Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə185/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   181   182   183   184   185   186   187   188   189

610 

 

ildırım, şimşək çaxmağa başladı, şimşəklər dikuçarın hər təfərindən parlayırdı. Faiqdən:  - 



Belə havalarda siz də uçursunuz? - deyə xəbər aldım.  

Bir  qədər  tərəddütlə:  -hə  -dedi.  Gəlib  platforma  çıxdıq,  yenə  də  şimşəkli,  ildırımlı 

səmayla  geriyə  qayıtdıq  və  yalnız  yerə  enəndə,  Faiq:  -Allaha  dua  edirdim  ki,  salamat 

qurtaraq, biz heç belə havada uçardıq? Fikirləşirdim ki, yaxşı, mən mütəxəssisəm, mənim 

peşəmdir, bu yazığın (yəni mənim) təqsiri nədir? 

Səma  təhlükələrindən  başqa  bir  epizod:İtaliyadan  qayıdırdıq,  noyabr  ayı  idi. 

Moskvaya çata-çatda elan etdilər ki, Moskva qəbul etmir, Leninqrada uçaçayıq. Təxminən 

bir  saatdan  sonra  yenə  elan  verdilər  ki,  Moskvaya  qayıdırıq.  Demə  şassilər  donub 

açılmırmış və bu səfər də belə bir xətadan qurtardıq.  

Səmayla bağlı daha bir epizod-mənimçün həm xilasedici, həm də kədərli, amma bir 

çox dostum üçün faciəylə nəticələnmiş epizod… 

Tofiq  İsmayılov  təzəcə  Dövlət  katibi  təyin  olunmuşdu.  Eyni  günlərdə  hansısa 

qohumu rəhmətə getmişdi. Yasa gəlmişdim. Çıxanda Tofiq məni qapıyacan ötürdü:- Sağah 

Qarabağa uçuruq, - dedi,- biri gün qayıdan kimi görüşək, səninlə vacib söhbətim var. 

İndi  fikrləşirəm  ki,  əgər  Tofiq  mənə  onunla  getməyi  təklif  eləsəydi,  şübhəsiz 

gedəcəydim və faciənin qurbarlarından biri də mən olacaqdım. Sanki Allah özü məni nəyə 

görəsə bu xətadan qurtarmışdı. 

Torpaq, su, od, səma söhbətini sona yetirərkən bir hadisədən də danışmaq istəyirəm. 

Əlbəttə  bu  hadisədə  ölüm  məsələsi  yoxdu,amma  öz-özlüyündə  o  da  müəyyən  qədər 

təhlukəli  əhvalat  idi.  İrana  getmişdik,  Bakıda,  ad  günümdə  kimsə  mənə  video  kamera 

bağışlamışdı  və  ilk  dəfə  onu  İranda  sınaqdan  keçirmək  üçün  özümlə  götürmüşdüm. 

Urmiyada  bir  iranlı  tanışımız  mehmanxanaya  gəldi,  Zemfirayla  məni  şəhəri  gəzməyə 

apardı. Maşını özü sürürdü. Şəhərin görməli yerlərində maşından düşürdük, kameranı işə 

salırdım. Bir yerdə də beləcə çəkdiyim zaman bir əsgər bizə yanaşdı, farsca tanışımıza nəsə 

dedi və o rəngi qaçmış halda kameranı məndən alıb-bağışlayın, indi gəlirəm-deyə əsgərlə 

getdi.  Onu  xeyli  gözləyəndən  sonra  ardınca  biz  də  girdikləri  qapıya  tərəf  getdik.  Qapını 

döydük, açdılar, bizi içəri buraxdılar. Yalnız bu vaxt məsələdən agah olduq. 



611 

 

Demə  bura  əmniyyət  idarəsi  imiş  və  kamerayla  çəkdiyim  kadrlara  bu  binanın  bir 



qırağı  düşübmüş.  Elə  buna  görə  də  tanışımızı  sorğu-suala  tutmuşdular.  Kameranı  istəyib 

binadan çıxmağa cəhd edəndə  məlum oldu ki, bu mümkün deyilmiş, qapıları bağlamış və 

bizi  İran  əmniyyatının  təcridxanasında  az  qala  dustaq  kimi  saxlamışdılar.  Rəisləriylə 

görüşməyi  tələb  etdim.  Bizi  rəisin  otağına  apardılar.  Otaqda  başqa  bir  məmur  da  vardı. 

İkisi də azərbaycanlı idi. Tanışımız çox pərişan görünürdü… Ayaq üstə ölüb getmişdi, axı 

bizdən fərqli olaraq o İran vətəndaşı idi. 

-Bizi niyə saxlayırsınız?-deyə soruşdum. 

