Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə186/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   181   182   183   184   185   186   187   188   189

613 

 

Vəli müəllim mənə qəfil bir sual verdi: de görüm, Anar bilir, sən onun xilaskarısan? 



Qəfil sualdan tutuldum, hansı Anar, nə xilaskar? - deyə soruşdum. - Yazıçı Anarı deyirəm, 

59-cu  ildə  sən  onu  xilas  eləməsəydin,  onu  döyəcəkdilər,  maşın  altına  atacaqdılar.  Olay 

yadıma  düşdü  və  dedim  ki,  mən  Anara  heç  nə  deməmişəm,  onunla  şəxsi  tanışlığım  da 

yoxdur. Dedim ki, Vədi müəllim, Anarı onda  

Siz  xilas  etdiniz,  axı  onun  xilaskarı  Siz  oldunuz.  Dedi,  hələ  indi  də  Anarla  şəxsi 

tanışlığın yoxdur, ancaq onu o dövrdə müdafiə edirdin, bu nə ilə bağlı idi? Dedim bu heç 

nə  ilə  bağlı  deyildi,  Anar  Rəsul  Rzanın  oğlu  olduğuna  görə  onu  müdafiə  edirdim.  Vəli 

müəllim  öncə  ciddi  şəkil  alıb  duruxdu,  xeyli  güldü  və  dedi:  O  vaxt  soruşdum  ki,  onlar 

Anarı niyə döymək, maşın altına salmaq istəyirlər, dedi Rəsul Rzanın oğlu olduğuna görə. 

İndi də deyir ki, Anar Rəsul Rzanın oğlu olduğuna görə mən onu qormaq istəyirdim.  



BƏHMƏN SULTANLI 

VHR sədrinin birinci müavini

fizika-riyaziyyat elmləri namizədi. 

 Xalidə Əlizadənin Vəli Məmmədova həsr olunmuş  

«Xalqımın Vəlisi, millətin səsi» kitabında 

Anarın  şərhi:  Universitetdə  tələbəlik  illərimdə  kimlərinsə  məni  döymək  və  maşın 

altına  atmaq  niyyəti  haqqında  bu  fantastik  əhvalatı  .ilk  dəfə  yuxarıda  adı  keçən  kitabda 

oxudum.  Rəhmətli  Vəli  Məmmədovla  Moskvada  deputatlıq  illərimizdə  çox  yaxın  idik, 

amma bir dəfə də olsun bu barədə mənə bir şey deməmişdi.    

 

ADAŞLAR 



 

ANS  teleşirkətinin  sabiq  redaktoru  Anar  Yusifoğlu  hazırda  «525-ci  qəzet»də 

parlament  müxbiri  kimi  çalışır.  Qəzet  yazarı  kimi  fəaliyyətinin  ilk  günlərində  «525-ci 

qəzet»in səhifələrində «ANAR» imzası ilə çıxış elən reportyor, sonradan bir qayda olaraq 

açıq formada - «Anar Yüsifoğlu» imzası ilə yazmağa başladı. İlk baxışda o qədər də qeyri-

adi bir hadisə deyil. Ancaq Anar bəyi bu addımı atmağa məcbur elən səbəb kifayət qədər 




614 

 

ciddi əsaslara söykənir. Məsələ burasındadır ki, Azərbaycanda «ANAR» imzası ilə tanınan  



ən  məşhur  şəxs  Yazıçılar  Birliyinin  sədri  Anar  müəllimdir.  Hər  şey  də  bundan  başlayıb. 

Anar  müəllim  imzası  qəzet  səhifələrində  hansısa  siyasi  təhlil  məqaləsinin,  yaxud 

informativ  materialın  altında  görərək  əməlli-başlı  narahat  olub.  Deyiənə  görə,  bundan 

sonra Anar müəllimin yardımçılarından biri «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidə 

zəng  edərək  şefinin  müxbir  adaşının  yazılarına  fərqli  imza  qoyulmasını  xahiş  edib.  Və 

bundan sonra jurnalist Anarla yazıçı Anarı ayırd etmək üçün imkan yaranıb.  

Məsələyə  aydınlıq  gətirmək  məqsədi  ilə  görüşlərimizin  birində  Anar  Yüsifoğlunu 

sözə tutduq. Həmkarımız əlavə heç bir şey söyləməyib, vəziyyətdən xəfif təbəssümlə çıxdı. 

İndi Azərbaycanda bir Anar var - yazıçı Anar. Anar Yusifoğlu da bir dənədir. Belə 

yaxşıdır. Hərənin öz adı var. 



Tural Abbas. 

 «Anar Anardan xahiş edib: Mənim adımı adına yazma»! 

«Yeni Müsavat» qəzeti  24-30 yanvar 1999 

 

Məşhur  altmışıncılarrın  görkəmli  nümayəndəsi  Anarın  70  yaşı  tamam  olur.  Anar 



ömrü  bütünlüklə  təkcə  yazıçı  yox,  ümumiyyətlə  ziyalı  anlayışına  bir  örnək,  nümunədir. 

Yəqin elə bu səbədəndi ki, xalq həmişə haqqı tapdanan dönəmlərdə ədaləti Anardan tələb 

edir. Və Anar da öz xalqı qarşısında borcundan bir yazıçının gücü daxilində olandan artıq 

çıxır.  Çünki  görkəmli  yazıçı  xalq  qarşısında  məsuliyyəti  bir  an  belə  unutmur.  Xalqın 

yazıçıya dərin ehtiramının bir nümunəsi də onun adını məhəbbətlə övladlarına verməsidir. 

Biz  də  öz  növbəmizdə  «525-ci  qəzet»  olaraq  Anarın  70  illik  yubileyi  münasibətilə  onu 

təbrik etməklə yanaşı, bu adın daşıyıcıları olan müxtəlifı peşə sahiblərinə müraciət etdik. 

Beləliklə, 

 ANAR YUSİFOĞLU. 

İctimai Televiziyanın  

Analitik proqramlar departamentinin direktoru 

 



615 

 

-Məndən  Anar  haqqında  soruşunsunuz,  adımın  Anar  olduğuna  görə.  Yoxsa,  Anar 



haqqında danışmaq mənlik olmazdı. Amma bəlkə də olardı. Axı mən də Anaram. Ona görə 

özümə sual verirəm: Səncə Anar kimdir? 

Anar  Azərbaycan  ədəbiyyatındakı  60-cılar  dalğasının  böyük  nümayəndəsi  və 

yaradıcılalırından biridir. Anarın Çingiz Aytmatov, Oljas Süleymenov, Orxan Pamuk kimi 

öz romanlarını dünyaya çıxara biləcək potensialı və haqqı var. Amma gorəsən inzibati işlər 

ona  bu  məsələdə  çox  da  mane  olmadı  ki?    «Qobustan»da,  sonra  Yazıçılar  Birliyindəki 

işlərini  nəzərdə  tuturam.  Təkcə  «Dədə  Qorqud»un  ssenarisiylə  Anar  «Kitabi  Dədə 

Qorqud»la yanaşı, bütün türk mifologiyasından çıxış edib. Əslində Anar ədəbiyyatımızda 

bir Təhminə və Zaur əfsanəsit də yaratdı. Anarın böyuklüyü bir də ondadır ki, kimsə «Anar 

bitib,  Anar  tükənib»  demir.  Hələ  də  gözləyirik.  Anar  -anmaq,  anlamaqdan  əvvəl  qədim 

türk  tayfasının  adıdır.  Bu  adı  qaytaran  da,  bərpa  edən  də,  məşhurlaşdıran  da  ODUR  və 

deməli,  ölkənin  BİRİNCİ  ANARıdır.  Və  sonuncu  Anar  da  olmayacaq.  14  martda  Anar 

adının  yeniləşməsinidən  70  il  ötür.Köhnəlməyən  yeniliyə  görə  ONU,  bu  adı  daşıdığıma 

görə, deməli, özümü də təbrik edirəm. 



ANAR İSGƏNDƏROV 

tarix elmləri doktoru 

 

-Mənə  Anar  adının  qoyulması  yalnız  xalq  yazıçısının  adı  ilə  bağlıdır  və  bu  mənim 



üçün  şərəfdir.  Anarı  ölkənin  ən  böyük  ziyalılarından  biri  kimi  tanıyıram.  Onun  əsərləri 

mənim  həyatımın  dönüş  nöqtəsi  olub.  O,  həyatda  bir  insana  lazım  olan  nə  şərəfli  zirvə 

varsa, hamısına çatıb. 

ANAR ŞABANOĞLU 

Mosavada yaşyan iş adamı 

 

-Anar haqda fiikilər, Anar sevgisi 3-4 cümləyə sığmaz. Anar bir epoxadır. Təbii ki, 



Rəsul Rzanın, Nigar Rəfibəylinin və Anarın adlarını mən hələ məktəbə getməzdən əvvəl 

bilirdim.  Bu  ailə  haqda  bizdə  kitab  vardı,  səhv  etmirəmsə  elə  Anarın  kitabı  idi.  Onu 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə