Rüfət Göyüşov
da bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir) iddia
müddətlərinə deyil, daha çox mülki hüquqların həyata keçirilməsi
müddətlərinə aiddir. Göstərilən müddətlər ərzində imtina
hüququndan üzrsüz səbəbdən istifadə etməməsi hədiyyə verənin
imtina hüququnun həyata keçirilməsi imkanlarını aradan qaldırır.
İmtina hüququ vərəsəlik qaydasında keçir. Belə ki, hədiyyə
verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan
müddət üçün onun vərəsələrinə keçir.
Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış
predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur
(bax. AR MM, mad.673.4).
Hədiyyə alanın hüquq və vəzifələri. Hədiyyə qəbul etmək
hüququ məntiqi olaraq bağışlama müqaviləsinin məzmunundan irəli
gəlir. Bu hüququn məzmunu hədiyyə verənin müvafiq vəzifəsinin
(hədiyyəni vermək) məzmunu ilə müəyyən olunur'. Əgər hədiyyənin
predmeti fərdən müəyyən olunan əşyadırsa və hədiyyə verən
vəzifəsini icra etmirsə, o halda AR MM-in 452.1-ci maddəsində
müəyyən olunmuş qaydaya əsasən, hədiyyə alan həmin əmlakın
hədiyyə verənin əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan
şərtlərlə ona verilməsini tələb edə bilər.
Əgər öhdəliyin predmeti cinsən müəyyən olunan əşyadırsa və
hədiyyə verən vəzifəsini icra etmirsə, o halda AR MM-in 450.2- ci
maddəsində müəyyən olunmuş qaydaya əsasən, zərərin əvəzinin
ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi
borclunu (hədiyyə verəni), əgər Mülki Məcəllədə və ya müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad
edir.
Hədiyyəni qəbul etməkdən imtina hüququ AR MM-in 670.4- cü
maddəsində birbaşa nəzərdə tutulmuşdur. Həmin normada qeyd
olunur ki, əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hə-
' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том
2. М.: Проспект, 2003, с. 148
88
III fəsil. Bağışlama müqaviləsi
diyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini
ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə,
öhdəliyin icrasından imtina edə bilər. Deməli, hədiyyə alanın
hədiyyəni qəbul etməməsinin nəticəsi olaraq bağışlama müqaviləsi
bağlanmış hesab olunmayacaqdır. Hədiyyəni qəbul etməkdən imtina
hüququ hədiyyə verilənə qədər istənilən vaxt həyata keçirilə bilər və
hədiyyə alan imtinanın səbəblərini izah etməyə borclu deyildir.
Hədiyyə alanın hədiyyəni qəbul etməsi onun hüquqlarından biri
olmaqla bağışlama müqaviləsinin bağlanmış sayılması üçün əsasdır.
Bu hüquq AR MM-in 666.1-ci maddəsinin məzmunundan irəli gəlir.
Həmin normada qeyd olunur ki, bağışlama müqaviləsi hədiyyə alanın
hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
Hədiyyə alan tərəfində vəzifənin olması adi bağışlama müqaviləsi
üçün nadir rast gəlinən hüquqdur. Hədiyyə alanın bağışlama
müqaviləsi üzrə vəzifəsinə bağışlamanın şərtlərin və ya öhdəliklərin
yerinə yetirilməsindən asılı edilən hallarında rast gəlinir. AR MM-in
670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin
yerinə yetirilməsindən asılı edilə bilər.
Şərtlərin və öhdəliklərin yerinə yetirilməsi tələbi iki halda həm
müqavilə bağlanana qədər, həm də müqavilə bağlandıqdan sonra ola
bilər. Birinci halda hədiyyə verən bağışlama müqaviləsinin
bağlanmasını şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı
edir. Bu halda hədiyyə alan şərti və ya öhdəliyi yerinə yetirdiyi
təqdirdə bağışlama predmetini əldə edəcəkdir.
İkincisi, şərtlərin və öhdəliklərin yerinə yetirilməsi tələbi
müqavilə bağlandıqdan sonra da qüvvədə ola bilər. Bu halda
bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun
vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya
lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin
icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin
ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə
bilər (bax. AR MM, mad.670.3).
89
Rüfət Göyüşov
Məsuliyyət. Bağışlama müqaviləsinin icra edilməməsinə və ya
lazımi qaydada icra edilməməsinə görə məsuliyyət AR MM-in 23-cu
fəslinin (öhdəliklərin icra edilməməsinə görə məsuliyyət) qaydaları
əsasında tənzimlənir. Lakin müqavilənin əvəzsiz xarakterini nəzərə
alaraq ümumi qaydalardan bir sıra istisnalar edilmişdir. İstisnalar
hədiyyə verənin məsuliyyətinin əsaslarının azalmasında ifadə olunur.
Əgər qarşılıqlı öhdəliklərdə tərəflər öhdəliyin hər cür pozuntusu
(hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyırlarsa, əvəzsiz
öhdəliklərdə (bağışlama, əvəzsiz istifadə) fayda götürməyən şəxsin
(bu halda hədiyyə verənin) məsuliyyəti təqsirin bütün formalarına
(qəsd və ya ehtiyatsızlıq) görə deyil, onların bir hissəsinə görə
müəyyən olunur. Bu qayda AR MM-in 672.1-ci maddəsində nəzərdə
tutulmuşdur. Həmin normaya əsasən, hədiyyə verən hədiyyə alana
hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda
məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən
vurulmuş olsun.
Misal üçün, hədiyyə verən qəsd və ya kobud ehtiyatsızlıqla
yararhhq müddəti keçmiş əşyanı bağışlayır və hədiyyə alanın həmin
əşyadan istifadə etməsi nəticəsində onun həyat və sağlamlığına zərər
dəyir. Bu halda vurulmuş zərərin ödənilməsi ilə əlaqədar
münasibətlər AR MM-in 59-cu fəslinin (mülki hüquq
pozuntularından əmələ gələn öhdəliklər) normaları əsasında
tənzimlənəcəkdir.
Qalan hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri
üçün məsuliyyət daşıyır (bax. AR MM, mad.672.2). Lakin hər cür vəd
deyil, yalnız notariat qaydasında təsdiqlənmiş vəd etibarlı olduğu
üçün tərəflərdə müvafiq hüquq və vəzifə yaradır və öhdəlik icra
olunmadığı təqdirdə məsuliyyət doğurur.
Müqavilənin ləğvi. Bağışlama müqaviləsinin ləğvi subyektiv və
obyektiv (tərəflərin iradəsindən asılı olmayan) səbəblərdən ola bilər.
Subyektiv səbəb kimi çıxış edə biləcək əsasları yuxarı
90
Dostları ilə paylaş: |