Rüfət Göyüşov
zaladığı bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanır (bax. AR
MM, mad.865.1). Renta müqaviləsi daşınmaz əmlakın öz-
gəninkiləşdirilməsini, nəzərdə tutursa, o halda müqavilə notariat
qaydasında təsdiq olunmalıdır.
Daşınmaz əmlakın mülki dövriyyəsini tənzimləyən ümumi
normalar predmetini daşınmaz əmlak təşkil edən renta müqaviləsinə
də aid edilmişdir. Belə ki, renta ödənilməsi üçün daşınmaz əmlakın
özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsinə görə
mülkiyyət hüququnun keçməsi daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınmalıdır (bax. AR MM, mad.866).
Rentanın ödənilməsi öhdəliyi bir çox üsullarla təmin oluna bilər.
Bunların bir qismi tərəflərin razılığı ilə müqaviləyə də daxil edilə
bilər. Məsələn, zaminlik, qarantiya, dəbbə pulu və s., digər qisim
təminat üsulları isə bilavasitə qanunda da nəzərdə tutulmuşdur ki,
bunlar: girov və məsuliyyət riskinin renta alanın xeyrinə sığorta
etdirmək üsullarıdır. Hər iki üsuldan renta pred- metinin daşmar və
daşınmaz olmasından asılı olaraq istifadə olunur. Belə ki, torpaq
sahəsi və ya digər daşınmaz əşya renta ödənilməsi üçün’ verildikdə
renta alan renta ödəyicisinin öhdəliyinin təminatından ötrü həmin
əşyaya girov hüququ əldə edir (bax. AR MM, mad.869.1).
Renta müqaviləsində tətbiq olunan girovun yaranma əsası qanun
olduğu üçün, ona qanuni girov da deyirlər.
Rentanın predmetini pul məbləği və ya başqa daşmar əşya təşkil
etdiyi halda renta ödənilməsi üçün onların verilməsini nəzərdə tutan
müqavilənin mühüm şərti renta ödəyicisinin öz öhdəliklərinin
icrasına təminat vermək və ya bu öhdəliklərin icra olunmaması, ya da
lazımınca icra olunmaması üçün məsuliyyət riskini renta alanın
xeyrinə sığorta etdirmək vəzifəsini müəyyənləşdirən şərtdir (bax. AR
MM, mad.869.2).
Renta müqaviləsinə aid imperativ qaydalardan biri də renta
ödəyicisinin müqavilənin predmetini satın almaq hüququdur.
98
IV fəsil. Renta müqaviləsi
Bu hüquq daimi renta müqaviləsində renta ödəyicisinin əsas
hüquqlarından biridir. AR MM-in 873-cü maddəsində göstərilir ki,
daimi renta ödəyicisinin onu satın almaq ixtiyarı vardır. O, bu
hüquqdan imtina edə bilməz, çünki daimi renta ödəyicisinin rentanı
satın almaq hüququndan imtina etməsi haqqında daimi renta
müqaviləsinin şərti əhəmiyyətsizdir (bax. AR MM, mad.873). Lakin
bununla bərabər, tərəflər müqavilədə satın almaq hüququnun həyata
keçirilməsi hədlərini müəyyən edə bilərlər. Belə ki, müqavilədə
nəzərdə tutula bilər ki, daimi rentanı satın almaq hüququ renta alanın
sağlığında və ya başqa müddət ərzində həyata keçirilə bilməz (bax.
AR MM, mad.873.4).
Rentanm ödənilməsi və alınması ilə əlaqədar münasibətlər
müqavilə və müqavilədən kənar xarakterli hüquqi faktlar əsasında
yarana bilər. Renta almaq hüququ, icarə müqaviləsində olduğü kimi,
hesablaşmanın forması kimi əmələ gələ bilər. Qüvvədə olan
Niderland qanunvericiliyinə əsasən, icarəçinin üzərinə müntəzəm və
qeyri-müntəzəm zaman intcrvallan mülkiyyətçiyə pul məbləği - renta
ödəmək öhdəliyi qoyula bilər'. Renta borcu daşınmaz əmlakı
mücərrəd borc ilə yüklü edə bilər. Belə ki, Almaniya Mülki
Düzümünün (Nizamnaməsinin) 1199-cu pa- raqrafmda göstərilir:
torpaq borcu elə verilə bilər ki, müntəzəm təkrarlanan müddətlərlə
daşınmaz əmlak üzrə müəyyən pul məbləği ödənilməli olar (renta
borcu). Tamamilə eyni qayda bizim Mülki Məcəlləmizin 332-ci
maddəsində müəyyən olunmuşdur. Sadəcə burada, torpaq borcu
əvəzinə ipoteka borcu terminindən istifadə olunur. Əksər hüquq
sistemləri üçün renta münasibətlərinin əmələ gəlməsi əsasında renta
müqaviləsi durur.
Renta müqaviləsinin tərəfləri kimi renta alan və renta ödəyi- cisi
çıxış edir.
Bax. Niderland Mülki Mocəllosi, mad.85 / Per.M.Fcrshtman. Leyden,
1996.
99
Rüfət Göyüşov
Renta alan - renta müqaviləsi üzrə kreditor olmaqla uzun zaman
dövrü ərzində renta ödənişləri almaq məqsədilə öz əmlakını digər
şəxsin mülkiyyətinə verən şəxsdir.
Renta ödəyicisi - renta müqaviləsi üzrə borclu olmaqla
mülkiyyətinə əldə etdiyi əmlakın müqabilində onu verən şəxsə uzun
zaman dövrü ərzində ödəniş (renta ödənişi) həyata keçirən şəxsdir.
Renta müqaviləsinin predmeti kimi mülki dövriyyədən
çıxarılmayan istənilən daşınmaz (torpaq sahəsi, bina, tikili, qurğu) və
daşınar əşyalar, pul vəsaitləri və s. çıxış edə bilər. Rus alimlərindən
V.S.Yem qeyd edir: nəzərə alsaq ki, mülkiyyət hüququnun obyekti
kimi fərdən müəyyən edilən əşya çıxış edir, o halda renta
müqaviləsinin də predmeti kimi əşyalar (daşmar və daşınmaz), nağd
pul vəsaitləri və sənədli qiymətli kağızlar çıxış edə bilər. Hüquqi
təbiətinə görə əşya olmayan nağdsız pul və sənədsiz qiymətli kağızlar
mülkiyyət hüququnun obyekti olmadıqları üçün renta müqaviləsinin
predmeti kimi də çıxış edə bilməzlər'. Lakin bu fikirlə əlaqədar hüquq
ədəbiyyatlarında çoxlu sayda diskussiyalar aparılır, odur ki, qeyd
oluna fikirləri mütləq mənada qəbul etmək olmaz.
İş və xidmətlər, informasiya, yaradıcılıq fəaliyyətinin nəticələrinə
olan müstəsna hüquqlar renta müqaviləsinin predmeti kimi çıxış edə
bilməzlər.
4.2.
Daimi renta müqaviləsi
Daimi renta müqaviləsinin əsas əlaməti renta ödənilməsi
öhdəliyinin müddətsiz xarakterli olmasıdır. Bu o deməkdir ki, bu
müqavilənin qüvvədə olma müddəti heç bir zaman dövrü (renta
alanın həyatı və.s) ilə məhdudlaşdırılmamışdır.
' Гражданское право. Том II, Полутом 1: Учебник / Qгв.peд.пpoф.
Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.354.
100
Dostları ilə paylaş: |