Úàâèäè õàòûðëàðêÿí
33
Tənqidçi Yaşar Qarayevin məqaləsi qismən fəlsəfi aspektdə
işlənmişdir. Məqalənin belə işlənməsinə, şəksiz, Hüseyn Cavid
fəlsəfəsinin təsiri olmuşdur.
Yaşar Qarayev “Şeyx Sənan” və “İblis” faciələri, Hüseyn
Cavid romantizmi haqqında yeni mülahizələr söyləmiş, Sənan və
İblisin fəlsəfi konsepsiyalarını izah etməyə çalışmış, yeri gəldikcə
sənətkarlıq məsələlərinə toxunmuşdur. Onun romantik faciələrin
səciyyəvi xüsusiyyətləri barəsindəki fikirləri daha maraqlı görü-
nür. Müəllifin fikrincə, Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına
əsas xidmətlərindən biri budur ki, o, milli romantizmimizdə tragik
xarakterlərin, romantik qəhrəmanların, dramatik konflikt və kol-
liziyaların yeni tipini yaratmışdır.
Bizim ədəbiyyatşünaslığımızda “Şeyx Sənan” faciəsi adətən
Şeyx Əttarın məlum mənzuməsilə, “İblis” isə “Faust”, “Demon”,
“Habil” və s. romantik əsərlərlə müqayisə olunmuşdur. Yaşar
Qarayev, necə deyərlər, bu ənənəni pozmuşdur. Böyük alim və
filosof Faustu böyük mütəfəkkir və filosof Sənanla müqayisə
etdirmiş, Faustun “əkinçilik sxolastik fəlsəfəçilikdən yaxşıdır”,
Sənanın isə “azad duyğuların təbiiliyi bə sərbəstliyi hər şeydən
yüksəkdir” komsepsiyalarında bir yaxınlıq axtarmışdır. Drama-
turqu “kənar mövzulara uymaqda” ittiham edənlər barəsində
demişdir: “... Əlbəttə, bu ittihamlarda müəyyən həqiqət vardır.
Lakin burada bir cəhəti də nəzərdə tutmaq vacibdir. Bu “kənar
mövzular” əslində bizim poeziyaya həmişə doğma olan Şərq
mövzuları idi. Cavidlə bizim dramaturgiyaya bir tərəfdən də Şərq
daxil olurdu. Məgər bu, milli dramaturgiyanın yalnız zənginliyi
xeyrinə deyildimi?..”
Yaşar Qarayev “Şeyx Sənan” və “İblis” romantik faciələrində
qoyulan problemlər, irəli sürülən fəlsəfi konsepsiyaları aydınlaş-
dırmaq üçün maraqlı ədəbi paralellər aparmış, romantik faciələrdə
tragik konfliikti doğuran səbəbləri göstərmişdir. Onun düşündü-
yünə görə, dramaturqun faciələrində tragik konfliktlər çox vaxt
“bəşəriyyətçilik” və “ümumi məhəbbət” ideyaları, humanizm və
maarifçilik ideyaları cəbhəsindən həll edilmişdir. Romantizm hə-
Úàâèäè õàòûðëàðêÿí
34
min faciələrin bədii obrazlar sistemində özünü göstərir. “İblis”i
Cavid romantizminin yeni böyük nümunəsi hesab edən tənqidçi
yazmışdır: “... İblisin qüvvəsi onun allahı və dünya işlərini özün-
dən də şərir, özündən də betər hesab etməsindədir. O, bütün dün-
yaya, allahın özünə belə, öz şərarət fəlsəfəsinin təsdiqi kimi
baxır.”
Mefistofel, Lüssifer, Demon və İblis surətləri nə üçün yaran-
mışdır? Bu mürəkkəb sual tənqidçinin düşündürmüşdür. O, belə
surətlərin yaranmasını müəyyən əxlaqi-fəlsəfi sistemlərin və zid-
diyyətlərlə dolu olan epoxalarla bağlamış, XX əsrdə Azərbaycan
ədəbiyyatında “İblis” faciəsinin meydana gəlməsini tarixi dövrlə
əsaslandırmağa çalışmışdır.
“Peyğəmbər” və “Topal Teymur” tarixi dramları nə üçün
yazılmışdır? Nə üçün həmin mövzularda məhz Hüseyn Cavid əsər
yazmışdır? Həmin suallar Azərbaycan filoloqlarının bir neçə
nəslini məşğul etmişdir. Suallar cavidşünaslıqda bu gün də aktual
olaraq qalır. Yaşar Qarayev belə bir aktual problemlə əlaqədar
olaraq Məmməd Cəfərin mülahizələrini nəzərə çarpdırmışdır,
“Peyğəmbər” və “Topal Teymur” tarixi dramlarının yaranmasını
dramaturqun “ideya böhranlarının nəticəsi” və “qəhrəmansızlıq
əlaməti” kimi izah etmişdir. Məncə, bu inandırıcı deyildir... Bu
ciddi məsələnin üzərinə yenidən dönməyə, daha dərin elmi
araşdırmalar aparmağa ehtiyac vardır.
“İblis” faciəsinin əsas qəhrəmanlarından biri olan Arif surəti
haqqında çox yazılmışdır, maraqlı fikirlər deyilmişdir. Həmin
surətin təhlil və tədqiqindən Abdulla Şaiq, Əli Sultanlı, Məmməd
Cəfər, Məsud Əlioğlu, Yaşar Qarayev və başqaları ilə yanaşı,
Əbülfəz İbadoğlunun da müəyyən xidmətləri vardır. O, Arifin
xarakterini, dünyagörüşünü İblis və İbn Yəmin surətlərilə, Şeyda
və İdeal (A.Şaiq, “İdeal və insanlıq”) obrazları ilə müqayisədə
açmış, Kirmanşahlı ilə polemikaya girmiş, onun tənqidi mülahi-
zələrilə razılaşmamışdır. Məqalə müəllifinin fikrincə, Arifin
kədəri dünya kədəridir, bəşəri kədərdir.
*
Bəs Arifdə bu kədəri
*
Yaşar Qarayevdən qabaq A.Şaiq və Ə.Sultanlı da bu fikirdə olmuşlar.
Úàâèäè õàòûðëàðêÿí
35
doğuran səbəb nədir? Araşdırıcının inamınca, düşdüyü mühiti
dəyişmək yollarını bilməmək; şair Arifi bilavasitə sxolastik fəlsəfi
konsepsiyaya mənsub olan bir ziyalı kimi qələmə almışdır.
Əbülfəz İbadoğlu “romantizmin atası” Viktor Hüqonun in-
san, onun mənəvi iztirabları və sarsıntıları haqqında fəlsəfi kon-
sepsiyası ilə Hüseyn Cavidin “İblis”də irəli sürdüyü fəlsəfi kon-
sepsiya arasında oxşarlıq axtarmışdır. Bu oxşarlıq isə ayrı-ayrı
epoxalarda yaşamış iki dahi sənətkarın birinin digərini təkrarından
deyil, mənsub olduqları romantizm yaradıcılıq metodundan irəli
gəlir.
“İblis” faciəsinin yaxşı tədqiqatçılarından biri olan Əbülfəz
İbadoğlu həyatı, ictimai quruluşu daha yaxşı dərk etmək üçün
yeni fəlsəfi konsepsiyalar axtaran fərdiyyətçi, şübhəçi, tərəddüd-
çü, bədbin və cani Arifin xasiyyəti, dünyagörüşü barədə diqqəti
cəlb edən mülahizələr yürütmüşdür. Dramaturqun ictimai mühit
və tarixi şəraitin insan psixolojisinə təsiri haqda fəlsəfi düşün-
cələrini, “Arif üstəgəl altun üstəgəl silah bərabərdir cinayət”
formulasından çıxış edərək, onun ziddiyyətlərini və fəlsəfi baxış-
larını açıb göstərməyə təşəbbüs göstərmişdir.
Görkəmli italyan filosofu və şairi Cordano Bruno demişdir: -
Həqiqət yolu çətin yoldur. Odur ki, çox az adam bu yolla qədəm
qoyur. Amma bu yolun zirvəsinə çatanların qarşısında son dərəcə
gözəl bir mənzərə açılır.
Hüseyn Cavid məhz belə bir həqiqətpərəst şair və filosof idi:
“Əsiri olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir!” Şair
bu sözləri elə-belə deməmişdir. Həqiqətpərəstlik və ədalət onun
iliyinə, qanına işləmişdir. Həqiqət şairin estetik idealıdır, sənə-
tinin mayasıdır. Bu estetik kateqoriya haqqında şairin öz fəlsəfi
konsepsiyası vardır. Abbas Zamanov öz məqaləsində haqlı ola-
raq yazmışdır: “... Cavidin ilham pərisi daim həqiqət eşqi ilə qa-
nad çalmış, həqiqət eşqi ilə alovlanıb yanmışdır. Həqiqəti axtarıb
tapmaq, ona qovuşmaq yollarında bəzən şübhələr, tərəddüdlər
keçirən şairin ilham pərisi bəzən müasir həyatdan qopub əngin
səmalarda, tarixin dərinliklərində qanad çalsa da, onun yaradıcı-
Dostları ilə paylaş: |