Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   18   19   20   21   22   23   24   25   26

108
STATUS MƏSƏLƏSİ
Bir yaz günü Koroğlu (özü də qocalmış, dəliləri ba-
şından dağılmış Koroğlu) Nigarı yanına salıb harasa ge-
dirmiş. Misri qılınc da belində. Yolun qırağında bir kişi-
nin bir cüt öküzü otardığını görür. Bir də baxır ki, kişinin 
çiynində “yarı taxta, yarı dəmir bir şey” var. Kişidən bu-
nun nə olduğunu soruşur. Kişi bu əşyanın tüfəng oldu-
ğunu deyir. Koroğlu bilmir ki, tüfəng nədir. Kişi də izah 
edir,  üstəlik,  Koroğlunun  çoxsaylı  xahişlərini  nəzərə 
alıb  tüfəngin  imkanlarını  nümayiş  etdirir. Yəni,  öküz-
lərindən  birini  vurub  öldürür.  Əlbəttə  ki,  qan  bahasını 
əvvəlcədən  aldıqdan  sonra.  Koroğlu  öküzün  doğrudan 
da öldüyünü görəndən sonra sazı bağrına basıb həmişəki 
kimi orijinallığı ilə seçilən fikirlərini səsləndirir. Bu fi-
kirlərin içində “Tüfəng çıxdı, mərdlik getdi hay, haray!” 
fikri də olur. 
Bax belə.
Sosial şəbəkələrdə status yazmaq imkanı yaranandan 
və əməlli-başlı dəbə minəndən sonra ənənəvi janrlarda 
ənənəvi tərzdə yazılıb elə ənənəvi yollarla təqdim edilən 
yazılar da canını tapşırmaq üzrədir. Və bu gün dostluq 
dairəsində  bir  neçə  yüz,  ola  bilsin,  hətta  bir  neçə  min 
dostu  olan  hansısa  az-çox  tanınmış  adam  işə  gələndə 
yolda  düşdüyü  tıxacdan  tutmuş  Bəşər  Əsədi  gözləyən 
aqibət barədə fikirlərinə qədər hər şeyi status yazmaqla 
auditoriya ilə paylaşa bilir. 
Üstəlik, fikirlərinin heç bir redaktor tərəfindən qay-
çılanmayacağına  əmin  olaraq.  Və  qədirbilən  dostların 
arasında status müəllifinin fikirlərini bölüşən insanların 


109
tapılacağı, həmin şəxslərin bir növ dəstəkləyici şərhlər 
yazması şərtilə.
Bu unikal imkandır. 
Fəsadları da var.
Məsələn, bir neçə ay bundan əvvəl “Los Angeles Ti-
mes” Humbold adına Berlin Universiteti və Darmştadt 
Texniki Universiteti alimlərinin apardıqları tədqiqat işi-
nin  nəticələrini  təqdim  edib.  Nəticələr  ürəkaçan  deyil. 
Heç demə Facebook bir çox adamların özlərini uğursuz 
hiss etmələrinə gətirib çıxarırmış. Üstəlik, həmin adam-
ların həyatı da görən gözləri olmur. 
Alman  alimlərinin  apardıqları  sorğuda  iştirak  edən 
respondentlərin üçdə biri Fasebook istifadəçilərinin sta-
tuslarını oxuyarkən həsəd hissi yaşadıqlarını etiraf edib-
lər. 
Bir sözlə, status yazanda ehtiyatlı olmaq lazımdır.
Bəlkə, oxucularınızın arasında sizin kimi status yaza 
bilməyənlər də var? 
www.avciya.az
28 avqust 2013-cü il 


110
MONOPOLİYA “OYUN”U 
Qeyri-rəsmi, sorğu-suala tutulacağı təqdirdə dediklə-
rindən dərhal imtina edəcək mənbədən aldığım məluma-
ta  görə  Rusiyanın  böyük  şəhərlərinin  birində  yekə  bir 
bazar var imiş. Həmin şəhərin və bazarın Rusiyanın bö-
yük şəhərləri və yepyekə bazarları arasında xüsusi yeri 
var imiş. Və ola bilsin ki, hələ də var. 
Həmin bu bazarda da bir eloğlumuz kafe işlədirmiş. 
Bu kafedə də bazarda işləyən adamlar səhər yeməyi də 
yeyirlərmiş,  nahar  da  edirlərmiş.  Bazarda  da  azərbay-
canlılar çox imiş. Və eloğlumuzun işi “xod”, özü də bərk 
gedirmiş.
Hə, günlərin bir günü işi “xod”, özü də bərk gedən 
eloğlumuz baxır ki, bazara gəlib-gedən alıcılar da, bazar 
ərazisində  zaman-zaman  toqqalarının  altını  bərkitməli 
olurlar. Amma, onun kafesinə yaxın gəlmirlər. Məlum 
olur  ki,  alıcılar  eloğlumuzun  kafesinə  bütün  gününü 
burada keçirən bəzi daimi müştərilərdən çəkindiklərinə 
görə gəlmirlər. Həm də onların çoxu bir növ ayaqüstü 
yemək yeməyə üstünlük verirmiş. Bu adamlar da acan 
kimi bazarın qapılarında qoyulmuş qril bişirilən qurğu-
lara üz tuturlarmış. 
Kafe işlədən soydaşımız dərhal qril qurğusu alıb ba-
zar qapılarının birinin ağzında yerləşdirir və bir müddət-
dən sonra görür ki, bu iş elə də gəlirli iş deyil. Çünki, 
yuxarıda qeyd edildiyi kimi, bazarın digər yerlərində də 
qril qurğuları var və alıcıların da bir çoxu toyuğu daha 
yaxşı qızardan o biri sahibkarlardan alır. 
Bunu  görən  eloğlumuz  bir  xeyli  düşünəndən  sonra 


111
bazar direktorunun yanına gedir. Və dostcasına bazarko-
mun strateji nöqtələrdə yerləşdirilmiş qril qurğularından 
ayda nə qədər gəlir əldə etməsi ilə maraqlanır. Bazar-
kom bu sualı səmimi cavablandırır. Kafe sahibi də dər-
hal bazarkomun ayda bütün qril qurğularından qazandı-
ğı pulun iki mislini təklif edir. Amma şərtini də bildirir.
Şərt də belə olur ki, bazar ərazisində olan bütün qril 
qurğularını eloğlumuz işlətməlidir. 
Razılıq  əldə  olunur  və  eloğlumuz  aşağı  keyfiyyətli 
toyuq  cəmdəklərini  qızartdırıb  satmaqla  yaxşı  pul  qa-
zanmağa başlayır. Hamı da ancaq ondan alır qrili. Çün-
ki, başqa qril satan olmur daha...
Sonra da bəzi ağzıgöyçəklər deyir ki, guya bizimkilər 
işləməyi bacarmırlar.
Bacarırlar!
www.avciya.az
29 avqust 2013-cü il 


112
BƏŞƏR VƏ BƏŞƏRİYYƏT
Yer kürəsində hər 0,24 saniyədə 1 uşaq doğulur.
Və hər 0,56 saniyədə bir insan dünyasını dəyişir.
Planetdə 7 milyarddan artıq adam yaşayır.
Və bu milyardların 22 517 750 nəfəri 2011-ci ildə Su-
riyada yaşayırdı.
Elə həmin ilin martında başlanmış münaqişə nəticə-
sində artıq 100 000-dən artıq insan həlak olub bu ölkədə. 
Əlbəttə, öz əcəli ilə ölənlər də var. 
Əlbəttə, dünyaya gələnlər də var. 
 Və  UNİCEF  1  milyondan  artıq  azyaşlı  suriyalının 
ölkəni tərk edib qonşu dövlətlərə sığındığını bəyan edib. 
Şərqi Qutada kimyəvi silah tətbiq edildikdən sonra hə-
lak olmuş 1300-dən artıq adamın da təqribən 70 faizinin 
qadınlar, uşaqlar olduğu bildirirlir...
Bu hadisələr 2013-cü ilin ikinci yarısında baş verir. 
Bütün dünyanın gözü qabağında. 
Dünya əlbəttə ki, əlini-qolunu yanına salıb oturma-
yıb. Dünya Suriyaya hücum etməyin vacibliyini vurğu-
layan və bunun əleyhinə olan ölkələrə bölünüb. Üstəlik, 
bölünmüş dünya tam başa düşüb, həm də qəbul edib ki, 
BMT uzaq Nyu-Yorkdakı Manhetten adlı adada yaraşıq-
lı mənzil-qərargahı olan böyük təşkilatdan başqa bir şey 
deyil. Və bu dünya Suriyada 2 ildən bəri bir-birini qı-
ran 2 tərəfin hər birini yetərincə dəstəkləyən qüvvələrin 
mövcud olduğu dünyadır.
  Və  bir  də,  bu  dünyada  kütləvi  qırğın  silahlarının 
tətbiqinə çox pis baxırlar. Məntiq də az qala belədir ki, 
adi silahlarla istədiyin qədər adam qıra bilərsən, amma 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə