Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə32/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   162

Rüfət Göyüşov 

zaladığı bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanır (bax. AR 

MM,  mad.865.1).  Renta  müqaviləsi  daşınmaz  əmlakın  öz- 

gəninkiləşdirilməsini,  nəzərdə  tutursa,  o  halda  müqavilə  notariat 

qaydasında təsdiq olunmalıdır. 

Daşınmaz  əmlakın  mülki  dövriyyəsini  tənzimləyən  ümumi 

normalar predmetini daşınmaz əmlak təşkil edən renta müqaviləsinə 

də aid edilmişdir. Belə ki, renta ödənilməsi üçün daşınmaz əmlakın 

özgəninkiləşdirilməsini  nəzərdə  tutan  renta  müqaviləsinə  görə 

mülkiyyət hüququnun keçməsi daşınmaz əmlakın dövlət reyestrində 

qeydə alınmalıdır (bax. AR MM, mad.866). 

Rentanın ödənilməsi öhdəliyi bir çox üsullarla təmin oluna bilər. 

Bunların  bir  qismi  tərəflərin  razılığı  ilə  müqaviləyə  də  daxil  edilə 

bilər.  Məsələn,  zaminlik,  qarantiya,  dəbbə  pulu  və  s.,  digər  qisim 

təminat  üsulları  isə  bilavasitə  qanunda  da  nəzərdə  tutulmuşdur  ki, 

bunlar:  girov  və  məsuliyyət  riskinin  renta  alanın  xeyrinə  sığorta 

etdirmək üsullarıdır. Hər iki üsuldan renta pred- metinin daşmar və 

daşınmaz  olmasından  asılı  olaraq  istifadə  olunur.  Belə  ki,  torpaq 

sahəsi və ya digər daşınmaz əşya renta ödənilməsi üçün’ verildikdə 

renta  alan  renta  ödəyicisinin  öhdəliyinin  təminatından  ötrü  həmin 

əşyaya girov hüququ əldə edir (bax. AR MM, mad.869.1). 

Renta müqaviləsində tətbiq olunan girovun yaranma əsası qanun 

olduğu üçün, ona qanuni girov da deyirlər. 

Rentanın predmetini pul məbləği və ya başqa daşmar əşya təşkil 

etdiyi halda renta ödənilməsi üçün onların verilməsini nəzərdə tutan 

müqavilənin  mühüm  şərti  renta  ödəyicisinin  öz  öhdəliklərinin 

icrasına təminat vermək və ya bu öhdəliklərin icra olunmaması, ya da 

lazımınca  icra  olunmaması  üçün  məsuliyyət  riskini  renta  alanın 

xeyrinə sığorta etdirmək vəzifəsini müəyyənləşdirən şərtdir (bax. AR 

MM, mad.869.2). 

Renta  müqaviləsinə  aid  imperativ  qaydalardan  biri  də  renta 

ödəyicisinin müqavilənin predmetini satın almaq hüququdur. 

98 



IV fəsil. Renta müqaviləsi 

Bu  hüquq  daimi  renta  müqaviləsində  renta  ödəyicisinin  əsas 

hüquqlarından  biridir.  AR  MM-in  873-cü  maddəsində  göstərilir  ki, 

daimi  renta  ödəyicisinin  onu  satın  almaq  ixtiyarı  vardır.  O,  bu 

hüquqdan imtina edə bilməz, çünki daimi renta ödəyicisinin rentanı 

satın  almaq  hüququndan  imtina  etməsi  haqqında  daimi  renta 

müqaviləsinin şərti əhəmiyyətsizdir (bax. AR MM, mad.873). Lakin 

bununla bərabər, tərəflər müqavilədə satın almaq hüququnun həyata 

keçirilməsi  hədlərini  müəyyən  edə  bilərlər.  Belə  ki,  müqavilədə 

nəzərdə tutula bilər ki, daimi rentanı satın almaq hüququ renta alanın 

sağlığında və ya başqa müddət ərzində həyata keçirilə bilməz (bax. 

AR MM, mad.873.4). 

Rentanm  ödənilməsi  və  alınması  ilə  əlaqədar  münasibətlər 

müqavilə  və  müqavilədən  kənar  xarakterli  hüquqi  faktlar  əsasında 

yarana bilər. Renta almaq hüququ, icarə müqaviləsində olduğü kimi, 

hesablaşmanın  forması  kimi  əmələ  gələ  bilər.  Qüvvədə  olan 

Niderland qanunvericiliyinə əsasən, icarəçinin üzərinə müntəzəm və 

qeyri-müntəzəm zaman intcrvallan mülkiyyətçiyə pul məbləği - renta 

ödəmək  öhdəliyi  qoyula  bilər'.  Renta  borcu  daşınmaz  əmlakı 

mücərrəd  borc  ilə  yüklü  edə  bilər.  Belə  ki,  Almaniya  Mülki 

Düzümünün  (Nizamnaməsinin)  1199-cu  pa-  raqrafmda  göstərilir: 

torpaq  borcu  elə  verilə  bilər  ki,  müntəzəm  təkrarlanan  müddətlərlə 

daşınmaz  əmlak  üzrə  müəyyən  pul  məbləği  ödənilməli  olar  (renta 

borcu).  Tamamilə  eyni  qayda  bizim  Mülki  Məcəlləmizin  332-ci 

maddəsində  müəyyən  olunmuşdur.  Sadəcə  burada,  torpaq  borcu 

əvəzinə  ipoteka  borcu  terminindən  istifadə  olunur.  Əksər  hüquq 

sistemləri üçün renta münasibətlərinin əmələ gəlməsi əsasında renta 

müqaviləsi durur. 

Renta müqaviləsinin tərəfləri kimi renta alan və renta ödəyi- cisi 

çıxış edir. 

Bax. Niderland Mülki Mocəllosi, mad.85 / Per.M.Fcrshtman. Leyden, 

1996. 

99 



Rüfət Göyüşov 

Renta alan - renta müqaviləsi üzrə kreditor olmaqla uzun zaman 

dövrü  ərzində  renta  ödənişləri  almaq  məqsədilə  öz  əmlakını  digər 

şəxsin mülkiyyətinə verən şəxsdir. 

Renta  ödəyicisi  -  renta  müqaviləsi  üzrə  borclu  olmaqla 

mülkiyyətinə əldə etdiyi əmlakın müqabilində onu verən şəxsə uzun 

zaman dövrü ərzində ödəniş (renta ödənişi) həyata keçirən şəxsdir. 

Renta  müqaviləsinin  predmeti  kimi  mülki  dövriyyədən 

çıxarılmayan istənilən daşınmaz (torpaq sahəsi, bina, tikili, qurğu) və 

daşınar əşyalar, pul vəsaitləri və s. çıxış edə bilər. Rus alimlərindən 

V.S.Yem qeyd edir: nəzərə alsaq ki, mülkiyyət hüququnun obyekti 

kimi  fərdən  müəyyən  edilən  əşya  çıxış  edir,  o  halda  renta 

müqaviləsinin də predmeti kimi əşyalar (daşmar və daşınmaz), nağd 

pul  vəsaitləri  və  sənədli  qiymətli  kağızlar  çıxış  edə  bilər.  Hüquqi 

təbiətinə görə əşya olmayan nağdsız pul və sənədsiz qiymətli kağızlar 

mülkiyyət hüququnun obyekti olmadıqları üçün renta müqaviləsinin 

predmeti kimi də çıxış edə bilməzlər'. Lakin bu fikirlə əlaqədar hüquq 

ədəbiyyatlarında  çoxlu  sayda  diskussiyalar  aparılır,  odur  ki,  qeyd 

oluna fikirləri mütləq mənada qəbul etmək olmaz. 

İş və xidmətlər, informasiya, yaradıcılıq fəaliyyətinin nəticələrinə 

olan müstəsna hüquqlar renta müqaviləsinin predmeti kimi çıxış edə 

bilməzlər. 



4.2.

 

Daimi renta müqaviləsi 

Daimi  renta  müqaviləsinin  əsas  əlaməti  renta  ödənilməsi 

öhdəliyinin  müddətsiz  xarakterli  olmasıdır.  Bu  o  deməkdir  ki,  bu 

müqavilənin  qüvvədə  olma  müddəti  heç  bir  zaman  dövrü  (renta 

alanın həyatı və.s) ilə məhdudlaşdırılmamışdır. 

'  Гражданское  право.  Том  II,  Полутом  1:  Учебник  /  Qгв.peд.пpoф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.354. 

100 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə