Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə26/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   162

III fəsil. Bağışlama müqaviləsi 

nm predmetinə aid edilməsi üçün kifayət deyildir. Belə ki, hədiyyə 

alanın  zənginləşdirilməsi  yalnız  borcdan  azad  edilmə  ilə 

məhdudlaşmayan  müxtəlif  hüquqi  formalarda  ifadə  oluna  bilər. 

Məsələn,  əşyanın  əvəzsiz  istifadəyə  verilməsi  hədiyyə  alanı  icarə 

haqqını  ödəməkdən  azad  etdiyi  üçün  şübhəsiz  ki,  hədiyyə  alanı 

zənginləşdirir.  Lakin  bununla  əvəzsiz  istifadə  müqaviləsi 

bağışlamaya çevrilməyəcəkdir. İkincisi, borcun bağışlanması əsası və 

proseduru,  borcun  ötürülməsi  və  icranın  qəbulu  fərqli  hərəkətlərdə 

ifadə  olduqları  üçün,  onların  ümumi  ad  altında  birləşdirilməsi  süni 

olacaqdır'. 

Bağışlama 

müqaviləsinin 

prednieti 

kimi 

dövriyyədən 



çıxarılmayan  istənilən  əşyalar  çıxış  edə  bilər.  Mülki  dövriyyəsi 

məhdudlaşdırılmış  əşyaların  bağışlanması  onların  hüquqi  rejiminə 

uyğun  olmalıdır.  Belə  ki,  bu  növ  əşyaları  hədiyyə  alan  şəxs  onları 

mülkiyyətə qəbul etmək səlahiyyətinə malik olmalıdır. 

Qanunvericiliklə  dövriyyədə  olan,  lakin  bağışlanıla  bilməyən 

əşyalar  müəyyən  olunmuşdur  ki,  bunlara  misal  kimi  dövlət  və 

bələdiyyə mülkiyyətində olan torpaqları göstərmək olar. Belə ki, AR 

Torpaq Məcəlləsinin 91-ci maddəsinin 2-ci bəndinə əsasən, dövlət və 

bələdiyyə  torpaqlarının  bağışlanmasına  yol  verilmir.  Bu  torpaqlar 

üzərində istifadə və icarə hüquqları qanunvericiliklə müəyyən edilmiş 

qaydada bağışlana bilər. 

Dövlət  və  bələdiyyə  torpaqlarının  bağışlanmasının  qadağan 

olunmasına  baxmayaraq,  onlar  bir  çox  mülki  əqdlərin  (alqı-sat-  qı, 

icarə və s.) predmeti kimi çıxış edə bilərlər. 

Bağışlama  müqaviləsinin  predmeti  olan  əmlak  hüquqları  həm 

əşya,  həm  də  öhdəlik  xarakterli  ola  bilər.  Lakin  bununla  bərabər, 

bağışlamanın predmeti ola bilməyən əşya və öhdəlik xarakterli əmlak 

hüquqları da vardır. Məsələn, əşya hüquqlarından servitut və uzufrukt 

alqı-satqmm müstəqil predmeti ola bil 

' Гражданское право: Учебник / Под. ред. Л.П.Сергеева, Ю.К.Толстого. 

Том 2. М.: Проспект, 2003, с. 137 

79 



Rüfət Göyüşov 

məz  (bax.  AR  MM,  mad.255.3).  Belə  olan  təqdirdə  onlar 

bağışlamanın da predmeti kimi çıxış edə bilməzlər. 

Güzəşt  edilməsi  mümkün  olmayan  əmlak  hüquqları  bağışlana 

bilməz.  Məsələn  aliment,  həyat  və  sağlamlığa  vurulan  zərərin 

ödənilməsi tələbi  və s.  Əmlak hüquqlarının bağışlanması tələblərin 

və hüquqların güzəşti (sessiyası) haqqında AR MM-in 9-cü fəslinin 

3-cü  paraqrafımn  və  29-cu  fəslinin  6-cı  paraqrafmm  qaydalarına 

uyğun  həyata  keçiriləcəkdir.  Bununla  yanaşı,  AR  MM-in  666.3-cü 

maddəsinin  tələbinə  əsasən,  mənəvi  və  ya  əxla-  qi  borcun  icrası 

bağışlama sayılmır. 

Bu  müqavilənin  tərəfləri  olan  hədiyyə  verən  və  hədiyyə  alan 

qismində vətəndaşlar, hüquqi şəxslər və dövlət çıxış edə bilər. Dövlət 

bu  münasibətlərdə,  əsasən,  hədiyyə  alan  qismində  çıxış  edir.  AR 

Torpaq Məcəlləsinin 91-ci maddəsinin 1-ci bəndinə əsasən, torpağın 

mülkiyyətçisi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində 

müəyyən  edilmiş  qaydada  və  formada  bağışlama  müqaviləsi  ilə 

həmin  torpaq  sahəsini  və  ya  onun  bir  hissəsini  əvəzsiz  olaraq, 

Azərbaycan  Respublikasının  hər  hansı  vətəndaşının  və  ya  hüquqi 

şəxsin, habelə dövlətin və ya bələdiyyənin mülkiyyətinə verə bilər. 

Nəzəri  olaraq  dövlət  hədiyyə  verən  kimi  çıxış  edə  bilər.  Buna 

misal  olaraq,  idmançıların  və  fitri  istedadların  mükafatlandırıl- 

nıasmı göstərmək olar. Qeyd olunan münasibətlər müəyyən dərəcədə 

mülki  hüquqi  tənzimetmədən  kənarda  qaldığı  üçün  onların  izahı 

üzərində çox dayanmırıq. 

Vətəndaşların bağışlama müqaviləsinin tərəfi kimi çıxış etmələri 

onların  fəaliyyət  qabiliyyətinin  həcmindən,  bağışlanılan  əşyanın 

hüquqi  rejimindən  asılıdır.  Fəaliyyət  qabiliyyəti  olmayan  şəxsin 

əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin 

saxlanması  şərti  ilə,  habelə  qəyyumluq  və  himayəçilik  hüququnun 

göstərişlərinə  uyğun  olaraq  həyata  keçirilə  bilər  (bax.  AR  MM, 

mad.667.2). Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslə- 



80 


III fəsil. Bağışlama müqaviləsi 

rin  xırda  məişət  əqdləri  bağlamaq  ixtiyarı  vardır.  Bu  kateqoriya 

şəxslər yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilərlər 

(bax.  AR  MM,  mad.32.1).  Bu  kateqoriya  şəxslərin  himayəçinin 

razılığı  ilə  bağladıqları  əqdlərin  sırasına  bağışlama  müqaviləsi  də 

daxildir.  Himayəçinin  razılığı  tələb  olunan  hallarda,  belə  razılıq 

olmadan əmlaklarını digər şəxsə bağışlayarlarsa, həmin əqd sonradan 

himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. 

Tam  fəaliyyət  qabiliyyətli  şəxslər  öz  əmlakları  üzərində 

başqalarının hüquqlarını pozmamaqla istədikləri kimi sərəncam verə 

bilərlər. 

Lakin 


qanunverici 

fəaliyyət 

qabiliyyətli 

şəxsin 


mülkiyyətində  olan,  hədiyyə  vermək  istədiyi  əmlakın  hüquqi 

rejimindən asılı olaraq bəzi məhdudiyyətlər müəyyən etmişdir. Belə 

ki, əgər əmlak ər-arvadın ümumi mülkiyyətindədirsə və ya vərəsəlik 

hüququ ilə məhdudlaşmışdırsa, o halda fəaliyyət qabiliyyətli şəxs öz 

əmlakına  dair  bağışlama  yolu  ilə  sərəncam  verə  bilməz  (bax.  AR 

MM, mad.667.1). 

Ərlə-arvadın nikah dövründə əldə etdikləri əmlak onların ümumi 

birgə  mülkiyyətləri  hesab  olunduğu  üçün  bu  cür  əmlakın 

bağışlanması (üzərində sərəncam verilməsi) mülkiyyətçilərin razılığı 

əsasında  həyata  keçirilir  və  əmlaka  dair  sərəncam  verilməsi 

(barəsində  bağışlama  müqaviləsinin  bağlanması)  haqqında  əqdi 

mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq 

ehtimal  edilir.  Lakin  daşınmaz  əmlakın  bağışlanması  qaydası 

fərqlidir. Belə ki, daşınar əşyanın bağışlanması ilə əlaqədar əqd digər 

mülkiyyətçinin  razılığının  olmaması  mülahizələrinə  əsasən 

mübahisələndirilərək  etibarsız  sayılması  perspektivi  hədiyyə  alanın 

bunu (hədiyyə verənin səlahiyyətinin olmamasını) bildiyi və bilməli 

olduğu  halın  sübuta  yetirilməsindən  asıh-  dırsa,  daşınmaz 

əmlaka'birgə  hüququ  olan  ərin  (arvadın)  razılığı  olmadan  daşınmaz 

əmlakın  dövlət  reyestrində  qeydə  alınmış  hüquq  barədə  bağlanmış 

müqavilə hədiyyə alanın vicdanlı olduğu hallarda belə etibarsız hesab 

edilir. 


81 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə