zülalın oksidləşməsi zamanı ayrılan enerji 1 qram karbohidratın tam parça-
lanması zamanı ayrılan enerjiyə bərabərdir. Niyə orqanizmin zülalları enerji mənbəyi 
kimi yalnız bəzi hallarda istifadə edir?  
  Antitellər adlanan xüsusi zülallar orqanizmə düşən yad cisimcikləri məhv edir. Bu, 
zülalların hansı funksiyasını nümayiş etdirir?   
 
 
Zülalların denaturasiyasının səbəbləri
?
?
?
 Orqanizmimizdə baş verən stress zamanı, mütləq müəyyən amin-
turşuya ehtiyac yaranır. Əgər lazım olan aminturşu olmazsa, immu-
nitet pozulur. 
 İnsan orqanizmində  ən böyük aminturşu zəncirinə malik zülal 
titindir

O, 38138 aminturşu qalığından ibarətdir. 
 İnsanda 5–6 ay ərzində zülalların bir çoxu yenisi ilə əvəz olunur.  
 Osminoqlar və digər molyuskların, hörümçəklərin qanı göyümtül 
rəngdə olur. Buna səbəb tərkibində dəmir olan və qana qırmızı rəng 
verən hemoqlobin deyil, mis atomlarına malik hemosianinin olmasıdır. 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
• 
denaturasiya 
• 
renaturasiya 
• 
ferment 
A ç a r   s ö z lə r  


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə