Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə17/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

 
ı 
51 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 İ
RSİ MƏLUMATLAR VƏ GENETİK KOD
  
 
 
 
Canlının özünütörətmə, irsiyyət və dəyişkənlik kimi xassələri molekulyar səviy-
yədən başlayaraq  meydana çıxır. Bu səbəbdən irsi məlumatların nəslə ötürülməsi 
prinsipinin müəyyən edilməsi DNT molekulunun  öyrənilməsindən sonra mümkün 
oldu. 
DNT və gen. İrsi məlumatların daşıyıcısı DNT molekuludur. Zülalın ilkin quru-
luşu  barədə  məlumatlar  onun  genlər  adlanan  müvafiq  sahələrində  saxlanılır. 
Beləliklə, gen (yun. “genos” – mənşə, nəsil) bir zülal molekulunun ilkin quruluşu 
barədə məlumat daşıyan DNT sahəsidir.  
Genetik kod. Genlərdə sintez olunacaq bu və ya digər 
zülalın  aminturşular  ardıcıllığı  barədə  məlumatlar 
saxlanılır. Bu məlumatlar sonradan komplementarlıq prin-
sipi əsasında m-RNT-yə köçürülür və nəslə ötürülür.   
 
DNT-də aminturşuların kodlaşmasının ümumi sxemi 
 
 
DNT və RNT-də zülalın ilkin quruluşunu təşkil edən hər bir aminturşu barədə 
məlumat 3 nukleotidin kombinasiyası nəticəsində yaranır və triplet adlanır. 
DNT  və  m-RNT-si  molekullarında  zülalın  ilkin  quruluşu  haqqında  məlumatın 
nukleotidlər şəklində uyğun ardıcıllıqla düzülmə qaydası genetik kod adlanır.  
13 
– Zülallar hansı quruluşa malikdir?
– Nə üçün hər bir orqanizmin zülalı bir-birindən fərqlənir? 
 
 
Zülallarda aminturşular ardıcıllığı 
• 
triplet 
• 
genetik kod 
A ç a r   s ö z lə r  


 
 
52 
 
 
Cədvələ diqqətlə baxıb komplementarlıq prinsipinə əsaslanaraq boş xanalarda müvafiq 
tripletləri qeyd edin. m-RNT-də valin və qlutamin aminturşuları hansı tripletlərlə 
kodlaşdırılmışdır? 
 
DNT 
I zəncir 
TTT 
QTT 


SAS 

II zəncir 


TTA 
STT 

AAT 
m-RNT 
UUU 

AAU 

SAS 
UUA 
Aminturşuları* 
Fen 
Val 
Asp 
Qlu 
His 
Ley 
 
*
 
Fen – fenilalanin, Val – valin, Asp – asparaginQlu – qlutamin, His – histein, Ley – leysin.  
 
– Hər bir kod neçə tripletdən ibarətdir və neçə aminturşusuna uyğundur? 
 
Genetik kodun xassələri. Genetik kod bir sıra xassələrə malikdir. Belə ki, kod 
triplet olur, yəni hər bir aminturşunun kodlaşdırılmasında 3 nukleotid iştirak edir.  
Genetik  kodda  hər  bir  triplet  yalnız  bir  aminturşuya  müvafiq  gəlir,  lakin  bəzi 
aminturşular bir və ya bir neçə kodla kodlaşa bilir. Genetik kodda genlər arasında 
onları bir-birindən ayıran və heç nəyi kodlaşdırmayan boş tripletlər də olur. Bütün 
canlı orqanizmlərdə eyni aminturşulara eyni tripletlər uyğundur. 
 
 
 
 
Fəaliyyət
 
1. 1 nukleotidin uzunluğu = 0,34 nm 
2. 1 genin ölçüsü = 1 nukleotidin uzunluğu × n (nukleotidlərin sayı) 
3. Aminturşuların sayı = nukleotidlərin sayı  : 3  
4. 1 genin kütləsi = nukleotidlərin sayı × 1 nukleotidin kütləsi 
5. 1 nukleotidin kütləsi 
 300 a.k.v. 
6. 1 aminturşu qalığının molekul kütləsi 
 110 a.k.v. 
7. DNT molekulunda nukleotidlərin nisbəti : А+Q / Т+S = 1 
 
 
Yadda saxlayın


 
ı 
53 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
1. DNT molekulunun bir zəncirindəki ardıcıllığa əsasən digər zənciri qurun. 
 
DNT-nin 1-ci zənciri : ... 
DNT-nin 2-ci zənciri : ААА – АSS – АQS – АТТ – АТQ – ААQ. 
 
 
 
 
2. DNT və RNT-nin monomeridir: 
a) azot əsası 
b) dezoksiriboza və ya riboza  
c) azot əsası və ortofosfat turşusu qalığı 
е) nukleotidlər 
 
3. DNT-ni RNT-dən fərqləndirən cəhətlər hansı cavabda düzgün verilmişdir? 
a) birzəncirlidir, tərkibində dezoksiriboza var, irsi məlumatı saxlayır.  
b) ikizəncirlidir, tərkibində riboza var, irsi məlumatı ötürür.  
c) birzəncirlidir, tərkibində riboza var, irsi məlumatı ötürür.  
d) ikizəncirlidir, tərkibində dezoksiriboza var, irsi məlumatı saxlayır. 
 
4. Məsələləri həll edin: 
  İnsulin zülalının 51 aminturşudan ibarət olduğunu nəzərə alaraq, onu kodlaşdıran genin 
tərkibində neçə nukleotid olduğunu hesablayın. 
  DNT molekulunda 80 000 A nukleotidi var. Bu, bütün nukleotidlərin 16%-ni təşkil 
edir. Qalan nukleotidlərin sayını və DNT molekulunun uzunluğunu müəyyən edin. 
 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
DNT molekulunun 1-ci zəncirinə, 
müvafiq m-RNT-ni qurun. 


 
 
54 
 
  
Z
ÜLALLARIN BİOSİNTEZİ  
 
 
 
Hüceyrələrdə daim yeni maddələr əmələ gəlir. Bu proses biosintez (yun. “bios – 
həyat, “synthesis” – birləşmə) adlanır. Biosintez prosesində zülallar, yağlar, karbo-
hidratlar və digər üzvi maddələr sintez edilir.  
Zülalların  biosintezi.  Hər  bir  hüceyrənin  özünəməxsus  zülalları  olur.  Onların 
ilkin  quruluşu  barədə  məlumatlar  DNT-də  nukleotidlər  ardıcıllığı  şəklində  kod-
laşmışdır. Zülal molekulunun sintezi zamanı DNT-də olan məlumat m-RNT-si şək-
lində ribosomlara çatdırılır.  
 
 
 
 
14 
– Zülallar və nuklein turşuları hansı komponentlərdən ibarətdir?  

Hüceyrədə zülalların strukturu nuklein turşularının quruluşundan necə 
asılıdır?  
 
 
 
Şəkilə baxıb suallara cavab verin:
1. DNT molekulu harada yerləşmişdir? 
2. m-RNT harada və necə sintez olunur? 
3. Zülalın quruluşu haqqında məlumat nüvədən sitoplazmaya necə ötürülür? 
4. m-RNT sitoplazmada hara yönəlir? 
5. n-RNT harada yerləşir?  
6. n-RNT özünə nəyi birləşdirir? 
7. Ribosomda nə sintez olunur? 
 
Fəaliyyət
 
Eukariot hüceyrəsində zülalın sintezinin sxemi 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə