601
antisovet əsərdir. Bundan az sonra partiya fəallarının iclası oldu. Vəli Axunlov böyük
məruzəylə çıxış etdi. Bəlkə də bu qeyri təvazökar səslənəcək, amma həmin yığıncaqda
böyük bəstəkar Qara Qarayevin məni müdafiə edən sözlərini gətirəcəm: «Mən çox
istedadlı Azərbaycan yazıçısı Anara qarşı əsassız tənqidi qətiyyətlə rədd edirəm».
Yaxud «Yazıçı padşahın nağılı». Mən bu hekayəni Moskvada da göstərmişdim.
«Drujba narodov» jurnalının məsul katibi Şilovtsevə mənə çox xeyirxah münasibət
bəsləyirdi. Hekaəni oxuyub dedi «Anar, bunu nəinki çap etməzlər, sən, ümumiyyətlə, onu
heç kəsə göstərmə». O, hesab edirdi ki, əsər son dərəcə kəskindir. Cavab verdim ki, hekayə
Bakıda çap olunub.Mat qaldı: «Ola bilməz!» Sonra mən hekayəni «Nedelya» ya Makarova
göndərdim, o mənə məktub yazdı: «Əziz Anar, gözəl əsərdir, amma indiki zaman üçün
deyil». Yenidənqurma başlanandan sonra, senzura bir az zəifləyəndə hekayə «Nedelya»da
dərc olundu.
Amma başqa hallar da olurdu,bəzən biz yaşılarımızı əvvəlcə Moskva qəzet və
jurnallarında çap edirdik,yalnız bundan sonra Azəbayxanda dərc etdirə bilirdik. Mənim
Cəlil Məmmədqulazadə haqqında «Anlamaq dərdi» məqaləmi «Novıy mir» çap etdi.
Yalnız bundan sonra İsmayıl Şıxlı onu «Azərbaycan» jurnalında dərc etdirə bildi. Belə də
olurdu.
Yəni biz hər zaman senzurayla,partiya orqanlarıyla qarşudurmada idik. Mən
ədəbiyyatda az- çox əhəmiyyətli nə etmişəmsə hamsı müqavimətlə qarşılanıb. Bizim xilas
edən yeganə amil Heydər Əliyev idi. O məsələni partlayışa çatlırmaq istəmirdi. Bəlkə ona
görə ki, Moskvada bizdə dissilent ədəbiyyatı olmasını düşünmələrini istəmirdi. Bizi
qoruyaraq o özünü də qoruyurdu. Bəlkə də bizə şəxsi rəğbətinə görə, «onlar da bizimkidir»
fikriylə.
ELMİRA AXUNDOVA .
«Sizin aranızda ən böyük dissident mən özüm idim».
Heydər Əliyev haqqında xatirələrdən.
«Azerbaydjanskie İzvestya» qəzeti 15 iyun 2007.
602
1976-cı ildə Anarın «Qəm pəncərəsi» əsərinin motivləri əsasında «Dindirir əsr bizi»
adlı tamaşa çəkdim. Çox təəssüf ki, cəmisi bircə dəfədən sonra televiziyanın o vaxtkı
rəhbərliyi tamaşanının mürəkkəb çalarlarından, kəskinliyindən ehtiyatlanıb onun
nümayişini həmişəlik dayandırdılar.
RAMİZ HƏSƏNOĞLU
(«Maarifçi» qəzeti)
Problem onda idi ki, televiziyaya qeyri peşəkar ,kino istehsalatından başı çıxmayan
adamlar rəhbərlik edirdi. Mən Səttar haqqında filmi tamamlayandan sonra o vaxt Radio-
televiziya Komitəsinin sədr müavini işləyən Nəbi Xəzri filmə baxıb: -Bü nədir? - dedi -
Sən onu meymuna dönlərmisən. Mən belə filmi qəbul edə bilmərəm.
Durub getdi. Anarla məsləhətləşdik, o MK-ın idealogiya üzrə katibi Cəfər Cəfərovun
yanına getdi. Cəfərov filmə baxıb heyran oldu:
-Dahiyanədir - dedi və bununla bütün söhbətlər kəsildi.
Anarın ssenarisi əsasında çəkilmiş
«Bu - Səttar Bəhlulzadədir» filminin quruluşçu rejissoru
«RAMİZ AXUNDOVUN Mən hər şeyi demişəm»
başlıqlı söhbətindən .
«Exo» qazeti 13 yanvap 2007
70-ci illərin sonu. Tədris teatrında Anarın «Zəncirbənd» qaravəllisini səhnələmişəm,
daxili baxış gedir -sonunda rəhbərlik tamaşanın oynanılmasına izn verməlidir. Toplaşanlar
gülür, amma və lakin İncəsənət İnstitutunun o vaxtkı rektoru,hörmətli akademik Aslan
Aslanov gülmür. Fasilədə bəndənizi kabinetinə çağırır və əsərin mətnini tələb edir. Mən
hələ heç nə anlamıram. Akademik personajların siyahisini diqqətlə gözdən keçirir və əsəbi
halda rejissoru danlamağa başlayır. Yalnız bundan sonra məsələni anlayıram. İş bu
ki,qaravəlli canrına uyğun dramaturq personajların adlarını və soyadlarını eyni sözlərdən
tərtib edib: Əvəz Əvəzov, Səməd Səmədov, Əhməd Əhmədov və s. Rektorun qəzəbinə
603
səbəb o oldu ki,sən demə,bir çox personajların «adaşları» Mərkəzi Komitədə,Nazirlər
Sovetində,Təhsil Nazirliyində, Elmlər Akademiyasında və başqa strukturlarda vəzifə
başındadır.Tamaşada isə hər personacın səhnəyə gəlişindən öncə iri tablolarda yazılmış
adları təqdim olunurdu…
-Məni hamıyla düşmən eləmək istəyirsən? Bütün adları dəyiş.-Baş üstə. Amma
birdən yeni adların da prototipi… Üzr istəyirəm, analoqu çıxsa?
Çox müşkül məsələylə uğraşmalı oldum.Elə ki,bir ad təklif edirdim, akademik azca
düşünüb rədd edirdi, çünki məlum olurdu ki, bu adda filan yerdə şöbə müdiri var ya filan
nazirliyin məsul işçisidir. Nəhayət, rektor təslim oldu və bundan bir az da qeyzləndi: -
Pyesi götürəndə gərək düşünəydin. Ağzıgöyçəklər əyri yozub hər şeyi Aslan Aslanovu
adına yazacaqlar.
Əsl qaravəlli bu idi, yazıqlar olsun ki, olayı tamaşaya sala bilmədiym, amma və
lakin teatrın direktoru İsrafil İsrafilov mənlə razı deyildi.
VAQİF İBRAHİMOĞLU.
Ötüb keçən olaylar.Məzəli mozaika.
«Yeni Müsavat» qəzeti 25 may 2000
TORPAQ, SU, OD, SƏMA - ÖMRÜN QƏRİBƏ MƏQAMLARI
Bir dəfə Türkiyədə bir jurnalist məndən müsahibə alarkən qəfil və qəribə bir sual
verdi: Ömrünüzdə təhlükəli anlar olubmu, yəni ölümlə üz-üzə durduğunuz,ölümə yaxın
olduğunuz məqamlar?
Doğrusu, heç bir vaxt bu barədə düşünməmişdim və bu qəribə suala da cavab verə
bilmədim. Sonra gecə vaxtı nədənsə bu sual yadıma düşdü və yuxusuzluq saatlarında bu
barədə düşünməyə, həyatımın müxtəlif olaylarını xatırlamağa başladım və gördüm ki,
həqiqətən bir neçə dəfə ölümün yaxın hənirini duymuşam. Elə gecəykən, unutmayıb deyə
bunları qeydə aldım. Bir neçə gün sonra bu tələsik gecə qeydlərini açmağa çalışanda
Dostları ilə paylaş: |