-Əmniyyət  idarəsinin  (bilmirəm  İdarənin  adını  necə  dedi,  amma  məsələni  başa 

düşdük)) videoya çəkdiyinə görə . 

-Biz nə bileydik ki, bu nə binadır ?  

 -Gərək sizi müsafir edən biləydi 

İranlı tanışımız: 

-Mən də bilmirdim - dedi.  

Məni hirs boğurdu, özümü güclə saxlayaraq: 

-Axı  kadra  binanın  bir  parçası  düşübsə  bunun  nə  əhəmiyyəti  var  -  dedim  -indi 

kosmosdan haranı desən çəkirlər. 

-Buranı çəkmək yasaqdır, 

-Mən  bu  kamerayla  Amerikada  Pentaqonu  çəkmişəm  -  deyirdim,  düz  demirdim. 

Pentaqonu - zadı çəkməmişdim, acıqca belə deyirdim. 

-Pentaqonu çəkib neylədin? - mənimlə «sənlə» danışırdı. 

-Ruslara satdım - dedim. 

Zemfira pəncəyimin ətəyini çəkir, pıçıltıyla:  

-Heç zarafatın yeridir - deyirdi, - görmürsən yumor-zad qanmırlar. 

Əlqərəz xeyli çənə -boğaz olduq. 

Sonralar Zemfirayla müzakirə edirdik ki, mehmanxanadan çıxanda heç kəsə hara və 

kiminlə  getdiyimizi  deməmişdik,  sabah  vətənə  dönməliydik.  Bunlar  bizi  cəsusluqda 

ittiham  etməsələr  də,  hər  halda  üç-beş  gün  burada  saxlaya  bilərdi  və  bizimkilərdən  heç 



612 

 

kəsin də bundan xəbəri olmazdı. Amma görünür, mənim ötkəm danışmağımın və deputat 



nişanımın təsiri oldu. Axır ki, kameranı saxlamaqla bizi buraxdılar. 

Gündüzdən danışmışdıq ki, urmiyəli dostumuz şəhər gəzintisindən sonra bizi evinə 

aparacaq, amma o indi elə halda idi ki, heç üstünü vurmadı, bizi mehmanxanaya çatdırıb 

tələsik xudahafihləşdi. Səhər tezdən kameranı gətirdilər, binaya aid kadrları pozmuşdular. 

 

ANAR – AMBARYAN 

 

İndi  hamımızın  tanıdığımız  və  sevdiyimiz  istedadlı  yazıçımız  Anar  ADU-nun 

filologiya  fakultəsində  oxuyurdu.  Mən  də  fakültənin  müəllimi  idim.  Anarı  çalışqan,  milli 

ruhlu,  vətənpərvər,  abırlı-həyalı  bir  gənc  kimi  tanıyırdım.  Dekanlıqda  ciddi  bir  söhbət 

gedirli  ki,  hərbi  kafedrada  podpolkovnik  Ambaryan  Anarla  tutuşub,  onu  imtahandan 

kəsmək,  qiymət  vermək  istəmir.  Məsələ  ciddidir.  Ambaryan  Anarı  Univrsitetdən 

qovdurmaq,  məcburi  hərbi  xidmətə  göndərmək  qəsdindədir.  Həm  də  Anar  haqqında 

həqiqətə uyğun olmayan söz-söhbətlər yayır. Mən Ambaryanı və hərbi kafedrada işləyən 

azerbaycanlı  zabitləri  tanıyırdım.  Onlarla  söhbətləşdik,  amma  ümid  az  idi.  Anarın 

savadına,  ciddiliyinə,  məsuliyyət  hissinə  mənim  şübhəm  yox  idi.  Ancaq  onu  da 

öyrənmişdim  ki,  Ambaryan  məşğələlərdə  tələbələrin,  xüsusilə  qarabağlı  gənclərin 

ünvanına  təhqiramiz  sözlər  işlədir.  Anarın  da  Ambaryandan  və  onun  dərsindən  zəhləsi 

gedirdi. İş elə gətirdi ki, Ambaryan jurnalistika şöbəsinin rus bölməsində oxuyan, həm də 

vecsiz  oxuyan  bir  yaxın  qohumunu  məndən  xahiş  edəsi  oldu.  Özü  də  iki  fənndən 

imtahandan.  Söhbətimiz  qəti  oldu.  Ona  bildirdim  ki,  əgər  haqsız  yerə  incidilən  Anara 

qiymət verməsə, qohumu da qiymət almayacaq. Məsələ necə deyərlər həll olundu. 



ŞİRMƏMMƏD  HÜSEYNOV 

.«Anar -  Ambaryan». 

«525-ci qəzet» 25 oktyabr 1997 

 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə