III fəsil. Bağışlama müqaviləsi
masını istisna edir. Hədiyyə verilən əmlakın hədiyyə alanın
mülkiyyəti sayılması müqavilənin konstruksiyası ilə yanaşı, AR
MM-in 673.4-cü maddəsinin mənasından da irəli gəlir. Orada
göstərilib: "Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər
bağışlanmış
predmet
onun
mülkiyyətindədirsə,
hədiyyəni
qaytarmağa borcludur. Odur ki, əgər hədiyyə alan onun mülkiyyətinə
verilmiş predmet üzərində mülkiyyət hüququndan istifadə edərək
sərəncam vermişdirsə, o halda həmin predmet əldə edəndən geri tələb
oluna bilməz.
Mülki hüquq müqavilələrinin bir çoxu həm əvəzli, həm də
əvəzsiz ola bilər (məsələn, borc müqaviləsi, tapşırıq müqaviləsi,
saxlama müqaviləsi). Lakin yalnız bağışlama və əvəzsiz istifadə
(ssuda) müqavilələri əvəzsiz xarakterlidir. İlk baxışdan müqavilənin
əvəzsiz xarakteri mülki hüququn özünün təbiətinə ziddir. Belə ki,
mülki hüququn tənzimetmə predmetinə aid olan əmlak münasibətləri
ənənəvi olaraq əmlak-dəyər və əmtəə-pul münasibətləri çərçivəsində
çıxış edir. Dəyər haqqında makroiqtisadi qanunun təsiri isə tam
mənasında yalnız əvəzli öhdəlik münasibətlərində özünü göstərir.
Deməli, əmtəələrin (əşya, iş və xidmətlər) özünəməxsus dövriyyəsi
məhz burada həyata keçirilir'.
Lakin bağışlama müqaviləsinin əvəzsiz xarakterinə istinad
etməklə onun mülki hüquq münasibətlərinə aid edilməsinə şübhə ilə
yanaşılması doğru olmayacaqdır. Digər əlamətlərinə görə bu
müqavilə növü mülki hüquqi tənzimetmə predmetinin tələblərinə
cavab verir. Belə ki, bağışlama müqaviləsi əmlakın (əşya, hüquq və
s.) yerdəyişməsini, yəni bir şəxsdən (hədiyyə verəndən) başqa şəxsə
(hədiyyə alana) keçməsini şərtləndirir. Bu yerdəyişmə də
bərabərhüquqlu subyektlər arasında baş verir. Münasibətlər
çərçivəsində bərabərhüquqluluq mülki qanunvericiliyin əsas
prinsiplərindəndir.
' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого.
Том 2. М.: Проспект, 2003, с. 135
73
Rüfət Göyüşov
İkincisi, bağışlama müqaviləsi üzrə hədiyyə verən müstəqil iradə
ifadəsi əsasında öz əmlakını başqa şəxsin xeyrinə güzəşt edir. Qarşı
tərəfin (hədiyyə alanın) hədiyyəni qəbul etməsi ilə müqavilə
bağlanmış sayılır. Beləliklə, bağışlama müqaviləsi üzrə hüquq
münasibətlərinə daxil olarkən tərəflər (hədiyyəni vermək və onu
qəbul etməklə) öz iradələrinə uyğun olaraq münasibətlərdə iştirak
edirlər. Bu zaman münasibətlərə hakim olan tərəflərin iradə
müstəqilliyi əlaməti mülki hüquq münasibətlərini xarakterizə edən
əsas prinsiplərdən biridir.
Bağışlama müqaviləsinin mülki hüquqi tənzimetmə predme- tinə
aid olmasını xarakterizə edən növbəti (üçüncü) əlamətini mülki
dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipinə əsaslanaraq
izah etmək olar. Belə ki, qeyd edilən müqavilə üzrə hədiyyə verən
digər dövriyyə iştirakçılarının əmlaklarından ayrılmış və onun özünə
məxsus olan əşya üzərində sərəncam verir. Şəxsin özünə məxsus
əmlakın üzərində digər şəxslərin hüququnu pozmamaqla istədiyi kimi
sərəncam verə bilməsi hüququ mülkiyyət hüququnun məzmunundan
irəli gələn hüquqdur. Odur ki, mülkiyyət hüquqlarının realizəsi yalnız
mülki hüquqi tənzimetmə predmetinin obyektidir.
Dördüncüsü,
bağışlama
mülki
müqavilədir.
Hüquq
ədəbiyyatlarında bağışlamanı əmlaka mülkiyyət hüquqlarının
yaranması əsaslarından biri olmaqla birtərəfli əqd kimi qəbul etməyi
təklif edənlər vardır'. Bu fikrin əsası kimi, hədiyyə alanın hədiyyə
verənə yönəlik heç bir vəzifəsinin olmaması faktı çıxış edir. Başqa
sözlə, bağışlama real əqd kimi, hədiyyə alanın heç bir cavab tədbiri
ilə müşahidə olunmadan hədiyyə verən tərəfindən əşyanın verilməsi
ilə bağlanmış sayılır.
Əks fikrin nümayəndələri isə hesab edirlər ki, bu müqavilənin
predmeti kimi yalnız əşyalar deyil, əmlak hüquqları da çıxış
' Победаносцев К. Курс гражданского право. В 3-х т. СПб., 1986. Т. 3, с.
364-366.
74
III fəsil. Bağışlama müqaviləsi
edir. Bundan başqa, bağışlama müqaviləsi real olduğu kimi,
konsensual xarakterli də ola bilər. Belə ki, AR MM-in 668.1.5- ci
maddəsində vəd formasında olan bağışlama müqaviləsini
tənzimləyən norma əksini tapmışdır. Nəhayət, ən əsas ciddi arqument
müqavilənin bağlanmasının təsdiqi üçün hədiyyə alanın razılığının
olması tələbində ifadə olunur ki, bu da bir daha münasibətin müqavilə
xarakterinə dəlalət edir.
Bağışlamanın həyata keçirilməsi motivləri müxtəlif ola bilər:
yardım etmək, dəstək vermək, stimul yaratmaq, ilkin kapitalı
formalaşdırmaq və hətta qarşı tərəfi cavab tədbirinə stimullaşdırmaq.
Bu mənada müqavilənin əvəzsiz xarakteri onun səbəbsiz olaraq
yaranması demək deyildir. Lakin hər bir halda motiv müqavilənin
çərçivəsindən kənarda mövcuddur və heç bir halda müqavilənin
etibarlılığına təsir etmir. AR MM-in 347.3-cü maddəsində müəyyən
olunmuş ümumi qaydaya görə, əqdin motivləri barəsində yanılma,
onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib
əhəmiyyətə malik deyildir.
İ.V.Yeliseyev qeyd edir ki, qarşı tərəfi zənginləşdirmək istəyi
başqa bir əqdin motivi ola bilər. Məsələn, yaxın qohuma mənzilin
bazar dəyərindən qat-qat aşağı balans qiyməti ilə satılması, iqtisadi
cəhətdən zəngin hədiyyə olaraq qəbul edilə bilər. Lakin hüquqi
cəhətdən bu münasibətlər bağışlama deyil, alqı-satqı müqaviləsi
əsasında tənzimlənəcəkdir. Çünki qarşı tərəf balans dəyərində ifadə
olunan alış qiymətini ödəməlidir. Odur ki, bağışlama müqaviləsinin
əsası kimi yalnız qarşı tərəfi zənginləşdirmək isətyi deyil, həmçinin
əmlakın əvəzsiz olaraq verməsi çıxış edir'.
Bağışlama müqaviləsinin əvəzsiz xarakteri heç də o demək deyil
ki, hədiyyə alan bütün əmlak vəzifələrindən azaddır. Belə ki,
hədiyyənin verilməsi bu hədiyyənin ümumi ictimai məqsədlər üçün,
həmçinin, müəyyən təyinat üzrə istifadəsi şərtini nəzərdə
' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого.
Том 2. М.: Проспект, 2003, с. 136.
75
Dostları ilə paylaş: |