Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə31/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   162

IV fəsil. Renta müqaviləsi 

ödəyə  bilməsə,  renta  predmetinə  öhdəliklərin  icrasının  təmini 

məqsədilə tutma yönəldilə bilər. Qanunla müəyyən olunmuş hallarda 

isə  əmlak  ondan  qeri  alına  bilər.  Belə  ki,  əgər  ömürlük  renta 

ödənilməsi  üçün  mənzil,  yaşayış  evi  və  ya  başqa  əmlak  pulsuz 

özgəninkiləşdirilmişdirsə,  renta  ödəyicisi  müqaviləni  əhəmiyyətli 

dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun 

dəyərinin rentanm satınalma qiyməti ilə əvəzləşdirilmə- sini tələb edə 

bilər  (bax.  AR  MM,  mad.879.2).  Bu  əlamətlərinə  görə  renta 

müqaviləsi əmlakın satın alınması hüququnun lizinq alana verildiyini 

nəzərdə tutan lizinq müqaviləsinə oxşayır. 

Renta 


ödəyicisinin 

səlahiyyətlərini 

mülkiyyətçinin 

səlahiyyətlərinə  yaxınlaşdıran  əsas  əlamət  renta  ödəyicisinin 

mülkiyyətçinin  mühüm  hüquqlarından  biri  olan  əmlaka  sərəncam 

vermək  (özgəninkiləşdirmək  və.s)  səlahiyyətinə  malik  olmasıdır. 

Mülkiyyətçidən  başqa  heç  kim  onun  mülkyyətində  olan  əmlakın 

üzərində  sərəncam  verə  bilməz.  Məhz  bu  məqamdan  çıxış  edərək 

deyirik  ki,  renta  müqaviləsi  əmlakın  mülkiyyətə  verilməsi  ilə 

əlaqədar yaranan öhdəliklər sırasına aiddir. Renta ödəyicisi renta ilə 

yüklü olan əmlakı alqı-satqı, bağışlama və digər müqavilələr əsasında 

başqasının mülkiyyətinə verə bilər. Bu halda renta öhdəlikləri əşyanı 

əldə edənə keçir. Renta ilə yüklü olan daşınmaz əşyanı başqa şəxsin 

mülkiyyətinə  vermiş  şəxs  isə  renta  alanın  renta  müqaviləsinin 

pozulması  ilə  əlaqədar  əmələ  gəlmiş  tələbləri  üzrə  həmin  şəxslə 

subsidiar məsuliyyət daşıyır (bax. AR MM, mad.868.2). 

Bəzi  əlamətlərinə  görə  renta  müqaviləsi  nisyə  alqı-satqı 

müqaviləsinə  oxşayır.  Belə  ki,  əşyanın  hissə-hissə  ödənilməsi 

qaydalarını tənzimləyən AR MM-in 601-ci maddəsində göstərilir ki, 

"əşyanın  nisyə  satılması  haqqında  müqavilədə  onun  hissə-  hissə 

ödənilməsi  nəzərdə  tutula  bilər..."  Bu  zaman  müddət  tərəflərin 

razılığı ilə istənilən dövr üçün müəyyən oluna bilər. Renta müqaviləsi 

üzrə də renta ödəyicisi renta alana renta əmlakının 

95 



Rüfət Göyüşov 

müqabilində vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi 

öhdəsinə götürür. Lakin alqı-satqıdan fərqi odur ki, renta ödəyicisi bu 

ödənişi  əmlakın  qanuni  mülkiyyətçisi  ola-ola  həyata  keçirir.  Nisyə 

alqı satqı müqaviləsində isə AR MM-in 606.11- ci maddəsinə uyğun 

olaraq  satıcı  alıcı  tərəfindən  alış  qiyməti  ödənilənədək  əşyaya 

mülkiyyət  hüququnu  özündə  saxlaya  bilər.  Əgər  alış  qiymətinin 

ödənilməsi gecikdirilərsə, satıcının müqaviləni ləğv etmək və əşyanı 

geri  götürmək  hüququ  vardır.  Yalnız  ömürlük  renta  müqaviləsinin 

şərtlərində  nəzərdə  tutulmuşdur  ki,  renta  ödəyicisi  ömürlük  renta 

müqaviləsini  əhəmiyyətli  dərəcədə  pozduqda  renta  alan  renta 

ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və 

zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM, mad.879.1). Əlbəttə 

ki,  renta  ödəyicisi  həm  ömürlük,  həm  də  daimi  renta  müqavilələri 

üzrə  üzərinə  düşən  vəzifələri  icra  etmədiyi  təqdirdə  renta  alan 

analogiya üzrə AR MM-nin 441.2 və 598.4-cü maddələri ilə müəyyən 

olunmuş  hüquqlarından  istifadə  edərək  əşyanın  ödənilməsini  tələb 

edə və yaxud müqavilənin icrasından imtina edə bilər. 

Bu  oxşarlıqlar  heç  də  o  demək  deyil  ki,  renta  müqaviləsi  də 

alqı-satqı  müqaviləsinin  bir  növü  kimi  çıxış  edə  bilər.  Belə  ki,  bu 

müqavilələr arasında ciddi fərqlər vardır, bu da renta müqaviləsinin 

müstəqil müqavilə növü kimi mövcud olmasından xəbər verir. Renta 

müqaviləsinin  spesfik  xüsusiyyətlərindən  biri  budur  ki,  bu 

müqavilənin iştirakçıları arasında xüsusi hüquq münasibəti yaranır ki, 

bu da digər müqavilələrdə yoxdur. Bu münasibətin mahiyyəti ondan 

ibarətdir  ki,  müqavilənin  bir  tərəfi,  yəni  renta  ödəyicisi  ya  daimi 

olaraq,  ya  da  renta  alanın  bütün  ömrü  boyu  nüəyyən  vəsaitin 

ödənilməsi  vəzifəsini  daşıyır.  Deməli,  renta  müqaviləsindən  irəli 

gələn  münasibətlər  uzanan  münasibətlərdir,  stabildir  və  müəyyən 

şəkildə  etibar  xarakterlidir.  Demək  olar  ki,  müqavilənin  bu 

xüsusiyyəti ilə iştirakçılar müqavilə bağlayarkən tanış olduqları üçün 

bu müqaviləyə renta ödəniş- 



96 


IV fəsil. Renta müqaviləsi 

lərinin əmlakın dəyəri ilə kifayətləndirilməsi şərtinin daxil edilməsi 

artıq olardı. 

Renta  müqaviləsi  üzrə  münasibətlərin  tənzimlənməsi  Mülki 

Məcəllədə,  əsasən,  dispozitivlik  əsasında  həyata  keçirilir.  Renta 

müqaviləsi  ilə  əlaqədar  bir  çox  normalar  tərəflərə  müqavilənin 

məzmununu  müəyyən etməkdə  geniş  imkanlar verir.  Bunlara misal 

olaraq  rentanm  miqdarı,  rentanm  ödənilməsi  müddətlərini  və  s. 

göstərmək olar. Məsələn, AR MM-in 870.1-ci maddəsinə görə, renta 

müqavilə  ilə  müəyyənləşdirilmiş  miqdarda  pulla  ödənilir.  Renta 

müqaviləsində rentanm dəyərcə onun pul məbləğinə uyğun əmlakın 

verilməsi,  işlərin  görülməsi  və  ya  xidmətlərin  göstərilməsi  yolu  ilə 

ödənilməsi  nəzərdə  tutula  bilər.  Qeyd  olunan  norma  tərəflərə  renta 

haqqının  ödənilməsi  üsulunun  seçilməsində  göstərilən  istənilən 

formalardan  istifadə  imkanlarını  saxlayır.  Növbəti  misal  rentanm 

ödənilməsi  müddətləri  ilə  əlaqədardır.  Belə  ki,  AR  MM-in  872-ci 

maddəsinə  əsasən,  əgər  daimi  renta  müqaviləsində  ayrı  müddət 

nəzərdə  tutulmayıbsa,  daimi  renta  hər  təqvim  rübünün  sonunda 

ödənilir.  Göstərilən  qayda  tərəflərə  rentanm  ödənilməsi 

müddətlərinin müəyyən olunmasında normada tələb olunandan (hər 

təqvim rübünün sonu) fərqli qaydalar təsis etmək üçün şərait yaradır. 

Bununla bərabər, renta müqaviləsinin tənzimlənməsi ilə əlaqədar 

Mülki  Məcəllədə  çoxlu  sayda  imperativ  normalar  da  nəzərdə 

tutulmuşdur. Bunlara misal olaraq renta müqaviləsinin formasına aid 

tələbləri,  rentanm  ödənilməsi  üçün  əmlakın  özgə-  ninkiləşdirilməsi 

qaydalarını, daşınmaz əşyanın renta ilə yüklü- lüyünü müəyyən edən 

qaydaları,  renta  ödənilməsinin  təmin  edilməsini,  rentanı  satın 

almamaq  hüququna  dair  qaydaları,  renta-  nın  ödənilməsi  üçün 

verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi 

riskinin  renta  ödəyicisinin  üstünə  düşməsi  məsələlərini  və  s. 

göstərmək olar. 

Renta müqaviləsinin forması ilə əlaqədar qanunverıcinin birbaşa 

göstərişləri vardır. Belə ki, renta müqaviləsi tərəflərin im 

97 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə