103
tənbeh edə bilmərik axı. Elə deyilmi? Oxumurlar, heç
oxumasınlar.
Əsas odur ki, biz oxuyuruq.
Ən əsası isə belə yazılar illərdən bəri yazılır.
Bu da belə yazıların oxucuların çox böyük bir hissəsi
tərəfindən razılıqla qarşılanmasından xəbər verir. Həm
də respublikamızın bölgələrində gedən quruculuq işləri-
nin durmadan, ara vermədən getməsindən.
Yeri gəlmişkən, bu proseslər Avropa iqtisadiyyatının
lokomotivi sayılan Almaniyada ya getmir, ya da arzuo-
lunan səviyyədə deyil. Elə bunun nəticəsidir ki, alman
nəşrlərində “Drezden uğurlarını artırır”, ya da “Münhen
necə də gözəlləşib” kimi yazılara rast gəlmək mümkün
deyil.
Almaniya mətbuatında belə yazılar getmirsə, o biri
Avropa ölkələrinin nəşrlərində heç getməz.
Elə deyilmi?
www.avciya.az
22 avqust 2013-cü il
104
“CİHAD” KİTABI VƏ ÜZÜ TÜKLÜ GƏNC
İctimai nəqliyyatda kitab oxumağın ayrı ləzzəti var.
Mən bu imkandan tez-tez istifadə edirəm. Metro vaqon-
larında qət etdiyim minlərlə kilometr sayəsində indiyə
qədər onlarla kitab oxuya bilmişəm. Məlumatımı artır-
mışam. Üstəlik, məhz metroda kitab oxumağım sayəsin-
də ən azı bir maraqlı hadisənin şahidi, hətta iştirakçısı
ola bilmişəm.
Mən bu hadisə haqqında danışacağam.
Əslində, bu hadisə ilginc məqamları ilə diqqəti çəkən
kiçik dialoqdan başqa bir şey deyildi. Yerli-yataqlı nəql
etməyə çalışacağam.
Deməli belə. Təxminən bir il bundan qabağın söhbə-
tidir.
Metronun “Xalqlar dostluğu” stansiyasında qatara
minib şəhərə gəlirdim. Özü də məşhur tədqiqatçı Jil Ke-
pelin “Cihad: islamçılığın ekspansiyası və qürubu ” ki-
tabını oxuya-oxuya.
Qatar gəlib “28 May” stansiyasına yetişdi və mən ki-
tabı bağlayıb yerimdən durdum. Qatarı tərk edər-etməz
üzü tüklü, nimdaş geyimli bir cavan oğlan mənə yaxın-
laşıb oxuduğum kitabın adı ilə maraqlandı. Mən kitabın
cildini ona göstərdim. Kitabın cildində də Əfqanıstan
mücahidinin portreti var idi.
Gənc çox güman ki, kitabın cildində yazılanları başa
düşmədiyindən nəşrin adını soruşdu. Mən də dedim ki,
bu fransalı tədqiqatçının “Cihad” adlı kitabıdır və rus
dilindədir.
Cavan oğlan ikrah hissi ilə məni və kitabı süzərək
105
burada yazılanların “haqq” (bəli, bəli, məhz “haqq”)
olub-olmaması ilə maraqlandı.
Mən də öz növbəmdə təəccüblə ona baxıb bu kitabın
sadəcə olaraq tədqiqat işi olduğunu söylədim.
Söhbət bu yerə çatanda dərin zəka sahibi olmadı-
ğı açıq-aşkar sezilən oğlan təmənnasız olaraq ehtiyacı
olanlara ağıl öyrədən adamlara xas tərzdə dedi ki, din-
sizlərin yazdıqları kitabları oxumayım. Və kitab oxu-
yanda da, müsəlmanların, “öz alimlərimiz”in yazdıqla-
rını oxuyum.
Onun “öz alimlərimiz” deyəndə məhz hansı ölkənin
alimlərini nəzərdə tutduğunu öyrənməyə və bu gözəl,
həyatımı kökündən dəyişdirə biləcək məsləhətə görə
dərin təşəkkürümü, sərhəd tanımayan minnətdarlığımı
bildirməyə macal tapmadım. Nimdaş geyimli, üzü tüklü
oğlan əlindəki təsbehi yellədə-yellədə uzaqlaşdı...
Məsuliyyətlə deyə bilərəm ki, “28 May” stansiyasın-
dakı 1-2 dəqiqəlik dialoq heç vaxt yadımdan çıxmaya-
caq.
Kepelin kitabını isə sonrakı günlərdə oxuyub qurtar-
dım.
Çox maraqlı idi.
www.avciya.az
23 avqust 2013-cü il
106
BALTA
Bu yazının adı Türkiyədə lazım ola biləcəyindən yüz
dəfələrlə çox hallandırılmış “Balyoz” (yəni “Balta”)
məsələlərinə heç bir dəxli yoxdur və ola da bilməz.
Bu yazı Vikipediyada “metalik kəsici tilə malik olan,
sapaqda bərk oturdulmuş alət” kimi təqdim edilən balta,
daha doğrusu ölkəmizdə bu dəhşətli alətlə törədilən say-
sız-hesabsız qətl hadisələri ilə bağlıdır.
Son bir il, il yarım ərzində baş vermiş qətl hadisələri
haqqında verilən məlumatların bəzilərinə diqqət yetirək.
“Bakıda oğul valideynlərini balta ilə qətlə yetirib,
sonra evi yandırıb.”
“Mingəçevir sakini arvadını balta ilə qətlə yetirib”
“Qəssabı ət doğradığı balta ilə qətlə yetirən şəxsin
məhkəməsi başlayıb.”
“Ər arvadını balta ilə qətlə yetirib.”
“Paytaxtda qadını balta ilə qətlə yetirdilər.”
“Bərdə sakini qızını balta ilə doğradı.”
“Ər arvadının başını balta ilə kəsib.”
“Qubada ata oğlunun başını balta ilə kəsdi.”
Bu dəhşətli xəbərlərin sayı həddindən artıq çoxdur.
Ən dəhşətlisi isə, bizim hansısa oğlun öz valideynlərini,
hansısa ərin öz arvadını, hansısa atanın öz qızını və ya
öz oğlunu baltalayıb xüsusi qəddarlıqla qətlə yetirməsi
ilə bağlı xəbərlərə təəccüblənməməyimizdir.
Bəli, biz artıq belə xəbərlərə təəccüblənməyi yadır-
ğamışıq.
Və nə qədər ki, biz belə dəhşətli hadisələri az qala
adi hal kimi dəyərləndiririk, baltanın satışına qadağa
107
qoymaq, ya da bu prosesi hansısa formada tənzimləmək
lazımdır.
Şəxsən mən hər insanın balta almaq hüququna malik
olmasının qəti əleyhinəyəm.
Diqqət yetirək.
1791-ci ildən bəri ABŞ Konstitusiyası Amerika vətən-
daşlarının odlu silah saxlamaq və gəzdirmək hüququnu
təmin edir.
Gallup Tədqiqat Mərkəzi 2011-ci ildə Amerika qa-
dınlarının 43 faizinin evdə odlu silah saxlaması ilə bağlı
məlumat yaymışdı.
Amma ABŞ-da hər adam silah ala bilməz.
Məsələn psixi problemlər olan və ya əvvəllər məh-
kum edilmiş insanlar bu imkandan məhrumdurlar.
Tapança almaq üçün ABŞ vətəndaşının ən azı 21 yaşı
olmalıdır.
Üstəlik, silah almazdan əvvəl alıcı hökmən xüsusi
blankı doldurmalıdır.
Necə bilirsiniz, buna bənzər qaydaları balta satılan
mağazalarda tətbir etsək, dəhşətli qətl hadisələrinin sayı
azalarmı?
Ən əsası, baltalar bahalaşmaz ki?
www.avciya.az
26 avqust 2013-cü il
Dostları ilə paylaş: |